BİLƏSUVAR: BOL MƏHSUL
SUVARMADAN ASILIDIR
Torpaqların suvarılması və meliorasiyası sahəsində
Prezident cənab İlham Əliyevin gördüyü tədbirlər
son illər sistematik xarakter almışdır və bu, ulu
öndər Heydər
Əliyevin təməlini
qoyduğu islahatlar sistemində mühüm yerlərdən birini tutur. Dövlət başçısının tədbirləri meliorasiya və suvarma işçilərinin də
dərin razılığına
səbəb olmuşdur.
Biləsuvar Suvarma Sistemləri İdarəsinin kollektivi bu sahədə öz işlərini müasir tələblər
səviyyəsində qurmağa
çalışır. Ölkənin ərzaq təhlükəsizliyinə
layiqli töhfələr
verən Suvarma İdarəsi 1963–cü ildə
yaradılmışdır və
onun əsas vəzifəsi əkin sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasını,
sahələrin suvarma
suyu ilə etibarlı şəkildə
təminatını təşkil
etməkdən ibarətdir.
Son illərdə rayonda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması,
münbitliyin artırılması,
şoranlaşmanın qarşısının
alınması və təsərrüfatların suvarma
suyu ilə təminatının yüksəldilməsi
istiqamətində xeyli
iş görülmüş,
təsirli tədbirlər
həyata keçirilmişdir.
Dövlət başçısının meliorasiya və suvarma işlərinə ciddi münasibəti işçilərin ruh yüksəkliyini xeyli artırmışdır və
bu fəallığı
indi hər yerdə, rayonun ən ucqar ərazilərində
gecə–gündüz növbədə
dayanan suçuların
işində müşahidə
etmək mümkündür.
Kollektivin rəhbəri
Ədalət Babayev uzun illərdir ki, burada çalışır,
böyük iş təcrübəsi vardır.
O, söhbət zamanı
dedi:
– Ulu öndər Heydər Əliyevin meliorasiya və irriqasiya, suvarma obyektlərinin təşkili
sahəsində islahatlarından
sonra keçən dövr bizim kollektiv üçün həmişə uğurlu
olmuşdur. Başqa cür ola
da bilməz, kifayət qədər təcrübəmiz vardır,
doğma işə öyrəncəliyik, üz–gözümüz
torpağa öyrəşib.
Qeyd etmək
istərdim ki, suvarma tədbirləri birbaşa kənd təsərrüfatı məhsulları
istehsalının yüksəldilməsinə
xidmət edir. Bu işdə meliorasiya və suvarma işçilərinin əməyi
böyükdür, ən
yaxşı göstəricilər
məhz suvarmanın geniş tətbiq olunduğu sahələrdə
əldə edilir.
Mövcud su ehtiyatlarının
idarə olunmasına və onlardan maksimum səmərə ilə istifadə edilməsinə, suvarma suyunun kifayət qədər verilməsinə
xüsusi diqqət yetirilir, su itkiyə
yol verilmədən sahələrə çatdırılır.
Bu tədbirlər sayəsində rayonda aqrar bölmə sürətlə inkişaf
edir, xüsusilə ərzaqlıq məhsul istehsalının artımında
inkişaf templəri yüksəkdir.
Kollektivimiz suvarılan əkin sahələrinə xidmət
edir. Burada 63 nasos stansiyası,
xeyli hidrotexniki qurğu fasiləsiz fəaliyyətdədir. Son
vaxtlar görülmüş
ciddi tədbirlər sayəsində nasos aqreqatlarının hamısı
saz hala gətirilmişdir. Hazırda bütün
hidrotexniki qurğular,
elektrik mühərrikləri
işlək vəziyyətdədir.
Rayonda 2012–ci ildə
44129 hektar ərazidə
əkinlərin mütəşəkkilliklə
suvarılması üçün
mühüm tədbirlər
görülmüşdür. Bu ərazilərin 38909 hektarı
dövriyyədə olan
suvarılan torpaqlardır.
Təsərrüfatlarda 18500 hektar taxıl, 4689 hektar pambıq, 2363 hektar bostan–tərəvəz,
1010 hektar günəbaxan,
9743 hektar yem bitkiləri, 404 hektarlıq
nar bağı, habelə 2200 hektar həyətyanı sahə
suvarmaya cəlb olunmuşdur. Əsas su mənbəyi olan Bəhramtəpə su qovşağından kifayət qədər su alınmış, taxıl sahələri 2,3
dəfə, pambıq
əkinləri 3,5 dəfə,
yem bitkiləri 3,7 dəfə, bostan–tərəvəz
sahələri 4,5 dəfə,
nar bağları 3,1 dəfə, həyətyanı
sahələr 4,5 dəfə
suvarılmışdır. Cari ildə isə 19078 hektar taxıl, 5783 hektar pambıq, 7992 hektar yem bitkiləri, 2446 hektar bostan–tərəvəz,
1006 hektar günəbaxan
sahələri, nar bağları, həyətyanı
sahələr bir neçə dəfə keyfiyyətlə suvarılmışdır.
