Nə qədər ki klassik musiqi var, yüksək ruh var

 

FotoXalqımızın həyatında yeni tarixi dövr ulu öndərin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına, Azərbaycan dilinə, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlər misilsizdir.

“Mən ömrümün qalan hissəsini xalqıma bəxş edirəm”,—deyən ulu öndər həqiqətən də Azərbaycanın müstəqilliyi, vahidliyi yolunda ömrünün qalan hissəsini millətinə bəxş etdi.

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı özümüzə tanıtdı, Azərbaycanı dünyaya tanıtdı, Azərbaycanı dünyaya sevdirdi.

Heydər Əliyev Fondu yarandığı dövrdən bugünə qədər fondun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva çoxsaylı layihələrə imza atmış, onun dəstəyi və rəhbərliyi altında müsabiqələr, festivallar keçirilmişdir. Azərbaycan ifaçılıq sənətinin inkişafı və təbliği baxımından ölkəmizdə keçirilən beynəlxalq festival və müsabiqələrin rolu son dərəcə önəmlidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə keçirdikləri ali təhsil müəssisələri tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram və minnətdarlıq hissi olaraq, Azərbaycan musiqi mədəniyyətinin gələcək inkişafını təmin edərək, gənc musiqiçi nəslinin təhsili və tərbiyyəsinin təməlini təşkil etmək məqsədi ilə keçirildi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi ərəfəsində keçirilən bu sənət yarışında universitetin musiqi təhsilinin əsasını təşkil edən 6 ixtisas—aşıq sənəti, xalq çalğı alətləri, xanəndə sənəti, fortepiano ixtisası, vokal ifaçılığı, estradapopulyar musiqi ixtisasları iştirak edirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq əlaqələrə, tələbələrarası mübadiləyə, universitetlərarası mədəni əlaqələrin inkişafına çox böyük önəm verilir. Müsabiqəyə digər xarici ölkələrin musiqi ifaçılarının, o cümlədən Türkiyə, İran İslam Respublikası, Nigeriya, Cənubi Koreya, Ukrayna təmsilçilərinin də qatılması bunu bir daha sübuta yetirdi.

Respublikanın müxtəlif ali məktəb musiqi ifaçıları da müsabiqədə iştirak edirdilər: Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Biznes Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Humanitar Kolleci, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.

Müsabiqə 2 turdan ibarət olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müxtəlif səhnələrində keçdi. Fortepiano passajlarının parlaqlığı, instrumental səslənmənin virtuozluğu, xanəndələrin zənguləsi, vokalçıların müxtəlif tembrli səsləri, estrada improvizələri, ilıq yaz günündə əlində saz, dilində söz olan açıq deyişmələri…

Müxtəlif alətlər, müxtəlif üslubformalar, müxtəlif tembrlərdən əmələ gələn bu kakafoniyada istedadlar doğulurduYaranan “səs–küy” bu qədim mədəniyyət və incəsənət məkanını sanki lərzəyə gətirir, dəhlizlərinə sığmayaraq küçəyə adlayırdı.

Müsabiqənin təntənəli açılış mərasimi və yekunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçirildi. Görkəmli dramaturqların, rejissorların, aktyorların vəhdətindən yaranan şedevrlər görmüş, sirli, möcüzəli, müqəddəs, möhtəşəm səhnə…

Bu səhnədə çıxış etmək, incəsənət aləminə yenicə qədəm qoymuş gənclər üçün şərəf idi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçirdiyi bu tədbir çox simvolik idi. Çünki səhnə özündə mədəniyyəti, incəsənəti, musiqini cəmləşdirən bir məkandır. Səhnə həm Şekspir, həm Bethovendir, həm Şopen, həm Bertold Brextdir, həm Nizami, həm Niyazidir

Müsabiqənin təşkilat komitəsinin tərkibi Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məsul işçilərindən ibarət idi.

Münsiflər heyətinin tərkibinə Azərbaycanın görkəmli incəsənət xadimləri daxil idi. Müsabiqəni Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə açdı. Müsabiqənin açılış və yekun mərasimində Azərbaycan ictimaiyyətinin dəyərli şəxsiyyətləri iştirak edirdilər.

Bu əsl musiqi bayramı, mədəniyyətin və incəsənətin bayramı idi.

