LƏNKƏRANDA “ÇAY BAYRAMI”

 

Vilvan kəndi Lənkəran–Boradigah magistralının üstündə yerləşir. Rayonun iri, axar–baxarlı kəndlərindən biridir. Ətirli, yaşıl çay plantasiyaları bu yerlərin gözəlliyini daha da artırır. Keçmiş sovet dönəmində kəndyaşıl qızıl”ı ilə ad–san, şöhrət qazanmışdır. Ənənələr bu gün davam etdirilir.

Kənddə əsl bayram əhval–ruhiyyəsi, insanlarda xoş ovqat hiss olunurdu. “Vilvankəndli–fermer çayçılıq təsərrüfatında məhsul yığımının başlanması münasibətiləÇay bayramıkeçirilirdi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq–mühafizə orqanlarının, idarə, müəssisə təşkilatlarının rəhbərləri, kəndin zəhmət adamları, ictimaiyyətin nümayəndələri bayram mərasiminə toplaşmışdılar.

Tədbir iştirakçıları əvvəl rayonun emal müəssisələrinin istehsal etdikləri çay nümunələri ilə tanış olmuş, pürrəngi, ətirli Lənkəran çayını dadmışlar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mərasimdə çıxış edərək bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da ümummilli lider Heydər Əliyevin yubiley təntənələri yaşanır. “Çay bayramıda əlamətdar yubileyə təsadüf edir.

Ulu öndər hakimiyyətə olduğu hər iki dövrdə regionların sosial–iqtisadi inkişafına xüsusi diqqət yetirmişdir. O illərdə Lənkəran rayonu sürətlə inkişaf etmiş, abad, gözəl, yaraşıqlı diyar kimi tanınmışdır. Müdrik rəhbərin aqrar sahənin inkişafına göstərdiyi yüksək qayğı sayəsində yaşıl çay Lənkəranın qiymətli sərvətinə çevrilmiş, kənd əməkçilərinin güzəranının, maddi rifah halının yaxşılaşmasında mühüm rol oynamışdır. Keçən əsrin 70–80–ci illərində rayonda yaşıl çay yarpağı istehsalı 16 min tona çatdırılmış, “Azərbaycan buketiEkstramarkaları ilə buraxılan çaylar SSRİ–nin hüdudlarından kənarda da şöhrət qazanmışdır.

İcra başçısı bildirmişdir ki, ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aqrar sahədə uğurlu islahatlar həyata keçirilmiş, azad sahibkarlığa dəstək verilmiş, çayçılığın inkişafı üçün geniş imkanlar açılmışdır. Ulu öndərin inkişaf strategiyasını uğurla, yüksək işgüzarlıqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə çayçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Lənkəran rayonunda bu sahənin dirçəldilməsinə, tərəqqisinə çox böyük önəm verilir. Təcrübəli fermerlər, sahibkarlar tərəfindən çayçılıq inkişaf etdirilir, yeni yerləri yaradılır.

İcra başçısı fermer Araz Yaqubovun təsisçiliyi ilə nəşr olunanYaşıl çayjurnalının fəaliyyətini yüksək qiymətləndirmiş, redaksiya heyətinə məsləhət tövsiyələrini çatdırmışdır.

Lənkəranın bu gün özünün təbii sərvətləri ilə öyünməyə haqqı vardırfikrini diqqətə çatdıran icra başçısı Taleh Qaraşov əvvəllər rayonda məhsul bayramlarının keçirildiyini, bu gözəl ənənənin bərpa etməyin əhəmiyyətli olduğunu, ilin sonunda məhsul bayramının keçiriləcəyini bildirmişdir.

Lənkəran Çay filialının direktoru Fərman Abdullayev çayçılığın elmi əsaslarla inkişaf etdirilməsi sahəsində aparılan elmi–tədqiqat işlərindən, çayçılığın perspektivlərindən danışmışdır.

Vilvankəndli–fermer çayçılıq təsərrüfatının başçısı İlyas Əliyev çayçılığın inkişafına dövlət qayğısının artırıldığını, son illər Lənkəran Astara rayonlarında 500 hektardan çox yeni çay plantasiyalarının salındığını bildirmişdir. Təcrübəli fermer 50 ildən artıq çayçılıqla məşğul olduğunu, 8 il əvvəl çay plantasiyalarının bərpasına başlanıldığını, təsərrüfatda 100 nəfərin mövsümi, 25 nəfərin daimi işlə təmin olunduğunu qeyd etmişdir.

Fermer İlyas Əliyev ölkəmizdə, o cümlədən Lənkəranda çayçılığın inkişafına göstərilən dövlət qayğısına görə ölkəmizin başçısı cənab İlham Əliyevə, rayonun rəhbərliyinə çaybecərənlər adından dərin minnətdarlığını bildirmişdir.

Lənkəran Rayon Müharibə Əmək Veteranları Şurasının sədri Musarza Əzimov çayçılığın keçmiş şöhrətinin bərpa edilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Çay bayramı”ndaNənələrfolklor kollektivinin, istedadlı incəsənət ustalarından Nəzakət Veysəlovanın, Hüseynağa Məhərrəmoğlunun, Əli Hüseynovun, Qoşqar Məmmədlinin ifaları alqışlarla qarşılanmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məhsul yığımına başlayan çaybecərənlərə uğurlar arzulamış, “yaşıl qızıl”ın şöhrətinin daha da artırmağı tövsiyə etmişdir.

 

 

Əlisəfa Həsənov

 

Respublika.-2013.-23 may.-S.5.