Ərazilərdə yeni nasos stansiyaları tikilib istifadəyə verilmiş, 7 nasos stansiyası, 6 nasosxana binası bərpa edilmiş, dizellər quraşdırılmış, mövcud
suvarma kanalları, habelə təsərrüfatlararası
və təsərrüfatdaxili
suvarma şəbəkəsi
lildən təmizlənmiş,
hidrotexniki qurğular əsaslı təmir olunmuşdur. Bu il
isə daha 7 nasosxanada təmir–bərpa
işləri aparmaq nəzərdə tutulmuşdur.
Əsas
vəzifələrdən biri
kollektor–drenaj şəbəkəsinin
lildən təmizlənməsi, iş rejiminin
daimi saxlanılmasından
ibarətdir. Cari ildə qısa müddət ərzində
xeyli ərazidə kompleks meliorasiya işləri başa çatdırılmış, həmin
ərazilərdən keçən
suvarma kanallarında
278 min kubmetr lildən
təmizlənmə aparılmış,
sistemə daxil olan hidrotexniki qurğular, nasos stansiyaları və aqreqatları, elektrik avadanlığı əsaslı
və cari təmir olunmuşdur. Yüksək
məhsuldarlıq əldə
etməkdən ötrü
şoran torpaqların
yararlı vəziyyətə
gətirilməsi üçün
xeyli tədbir görülmüşdür və
bu işdə podratçı təşkilatlarla
yanaşı, Biləsuvar
Suvarma Sistemləri İdarəsi də yaxından iştirak etmişdir. Gələcəkdə suvarma şəbəkəsi
daha da genişləndiriləcək,
yeni suvarma qurğuları quraşdırılacaqdır.
İşlərin görülməsini maşın
və mexanizmlərsiz
təsəvvür etmək
mümkün deyildir. İdarədə maşın–texnika parkının
komplektləşdirilməsinə diqqət gücləndirilmişdir.
Ədalət Babayev bizə məlumat verdi ki,
hazırda idarənin balansında 49 ədəd
nəqliyyat vasitəsi,
32 maşın–mexanizm vardır.
Müxtəlif qoşqular,
müasir ekskavatorlar, kanalqazanlar, güclü buldozerlər, yük və minik avtomaşınları,
digər texnika növbəli iş rejimi üzrə fəaliyyətdədir. İşçilər tədbirlərin yüksək
səviyyədə və
kənd əməkçilərinin
arzusunca həyata keçirilməsində rayon rəhbərliyinin,
Respublika Meliorasiya və Su Təsərrüfatı
ASC–nin göstərdikləri
daimi köməyi yüksək qiymətləndirirlər.
İdarənin rəhbəri vurğuladı
ki, melioratorların sırasında ali
və orta ixtisas, habelə müvafiq peşə təhsilli kadrlar yetərincədir. Onlar daim iş üstündədirlər,
şərəfli suçu
peşəsinin qədrini
bilirlər, ümümi iş üçün əllərindən gələni
əsirgəmirlər, suvarma
işlərinin genişləndirilməsinin,
yeni suvarma şəbəkələrinin yaradılmasının
müasir şəraitdə
mühüm əhəmiyyət
kəsb etdiyini yaxşı dərk edərək bu sahədə həyata keçiriləcək tədbirlərdə
fəal iştirak edirlər.
Hazırda son dərəcə məsul bir dövr, yəni yay mövsümü
yaxınlaşır. Bu dövrdə meliorasiya kollektivinin qayğıları
daha da artır.
Mühüm hazırlıq işləri
gedir. İşçilərin
boş vaxtı, demək olar ki, yoxdur, növbəli
iş sistemi tətbiq olunur. Buna əsaslanaraq qəti əminliklə deyə bilərəm ki, üzərimizə düşən
vəzifələri uğurla
həyata keçirəcək,
sosial–iqtisadi inkişafa
dair yeni Dövlət Proqramının
yerinə yetirilməsinə
layiqli töhfələr
verəcək, meliorasiya
tədbirlərini daha
yüksək səviyyədə
aparacaq, aqrar sahəni inkişaf etdirmək və əhalinin ərzaq məhsulları ilə təminatını daha da yaxşılaşdırmaq
işinə daha böyük kömək göstərəcəyik.
Melioratorların fəaliyyəti ilə tanışlıq həm də göstərdi ki, görülmüş işlər son hədd deyildir, dövlət başçısının qarşıya
qoyduğu məsul vəzifələr, rayon rəhbərliyinin
hazırlayıb həyata
keçirdiyi planların
yerinə yetirilməsi
ardıcıl olaraq davam etdirilməlidir. Onlar həmişə
çalışırlar ki,
torpaq üzərində
hər cür əziyyətlərə qatlaşan
insanlar su sarıdan narazı qalmasınlar. Bu yüksək fəallığa
əsaslanaraq qəti əminliklə deyə bilərik ki, məhz belə də olacaq, suvarma işçiləri
əl–ələ verib
bütün çətinlikləri
dəf edəcək, ölkəmizdə gedən
quruculuq işlərinə
sanballı kömək
göstərəcək, doğma
vətəni yeni–yeni əmək nailiyyətləri
ilə sevindirəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.-2013.-24 may.-S.6.