Görkəmli yazıçı, publisist millət vəkili

 

Azərbaycan jurnalistikasının parlaq nümayəndələrindən biri, görkəmli publisist, yazıçı, tərcüməçi Elmira Hüseyn qızı Axundovanın 60 yaşı tamam olur.

Elmira Axundova 1953–cü il may ayının 26–da Moskva vilayətinin Ramenskoye qəsəbəsində doğulmuş, 1976–cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977–1980–ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rus redaksiyasında müxbir kimi çalışmış, 1980–1988–ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent, daha sonra məsləhətçi vəzifəsində çalışmış, 1983–cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir. 1988–1990–cı illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi olmuşdur.

1991–ci ildə yazıçıların qurultayında Azərbaycan Yazıçılar Birliyinin katibi seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Rəyasət Heyətinin üzvü, Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse–prezidentidir.

Uzun illər bədii tərcümə ilə məşğul olan Elmira Axundova Azərbaycan yazıçılarının bir çoxunun əsərlərini böyük uğurla rus dilinə çevirmiş, bu kitablar Bakı, Moskva, Leninqrad nəşriyyatlarında çapdan çıxmışdır.

Filologiya elmləri üzrə fəlsəfə doktoru olan Elmira Axundova “Cəlil Məmmədquluzadənin realizmi və XIX əsrin sonu, XX əsrin əvvəllərində rus ədəbiyyatının təcrübəsi” monoqrafiyasının, həmçinin ali məktəblər üçün “Jurnalistika nəzəriyyəsi və KİV problemlərinin əsasları”, “Müasir dövri nəşrin əsas janrları və tərcümə problemləri” adlı tədris vəsaitlərinin müəllifidir.

1990–cı ildən 1998–ci ilədək “Literaturnaya qazeta”nın (Rusiya) Azərbaycan üzrə müxbiri olmuş, daha sonra respublikanı digər rus kütləvi informasiya vasitələrində—”Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “İzvestiya” qəzetlərində təmsil etmişdir.

1993–2002–ci illərdə “Svoboda” (“Azadlıq”) radiosunun rus xidmətinin müxbiri olmuşdur. Elmira Axundova yerli və xarici mətbuatda dərc edilmiş yüzlərlə məqalə və oçerklərin müəllifidir. Rusiya və xarici kütləvi informasiya vasitələrində müxbir kimi həyata keçirdiyi fəaliyyət Elmira Axundovanı ən çox oxunan yazarlar sırasına daxil etmişdir. Onun ssenarisi əsasında respublikada bədii, televiziya və başqa filmlər çəkilmişdir.

2002–ci ildən Elmira Axundova həm Bakı Slavyan Universitetinin dosentidir.

1995–ci ildən Prezident yanında əfv komissiyasının üzvüdür. Elmira Axundova Jurnalistlər BirliyininHəsən bəy Zərdabi”, respublika Yazıçılar BirliyininNəcəf Nəcəfov Beynəlxalq Ədəbiyyat FondununRəsul Rzamükafatlarına layiq görülmüşdür.

2003–cü ildə Elmira Axundova Azərbaycan publisistikasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı iləŞöhrətordeni ilə təltif edilmiş, 2005–ci ildə isəƏməkdar jurnalistfəxri adına layiq görülmüşdür.

O, III IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial Siyasət Komitəsinin üzvüdür. Bir neçə il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil etmişdir. Hazırda respublikanı MDB Parlamentlərarası Assambleyada təmsil edir. Azərbaycan–Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəridir.

 Qələmsözü əsl yazı adamı üçün müqəddəs sözdü. Çitəmə çiçəklər kimi bir–birinə söykək duran sözlə ev tikmək, yorulandabu sözün yamacınabaş qoyub xoşbəxt–xoşbəxt uyumaq necə gözəldi. Elmira xanım qələmin, sözün müqəddəsliyini qoruyan, onu ucaldan qüdrətli qələm sahibi, təpədən dırnağacan nur heykəlidir. Sadə, nəcib, xeyirxah, təmənnasız, ürəyi ilə bu dünyaya nəğmə oxuyan söz ustadıdır. Mən onu yüksək tribunalardan çıxış edərkən, sadə insanlar arasında söhbət apararkən, yollarda, səfərlərdə olarkən görmüşəm. İnsan qədər xeyirxah, nəcib, canıyanan olarmış? Qələm dostlarının uğuruna sevinən, fərəhlənən bu gözəl insanın ürəyinə, qəlbinə heyran olmaya bilmirsən.

