Bayrağımız qürur mənbəyimizdir

 

Bayraq dövlətin xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür düşüncə tərzinin, mənəvi dünyasının görünən ən şəffaf dəqiq meyarıdır. Bu bayraqlardan biri Xəzər dənizinin nəğməli sahilində qürurla dalğalanır, bütün dünyaya müstəqil Azərbaycan dövlətinin varlığını bəyan edir.

Vurğulamaq lazımdır ki, Dövlət Bayrağı Günü müstəqil Azərbaycanda əlamətdar bir bayram kimi qeyd olunur. Şərqin parlament tipli ilk demokratik respublikası kimi tanınan Azərbaycan öz dövlət atributlarını yaratdı. Üçrəngli milli bayrağımız Paris sülh konfransında, digər mötəbər tribunalarda əzəmətlə dalğalandı, suverenliyimizi bütün dünyaya bəyan etdi.

Xalq Cümhuriyyəti bayrağının dövlət bayrağı kimi yenidən Naxçıvanda ucaldılması, sonradan isə müstəqil Azərbaycanın rəsmi dövlət rəmzinə çevrilməsi mühüm tarixi hadisə olmaqla yanaşı, həm xalqımızın öz keçmişinə, milli-mənəvi dəyərlərinə olan dərin etimadının təzahürüdür. 1990-cı il noyabrın 17-də Naxçıvanda XX əsrin böyük siyasətçisi dövlət xadimi Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildi bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı...

Az müddətdən sonraAzərbaycan Respublikkasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” (18 oktyabr 1991-ci il) ilə Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini elan etdi.

İlk olaraq Türkiyə Cümhuriyyəti ölkəmizin müstəqilliyini tanıdı. Böyük öndər Mustafa Kamal Atatürkün vaxtilə söylədiyiAzərbaycan bayrağının Türkiyə bayrağı yanında, Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdırsözləri artıq həqiqətə çevrildi...

İndi təkcə Türkiyənin deyil, dünyanın bir çox dövlətlərinin səmasında, ölkəmizin səfirlikləri üzərində Azərbaycan bayrağımüstəqilliyimizin müqəddəs rəmzi dalğalanır...

Qeyd etmək lazımdır ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür, üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, qüdrətimizi, gücümüzü bütün dünyaya nümayiş etdirir. Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı keçirilən təntənəli mərasimdəki çıxışında milli bayrağımızın çox böyük önəm daşıdığını qeyd edərək demişdir: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşdu, öz həqiqi yerini tapır”.

Bu bayram günündə iftixar hissi keçiririk, sevinirik ki, dövlət bayrağımız dünyanın bütün qitələrində mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, dünya azərbaycanlılarını bu müqəddəs bayraq bir amal uğrunda birləşib, monolit qüvvəyə çevrilməyə səsləyir.

Bayraq, gerb himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli milli bayrağı həm müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Ölkəmizin hər bir vətəndaşı milli bayrağımıza, gerbimizə himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Fəxrlə deməliyik ki, dünyanın ən uca bayrağı bu gün məhz Xəzərin sahilində dalğalanan, Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının yaradılması Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamı ilə həyata keçirilib. Ölkə başçısı 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunur. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar unudulmaz hadisələrindəndir.

 

Vurğulamaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində keçirilən müxtəlif idman yarışlarında ölkəmizi təmsil edən idmançıların uğurlu nəticələrə imza atması, onların fəxri kürsünün ən yüksək pilləsinə qalxması, üçrəngli milli bayrağımızın dalğalanması harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində qürur hissi doğurur.

Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın inkişaf etmiş ölkələri sırasında durur. Ölkəmiz Cənubi Qafqazda öz liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayır. Bu gün xalqımız öz əziz bayramınıDövlət Bayrağı Gününü müxtəlif sahələrdə qazanılan uğurlu nailiyyətlərlə qeyd edir.

Fəxrlə demək olar ki, bu gün milli bayrağımız dünyanın 180-dən çox müstəqil dövlətinin bayraqları ilə bir sırada dalğalanmaqdadır. Bizim bayrağımız qürur mənbəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Biz əminik ki, tezliklə haqq, ədalət zəfər çalacaq.

İşğal altında olan torpaqlarımız geri qaytarılacaq, milli bayrağımız Dağlıq Qarabağda, Şuşada, Kəlbəcərdə, Laçında, Zəngəzurda işğal altında olan digər ərazilərdə dalğalanacaqdır.

Azərbaycan Respublikası bu gün üçrəngli milli dövlət bayrağı altında müstəqillik yolları ilə inamla irəliləyir. Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, onlara bütün sahələrdə uğur diləyirəm.

 

Tamerlan İSMAYILOV,

 

Nəsimi rayonundakı 20 saylı poliklinikanın baş həkimi,

Azərbaycan Respublikasının əməkdar həkimi.

 

Respublika.-2013.- 9 noyabr.- S.5.