Bir dəfə ucalan bayraq bir daha
enməz
Azərbaycan Demokratik Respublikası hər bir müstəqil
dövlət kimi fəaliyyətinin elə
ilk günlərindən öz
dövlət atributları
olan bayraq, gerb, himn, dövlət
dili məsələləri
ilə məşğul
oldu. 1918-ci il iyunun 27-də Xalq Cümhuriyyəti hökuməti
Azərbaycan dilini dövlət dili kimi qəbul edərək bir çox zəruri məsələlərin həllinin
vacibliyini qarşıya
vəzifə kimi qoydu. Bundan təxminən
altı ay sonra 1918-ci il noyabrın
9-da isə “Milli Bayraq haqqında” qərar verildi. Təəssüf ki, dövlətin
özü kimi onun rəmzlərinin də ömrü qısa sürdü.
Yetmiş illik sovet rejimi millətimizin bu qeyrət rəmzlərinin üzərinə
qara bir pərdə çəkdi.
Lakin taleyin öz hökmü var. Üçrəngli bayrağımız
yenidən dalğalandı...
Dövlət Bayrağı Meydanı.
Bakının and yeri olan məkanlarından biri.
Bu gün burada
yenə də qələbəlikdir. Xətai rayon rəhbərliyinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Bayrağı
Günü münasibətilə
rayon gənclərinin bayram
yürüşünün məhz burada başa çatması isə heç də təsadüfi deyildi. Bayraq gününün belə yüksək əhval-ruhiyyə
ilə qeyd edildiyi bu məqamda
bir neçə il öncə
ölkə başçısı
İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidənin təntənəli
açılış mərasimini,
onun dərin məzmunlu çıxışını
xatırlamamaq olmur. Dövlət başçısı
deyirdi: “...1990-cı il
noyabrın 17-də ilk dəfə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda
Dövlət Bayrağı
kimi qaldırıldı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında Naxçıvan
Ali Sovetinin sessiyasında
Azərbaycan Xalq Cümhuriyyəti bayrağı
Naxçıvanda dövlət
bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət
qaldırıldı və
tələb edildi ki, bu bayraq
Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilsin. Məhz Xalq Cümhuriyyətinin bayrağının
dövlət bayrağı
kimi qəbul olunması Azərbaycanı
müstəqilliyə daha
da yaxınlaşdırmış
və ölkəmizdə
gedən proseslərə
güclü təkan vermişdir...”
Onu da qeyd edək
ki, Dövlət Bayrağı Meydanının
yaradılması barədə
ölkə başçısı
2007-ci il noyabrın 17-də sərəncam
imzalamış, o vaxtdan
iki il sonra,
2009-cu il noyabrın
17-də Azərbaycan Dövlət
Bayrağı Günü
təsis edilmişdir.
Həmin ildən hər il
noyabrın 9-u Dövlət
Bayrağı Günü
kimi qeyd olunur. Meydanın üst hissəsinin
sahəsi 3 hektar, bütövlükdə ərazisi
60 hektardır. Burada
Azərbaycanın dövlət
rəmzləri: gerbi, himninin mətni, xəritəsi qızıl
suyuna çəkilmiş
bürüncdən hazırlanaraq
təsvir edilmişdir.
tək ortada
üçrəngli bayrağımız
ucaldılıb.
Hündürlüyü 162 metr olan bu bayraq şəhərin
hər yerindən görünür.
Dövlət Bayrağı Meydanının
təməlqoyma mərasimi
2007-ci il dekabrın 30-da olmuş,
ABŞ-ın “Trident Support” şirkəti tərəfindən
hazırlanmış layihənin
icrasını Azərbaycanın
“Azenko” şirkəti yerinə yetirmişdir. Burada inşa olunmuş dayağın hündürlüyü 162 metr,
bünövrəsinin diametri
3,2 metr, bünövrənin üst
hissəsinin diametri
1,09 metr, qurğunun ümumi çəkisi 220
tondur. Bayrağın eni 35 metr, uzunluğu
70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi təqribən
350 kiloqramdır. Ginnes
Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Hər il olduğu
kimi, bu il də Xətai
rayonunun ayrı-ayrı
təhsil müəssisələrində
oxuyan 500-dək şagird
Bayraq Meydanına toplaşmışdı. Xətai Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirak
etdiyi tədbir meydanda əks olunan digər dövlət rəmzləri
ilə tanışlıqdan
başladı. Sonra
onlar Dövlət Bayrağı Muzeyinin eksponatları ilə tanış oldular. Ayrı-ayrı bölgələrdə qorunub saxlanılan Azərbaycan dövlətinin
orden və medalları, orta əsrlərə aid dövlət
bayraqları, döyüş
paltar və sursatları hər kəsin marağına səbəb oldu.
Fürsətdən istifadə edərək iştirakçıların təəssüratlarını
öyrənməyə çalışırıq. Xətai
rayon 171 saylı orta məktəbin təşkilatçısı
Sima Əhmədova deyir: “Bayraq bizim müqəddəs dövlət rəmzlərimizdən
biridir. Dövlət başçısının sərəncamı ilə
Bayraq Gününün
təsis edilməsi bir vətəndaş, bir təhsil işçisi kimi məni çox sevindirir. Bugünkü tədbirin əhəmiyyəti
isə daha böyükdür. Biz uşaqlarımıza tariximizi
olduğu kimi öyrətməli, onları
vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Onlar dövlət
rəmzlərini bilməli
və ona hörmət etməlidirlər”.
Həmin
məktəbin uşaq
birliyinin rəhbəri
Günay Qasımova da həmkarının söylədiklərinə şərik
çıxaraq bunları
əlavə etdi: “Bu gün üçrəngli
bayrağımız dünyanın
hər yerində dalğalanır. Buna hər birimiz sevinirik. Ancaq bizim bir arzumuz
var. Müstəqil Azərbaycan
dövlətinin ərazi
bütövlüyü təmin
edilsin, işğal olunmuş torpaqlarımız
azad olunsun, üçrəngli bayrağımız
Azərbaycanın ayrılmaz
hissəsi olan Dağlıq Qarabağda dalğalansın!”.
Bəli, Azərbaycan qədim dövlətçilik ənənələrinə
malikdir. Bu ənənələrin
qorunub saxlanması isə müqəddəs bir işdir. Müstəqilliyimizin bərpasından sonra ulu öndərimiz
Heydər Əliyev gənc Azərbaycan dövlətinin memarı kimi onun əbədiliyini
təmin etdisə, onun layiqli davamçısı
ölkə başçısı
İlham Əliyev Azərbaycanın daha da qüdrətlənməsinə
çalışdı, dövlət
rəmzlərinə hörmətini
nümayiş etdirdi.
Və bununla da sübut etdi
ki, bir dəfə
ucalan bayraq bir daha enməyəcəkdir!..
Zümrüd ABDULLAYEVA
Respublika.-2013.- 9 noyabr.-
S.6.