AQRAR SAHƏYƏ DÖVLƏT DƏSTƏYİ

 

Qədim Beyləqanda insanlar dədə–babadan maldarlıqla məşğul olmuş, bu torpaqlar tarix boyu qoyunçuluq üçün ən əlverişli ərazilər hesab olunmuşdur. İndi də belədir, beyləqanlılar qoyunçuluqda ad qazanmışlar. Rayonun ucsuz–bucaqsız düzlərində qoyunquzu sürülərinin sayı–hesabı yoxdur. Bu sahədə bir neçə iri sahibkarlıq təsərrüfatı, yüzlərlə fiziki şəxs fəaliyyət göstərir.

Rayonda heyvandarlığın ənənəvi sahəsi olan qoyunçuluğu inkişaf etdirmək üçün iri müəssisə olanDostluq” Dövlət Damazlıq Qoyunçuluq Təsərrüfatı yaxşı işləri ilə xüsusilə tanınır. Təsərrüfatın rəhbəri Natiq Mirzəyev bizimlə söhbətində dedi:

Bizim müəssisə qoyunçuluqda həmişə nümunə, uzun illər boyu təcrübə məktəbi olmuşdur. Bu müəssisənin əsası təqribən 70 il bundan əvvəl qoyulmuşdur. Mən 25 ildən çoxdur ki, burada çalışıram, əvvəllər baytar həkimi işləmişəm, 2010–cu ildən kollektivə başçılıq edirəm. Müəssisənin bütün keçmiş və hazırkı fəaliyyəti gözlərim qarşısındadır.

Hələ ötən əsrin əllinci illərində burada məhsuldar qoyun cinsləri yetişdirilmiş, çoxaldılmış və digər təsərrüfatlara verilmişdir. Vaxtilə yetişdirilmiş dağ merinosları indi də qalmaqdadır. Amma çox təəssüf ki, 1990–cı illərin əvvələrində respublikada baş verən məlum hadisələr, təsərrüfatsızlıq buraya da sirayət etdi, onilliklər boyu yaradılmış bünövrə, möhkəm sütunlar dağıldı. Erməni təcavüzü nəticəsində Kəlbəcərdəki Sarıyer yaylağı əldən çıxdı, qoyun sürüləri yaylaqlara göndərilmədiyindən bu düzlərdə qalıb xeyli tələfat verdilər. Təsəvvür edin ki, 30–40 il bundan əvvəl müəssisədə 30–35 min baş qoyunquzu bəslənilirdi. Nə yaxşı ki, vicdanlı adamlar təsərrüfatı tamam batmağa imkan vermədilər, onun bir hissəsini qoruyub saxlaya bildilər.

Natiq Mirzəyevin söylədiklərindən

məlum oldu ki, 3 il əvvəl təsərrüfatda 3200 baş qoyunquzu var idi, indi burada 3816 baş heyvan var, bunların 1468–i ana qoyundur. Heyvanlar 8 fermada bəslənilir. Son illərədək burada hər 100 ana qoyundan 50 baş bala alınırdısa, hazırda hər 100 ana qoyundan 85 sağlam bala alınır. Ötən ilin birinci rübündə bütün qoyunlardan 1044 bala alınmışdı. Bu ilin həmin dövründə isə 1160 baş quzu doğulmuşdur. Heyvandarlar cari ildə 100 qoyundan ən azı 90 bala almaq üçün bütün qüvvələrini səfərbər etmişlər.

Azərbaycan regionlarının sosialiqtisadi inkişafına dair yeni Dövlət Proqramının tələblərinə uyğun 2015–ci ildə müəssisədə bəslənilən qoyunların sayını xeyli artırmaq nəzərdə tutulmuşdur. Bu məqsədlə konkret tədbirlər planı hazırlanıb icraçılara çatdırılmışdır. Ötən il ərzində cəmi 3 faiz məcburi kəsim və bir o qədər ölüm halları olmuşdur ki, bu da son illər ərzində ən aşağı göstəricilərdir.

Qoyunçuluq ağır peşədir. Lakin bu peşənin sahibləri bəzi çətinliklərdən ruhdan düşməmişlər, işləri yaxşılaşdırmaqdan ötrü xeyli tədbir görmüşlər. Qısa müddət ərzində briqadaların sayı azaldılıb yenidən komplektləşdirilmiş, qoyun sürülərinin qruplaşdırılması həyata keçirilmiş, çobanların və məişət şəraitini yaxşılaşdırmaqdan ötrü bir sıra yeniliklər tətbiq olunmuşdur. Ötən il hər qoyundan 3 kiloqram olmaqla 9 ton yun tədarük edilmişdir. Cari ildə yun istehsalını 9,5 tona çatdırmaq üçün səy göstərilir. Hazırda yun qırxını kampaniyasına başlanmışdır. Bu işi vaxtında başa çatdırmaq məqsədilə yunqırxan aqreqatlar saz hala salınmışdır.

Heyvandarların gərgin əməyinə verilən yüksək qiymət və göstərilən dəstək onların işləmək əzmini günbəgün artırır. Burada eyni zamanda damazlıq işini inkişaf etdirmək sahəsində xeyli tədbir həyata keçirilmişdir, təsərrüfat bu sahə üzrə ixtisaslaşdığından əsas diqqət də elə bu sahəyə yönəldilmişdir. Heyvandarlıq təsərrüfatları növbəti illərdə yüksək keyfiyyətləri olan yerli damazlıq cinslərdən istifadə edəcək, kənardan damazlıq heyvan gətirməyə ehtiyac qalmayacaqdır.

Natiq Mirzəyev dedi ki, bunun üçün sürülərdə ən əvvəl ana qoyunların sayı çox olmalıdır. Beyləqanın iqlimi, suyu, torpaqrelyef şəraiti mələz heyvanlar yetişdirmək üçün daha səmərəlidir. Qarabağ cinsli qoyunlarla zərif yunlu qoyunları cütləşdirməklə yaxşı sürü yetişdirmək mümkündür və lazımdır.

Qoyun çox bərəkətli heyvandır, artımlıdır. Amma gərək ona hər zaman yaxşı baxasan, yeminisuyunu bol eləyəsən. Təsərrüfatın 3200 hektar örüşotlaq sahələri vardır, bunun 80 hektarında xəsillik salınmışdır. Əkinəyararlı sahələrdən digər yem növləri üçün də istifadə edilir. Bu mövsümdə əkin sahələrindən, otlaq və biçənəklərdən kifayət qədər otarpa məhsulu tədarük etmək, keçən ildəkindən xeyli artıq küləş toplamaq nəzərdə tutulmuşdur.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.-2013.-22 may.-S.6.