İctimai dinləmələr keçirilmişdir

 

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Bərdədə ictimai dinləmələr keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzindəki abidəsi önünə gül–çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Mədəniyyət evində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti və hüquq–mühafizə orqanlarının rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, qeyri–hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev insan hüquqlarının təmini və Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlərdən, son illərdə rayonda gedən sosialiqtisadi inkişafdan danışmışdır.

Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı çıxış edən Ombudsman Elmira Süleymanova ölkəmizdə həyata keçirilən demokratikhüquqisosialiqtisadi islahatlar barəsində geniş məlumat vermiş, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır.

Ombudsman 2013– ili Azərbaycanda Prezident seçkiləri ili kimi vurğulayaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, ölkə Prezidentinin seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd etmiş, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini vurğulamışdır.

Müzakirələrdə rayon polis şöbəsinin rəisi, məhkəmənin sədri, prokuror, dairə seçki komissiyasının sədri və digər iştirakçılar çıxış edərək rayondaMilli Fəaliyyət Proqramı” və insan hüquqları üzrə fəaliyyət, seçki təcrübəsinin təkmilləşdirilməsi, cinayətkarlıqla mübarizə üzrə tədbirlər və digər məsələlər barədə məlumat vermişlər.

 

 

Salman Alıoğlu

 

Respublika.-2013.-23 may.-S.5.