Mən bu gün əli təzəcə qələm tutan, böyük arzularla yaşayan gənc qələm dostlarıma Elmira xanımda olan böyük Vətəndaşlıq yanğısını, Azərbaycan sevgisini arzulayıram.

Elmira xanım millət vəkili kimi böyük işlər görür, insanların köməyinə tələsir. Harda olursa–olsun Azərbaycanın haqq səsini deməkdən, müdafiə etməkdən çəkinmir. Ona görə insanların gözü hər yerdə onu axtarır.

Elmira xanımın ayrı–ayrı illərdə çap etdirdiyiFərmanla əfv olunub”, “Naşirin ölümü”, “Həqiqət anları”, “Əlövsət Quliyev: o, tarix yazırdı”, “Yaşamaq vaxtıdır”, “Şüşə saraykimi bir–birindən gözəl kitablarında insan, vətən taleyi var. Bu kitabların hamısını o, ürək yanğısı ilə yazıb.

Elmira xanımın ən böyük xidməti isə xalqımızın ən çətin günlərində göstərdiyi fədakarlıqdır.

Mən Elmira xanımı ermənilərin törətdiyi dəhşətli Xocalı qətliamından sonra oddan–alovdan köynək geyinib Azərbaycan harayını dünyaya çatdırdığı günlərdə görmüşəm. Həmin günlərdə dünyanın kar olmuş qulaqlarına xalqımızın haqq səsini bağıran bu zərif, bu kövrək qızcığazın mərdliyinə, cəsurluğuna, dəyanətinə heyrət etmişəm. Qəribə bir vəziyyət yaranmışdı: işğala, soyqırıma, qətliamlara məruz qalan xalqımız dəridən–qabıqdan çıxıb sülhsevər olduğunu, barış tərəfdarı olduğunu ATƏT–ə, BMT–, Avropa Şurasına sübut eləməliydi.

Onda Elmira xanımın yana–yana dediyi sözləri xatırlayıram: “İcazə verin, etiraz edim cənablar! Axı insanın içində BMT–, Avropa Şurasına, ATƏT–in Minsk qrupuna, dünyanın dürlü–dürlü təşkilatlarının etiketlərinə tabe olmayan qışqırıq, qəzəb hissi, haray hissi var axı? Mənim balamın başını kəsiblər axı? Mənim anamın süngüylə gözlərini deşiblər axı? Mənim atamın, babamın kürəyinə qaynar samovarı şəlləyiblər axı? Mənim Qarabağımı qan dənizində boğublar axı? Bütün bunları sən görməmisən axı? Bütün bunları mənim millətimə ölüm hökmü çıxaranlar görməyib axı?

Elmira xanımın erməni fitvasıyla Azərbaycana qənim kəsilənlərə ittiham aktı kimi səslənən bu harayı Xəzər kimi okeana yol tapmayan Azərbaycanın haqq səsiydi.

Mən o günlər bu cəsur Azərbaycan qızını təkbaşına tarana gedən təyyarəyə bənzədirdim. O, gecə–gündüz yatmır, Rusiyanın müxtəlif mətbuat orqanlarında dərc edilən cəsarətli yazıları ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışırdı.

1991–1998–ci illərdəLiteraturnaya qazeta”ya rəhbərlik etmiş Arkadi Udaltsov yubileylə bağlı Bakıya göndərdiyi təbrik məktubunda yazırdı: “Düşünürəm ki, Rusiya keçmiş SSRİ dövlətləri xalqlarının o vaxtlar respublikanızda baş verən hadisələri anlamasına verdiyiniz töhfənin miqyasını kiçiltmək olmaz. O, əhəmiyyətli danılmazdır. Bizim xüsusi müxbirimiz olduğun Azərbaycandan səmimi istedadcasına yazdığın məqalələr, reportajlar, məlumatlarLiteraturnaya qazeta”nın oxucuları tərəfindən böyük maraqla qarşılanırdı. Moskva bütün MDB– Azərbaycanın rəhbərləri, respublikanın tanınmış yazıçıları ictimai xadimləri ilə olan söhbətlərin xüsusi rezonans doğururdu”.

