“Əkinçi”nin işığında

 

(“Aqrar mütəxəssis” qəzetinin 80 illiyi qarşısında)

 

Maraqlıdır ki, ilk milli qəzetimiz məhz aqrar sahənin görkəmli mütəxəssisi—Həsən bəy Zərdabinin təşəbbüsü və əməli fəaliyyəti ilə bağlıdır. Buna görə də Moskva PetrovskRazumovski adına Meşə Təsərrüfatı Akademiyasının məzununun “Əkinçi” adında qəzet təsis etməsi təsadüfi deyildi. Həmin vaxt Azərbaycanda yüksək ixtisaslı aqrar mütəxəssislər hazırlayan təhsil ocağı yox idi. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yalnız 1929–cu ildə yaranmışdı, 1931–ci ildə isə Gəncə şəhərinə köçürülmüşdü.

Yeni yaranan məktəbin qarşısında mühüm vəzifələr dururdu. Yüksək ixtisaslı mütəxəssislər hazırlamaq, müfaviq madditexniki baza yaratmaq, elmi–tədqiqat işlərini istiqamətləndirmək, dərs demək üçün professor–müəllim heyətini formalaşdırmaq, bir sözlə, respublikanın aqrar problemlərinə nəzəri və təcrübi istiqamət vermək bu ali təhsil ocağı qarşısında qoyulmuş əsas vəzifə idi. Bu işdə mətbu sözün gücündən də istifadə etmək üçün 1933– ildə “Kadr uğrunda”, hazırkı “Aqrar mütəxəssis” qəzeti yaradıldı. Qəzet “Əkinçi”nin mütərəqqi ənənələrindən öyrənir, onları inkişaf etdirirdi. Həmin illərdə milli jurnalist kadrları çatışmırdı. Odur ki, son vaxtlaradək qəzetə ADAU–nun professor–müəllim heyətinin nümayəndələri redaktorluq edirdilər. Professorlar H.Hacıyev, E.Məmmədov, R.Allahverdiyev, ədəbiyyatçı Ə.Həsənova, dosent C.Əkbərov, ədəbiyyatşünas A.Hüseynov, sonralar Y.Qurbanov, T.Azəri qəzetdə baş redaktor olmuşlar. Hazırda qəzetin baş redaktoru ixtisasca jurnalist Maarif Rzayevdir.

Aqrar mütəxəssis” qəzeti doğma ali təhsil ocağının professor–müəllim heyətinin, tələbə və oxucularının sevimlisinə və tribunasına çevrilmişdir. Burada alimlər apardıqları elmi işlər barədə çıxış edir, yaradılan yeni heyvan cinsləri, bitki sortları haqqında oxuculara geniş məlumat verirdilər.

O dövrdə milli ideologiyanın formalaşmasında əsaslı informasiya vasitəsi kimi qəzetin müntəzəm nəşrinə böyük ehtiyac vardı. Görkəmli şəxslərin qəzetdə çıxış etməsinə tələbat duyulurdu. Azərbaycan Dövlət Himninin müəllifi, şair Əhməd Cavad 1931–1934– illərdə ADAU–da işləmiş, dillər kafedrasına rəhbərlik etmiş, bu sahədə ilk professor olmuş və qəzetlə yaxından əməkdaşlıq etmişdir. Akademiklərdən Həsən Əliyev, Validə Tutayuk, Məmmətdağı Qəniyev, İmam Mustafayev, İlyas Abdullayev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Cəbrayıl Hüseynov, Həsən Seyidov, Cahangir Axundov, Ələkbər Quliyev, Rəhim Hüseynov, Siddiqə Məmmədova, Musa Musayev, Məmmədtağı Cəfərov və başqaları “Aqrar mütəxəssis” qəzetinin fəal müəlliflərindən olmuşlar.

İkinci Cahan müharibəsində universitetin əməkdaşları və tələbələri də fəal iştirak etmişdir. Bu illərdə “Aqrar mütəxəssis” qəzeti cəbhəyə gedənlərlə sıx əlaqə yaratmış və onlar haqqında maraqlı yazılar dərc etmişdir. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov universitetin hazırlıq kursunda təhsilini yarımçıq qoyaraq könüllü müharibəyə getmiş, Novqorod yaxınlığında əlbəyaxa döyüşdə misli görünməmiş igidlik göstərmiş və Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Bu hadisə qəzetin səhifələrində geniş işıqlandırılmısdır.

