Səs yazıları arxivi

 

Respublika hökumətinin 5 aprel 1968–ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi (ARDSYA) yaradılıb. Respublika Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivi arasında ən gənc olan arxivimizin bu il 45 yaşı tamam oldu. Bu, MDB məkanında ikinci arxivdir. Birinci belə arxiv 1967–ci ildə Rusiyada təşkil edilib.

Arxivin özünəməxsus xüsusiyyəti var. Ümumiyyətlə, arxivlərin hamısı tarixi sənədləri, stenoqramları, daş kitabələri, qayaüstü təsvirləri, əlyazmaları, kitabları və s. mühafizə edərək gələcək nəslə çatdırmağa xidmət edir. Səs yazıları Arxivinin qarşısında Vətənimizin ictimaisiyasi həyatını, tarixini, elm və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audiovideo sənədləri səs və video yazıları toplayıb onların mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub.

Mühafizəxanalara, otaqlarına nəzər yetirdikcə qədim qrammofon vallarının, karton qutularda səliqə ilə saxlanılan fotosənədlərin, videoyazıların, qədim musiqi qutusu, patefon, audiovideo cihazları, bir sözlə, dünənlə bugünü qovuşduran ecazkar səs xəzinəsinin sehrinə düşürsən. Bu müqəddəs səs xəzinəsində neçə–neçə görkəmli şəxslərin canlı səsi, nəfəsi yaşayır. Sahiblərinin həyatda yoxluğunu unutduran bu səslər qarışıq dövrümüzün çəkişmələrinin, maddi çətinliklərin vurduğu ağır zərbələrdən qorunub. Bu səslərdə həmin insanlar, həmin tarixi anlar diridirlər, canlıdırlar.

Arxivin ən qədim sənədi XIX əsrin II yarısına aiddir. Bərk sıxılmış deşikli kartondan olan bu valHerafon” adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəblə Ştrausun “Qaraçı Baronu” və “Mazurkapolka” sözləri qeyd edilib. Bu sənədin qiyməti təkcə onun yaşında deyil. Həmin yazı dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dəst–xəttidir. Bu, böyük ədibin dünya mədəniyyətinə yaxından bələd olmasına sübutdur. Bu nadir val Şəki şəhərindən, dramaturqun ev–muzeyindən gətirilib.

İlk axtarışlar arxiv əməkdaşları üçün gözlənildiyindən də uğurlu oldu. Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli qrammofon valları əldə edildi. Ötən əsrin əvvəllərində İngiltərənin məşhur “Qrammofon”, ParisinPete” qardaşları, Almaniyanın “SportRekord”, habelə KiyevinEkstrafon”, TiflisinMonarxRekord”, Bakının “QrammofonRekord” və başqa səhmdar səsyazma şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarında Azərbaycan musiqisinin korifeyləri Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev (Şəkili Ələsgər), Məcid Behbudov (Rəşid Behbudovun atası), Seyid Şuşinski, Musa Şuşinski, Mirzə Güllər xanım, İslam Abdullayev (Segah İslam), qəribə taleli xanəndə Seyid Mirbabayev, Zabul Qasım, Məşədi Hilal Zeynalov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Həmid və Ələsgər Malıbəyli qardaşları, məşhur tarzənlərdən Şirin Axundov (Salyanlı Şirin), Mirzə Fərəc, Qurban Pirimov, Mənsur Mənsurov, Cəmil Əmirov (bəstəkar Fikrət Əmirovun atası) və bir çox başqalarının ifasında muğam, mahnı və el havaları əbədiləşib. 1500–ə qədər belə sənət inciləri arxivin “Qızıl Fondunun əsasını təşkil edir. Qeyd edək ki, həmin valların hamısı 1901–1914– illər arasında yazılıb. Arxivin əməkdaşları uzun illərdən bəri unudulmuş bir çox sənətkarların sorağına düşərək onlardan yadigar qalan sənət incilərini tapıb üzə çıxarıblar. Məşhur xanəndə Mirzə Güllər xanım, xanəndə Aslan, Musa Səfərov, Qasım Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov (Qədir bala), qarmonçalan Məmmədtağı və başqaları belə sənətkarlardandır. Belə tapıntılar mədəniyyət tariximizin araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir. Dini ehkamların hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyinə diqqət yetirək. Zəmanəsinin haqsızlıqları gənc qızı dogma Cavad kəndindən, ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyərək el şənliklərində Mirzə Güllər adı ilə, sönməz bir eşqlə oxuyan bu sənət fədaisinin səsi sonralar Şirvan, Gəncə, İrəvan və başqa iri şəhərlərdən gəlir. Artıq xeyli məşhur olan Mirzə Güllər xanım Kiyevə dəvət edilərək 1914– ildə onun ifasında “Mirzə Hüseyn segahı”, “Bayatı–Kürd”, “Bayatı–Şiraz” muğamları, “Yeri, dam üstə yeri” və başqa el havaları qrammofon valına yazılmışdır. Təəssüflər olsun ki, onun yalnız bir valını tapa bildik. Lakin axtarışlar zamanı onu şənliklərdə, toydamağarda görənlərin bir neçəsi ilə söhbətləşdik və xeyli məlumat əldə etdik.