İstedadlı adamlar barlı ağac kimidir. Məğrurluğunu qoruyar, eləcə ana torpağa baş əyərlər. Uzun illərdən bəri tanıdığım, yaradıcılığını sevə–vevə izlədiyim qələm dostum Elmira Axundova da çoxçalarlı zəngin yaradıcılığına rəğmən heç vaxt sinəsinə döyübmən–məndeməyib. Bu, onun zəngin mənəviyyatından, ziyalılığından, əxlaqından, nəslindən–nəcabətindən gəlir. Mən bu görkəmli qələm adamını ədəb–ərkan, yüksək intellekt, gənc jurnalistlərimiz üçün tərbiyə məktəbi hesab edirəm.

Təsadüfi deyildir ki, ulu öndərimiz Heydər Əliyev Elmira Axundovanın yaradıcılığını həmişə diqqətlə izləmiş onu yüksək qiymətləndirmişdir. Ulu öndəri bütün səfərlərində müşayiət edənlərdən biri kimi Elmira xanım zəngin müşahidələri, qeydləri, canlı söhbətləri əsasında müasir Azərbaycanın qurucusu, memarı Heydər Əliyev haqqında çoxçildlik unikal roman–tədqiqat əsərini yazıb araya–ərsəyə gətirmişdir. 10 illik gərgin zəhmətin, axtarışların nəticəsi olan çoxçildlik bu əsər tarixi şəxsiyyət Heydər Əliyev haqqında olan nadir nəşrlərdəndir.

Türk dünyasının böyük şairi alimi Oljas Süleymenovun Elmira AxundovanınHeydər Əliyev. Şəxsiyyət zamanadlı çoxcildlik roman–tədqiqatının işıq üzü görmüş 6 cildliyi haqqında söylədiyi fikirlər, düşünürəm ki, yazıçı əməyinə verilmiş ən yüksək qiymətdir.

“Roman–tədqiqat qeyri–adi janrdır, bu, incəsənət elmin vəhdətidir. Subyektivlik obyektivlik. Bədii həqiqət həyat həqiqəti. Bu müddət ərzində sənədli həqiqəti uydurma ilə doldurmaqla roman yazmaq daha asan olardı. Amma Elmira unudulmaz dövrün real qəhrəmanı haqqında müasirlərinin söylədiyi həqiqi hekayələri yazmağa qərar verdi. Canlı sənədin bu həqiqəti həm onunla dəyərlidir ki, o itirilə biləndir. 10 illik dövrü ərzində yüzlərlə müsahibə onlardan çoxu artıq bir daha təkrar olunmayacaq: çünki həmsöhbətlərdən çoxu artıq həyatda deyil.

Uydurulmamış bu hekayələrin səmimiliyi, açıqlığı, şahidləri danışdırmağı bacaran həmsöhbətin valehedici ustalığı romanı sənədli nəsrin görkəmli əsərinə yazıçı–publisistin əsas kitabına çevirir”.

Dünyanın ən işıqlı, ən xeyirxah, ən gözəl insanlarından biri olan Elmira Hüseyn qızı Axundova qüdrətli qələmilə sözə heykəl qoyur, aydınlığa yol açır, insanlara ümid, yaşamaq, yaratmaq eşqi bəxş edir.

Deyirlər yazıya pozu yoxdur. Doğrudan da əsl yazıya pozu yoxdur. Daş kitabələrdə, Qobustanın sal qayalarında min illərdi yaşayan yazı kimi. Elmira xanımın da bir–birindən gözəl, bənzərsiz yazılarına pozu yoxdu. Çünki o yazıların yeri könüllərdi, ürəklərdi.

60 yaşın aydınlığı içində olan görkəmli qələm dostumuz Elmira Axundovaya uzun ömür, möhkəm cansağlığı, yaradıcılıq sevincləri arzulayırıq.

 

 

Zülfüqar ŞAHSEVƏNLİ

 

Respublika.-2013.-23 may.-S.5.