Tariximizin parlaq səhifəsi

 

“Azərbaycan xalqı 1991–ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır… İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918–ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir”.

Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində, müqəddəratında həlledici rol oynayıb, tək–tək fərdlərin deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan xalqı üçün 1918–ci il maym 28–i məhz belə tarixlərdəndir. Bəli, düz 95 il əvvəl həmin gün Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixi, sosialiqtisadi və mədəni inkişafının, XX əsrin əvvəllərində başlanmış və rus imperiyasının dağılması ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. 1917–ci ilin fevral inqilabından sonra rus mütləqiyyətinin süqutu bütün imperiyada mərkəzdənqaçma meyillərini gücləndirdi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə xüsusi komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratdılar. 1918–ci il fevralın 23–də Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar Tiflisdə toplaşaraq əvvəlcə Zaqafqaziya Seymi, aprelin 22– də isə müstəqil Zaqafqaziya Federativ Respublikası yaratdılar. Hər üç millətin nümayəndələrinin təmsil olunduğu Zaqafqaziya Seymində xaricidaxili təzyiq və təsirlər sayəsində ümumi dil tapıb hər hansı bir məsələdə razılıq əldə etmək çox çətin idi. Elə ona görə də mayın 26–da Zaqafqaziya Seymi özünün sonuncu iclasını keçirir. Ertəsi gün isə Gürcüstan öz müstəqilliyini elan edir. Mayın 27–də seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan edir və M.Ə.Rəsulzadəni şuranın sədri seçir. Cəmi bir gün sonra, yəni may ayının 28–də, Azərbaycan Milli Şurasının 44 üzvündən 26– nın imzaladığı dövlət müstəqilliyi haqqında bəyannamə (Əqdnamə) ilə türk–müsəlman dünyasında” ilk parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Mayın 30–da isə artıq dünyanın əsas siyasi mərkəzləri Azərbaycanın müstəqillik elan etməsi haqqında hökumət başçısı Fətəli xan Xoyskinin imzaladığı teleqramları almağa başladı. Sözsüz ki, o kəşməkəşli dövrdə respublika quruluşuna malik müstəqil Azərbaycan dövlətinin yaranması xalqımızın tarixində mühüm bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyətinirı yaradıcıları, millətimizin qabaqcıl övladları M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov F.X.Xoyski, N.B.Yusifbəyli və digərləri Azərbaycam sivil, hüquqi bir ölkə kimi görmək istəyir, onu demokratik ideallar əsasında inkişaf etdirirdilər. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, bu qısa zaman ərzində milli maraqlarımız baxımından çox əhəmiyyətli işlərə imza atmışdır. Xalq Cümhuriyyətinin parlamenti və hökuməti fəaliyyətini daha çox sosialiqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin ərazi bütövlüyünü təmin etməyə, vətəndaşların haqlarını qorumağa, dövlətin demokratikhüquqi əsaslarını möhkəmləndirməyə yönəltmişdi. Ən əsası həmin dövrdə Azərbaycan dili dövlət dili statusu aldı, milli təhsilin inkişafı üçün zəruri addımlar atıldı, Bakı Dövlət Universiteti yaradıldı, milli ordu təşəkkül tapdı və Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə deyuredefakto tanındı. Lakin həyata keçirilən bu tədbirlər perspektivdə olan işlərin çox kiçik bir qismi idi. Təəssüf ki, 28 aprel 1920–ci il bolşevik istilası xalqımızın gələcəyinə, inkişafma xidmət edəcək yüksək amallı arzuların, işlərin reallaşmasını mümkünsüz etdi. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dovlətçilik və ictimaisiyasi fıkir tarixində rolu misilsizdir. Kiçik bir müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı və sübut etdi ki, Azərbaycan milləti müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir millətdir.

Düz 70 ildən sonra, yəni 1991–ci il 18 oktyabrda yenidən müstəqilliyini əldə edən xalqımız öz hürriyyət və azadlığını hər zaman və hər şeydən uca tutduğunu sübuta yetirdi. Ancaq tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qatqat çətin və mürəkkəbdir.

Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993– ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi. Həmin dövrdə səriştəsiz rəhbərlik nəticəsində müstəqilliyimiz dəfələrlə süquta uğramaq təhlükəsilə üzləşmişdir. 1993– ilin yayında isə Azərbaycanda olan hakimiyyətsizlik, xaos öz apogey nöqtəsinə çatdı. Gəncədə keçmiş korpus komandiri Surət Hüseynova tabe olan qeyriqanuni silahlı dəstələrlə hökumət qoşunları arasında toqquşma baş verdi. Ölkədə faktiki olaraq vətəndaş müharibəsi başladı.

Bütün belə işlərdən cana yığılan, bu cür yaşayışın mümkünsüzlüyünü dərk edən xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyin nicatını ancaq böyük şəxsiyyət və siyasətçi Heydər Əlirza oğlu Əliyevdə görərək onu təkidlə ölkə rəhbərliyinə qaytardı.

Elə o dövrdən başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimaisiyasi sabitliyin təmin olunması, iqtisadiyyatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər təxirəsalınmaz tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq etdi. İqtisadi islahatların mühüm istiqaməti kimi dövlət müəssisələrinin özəlləşdirilməsi və kolxozsovxoz torpaqlarının, eləcə də digər əmlakın kəndlilərə paylanması prosesi uğurla həyata keçirilməyə başlandı. 1994– il sentyabrın 20–də isə Heydər Əliyev dühasının və iradəsinin fenomenal məhsulu olan “Əsrin müqaviləsi” imzalandı. Və cəmi 3 il sonra bu müqavilə əsasında “Çıraq” yatağının ilk quyusundan neft hasilatına başlandı. Yalnız Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi hesabına ərsəyə gələn bu qlobal tədbirlər nəticəsində dövlətimiz sürətlə inkişaf edib qüdrətləndi, xalqımızın rifah halı günü–gündən yüksəldi.

Xoşbəxtlikdən, bu gün Heydər Əliyev siyasətini layiqincə davam etdirən, onun ideyalarını yaşadan İlham Əliyev kimi Prezidentimiz var. Möhtərəm Prezidentimiz dövlət başçısı seçildiyi gündən ölkəmizin inkişafı naminə əlindən gələni edir. Onun apardığı xarcidaxili siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilməklə yanaşı, dünyanın ən qabaqcıl dövlətləri sırasında da öz layiqli yerini tutmuşdur. Bu güh xalqımız məhz bu siyasətin davam etdirilməsi sayəsində doğma Azərbaycanımızın dönmədən demokratiya, inkişaf və tərəqqi yolu ilə irəliləyəcəyinə tam əmindir.

 

Allahverdi HAXVERDİYEV,

Qubadlı Rayon İcra Hakimiyyəti

başçısının I müavini,

YAP rayon təşkilatının sədri.

 

Respublika.-2013.-28 may.-S.7.