1910–cu ildə sazəndə dəstələrinin vala yazdırdığı “Vağzalı”, “Mirzəyi”, “Tərəkəmə”, “Əskərani”, “Uzundərə” kimi oyun havaları, xanəndələrdən Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd və Məşədi Məmməd Fərzəliyevin “Gülə–gülə”, “Eşq atəşi”, “Vətən şərqisi”, “Mən bir türkəm”, “Tello” və başqa xalq mahnılarını xorla birlikdə oxuyub vala yazdırmışlar.

Arxivin fondlarında çox maraqlı bir val da mühafizə edilir. Həmin vala “Vağzalı” və “Mirzəyi” rəqs havaları yazılıb. Həmin rəqs havalarını Varşavanın “SportRekord” səsyazma şirkətinin avropalı əməkdaşları ifa edərək vala yazdırmışlar. 1910–cu ildə buraxılan bu val musiqimizin Avropada xüsusi maraq doğurduğunu sübut edir. Fondda görkəmli siyasətçi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyatını, coşqun fəaliyyətini əks etdirən fonovideo sənədlər tam toplanılaraq mühafizə edilir. Onların ümumi səslənmə müddəti 700 saatdan artıqdır.

O dövrün mühüm hadislərindən biri də səhnə əsərlərinin qrammofon valına yazılması olub. Belə ki, 1914– ildə Varşavanın “SportRekord” şirkəti Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan” və “Evliykən subay” əsərlərindən parçaları görkəmli səhnə ustası Hacıağa Abbasovun ifasında vala yazmışdı. Müəllifin “Əlli yaşında cavan” əsəri beş, “Evliykən subay” əsəri isə iki valdan ibarətdir və arxivin nadir foto sənədləri kimi qorunub saxlanılır.