Bu bayramı gənc istedadlara Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bəxş etmişdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin təşəbbüsü və səyi nəticəsində belə mötəbər müsabiqənin keçirilməsi mümkün oldu.

Universitetin rektoru, professor Timuçin Əfəndiyev alicənablıq nümayiş etdirərək müsabiqənin həyat vəsiqəsinə imza atdı, onun yüksək səviyyədə təşkili və keçirilməsini təmin etdi. Bu addım Azərbaycan musiqi mədəniyyəti və təhsilinin inkişafı yolunda misilsiz bir xidmət idi.

Timuçin müəllim müsabiqə iştirakçılarına müraciətində yazırdı: “Millətin gələcəyi onun istedadlı gəncləridir. Çalışın, yarışın, istedadınızı nümayiş etdirin. Çünki istedad üstəgəl əmək və məsuliyyət—qələbəyə aparan yeganə yol budur”. Bu tövsiyə müsabiqə iştirakçıları üçün olduqca önəmli idi.

Qaliblərin mükafatlandırılması keçdi, qala konsertin son akkordları səsləndi. Bununla da müsabiqə öz işinə yekun vurdu.

Gənc musiqi ifaçıları müsabiqəsinin nəticəsi nə oldu? Biz nə əldə etdik?

Müsiqi ifaçılığı müsabiqəsinin keçirilməsi gənc musiqiçilərin ifaçılıq səviyyəsinin və keyfiyyətinin nümunəvi nümayişi, ən böyük təcrübə məktəbi oldu. Müsabiqənin ab–havası, rəqabət ruhu, uğur sevinci ifaçıların intensiv inkişafına təkan verdi, dünyagörüşünün genişlənməsi, səhnə mədəniyyətinin, bədii zövqünestetik şüurun təkmilləşməsinə dəlalət etdi.

Gənc musiqiçilər, yarış, rəqabət, qalibiyyət sevinci yaşadılar. Onların uğuru müəllimlərini, təmsil etdikləri ali təhsil ocaqlarını qürurlandırdı.

140 iştirakçıdan 42 iştirakçı laureat adına layiq görüldü, 26 iştirakçı diplomant oldu, 49 iştirakçı sertifikat aldı.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin imzaladıqları rəsmi sənəd gənclərin yaradıcılıq tərcümeyi–halında yeni, mühüm bir səhifə açdı. Bu hadisə, təbii ki, onların gələcək şəxsi və ictimai həyatı üçün bir baza olacaq.

Bütün bunlar incəsənətin zirvələrinə doğru atılan addım idi. Bu, məktəb idi.

Musiqidə estetik başlanğıc onun etik cəhətindən ayrılmazdır. Belə ki, həyatın dolğunluğu təkcə onun gözəlliyi ilə deyil, həm də onun mənəvi məğzi ilə də ifadə olunur.

Ruhu olan elə bir insan tapılmaz ki, musiqi onun qəlbini titrətməsin. Xüsusilə klassik musiqi—Azərbaycan dünya klassiklərinin əsərləri, bir sözlə, elə bir musiqi ki, onu qəbul etmək, başa düşmək, ondan yararlanmaq hər bir insana nəsib olmur.

Bu sizin qismətinizdədir, gənc musiqi ifaçıları!

Çünki qədər ki, musiqi var, həyat var.

qədər ki, klassik musiqi var, yüksək ruh var.

qədər ki, professional ifaçılıq var, məktəb var.

qədər ki, məktəb var, mədəniyyət var.

qədər ki, mədəniyyət var, millət var.

qədər ki, millət var, Vətən var

Biz hər zaman belə bir fikirlə rastlaşırıq: vətənin keşiyində durmaq. Mənası nədir? Təkcə sərhədlərin qorunmasımı? Təmiz fikir, düzgün əməl, vətən qayğısı, yüksək savad, valideynlərinə, dilinə, millətinə, bayrağına, prezidentinə sadiqlikbudur əsl vətəndaşlığın bariz nümunəsi.

 

 

Sonaxanım İbrahimova,

 

Azərbaycan Respublikasının Əməkdar

İncəsənət Xadimi, Azərbaycan Dövlət

Mədəniyyət İncəsənət Universitetinin

İnstrumental ifaçılıq dirijorluq

kafedrasının müdiri, dosent.

 

Respublika.-2013.-26 may.-S.7.