Zaqatala:
Şərqdə ilk demokratik
dövlət mövzusunda elmi–praktik konfrans
Zaqatala şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti–Şərqdə ilk demokratik dövlət” mövzusunda elmi–praktik konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq–mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İştirakçılar əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkına gələrək ümummilli liderin abidəsi önünə tər güllər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti–Şərqdə ilk demokratik dövlət” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz onun varisi olduğunu xüsusi vurğulamış, Şərqdə ilk demokratik dövlətin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
Natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.
Daha sonra Respublika Gününə həsr olunmuş film nümayiş olunmuş, məktəblilərin ifasında kompozisiya dinlənilmişdir.
Axşam Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş konsert proqramı təşkil edilmişdir.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Konfrans iştirakçıları Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tələbələrinin ifasında ədəbi–bədii kompozisiyaya baxmışlar.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “Azərbaycan Xalq Cümhuriyyəti–95. Müstəqilliyin çətin yolu” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycanda ilk demokratik respublikanın yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmişdir. Natiq çıxışında Xalq Cümhuriyyətinin qısa fəaliyyət dövrünün müasir Azərbaycan dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyinin yenidən əldə edilməsi və demokratik dövlət quruculuğu istiqamətində tarixi əhəmiyyəti olduğunu vurğulamışdır. Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra, 1991–ci ildə xalqımızın yenidən öz istiqlaliyyətinə qovuşduğunu və müstəqilliyimizin ilk illərinin çox çətin, ağır və ziddiyyətli illər olduğunu qeyd etmiş, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın bu çətin anlarında öz xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdiyini, bu yolda heyrətamiz fədakarlıqlar göstərdiyini, xalqımızı bir çox bəlalardan hifz etdiyini xüsusi qeyd edərək, Respublika Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırmışdır.
Daha sonra konfransda “Var millətimin xətti bu imzalar içində”, “İki azadlıq günəşi (1918–1991)”, “Azərbaycan dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, “Vüqarımın zirvəsi, qürurumun tacı–Azərbaycan” mövzularında məruzələr dinlənilmişdir.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir.
Rasim AMANOV.
Respublika.- 2013.- 30 may.-
S. 11.