Azərbaycan teatr tarixionun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur. Burada Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Dadaş Şaraqlı, Mirzağa Əliyev, Şövkət Məmmədova, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Fatma Qədri, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Kazım Ziya, Hacıağa Abbasov, Ağasadıq Gəraybəyli və daha neçə–neçə ölməz sənətkarlarımızın səsi, coşqun səhnə fəaliyyətləri arxivin nadir incilərindəndir. Həmin sənət fədailərinin çıxışları, onların həyat və yaradıcılığı, səhnə fəaliyyəti və yubiley təntənələrinə dair külli miqdarda dəyərli səs və video yazıları incəsənət tariximizin tədqiqi üçün geniş imkanlar yaradır. Bu sənədlər arasında bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Əfrasiyab Bədəlbəylinin, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, ifaçılardan Rəşid Behbudovun, Müslüm Maqomayevin, Bülbülün, Yaqub Məmmədovun, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın, Lütfiyar İmanovun, Yavər Kələntərlinin, Zeynəb Xanlarovanın, Fatma Mehrəliyevanın, Sara Qədimovanın, mahir muğam ustaları—Hacıbaba Hüseynovun, Əlibaba Məmmədovun, Arif Babayevin, Canəli Əkbərovun, Alim Qasımovun, Əbülfət Əliyevin, Qulu Əsgərovun, habelə ustad tarzən Bəhram Mansurovun, xalq artisti Habil Əliyevin, qaboyçalan Kamil Cəlilovun, mahir qarmonçalan Zakir Mirzəyevin, görkəmli caz ustası Vaqif Musfazadənin, bir sözlə, Azərbaycanın tanınmış bəstəkar, musiqiçi və ifaçılarının canlı səsləri, həyat və yaradıcılıqlarından ibarət zəngin fonovideo yazıları xüsusi dəyərə malikdir.

Bunlardan başqa, dünya klassik bəstəkarlarından və ifaçılarından Pyotr Çaykovski, Sergey Raxmaninov, Cüzeppe Verdi, Jorc Bize, Enrike Karuzo, Fyodr Şalyapin və digərlərinin yaradıcılıqları qrammofon vallarında və lent yazılarında öz əksini tapıb.

Arxivin fondları arasında “Ədəbiyyat” bölməsi daha zəngindir. Burada Süleyman Rüstəmin, Məmməd Rahimin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, Nəbi Xəzrinin, Mehdi Hüseynin, Əliağa Vahidin, Bəxtiyar Vahabzadənin, Əliağa Kürçaylının, Hafiz Baxışın, Mirvarid Dilbazinin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Şəhriyarın və bir çox başqa yazarların canlı səs və yaradıcılıqlarından bəhs edən fonovideo yazıları saxlanılır.

Xüsusi qayğı ilə mühafizə edilən digər fond Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əfzələddin Xaqani, İmadəddin Nəsimi və digər dahi söz ustalarının irsidir. Azərbaycan xalqına nur çeşməsi təki çağlayan, tükənməz və möhtəşəm sənət xəzinəsi yadigar qoymuş klassiklərimizin həyat və yaradıcılıqları ilə bağlı bölmə belə fono sənədlərlə zəngindir. Sazsöz ustadlarımız, alimlər, sənətkarlar onların insanları ofsunlayan poeziyasının sirlərindən zamanzaman söhbət açmışlar.

Türkiyənin tərəqqipərvər şairi Nazim Hikmət 1960–cı ildə Cəfər Cabbarlının evində təşkil edilmiş xatirə gecəsində çıxış etmiş və ədibi Azərbaycan yazarlarının peyğəmbəri adlandırmışdır. Onunla bərabər Süleyman Rüstəm, Cəfər Cəfərov, Rəsul Rza, Sabit Rəhman və başqaları da məclisdə iştirak etmiş, qısa ömrün dolğun yaradıcılığından geniş söhbət açmışlar. Və Nazim Hikmət sonda özününCeviz ağacı”, “Kərəm kimi” şeirlərini söyləmişdir. Belə bir lent yazısı böyük şəxsiyyətlərdən qalan qiymətli yadigardır. Tədbiri yazıçı Seyfəddin Dağlı lentə alıb arxivimizə bağışlamışdır.

Xalq şairi Səməd Vurğun, onun həyat və yaradıcılığı ilə bağlı 200–dən artıq fono sənəd var. Şairin ifasında özünün yazdığı şeirpoemalardan parçalar, müxtəlif tədbirlərdəki çıxışlarının lent yazıları və xüsusilə 1954– ildə Moskvada yazıçıların II Ümumittifaq Qurultayında “Sovet poeziyası” haqqında hamını heyran qoyan, 20 ili əhatə edən genişparlaq məruzəsinin lent yazısı uzun axtarışdan sonra 1976–cı ildə Moskva şəhərindən tapılaraq arxivə gətirilmişdir.

