Qazmaçılar 2013– ilə uğurla başladılar

 

Cari ilin yanvarmart aylarında quru və dəniz sahələrində 50977 metr qazma işi yerinə yetirən

Kompleks Qazma İşləri” trestinin əməkçiləri tapşırığın öhdəsindən 104.7 faiz gəlmişlər

 

Qazmaçıların, bütövlükdə ARDNŞ–in son illərdəki nailiyyətlərinin əsasında müəllifi ulu öndər Heydər Əliyev olan yeni neft strategiyası dayanır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasisosialiqtisadi inkişaf dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosialiqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. Respublikamızın müdafiə potensialının gücləndirilməsi, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, yeni istehsal müəssisələrinin açılması, elmdə və təhsildə yeni informasiya texnologiyalarının tətbiqi Prezident İlham Əliyevin dövlət başçısı kimi əldə etdiyi uğurların kiçik bir qismidir,–desək, yəqin ki yanılmarıq.

Son illər xalqımızın əldə etdiyi nailiyyətlərdə Azərbaycan neftçiləri, o cümlədən qazmaçılar çox böyük pay sahibidirlər. Xəzər dənizinin Azərbaycan sektorunda yüzlərlə quyunun qazılıb istismara verilməsində bilavasitə iştirak etmiş ARDNŞ “Kompleks Qazma İşləri” trestinin əməksevər kollektivi bu gün də dəniz və quru yataqlarında kəşfiyyat və istismar quyularının qazılması işini müvəffəqiyyətlə davam etdirir.

Qazmaçılarımız 2013– ilin yanvaraprel ayını yüksək texnikiiqtisadi göstəricilərlə başa vuraraq bu ilinuğurlu olmasının təməlini qoymuşlar. Faktiki olaraq respublikanın quru və dəniz sahələrində yanvaraprel ayı ərzində 50977 metr, yəni plandan 2304 metr çox qazma işi aparılmış, proqnoza 104.7 faiz əməl edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5858 metrya 113,0 faiz çoxdur. Faktiki 28 quyu qazma ilə başlayıb, 18 quyu qazmadan qurtarıb, 17 quyu isə sifarişçiyə təhvil verilmişdir.

Qeyd edək ki, Trest bütövlükdə 2013– ilin qalan dövrü ərzində respublikanın dəniz və quru sahələrində axtarış və istismar qazma işlərini müvəffəqiyyətlə aparmaq əzmindədir. Eyni zamanda əhalinin “mavi yanacaqla təminatının yaxşılaşdırılması məqsədilə ARDNŞ–in Tədbirlər Proqramına əsasən, qaz hasilatının artırılması üçün yeni quyuların qazılması davam etdiriləcəkdir. Növbəti illərdə də əhalinin qazla təminatının yaxşılaşdırılması məqsədilə Qaz Anbarlarının İstismarı İdarəsinin QalmazQaradağ sahələrində yeni quyuların qazılması planlaşdırılır. Bundan başqa, “Neft Daşları”və “Darvin Bankası” yataqlarında əlavə bir çox özüllərin tikintisibu özüllərdən qazma işlərinin başlanması, həmçinin, “Qərbi Abşeron” yatağında əlavə 3 özülün tikintisiqazma işlərinin başlanması nəzərdə tutulub.

Sevindirici haldır ki, əvvəkli illərdə olduğu kimi, 2013– ilə də qazmaçılar mədənçilərə yüksək hasilatlı quyular təhvil verməklə qədəm qoydular. Belə ki, yanvar ayının 14–də qazmaçılar strateji əhəmiyyətli “Günəşli” yatağında mədənçilərə yeni bir quyu təhvil vermişlər. Bu, 6 nömrəli stasionar özüldən qazılmış 42 nömrəli quyudur. Qeyd edim ki, 42 nömrəli quyu 15 ton neft və 160000 kubmetr qaz hasilatı ilə istismara verilib. Yanvaraprel dövründə qazmaçılar strateji əhəmiyyətli “Günəşli” yatağında 3 quyunun qazmasına başlayıb. Bu, 10,14 və 6 nömrəli stasionar özüllərdən qazılan 340, 41 və 45 nömrəli quyulardır.

2012–ci iltrestimiz üçün uğurlu olmuşdur. Əvvəkli illərdə olduğu kimi, 2012–ci ildə də neftçilərimizə yüksək hasilatlı quyular təhvil verilmişdir. Belə ki, “Günəşli” yatağında 6 nömrəli özüldən qazılmış 49 nömrəli quyu 240 000 kubmetr qaz və 33 ton kondensat, 14 nömrəli özüldən qazılmış 160 nömrəli quyu 100 ton neft, yenə də 14 nömrəli özüldən qazılmış 301 nömrəli quyu 80 ton neft, “Neft Daşları” yatağında 1887 nömrəli özüldən qazılmış 2288 və 2295 nömrəli quyular müvafiq olaraq 42 ton neft, 23000 kubmetr qaz və 30 ton neft hasilatı ilə istismara verilib.

