Azərbaycan
bayrağıdır
Ərşə qalxıb əzəmətlə
göy üzündə
dalğalanan,
Üç rəngiylə könüllərdə
fərəh hissi, nur oyadan,
Al bayrağım yanan məşəl, əbədiyyət
çırağıdır,
Fəxr etdiyim şərəf-şanım
Azərbaycan bayrağıdır.
Şanlı Bayraq Meydanımız qəhrəmanlıq simvoludur,
Bayraq altda həmrəy millət tarix yazan bir
uludur.
Azadlığa aparan yol ərənlərin ər yoludur,
Al bayrağım qazandığım
azadlığın mayağıdır,
Vəsf etdiyim ruhum, canım Azərbaycan bayrağıdır.
Bayrağımız
mərd Babəkin köynəyinin al qanıdır,
Şah İsmayıl Xətainin miras qalan nişanıdır,
Şəhidlərin vətənləşən
ölümsüzlük ünvanıdır,
Ay-ulduzum şəfəq saçan müstəqillik
qaynağıdır,
Od nəfəsim, axan qanım Azərbaycan bayrağıdır.
Qalx ayağa, Vətən oğlu, qaytar doğma torpağını,
Sanc Şuşanın zirvəsində
üçrəngli haqq
bayrağını,
Zəfər çalıb Yer
üzünə yay səsini-sorağını,
Hayqır
bərkdən, de Qarabağ,
Oğuz elin torpağıdır,
Şərəf dolu adım-sanım Azərbaycan bayrağıdır.
Bayraq fəxrim, söz günəşim, söz dəryamda dürr-incidir,
Çiçəklənən azad ölkəm yüksəlişdə
birincidir,
Xalq yaradan xariqələr xoş günlərin sevincidir,
Qürur
dolu hər yeni gün şanlı
tarix varağıdır,
Candan əziz
hürr ünvanım
Azərbaycan bayrağıdır.
Oqtay ZƏNGİLANLI.
Respublika.-2013.- 9 noyabr.- S.5.