Dahi Üzeyir bəyin dili ilə desək, xalq musiqisinin ən yaxşı ifaçıları aşıqlardır. Musiqi sənətimizin örnəyi, mədəniyyətimizin əzəli ulu ozanların sinəsində dillənən telli sazdan başlayır. Sayı 2000–dən artıq olan aşıq yaradıcılığı fondunda aşıqlarımızın Azərbaycanın tərənnümü, məhəbbətdən, el qəhrəmanlarından söz açan dastanları və ifaları arxivin fondları arasında layiqli yer tutur. Ötən əsrin otuzuncu illərinin məşhur aşıqları Qurbanəlinin, Əsəd Rzayevin, Mirzə Bayramovun, Fətullanın, Şəmşirin, sonrakı illərdə Əkbər Cəfərovun, Mikayıl Azaflının, Hüseyn Saraclının, Əhməd Sadaxlının, Mahmud Məmmədovun, Məhəmməd Sadaxlının, Pənah Pənahovun, Kamandarın, Gülməmmədin və bir çox başqa el sənətkarlarının ifaları, saz havalarının lent yazıları, qrammofon valları və video yazıları qiymətli sənət incilərindəndir. Bu möhtəşəm xəzinədə “Koroğlu” dastanının bütün qolları aşıqlarımızın ifasında bir neçə qrammofon vallarında əbədiləşib.

Bu bölmədə çox maraqlı bir val da mühafizə edilir. Həmin vala kiçik yaşlı aşıqlar Kazım AbdullayevAllahverdi Əliyevin ifaları yazılmışdır. Xeyli araşdırmadan sonra müəyyən edilmişdir ki, 11 və 13 yaşlı Allahverdi ilə Kazım 1938–ci ildə Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün iştirakçısı olmuş, səsləri də elə o vaxt yazılmışdır. İkinci Dünya müharibəsinin başlanması və digər səbəblərdən həmin vallarSönöq” nüsxəsi halında şirkətin anbarında qalmış və sonradan unudulmuşdur. Ötən əsrin 70–ci illərində tərəfimizdən 800–ə qədər qrammofon valı aşkar edilərək arxivə gətirilmişdir.

Arxivin fondlarında İkinci Dünya müharibəsində azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının, müharibə veteranlarının, partizanların, arxa cəbhədə çalışan əmək veteranlarının çıxışları, xatirələri, habelə tarixi qələbəyə həsr olunmuş müxtəlif tədbirlərin audiovideo yazıları cəmlənib. Bu sənədlər arasında Azərbaycan bəstəkarlarının və incəsənət ustalarının müharibə dövrünə dair fonovideo yazıları daha çoxluq təşkil edir. İyirminci yüzilliyin 70–ci illərində arxivin əməkdaşları təşəbbüs göstərərək azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının bir çoxları ilə görüşmüş və onların müharibə təəssüratlarını, xatirələrini, döyüş yollarını lentə almışlar, nəticədə çox maraqlı və qiymətli bir fond alınıb. Arxivin müharibədən sonrakı fonovideo sənədlərində əsasən ölkədə bərpa işləri, xalq təsərrüfatının, elmin, mədəniyyətin inkişafı öz əksini tapıb.

Arxivin fono sənədləri arasında Cənubi Azərbaycan və Türkiyə Cümhuriyyətinin mədəni–ədəbi mühitinə dair mühafizə edilən səs yazıları mühüm əhəmiyyət kəsb edir. Bu sənədlər arasında ilk nəzər–diqqəti cəlb edən Şərqin görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın səsi yazılmış lentlərdir. Lentlərin birində xalq şairi Məmməd Rahimin ona açıq məktubu və şairin ona cavabı yazılmışdır. Ömrü boyu Bakını görmək və dostları ilə görüşmək arzusu ilə yaşayan ulu şair göz yaşlarını həmin məktublara qataraq, hıçqırtı ilə oxuyaraq lentə yazdırmış və bizlərə ərməğan etmişdir. Bu, çox dəyərli və çox da kədərli bir canlı sənəddir.