Yeni il ərəfəsində – dekabr ayında unikal “Günəşli” yatağında mədənçilərə 2 yeni quyu təhvil vermişik. Bunlar, 10 nömrəli özüldən 43 nömrəli və 14 nömrəli özüldəki 306 nömrəli quyulardır. 43 nömrəli quyu 20 ton neft, 90 000 kubmetr 3 qaz, 306 nömrəli quyu isə 90 ton neft və 10 000 kubmetr 3 qaz hasilatı ilə istismara daxil edilib. Bütövlükdə “Kompleks Qazma İşləri” tresti 2012–ci il ərzində işlərini müvəffəqiyyətlə aparmış və ili uğurla başa vurmuşdur. Bu dövrdə 116894 metr qazma işi görülmüşdür. Aparılmış qazma işlərinin 109421 metri istismar, 7473 metri isə kəşfiyyat qazmasının payına düşür. İlin əvvəlindən 65 quyunun qazması başlanmış, 74 quyunun qazması qurtarmış, 79 quyu sifarişçiyə təhvil verilmişdir ki, bu da ondan əvvəlki 2011–ci ilin müvafiq dövrünə nisbətən 8 quyu çoxdur.

Qazmaçılarımız 2012–ci ildə “Ümid” yatağında daha önəmli uğurlara imza atmışlar.

Ümidstrukturunda yerləşən 1 nömrəli platformadan vaxtından 4 ay əvvəl qazılmış 10 nömrəli kəşfiyyat quyusunda dünya qazma sahəsində olan son mütərəqqi texnikitexnoloji yeniliklərdən istifadə olunmuşdur. Bunlardan xüsusi olaraq karbohidrogen əsaslı məhlulu, quyu dibi mühərrikləri, müasir tip hidrogenişləndiriciləri və bisentrik baltaları qeyd etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, 6400 metr dərinliyədək qazılmış quyu, layihədə nəzərdə tutulduğu kimi, Fasilə lay dəstəsinin analoqu olan Məhsuldar Qatın VII horizontunu tam açaraq öz geoloji vəzifəsini də yerinə yetirmişdir. İyun ayının 8–də perforasiya olunan və mənimsənilən “Ümid” platformasından qazılmış 10 nömrəli ikinci quyunun gündəlik hasilatı 1 milyon 200 min kubmetr 3 qaz və 150 ton kondensat həcmindədir. Bu quyunun məlumatları “Ümid” yatağında böyük karbohidrogen ehtiyatlarının mövcudluğunu və “Şahdəniz” yatağından sonra ən böyük qaz ehtiyatına malik olduğunu bir daha əyani şəkildə sübut edir. Ötən il noyabrın 6–daÜmid” sahəsində yerləşən 1 nömrəli platformadan Məhsuldar Qatın VII horizontuna, layihə dərinliyi 6550 metr olan 12 nömrəli istismar quyusunun qazılmasına başlanılmışdır və hazırda qazma işləri uğurla davam etdirilir.

Həmin gün Trest tərəfindən “Bulla–dəniz” sahəsində 29 nömrəli DSÖ–dən layihə dərinliyi 5800 metr olan 90 nömrəli kəşfiyyat quyusunda da qazma işlərinə başlanılmışdır. Qeyd edək ki, “Bulla–dəniz” Bakı arxipelaqında kəşf olunmuş yataqlar içərisində mühüm əhəmiyyət kəsb edir. Bu quyuda da qazma işləri uğurla davam etdirilir. “Ələt–dəniz” sahəsində yerləşən 63 nömrəli DSÖ–dən 23 nömrəli axtarış quyusunda qazma işləri uğurla başa çatdırılmış və hazırda mənimsəmə sınaq işləri həyata keçirilir.

Bundan başqa, “8 Mart” yatağında 730 nömrəli DSÖ–dən layihə dərinliyi 5750 metr olan 732 nömrəli quyuda qazma işlərinə başlanılmışdır. “Neft Daşları” yatağında yerləşən 2585 nömrəli meydançaya Çin istehsalı olan, ZJ 50 DBM markalı qurğu quraşdırılmış və qazma işləri müvəffəqiyyətlə davam etdirilir.

