İctimai dinləmələr keçirilmişdir

 

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova əhalinin maarifləndirilməsi məqsədilə növbəti ictimai dinləməni Ağdamda keçirmişdir.

Quzanlı qəsəbə mədəniyyət evində təşkil olunan tədbirdə Ağdam rayon icra hakimiyyəti və hüquq–mühafizə orqanlarının rəhbər işçiləri, bələdiyyələrin, kənd ərazi nümayəndələrinin, dairə seçki komissiyalarının, qeyri–hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı çıxış edən Ombudsman Elmira Süleymanova ölkəmizdə həyata keçirilən demokratik–hüquqi və sosial–iqtisadi islahatlar barəsində geniş məlumat vermiş, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin strateji hədəflərini ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından da bəhs edilmişdir.

Müzakirələrdə rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov, rayon prokuroru və polis rəisi çıxış edərək, rayonda MFP və insan hüquqlarının həyata keçirilməsi üzrə fəaliyyət, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, cinayətkarlıqla mübarizə və digər məsələlər barədə danışmışlar.

Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulamışdır.

 

 

Salman Alıoğlu

 

Respublika.-2013.-24 may.-S.7.