“Qalxanabənzər vəzi Günüqeyd olundu

 

FotoDünən “Qafqaz Point ” mehmanxanasının konfrans salonunda Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi və Milli Onkologiya Mərkəzinin birgə təşkilaçılığı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin baş endokrinoloqu, millət vəkili, professor Rafiq Məmmədhəsənov açaraq bildirdi ki, 2009–cu ildən etibarən 25 may “Qalxanabənzər vəzi Günübütün dünyada qeyd olunur. Bu günün qeyd edilməsinin mahiyyəti alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə və həlli yollarına cəlb etməkdən ibarətdir.

Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov “Qalxanabənzər vəzinin patologiyası və sonsuzluqmövzusunda çıxış edərək bildirdi ki, dünya üzrə yod defisiti nəticəsində insanların 10–30 faizində qalxanabənzər vəzin böyüməsi müşahidə olunur. Digər 30 faiz insanlarda qalxanabənzər vəzində isə düyün aşkar olunur.

Mərkəzin direktorunun sözlərinə görə, Azərbaycan Respublikasında 2012–ci ilin statistikasına görə 15 354 nəfərdə qalxanabənzər vəzi xəstəlikləri aşkar olunub ki, bunun da 1088 nəfəri uşaqlardır. Lakin bu statistik nəticə sırf qeydiyata düşənlərdir. Gerçəklikdə isə bu rəqəm dəfələrlə böyükdür. 1998–2008–ci illərdə Respublika Endokrinoloji Mərkəzinin Dünya Həkimləri Təşkilatları ilə birlikdə apardıqları tədqiqatlar göstərir ki, bütövlükdə respublikamız orta ağır yod defisitli regiondur. Eyni zamanda 2001–ci ildə Milli Məclis tərəfindən Yod Çatışmazlığı Xəstəlilkərinin Profilaktikasına dair qanun qəbul edilmiş və 2003– ildə qüvvəyə minmişdir. Bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən görülən müxtəlif tədbirlər öz bəhrəsini verməkdədir. Statistikaya əsasən hazırda yod defisiti bir neçə dəfəyə qədər azalmışdır.

REM–in direktor müavini, həkim–endokrinoloq Yeganə Sultanova çıxış edərək ilk dəfə bu il Azərbaycan Respublikasında ümumdünya Qalxanabənzər vəzi gününün qeyd olunmasının əhəmiyyətindən danışdı. O bildirdi ki, Respublika Endokrinoloji Mərkəz (REM) daim respublikanın regionlarında profilaktik müayinələr aparır, maarifləndirmə tədbirləri görür, region mağazalarındakı duzların tərkibinə nəzarət edir. Eyni zamanda regionlarda və Bakı şəhərində həkim–endokrinoloqlar üçün seminarkonfranslar təşkil edir.

Y.Sultanova bu xəstəlik barəsində məlumat verərək həmçinin qeyd etdi ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxana bənzədiyi üçün onu belə adlandırırlar. Lakin beynəlxalq aləmdə onun simvolu kəpənəkdir. Çünki o daha çox kəpənək kimi görünüronun təki incədir.

Sonra REM–in oftalmoloqu Sevinc Əsədova “Endokrin oftalmopatiya”, Milli Onkoloji Mərkəzin Radinuklid şöbəsinin həkimi Fuad Əliyev “Qalxanvarı vəzinin radinuklid diaqnostikası və müalicəsi” mövzularında məruzələrlə çıxış etdilər. Natiqlər bildirdilər ki, qalxanabənzər vəzi tireoid hormonları hasil edirbu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək–damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemindirijoru” adlandırırlar. Bu vəzinin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir – sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi zərər çəkir. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir.Belə ki, yodinsan orqanizminin fəaliyyəti üçün həyatı önəmə malik elementdir.

Konfrans öz işini mövzu ətrafında müzakirələrlə davam etdirdi.

 

Gülşən Hüseynova,

 

Respublika.-2013.-26 may.-S.6.