Əhalinin qazla təminatının yaxşılaşdırılması məqsədilə, respublika ərazisində fəaliyyət göstərən “Qalmaz” və “Qaradağqaz anbarlarının genişləndirilməsi Dövlət Neft Şirkətinin qarşısında duran vacib məsələlərdən biridir. Bu məqsədlə planda nəzərdə tutulmuşQaradağ” yatağında 476 və 479 nömrəli və “Qalmaz” yatağında 629 və 599 nömrəli quyuların qazması müvəffəqiyyətlə davam etdirilir, növbəti 627 nömrəli quyuda qazma işlərinə yaxın vaxtlarda start veriləcək və bunun üçün lazımi işlər həyata keçirilir. Bu quyular aktiv qaz həcminin genişləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, 476 nömrəli istismar–basqı quyusunda müasir standartlara cavab verən, Çin istehsalı olan, RPDE sisteminə malik ZJ 50 DBM markalı qurğu tətbiq edilir. Qurğuda “VARCO” firmasının istehsalı olan TDS–1İSA markalı Top drayver quraşdırılmışdır. ZJ 50 DBM qurğusu 5000 metr dərinliyə qədər qazma işlərinin aparılmasına imkan verir. Buruqda işçi təzyiqi 350 atmosfer olan 3NB–1600 tipli Tripleks nasosları, SCR sistemi ilə 1200 kilovatlıq CAT–3512 tipli əsas və 365 kilovatlıq CAT–3406 markalı köməkçi dizel generatorları, müasir standartlara cavab verən “DERRİCK” firmasının istehsal olan qazma məhlulunun təmizlənməsi sistemli ümumi həcmi 350 kubmetr olan qəbul çənləri quraşdırılmışdır. Qazmaçı kabinəsi müasir nəzarət–ölçü cihazları və müşahidə kameraları ilə təmin edilmişdir.

14.04.2013– il tarixində qazma keçidinə start verilmiş 476 nömrəli istismar–basqı quyusunda yeni texnika və texnologiyaları tətbiq edilir. Belə ki, karbohidrogen əsaslı qazma məhlulundan, hidravlik genişləndiricidən, quyu dibi mühərriklərdən, YASS–Akseleratorlardans. tərtibatlardan da istifadə olunaraq yüksək texnikiiqtisadi göstəricilər əldə olunmuşdur. Qazma işlərinin aparılmasına nəzarət elektronikaya əsaslanmış və yerinə yetirilən əməliyyatlar avtomatlaşdırılmışdır. Bu gün qazmanın uğurla başa çatdırılması işlərinin aparılması KQİ trestinin Abşeron Qazma İşləri İdarəsinin zəhmətkeş kollektivinin böyük səyləri nəticəsində əldə olunmuşdur.

Qeyd etmək lazımdır ki, buruqda ətraf mühitin çirklənmədən qorunması məqsədilə tutumu 400 m olan müasir anbar tikilmişdir. Quyuda çalışan işçilərin sosial–məişət məsələləri də yüksək səviyyədə həll edilmişdir. Belə ki, buruqda 10 ədəd vaqonevcik, o cümlədən 3 menecer evciyi qurulmuş, onların hər biri kondisioner, məişət avadanlıqları, rahat yataq dəstləri ilə təmin olunmuş və işçilərin isti yeməklə qidalanması üçün yeməkxana istifadəyə verilmişdir. İşçilərin asudə vaxtlarda normal istirahətlərini təmin etmək məqsədilə, istirahət guşəsi də təşkil edilmişdir. Buruq ətrafı sahədə abadlıq işləri aparılmış, ağaclar əkilmiş, əraziyə çınqıl–asfalt döşənmişdir.

479 saylı istismar–basqı quyusunda qazma işləri başa çatdırılmış və hazırda bu quyuda sınaq–mənimsəmə işlərinə başlanmışdır.

Tədbirlər Proqramının yerinə yetirilməsi ilə əlaqədar olaraq 2012–2013– illər ərzində Qaz Anbarlarının İstismarı İdarəsinin Qalmaz sahəsində 5 quyu (633, 634, 637, 635, 639 və 638 nömrəli quyular), Qaradağ sahəsində isə 3 quyu (473, 474 və 477 nömrəli quyular) qazılaraq təhvil verilmişdir.

Bundan başqa, məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti regionların Sosialİqtisadi İnkişafı proqramı çərçivəsində də geniş miqyaslı tikinti–quraşdırma və abadlıq işləri həyata keçirir. Bu proqramın icrasının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında əhali və sənaye obyektlərinin qaz təchizatının sabitliyinin təmin edilməsi əsas məsələlərdən biri kimi qarşıya çıxır. Naxçıvanda yeraltı qaz anbarının yaradılması qaz təchizatının əsaslı surətdə yaxşılaşdırılması ilə yanaşı bir sıra vacib sosial problemlərin də həllinə öz müsbət təsirini göstərəcəkdir. Bununla əlaqədar Nehrəm duz yatağı bazasında duz laylarında yeraltı qaz anbarının yaradılması məsələsi qarşıda durur. Bu məqsədlə 2013– il yanvarın 11–də Tumbul sahəsində 1 nömrəli kəşfıyyat quyusunun qazılmasına start verilmişdir. 1 nömrəli kəşfiyyat quyusunda aparılacaq tədqiqatların nəticələri müsbət olarsa, həmin ərazidə yeraltı qaz anbarının yaradılması nəzərdə tutulur. Bu məqsədlə yeni quyuların qazılması da planlaşdırılır.