Gənclərin hərbi–vətənpərvərlik tərbiyə

sində qəzetin bu qəbildən olan məqalələrinin xüsusi rolu olmuşdur. 1988–ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də Aqrar Universitetin tələbə və müəllimləri düşmənə qarşı silahlı mübarizədə fəal iştirak etmişlər. Onlardan İxtiyar Qasımov, Ənvər Fərəcov (ölümündən sonra) və Məhəmməd Həsənov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız haqqında “Aqrar mütəxəssis” qəzeti maraqlı və yaddaqalan materiallar çap etmişdi.

Qəzeti vərəqlədikcə zamanzaman onun səhifələrinin tələbə–gənclərin yaradıcılıq arenasına çevrilməsinin şahidi olursan. Tələbələr elmi mövzularla məşğul olur, ictimai işlərdə fəallıq göstərir, lakin bədii yaradıcılığa da vaxt ayırırlar. 1970–ci ildə bu qəzetin nəzdində “Pöhrələr” adlı ədəbi dərnək fəaliyyət göstərirdi. Sonralar “Pöhrələr”in arasından respublikada tanınmış şairlər çıxmışlar. İsgəndər Etibar, İslam Sadiq, Rəna Teymur qızı, Seyid Əsgər Müzəffər oğlu və başqaları Azərbaycan Yazıçılar Birliyinin üzvləri, neçə–neçə bədii kitabların müəllifləridirlər.

Aqrar mütəxəssis” qəzeti Azərbaycan Dövlət Aqrar Universitetinin həm respublikamızda, həm də beynəlxalq aləmdə qazandığı uğurları müntəzəm işıqlandırır. 2001–ci ildə tədris sahəsində aparılan islahatlara, Avropa Şurasının tələblərinə uyğun proqramlara və digər göstəricilərinə görə ölkənin yeganə aqrar təhsil müəssisəsi Fransa Respublikasının Sənayeyə Yardım Assosiasiyasının “Qızıl medalı” ilə təltif olunmuşdur. Bunu oxucularına çatdırmaq vəzifəsini qəzet öz üzərinə götürmüşdür.

Qəzetin əsas fəaliyyət istiqamətində ümummilli liderimiz Heydər Əliyevin aqrar təhsil sisteminə göstərdiyi qayğını müntəzəm işıqlandırması mühüm yer tutur. 1973– ildə Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə ümummilli liderimiz Heydər Əliyev AKP MK–nın bürosunda xüsusi məsələ müzakirə etmişinstitutun gələcək inkişafı üçün proqram xarakterli tədbirlər planı hazırlanmışdı. Bu proqrama uyğun olaraq təhsil müəssisəsinə Xanlar rayonu (hazırda Göygöl) ərazisində yeni tələbə şəhərciyi salmaq üçün geniş torpaq sahəsi ayrılmış və müvafiq vəsait nəzərdə tutulmuşdu.

1980–ci il dekabrın 16–da universitetin 50 illik yubileyində şəxsən iştirak edən Heydər Əliyev SSRİ Ali Sovetinin qərarı ilə instituta verilən “Şərəf nişanı” ordenini ölkə rəhbərliyi adından təqdim etmişonu öz əli ilə ali təhsil ocağının bayrağına sancmışdır. Sonra ulu öndər Gəncədə uzunömürlülük rəmzi olaraq çinar ağacı əkmiş və bu hadisəni tarixiləşdirmişdir. Hazırda bu çinar Heydər Əliyev bağında öz möhtəşəm görkəmi ilə tarixi günlərini yaşayır. “Aqrar mütəxəssis” qəzeti də bu məqamları öz səhifələrində davamlı işıqlandırır.

2008–ci ilin dekabrından ADAU–da köklü islahatlar aparılmağa başlanmışdır. ADAU–da vaxtaşırı olaraq beynəlxalq səviyyəli elmipraktik konfranslar, Prezident Administrasiyasının üzvləri, görkəmli diplomatların iştirakı ilə “Dəyirmi masalar və digər mötəbər tədbirlər keçirilir, ideolojielmi işlərin istiqaməti müəyyənləşdirilir.

Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində 500 nəfərə yaxın professor–müəllim heyəti 3000–dən artıq tələbənin təhsili və tərbiyəsi ilə məşğul olur. Bu işlər “Aqrar mütəxəssis” qəzetində öz əksini layiqincə tapır.

Fəaliyyətinin 80–ci ilini yaşayan, “Əkinçi” qəzetinin layiqli varisi olanAqrar mütəxəssis” qəzetinin yaradıcı heyətinə, tələbə–müxbirlərə bu şərəfli və məsuliyyətli yolda yeniyeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Rübail ALLAHVERDİYEV,

Əməkdar müəllim, professor,

Aqrar mütəxəssisqəzetinin sabiq

redaktoru.

 

Respubliika.-2013.- 23 may.-S.8.