Fondda şərqin məşhur muğam ustası Əbdülhəsən Azər İqbal Soltanın lent yazıları da maraq doğurur. Bir yubiley mərasimində ustad 20 dəqiqə “Bayatı–İsfahan” muğamını böyük şövqlə ifa etmişdir.

Cənubi Azərbaycanın xanəndə və musiqiçilərinin ötən yüzilliyin əvvəllərində buraxılmış qrammofon valları o dövrün musiqi həyatı barədə təsəvvür yaradır. Onlardan Rzaquluxan, Tahirxan, Bağırxan və başqalarının qrammofon valları fondun dəyərli sənədlərindədir. Arxivdə Güney Azərbaycanın və Türkiyə aşıqlarının da xeyli audiovideo yazıları qorunur. Aşıqlardan Qəşəm, Rəhim, Həsən Qəffari, Mahmud Cahangiri, Məmmədli və bir çox sənətkarların çal–çağırları, onların könüloxşayan səsləri böyük məhəbbətlə mühafizə edilir.

Həmin fondlar arasında gözəl tərtib edilmiş fonoalbom Türkiyə Cümhuriyyətinin qurucusu uluAtatürkün sevdiyi şərqilər” səsli albomun üzərində böyük sərkərdənin şəxsi qılıncı və onun üzərində göyərçin həkk olunub. Qəhrəmanlıq və sülh rəmzi daşıyan bu tərtibat fonoalboma xüsusi gözəllik verir.

Son illərin məlum hadisələri ilə əlaqədar olaraq, “Qanlı Yanvar”, “Köçkünlər”, “Qarabağ hadisələri” kimi fondlar da yaradılıb. “Dağlıq Qarabağ” problemlərinin ciddiliyini nəzərə alan arxivin əməkdaşları erməni daşnakları tərəfindən öz atababa torpaqlarından qovulan azərbaycanlıların ah–naləsi, onların ittihamları, hətta uşaq hıçqırtısını belə lentə alıblar. 1973– ildə DQMV–nin 50 illiyinə həsr edilmiş təntənəli yığıncağın lent yazısına qulaq asanda Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu və ermənilər buraya köçüb gələndən sonra xoşbəxt yaşadıqlarını onların öz dilindən eşidirik.

Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi öz profilinə görə ölkəmizdə yeganə elmimetodiki mərkəzdir. Əməkdaşlarımız son illər “Fono sənədlərlə işləyən idarə və təşkilatların əsas qaydaları”, “Video sənədlərlə işləmə metodikası” adlı təlimat, “Əsas növləri və onlara sərf olunan vaxt norması” və s. kimi metodiki vəsaitlər hazırlanmış və onları gündəlik işlərində tətbiq edirlər. Arxivin əməkdaşları istər idarə və təşkilatlarda, istərsə də ayrı–ayrı şəxslərdə saxlanılan fonovideo yazıların qayğısına qalır, onlara metodikitexniki köməklik göstərir, dəyərli məsləhətlər verir. Belə tədbirlə video yazılarına nəzarət edilir, digər tərəfdən isə onların tədricən dövlət mühafizəsinə qəbul edilməsinə imkan yaradır.

Arxivə qəbul edilən qiymətli sənədlər arasında böyük Niyazinin fonotekası xüsusi diqqət çəkir. Görkəmli dirijor–bəstəkarın şəxsi fondunda 140–dan artıq qiymətli fonosənədlər cəmlənib. Burada mayestronun müxtəlif ölkələrdəki konsertlərinin, söhbətlərinin, onunla aparılan müsahibələrin, radioteleviziya verilişlərinin, əsərlərin lent yazıları, bir sıra görkəmli xarici ölkə musiqiçilərinin Niyaziyə avtoqrafla bağışladığı vallar, həmçinin ötən yüzilliyin əvvəllərində buraxılmış 10–dan artıq nadir qrammofon valı arxivin nadir sənədlərindəndir.