Kompleks Qazma İşləri” trestinin həyata keçirdiyi genişmiqyaslı işlər kadrların hazırlığının da müasir tələblər səviyyəsinə yüksəldilməsini tələb edir

Trestin inkişaf proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsi mühəndis və texniki işçilərin bütövlükdə tam müasirləşməsini zəruri etmişdir. Bizim bu sahədə də bir sıra uğurlarımız vardır. 250 nəfərə yaxın işçiÜmid” sahəsində qazılan 8 və 10 nömrəli, “Bulla–dəniz” sahəsindəki 89 nömrəli quyularda tətbiq olunan qabaqcıl texnika və texnologiyanın sirlərinə mükəmməl yiyələnmişlər və ən mürəkkəb işlərin icrasına yüksək səviyyədə hazırdırlar. Bunlara polimerkarbohidrogen əsaslı məhlullar, hidrogenişləndiricilər, MWD sistemləri, müasir nəzarət–ölçü cihazları, yeni tip təmizləmə sistemləri və s. aiddir. Bundan başqa, qazmaçılar Çin, Böyük Britaniya və digər xarici ölkələrdə ixtisaslarını artırırlar. Məsələn, 4 nəfər gənc mütəxəssis Şotlandiyanın Aberdin şəhərində LWD/MWD sistemini mənimsəyərək “Ələt–dəniz” yatağında qazılan 23 nömrəli və “Günəşli” sahəsindəki 305 nömrəli quyuların istiqamətləndirilməsini müvəffəqiyyətlə həyata keçirmişlər. Qeyd edək ki, KQİ trestinin mütəxəssisləri respublikada və xaricdə keçirilən simpoziumlarda, sərgilərdə və kurslarda da iştirak edərək öz bilik və təcrübələrini zənginləşdirirlər.

Ölkəmizdə neftqaz hasilatının sabit saxlanılması və artırılması üçün istismar qazması işlərinin, eləcə də yeni yataqların aşkar edilməsi üçün axtarış–kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədilə “Kompleks Qazma İşləri” tresti ARDNŞ–in strukturunda birləşmiş və böyük elmi potensiala malik olan idarələrlə, o cümlədən “Neftqazelmitədqiqatlayihə” İnstitutu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, GeofizikaGeologiya İdarəsi ilə sıx əməkdaşlıq edir. Müasir kadrların hazırlanması, elm tutumlu texnologiyaların tətbiqi və s. görülən gərgin işlərin nəticəsi olaraq trestin tərkibində fəaliyyət göstərən “QazmaservisLogistika” idarəsi genişprofilli xidmət, təmir, qüllə tikintisi, maili quyuların qazılması işlərini və digər mürəkkəb texnoloji əməliyyatların icrasını yerinə yetirməyə başlamışdır. Artıq “QazmaservisLogistika” İdarəsi nəzərdə tutulan proqramı həyata keçirdikcə, maliyyə vəsaitləri xarici firmalara ödənmir, ölkəmizə qalır.

Onu da qeyd edək ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin neftçilər qarşısında qoyduğu məsul vəzifələrin icrasına qazmaçılar öz layiqli töhfələrini bundan sonra da vermək əzmindədirlər. Bu günKompleks Qazma İşləri” tresti respublikanın quru və dəniz sahələri üzrə ARDNŞ–ə məxsus 25–ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyalardan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalatinzibati nizamintizam qaydalarına riayət edilməklə maliyyə pozuntularına yol vermədən sifarişçinin tapşırıqlarını vaxtında və keyfiyyətlə həyata keçirməklə, axtarış–kəşfiyyat və istismar qazma işləri aparır. Trestin madditexniki tələbati da ARDNŞ rəhbərliyi tərəfindən daim diqqətdə saxlanır, göndərilən sifarişlərin mərhələli şəkildə alınmasına şərait yaradır. KQİ trestinin kollektivi ARDNŞ rəhbərliyinin və şəxsən Rövnəq Abdullayevin dəstəyinə güvənir.

KQİ tresti ən müasir avadanlıqlardan, qabaqcıl texnikatexnologiyalardan istifadə etməklə, quru və dəniz əraziləri üzrə 1000–7000 metrlik quyularda yüksək səviyyədə qazma işləri aparmağa qadir bir quruma çevrilmişdirbir çox sahələrdə xariçi şirkətlərlə rəqabət aparmaq gücündədir.

 

İskəndər Şirəli,

 

Kompleks Qazma İşləritrestinin müdiri.

 

Respublika.-2013.-26 may.-S.5.