GƏNCƏDƏ DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ VƏTƏNDAŞLARI QƏBUL ETMİŞDİR

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov Gəncədə şəhər də daxil olmaqla Goranboy, Samux, Göygöl, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, AğstafaQazax rayonlarından olan 25–dək vətəndaşı qəbul etmişdir.

Komitə sədri görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləmiş, müraciətlər barəsində birgə fikir mübadiləsi aparılmışdır.

Görüşdə dindarlar ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı, yeni məscidlər tikintisi, dini ədəbiyyat və ləvazimatların satışı mağazalarının fəaliyyətinin tənzimlənməsi, bəzi tarixi əhəmiyyətli məscidlərin bərpası və bir sıra digər şəxsi məsələlər barədə müraciət etmişlər.

Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilmiş, bəzi məsələlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilmişdir.

Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Komitə sədri Gəncədə yenidənqurma və bərpa işləri aparılan “İmamzadə” tarixi memarlıq kompleksində aparılan işlərlə də tanış olmuşdur.

Elşad İsgəndərov jurnalistlərin suallarını cavablandırarkən demişdir ki, bu gün mən İmamzadə kompleksində gedən işlə tanış oldumbir qrup vətəndaşla ordaca görüşdük. Cənab Prezidentin təşəbbüsü və bilavasitə nəzarəti ilə aparılan bərpa işlərini yüksək dəyərləndirdim. Bilirsiniz ki, bu yaxınlarda Şamaxı Cümə məscidinin açılışı olmuşdu, mən belə hesab edirəm ki, Bakıda bərpa olunan çox möhtəşəm dini mərkəzləri ilə yanaşı, “İmamzadə” dini memarlıq kompleksi də Azərbaycanda regionun dini və mənəviyyat mərkəzlərdən birinə çevriləcəkdir. Orada çox yüksək səviyyəli işlər aparılır.

Ümumilikdə bəzi problemlər hələ də var. Bəzi rayonlarımızda, böyük kəndlərimizdə məscidlər bərbad vəziyyətdədir və ibadətlər üçün yerlər çox sıxdır, onunla əlaqədər müraciətlər olubdur. Bilirsiniz ki, Şamaxı Cümə məscidinin açılışında cənab Prezident tərəfindən bəyan edilmişdir ki, Azərbaycanda bərpa edilməyən tarixi məscid olmayacaq. Bu istiqamətdə dövlət səviyyəsində hazırlıqlar gedir, sadəcə olaraq, bu istiqamətdə planlı və proqram əsasında aparılacaqdır.

Komitə sədri sözünə davam edərək demişdir ki, ümumiyyətlə, bölgə üzrə 50 İslam dini icması fəaliyyət gösdərir. Onlardan 42–si təkrar qeydiyyatdan keçməsi üçün müraciət edib, 29–u qeydiyyata alınıbdır, digərlərinin sənədlərində catışmazlıqla əlaqədər sənədlər geri qaytarılıbdır. Hesab edirəm ki, onlardan bir qisminin məsələsi yaxın 1–2 ay ərzində müsbət həll olunacaqdır.

 

Y.TANRIVERDİYEV,

 

Respublika.-2013.-25 may.-S.7.