Arxivdə sənədlərin dövlət mühafizəsinə qəbulu, elmitexniki cəhətdən işlənməsi, onların bərpası və mühafizəsinin təmin edilməsi ilə yanaşı, onlardan hərtərəfli istifadənin təşkili arxivin fəaliyyətinin mühüm sahəsini təşkil edir. Səs yazıları qiymətli tarixi mənbə, geniş dinləyici kütləsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır. Səs yazılarına tələbat gündən–günə artır və onlardan istifadə genişlənir. Arxivin audiovideo materiallarından radioteleviziya verilişlərində, kinofilmlərin çəkilişində, müxtəlif yığıncaq və bayram tədbirlərində, xatirə və yaradıcılıq gecələrində, elmi işlərdə, muzey sərgilərində və s. tədbirlərdə istifadə edilir.

Arxiv materialları əsasında əməkdaşlarımızın təşəbbüsü ilə hazırladıqları məlumatlar xüsusilə əhəmiyyətlidir. Ayrı–ayrı mövzular üzrə digər sənədlərin siyahıları da hazırlanır ki, bu da istifadəni xeyli asanlaşdırır.

Milli Arxiv İdarəsi tərəfindən arxivə müasir tələblərə cavab verən avadanlıqların alınması və əməkdaşlarımızın həmin avadanlıqların istismar metodlarını mənimsəməsinin nəticəsidir ki, istər fondlarda mühafizə edilən və istərsə də ayrı–ayrı təşkilatlardan və şəxslərdən dövlət mühafizəsinə qəbul edilən audiovideo sənədlərin rəqəmsallaşdırılması işi davam etdirilir.

2008–ci ildə ölkə Prezidenti İlham Əliyev daha səmərəli və məhsuldar çalışmağımız üçün Milli Arxiv İdarəsinə çoxmərtəbəli və möhtəşəm bir binanın açılışını etdi. İndi burada istər sənədlərin mühafizəsi və istərsə də əməkdaşların fəaliyyəti üçün gözəl şərait yaradılıb.

Arxivin fondlarını yeni sənədlər hesabına zənginləşdirmək işin bir tərəfidir. Əsas və vacib məsələ isə onların mühafizəsini təmin etməkdir. Əgər qoruyub saxlaya bilmirsənsə, onu toplamağın heç bir mənası yoxdur. Elə bu məqsədlə də sənədlərin mühafizəsi yönündə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bunlardan ən vacibi tabeçiliyində olduğumuz Milli Arxiv İdarəsinin maliyyə dəstəyilə fonovideo sənədlərin xüsusi proqramla rəqəmsal formata çevrilməsidir. Fərəhlə qeyd etməliyik ki, respublika arxiv sistemində ilk olaraq bu çox gərəkli işə biz başlamışıq və hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono sənədin və 20 mindən artıq video süjetin 40 faizə qədəri artıq rəqəmsal formatda CD və DVD disklərinə köçürülübbu davam etdirilir. Məqsədimiz yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır.

Bildiyimiz kimi, hələlik lazer disklərində bir ölməzlik var. Daha uzaq, on illərə körpü yarada bilmək, bugünümüzün canlı xronikasını əbədiləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi əməkdaşları Vətənimizin bütün sahələrini əks etdirən fonovideo sənədləri böyük ruh yüksəkliyi ilə toplayaraq zamanın səsini, nəfəsini olduğu kimi gələcək nəsillərə çatdırmaqdan ötrü əzmlə çalışırlar.

 

 

Həsənxan Mədətov,

Azərbaycan Respublikası Dövlət

Səs Yazıları Arxivinin direktoru,

respublikanın əməkdar

mədəniyyət işçisi.

 

Respublika.-2013.-23 may.-S.7.