Respublika Gününə həsr olunmuş tədbir

 

FotoAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95–ci ildönümü – 28 may Respublika Günü münasibətilə paytaxtın Nizami rayonunda yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov əlamətdar gün münasibətilə xalqımızı təbrik etdiyeniyeni uğurlar arzuladı. Bildirdi ki, xalqımızın zəngin dövlətçilik tarixində 1918–ci ilin mayın 28–də yaradılmış və cəmi 23 ay fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti şərəfli yer tutur. 1918–ci ilin 28 may günü Azərbaycan xalqının və dövlətinin taleyində əsrlərə bərabər günlərdəndir. Məhz həmin gün Azərbaycanın dövlət müstəqilliyi və istiqlaliyyəti elan olunmuş Şərqdə ilk dəfə olaraq Demokratik Cümhuriyyət yaradılmışdır. Azərbaycan xalqı üçün isə bu xüsusi əhəmiyyətli hadisə idi. Çünki xalqımız öz müstəqil dövlətini yaratmışdı. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı, nəhayət, öz müstəqil dövlətinə sahib olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti 1918–ci il may ayının 28–də Tiflis şəhərində yaradılmış, iyun ayının 16–da Gəncə şəhərinə köçmüş, sentyabrın 15–də isə xilaskar türk ordusunun köməyi ilə Bakı şəhərində bərqərar olmuşdur. Azərbaycan Milli Şurası özünün ilk iclasında “İstiqlal bəyannaməsi” adlı mühüm siyasi sənəd qəbul etmişdir. Bəyannamədə cümhuriyyətdə yaşayan bütün əhalinin hüquq bərabərlikləri və azadlıqları elan edilmişdir.

28 May tarixinin Azərbaycan Respublikasında ən böyük hadisə olduğunu diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı T.Budaqov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlarda hakim kəsildi. Şüurlarda millətimizin, Vətənimizin əbədi olaraq istiqlala qovuşacağı inamını daha da möhkəmləndirdi. Nəhayət, Azərbaycan xalqı XX əsrin sonunda tökülən qanlar öahasına dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991–1993– ilin iyun ayına qədər dövr ərzində hakimiyyətin səriştəsizliyi ucbatından dövlət müstəqilliyimiz şübhə altına alındı. Belə bir vəziyyətdə 1993– ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn görkəmli dövlət xadimi böyük siyasətçi Heydər Əliyev bu şərəfli missiyanı öz üzərinə götürdü. Heydər Əliyevin səyləri nəticəsində qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi.

Sonra “Dövlət müstəqilliyi xalqımızın böyük sərvətidir” mövzusunda məruzə üçün söz RİH başçısının müavini Gülnaz İsrafilovaya verildi. Məruzəçi qeyd etdi ki, bugünkü müstəqil Azərbaycan Respublikası XX əsrin əvvəllərində təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Varislik prinsipinin səciyyəvi xüsusiyyətləri haqqında Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur”. Hazırda müstəqil Azərbaycan Respublikası qüdrətli bir dövlətə çevrilmişdir. Bu gün Azərbaycan xalqı gələcəyə daha böyük ümidlərlə baxır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, həyatımızın bütün sahələrində sürətli inkişaf gedir. Bir sözlə, artıq Azərbaycan müstəqil dövlət kimi tam şəkildə formalaşıbdır. Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır.

G.İsrafilova daha sonra qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi Nizami rayonunda da ulu öndərimizin 90 illiyi böyük təntənə ilə qeyd edilmiş, məktəblilər arasında idmanın müxtəlif növləri üzrə yarışlar keçirilmiş, inşa yazı, rəsm, şeir müsabiqələri, bilik olimpiadası, Breynrinq intellektual oyunu təşkil edilmişdir. C.Naxçıvanski adına hərbi liseydə “Şahin” hərbi–idman oyununun şəhər və respublika mərhələləri keçirilmiş və 220 nömrəli məktəb–liseyin komandası hər iki mərhələdə rayonumuzu layiqincə təmsil edərək, şəhər mərhələsində II yerə, respublika mərhələsində I yerə layiq görülmüşdür. Eləcə də rayonun Park Bulvarında Gül bayramı təşkil olunmuş 24 orta ümumtəhsil məktəbinin, 24 uşaq bağçasının kollektivlərinin hazırladıqları gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, müxtəlif əl işlərindən ibarət eksponatlar nümayiş etdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Müsabiqə Komissiyası Gül bayramı tədbirinin yekun nəticələrinə görə Nizami rayonunu I yerə layiq görüb. Artıq 4– ildir ki, rayon bu yeri, bu qələbəni əldə möhkəm saxlayır.

Sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilmiş müsabiqə və yarışların qalibləri, Gül bayramı tədbirində fərqlənənlərin, “Şahin” hərbi–idman oyununun iştirakçıları mükafatlandırıldı.

Tədbirə yekun vuran RİH–in başçısı Tahir Budaqov qalibləri bir daha təbrik etdibildirdi ki, bərpa etdiyimiz müstəqilliyimizin qorunub saxlanılması və onun əbədiləşdirilməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ona görə də ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətlər və bu nailiyyəti dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq” fikri hər bir azərbaycanlının həyat amalına çevrilmişdir.

Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.

 

Müşfiq MİRZƏ,

 

Respublika.-2013.-26 may.-S.6.