Müstəqilliyimiz əbədi və dönməzdir

 

Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 May ən unudulmaz gündür. 1918–ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşmuş, şərqdə ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyətini elan etmişdir. Xalq Cümhuriyyəti 95 il əvvəl, son dərəcə çətin və mürəkkəb tarixisiyasi proseslərin cərəyan etdiyi bir dövrlə yaranmışdı. Rusiyada oktyabr inqilabından sonra 1917–ci ilin noyabrında müstəqil Zaqafqaziya Komissarlığı, daha sonra Zaqafqaziya Seymi yaradıldı. 1918–ci il may ayının 26–da Gürcüstan müstəqilliyini elan edərək Seymdən çıxdı. May ayınm 27–də isə Seymin müsəlman üzvlərinin fövqəladə iclasında Azərbaycan Milli Şurası yaradıldı və artıq bir gün sonra Azərbaycan öz istiqlaliyyətini dünyaya bəyan etdi.

Müstəqillik Aktı qəbul olunan gündən Azərbaycan Xalq Cümhuriyyəti gərgin fəaliyyətə başladı. Fətəli Xan Xoyskinin rəhbərliyi ilə ilk hökumət yaradıldı. Müvafıq dövlətçilik atributlarının tətbiq edilməsi, qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlərin əsası qoyuldu. Lakin təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xaricidaxili düşmənlərin güclü müqaviməti ilə rastlaşırdı. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.

Amma belə az ömrünə baxmayaraq, ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil demokratik dövlətin yaranması müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ənənələrinin yaranmasma səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxmışdır. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdı.

Həqiqətən də, xalqımız bir daha hürriyyət və azadlıq eşqini XX əsrin sonunda, yəni 1991–ci il oktyabrın 18–də öz dövlət müstəqilliyinin bərpa olunması ilə dünyaya nümayiş etdirdi. Lakin bu dəfə də böyük qurban və itkilər hesabına əldə olunan müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı, yenə də daxili başıpozuqluq, xarici müdaxilə, bədnam qonşularımızın işğalçılıq siyasəti respublikamızı çətin vəziyyətə saldı. Cəbhədə uğursuzluqlar birbirini əvəz edir, bölgələrdə separatçılıq meyilləri güclənir, Bakıda isə hakimiyyət uğrunda ölümdirim mübarizəsi gedirdi. Respublikamızın bütün ərazisində xaos, anarxiya tüğyan edirdi. 1993– ilin həyəcanlı iyun günlərində Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz–üzə dayanmışdı. Əgər həmin vaxt ümummilli liderimiz, mahir siyasətçi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu, qaçılmaz olacaqdı. Məhz bu böyük şəxsiyyət təhlükələri birbirinin ardınca dəf edərək dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi üçün misilsiz işlər gördü.

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatını dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimaisiyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. İmzalanan neft müqavilələri, reallaşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasının qoymuşdur. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosialiqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeniyeni nailiyyətlərə yol açır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımlar ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Bunun nəticəsi kimi müstəqil Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, sosialiqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Böyük sürətlə gerçəkləşdirilən sosialiqtisadi siyasətin məqsədyönlülüyü, ardıcıllığı, eləcə də milli mənafeləri özündə əks etdirməsi hər bir azərbaycanlıda qürur hissi doğuraraq Azərbaycanın parlaq gələcəyinə inamı daha da artırır.

 

Nadir Ağayev,

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri.

 

Respublika.-2013.-28 may.-S.7.