Kənd sakinləri yolun rahatlığından razılıq edirlər

 

Qımıl–qışlaq kəndi Xaçmaz rayonunun mərkəzindən o qədər də aralı deyil. Ötən ilin payızında bu kəndə yolumuz düşəndə təəssüratımız o qədər də ürəkaçan olmadı. Kəndə gedən yol dağılıb, tamamilə sıradan çıxmışdı. Odur ki, cəmi 10–12 kilometrlik yolda xeyli vaxt itirdik. Hiss etdik ki, on beş yaşayış məntəqəsinin istifadə etdiyi bu yolda əhali əməlli–başlı əziyyət çəkir. Yolun əsaslı təmirə çox ciddi ehtiyacı var idi.

Bu ilin mart ayında ölkə PrezidentiXaçmaz rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama əsasən 5 min nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən Xaçmaz–Qımıl–qışlaq–Mollabürhanlı avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan 3,7 milyon manat vəsait ayrıldı. Qısa müddət ərzində yolun əsas hissəsi istifadəyə verildi. Hazırda yolun qalan hissələrinə asfalt örtük çəkilir, çiyin hissələri düzəldilir. Qımıl–Qışlağa çəkilən asfalt döşənmiş yol kənd sakinlərini əməlli–başlı sevindirib. Köhnə yoldan uzun illər əziyyət çəkən böyükdən–kiçiyə bütün kənd sakinləri yeni yolun rahatlığından ürəkdolusu böyük razılıq hissilə danışırlar.

Kənd ağsaqqalı Şahkərəm Ramazanov deyir: Sovet hökuməti dövründə salınan bu yol neçə illər idi ki, baxımsız qalmışdı. Təmir olunmurdu. Çalaçuxur yolda avtobusyüngül maşınlar teztez xarab olur, sıradan çıxırdı. Rayon mərkəzindən gələn maşınlar bu yola dönmək istəmirdi. Həmişə arzu edirdik ki, kəndimizin yolu təmir olunsun. Nəhayət, bu il yolun çəkilişinə başlanıldı. Tikinti başlananda xeyir–duanı birinci mən vermişəm. Yolun təzələnməsi camaatımıza rahatlıq bəxş edib. Yol asfalt olduğundan taksi sürücüləri gediş haqqını yarıbayarı azaldıblar. Sağ olsun Prezidentimiz. Yolumuza lazımi qədər vəsait ayırdı. Mən bütün kənd camaatı adından ona uzun ömür, cansağlığı arzu edirəm”.

Kənd müəllimi Aida Manafova: “Kəndlərin sosial problemlərinə heç vaxt bu qədər diqqət yetirilməmişdi. Kənd yollarının tikintisinə Prezidentin sərəncamı ilə dövlət vəsaitinin ayrılması ölkə rəhbərinin regionlara göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Gözümüz önündə şəhər və kəndlərimizdə hər şey yaxşılığa doğru dəyişir. Hər gün yeniliklər görürük. Gözəl və yaraşıqlı binalar tikilir, yollar abadlaşdırılır. Qaz, su, elektrik xətləri yenidən çəkilir. Müasir məktəblər istifadəyə verilir. Bir sözlə, kəndlərimizin həyat səviyyəsi gündən günə yüksəlir”.

Rayon kəndlərində yeniyeni evlər inşa olunub. Qadaş oba və Hacı İsa oba kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Qımıl–qışlağa 1200 metr uzunluğunda yeni su xətti çəkilib. Yeni yolun çəkilməsi bu kəndlərin inkişafına böyük təkan verəcəkdir. Kəndlərdə iqtisadiyyatın əsasını meyvəçilik təşkil edir. Yol mədəniyyət olmaqla bərabər, həm də iqtisadiyyatdır. Bağlarda istehsal olunan 20 min tondan çox meyvə bazarlara məhz bu yolla daşınır. Ötən illər yol pis olduğundan meyvə yeşiklərdə silkələnib keyfiyyətini itirirdi. Ümumiyyətlə, yeni yolun çəkilməsi camaatımız üçün çox böyük hadisədir.

Bəli, regionların sosialiqtisadi inkişafına dövlət qayğısı kəndlərdə müsbət irəliləyişlərə səbəb olmuşdur. Ölkə Prezidenti bütün sahələrə olduğu kimi, kənd yollarının tikintisinə də xüsusi diqqət yetirir. Nazirlər Kabinetinin 2012–ci ilin sosialiqtisadi inkişafının yekunlarına və 2013– ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Kəndarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan 100 milyon manatdan artıq vəsait ayrılmışdır. Bu ilbu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək”.

Bütün bunlar isə əhalinin, xüsusilə gənclərin kəndlərdə qalıb işləməsinə və yaxşı yaşamasına təminat yaradır.

 

Ziyafəddin BAYRAMOV,

 

Respublika.-2013.-25 may.-S.7.