Xalq inkişafı dəstəkləyir

 

Müstəqil Azərbaycan Respublikasının həyatının bütün sahələrində hərtərəfli dinamik inkişaf vardır. Ölkə hər ili yeni uğurlarla və artımla yekunlaşdırır. Məhz bu sürətli müasir tərəqqinin nəticəsi olaraq Azərbaycanda cari ilin oktyabr ayında keçirilən prezident seçkilərində xalqımız on il ərzində sürətli davamlı sosial-iqtisadi tərəqqiyə, aydın görünən, daha hərtərəfli inkişafa və yüksək səviyyəyə azad, sərbəst, tam demokratik şəraitdə qiymət verərək bu siyasətin aparıcısı cənab İlham Əliyevi yenidən, üçüncü dəfə ölkəyə başçı seçdi.

On il aparılan məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda çoxşaxəlilik təmin olunub, proses getdikcə dərinləşir və ən əsası da odur ki, xalq bu siyasəti dəstəkləyir. Ölkədə hərtərəfli inkişafın təməlində müasir, rəqabətədavamlı iqtisadiyyat dayanır. Dövlətin iqtisadi qüdrətinin davamlı surətdə artırılması üçün mövcud potensial aşkara çıxarılır və müasir layihələr hazırlanaraq elmi-praktiki baxımdan həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev xalqın iştirakı ilə reallaşdırılan siyasətin nəticələri barədə demişdir: “Biz Azərbaycan xalqının güclü iradəsi və cəsarəti ilə ölkəmizi dəyişdirə bildik və gələcək üçün planlarımız tam aydın oldu. Artıq qeyd etdiyim kimi, siyasi sistem qurulduiqtisadi islahatlar həyata keçirilməyə başlandı. Bu islahatlar davam edir və edəcəkdir”.

Birmənalı şəkildə demək lazımdır ki, bu müvəffəqiyyətlər bütün şüurlu həyatını xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə, inkişafına sərf etmiş ulu öndər Heydər Əliyevin ölkəmizin gələcək inkişafı üçün müəyyənləşdirdiyi strategiyanın dövlət başçısı İlham Əliyevin qətiyyət, bacarıq və dövrün çağırışlarına müvafiq rəhbərliyi ilə reallaşması nəticəsində baş verib. Azərbaycanın hərtərəfli inkişafı üçün 2004-cü ildə regionların I sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olundu. Qarşıda çox ciddi həll olunası mühüm məsələlər dururdu. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı bu proqramın mahiyyəti və icrasının nəticələri barədə demişdir: “2004-cü ilin əvvəlində Proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran məsələ idi. Bölgələrin inkişafı struktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi”.

2003-2012-ci illərdə məqsədyönlü, kompleks dövlət siyasəti nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunmuş, Cənubi Qafqaz iqtisadiyyatının dörddə üç hissəsi Azərbaycanın payına düşmüşdür. Bu müddət ərzində ümumu daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 28,8 dəfə çoxalaraq 46 milyard dolları ötmüşdür.

On ildə iqtisadiyyata 132 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Davamlı innovativ inkişaf nəticəsində artıq ölkə kredit alan ölkədən donor ölkəyə çevrilmişdir. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramlarının mahiyyəti sosialyönümlüdür. Aparılan iqtisadi islahatlarda insan amili diqqət mərkəzindədir. Belə ki, yoxsulluğun aradan qaldırılması, məşğuliyyət məsələləri, həm digər sosial problemlər operativ həllini tapır.

Son 10 ildə ölkəmizdə on minlərlə yeni müəssisə açılmışdır. Ölkə rəhbəri Azərbaycanda yürüdülən iqtisadi siyasətin nəticələri mahiyyəti barədə deyib: “Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə, dünya rekordudur... On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki, iqtisadi islahatların nəticəsidir. Eyni zamanda, bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi rifahı dayanır”.

 

Azərbaycan enerji siyasətində tarixi nailiyyət qazanıb. Şaxələndirilmiş neft-qaz kəmərləri sistemi dövlətin düşünülmüş siyasi iqtisadi əlaqələrinin məntiqi nəticəsidir. Hazırda Azərbaycandan neft qaz 7 kəmərlə tam təhlükəsiz şəraitdə nəql oluna bilir. Azərbaycan öz enerji ehtiyatları ilə dünya bazarına çıxdığı ötən müddətdə Avrasiya iqtisadi məkanında ən mühüm təhlükəsiz enerji dəhlizi olmasını da sübut etmişdir. Neft strategiyasının bugünkü istiqaməti barədə ölkə başçısı demişdir: “Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz daxildə bunu tam şəkildə həll etmişik. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik, fəaliyyət göstəririk. AzərbaycanCənub qaz dəhlizi”nin əsas iştirakçısıdır, əsas təşəbbüşkarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcəkdir. Bu, böyük uğurumuzdur böyük məsuliyyətimizdir. Biz bu məsuliyyətə hazırıq. Çünki ulu öndərin qoyduğu Azərbaycan neft strategiyası bu günə qədər uğurla icra edilibdir. Bu gün qaz amili bu strategiyanı daha da zənginləşdirir”.

Xəzər dənizi ilə Cənubi Avropanı birləşdirənCənub enerji dəhlizi” “Trans -Adriatik Pipeline” (TAP) qaz kəməri layihəsinin yeni coğrafi reallıqlar yaratması, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi ABŞ-ın maraqlarına da uyğun gəlməsi ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində önəmini bir daha artırmışdır. TAP TANAP layihələri Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyinə yeni yüksək çalar vermişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər ölkəmiz üçün önəmlidir. Dünyanın diqqəti Azərbaycandadır. Artıq Azərbaycanda verilən qərarlar bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişiklər edəcəkdir.

Neft sektorundan gələn gəlirin real sektorun inkişafına yönəldilməsi nəticəsində qeyri-neft sektoru sürətlə inkişaf edir, sürətli innovativ inkişaf, demək olar ki, həyatın bütün sahələrini əhatə etməkdədir. Bu ilin səkkiz ayında ötən ilin müvafiq dövrünə nisbətən real iqtisadiyyatda 10,3 faiz artım olmuşdur. Bu sürətli innovativ inkişaf demək olar ki, dünya rekordudur.

Azərbaycanda yürüdülən siyasətin əsasında mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, təhlükəsizliyi rifahı dayanır. Təbii ki, sosial məsələlərin həlli vətəndaşın qayğılarını azaldır rifahını yüksəldir. Dövlətin sosial siyasəti iqtisadi islahatların layihələrin reallaşması ilə paralel aparılır. Maaşların, təqaüdlərin, müavinətlərin artırılması, yoxsulluğun aradan qaldırılmasına diqqət, yeni yerlərinin açılmasının davamlı olması da bu sahədə atılan ən mühüm addımlardandır. Bundan başqa, təhsil, mədəniyyət, səhiyyə kimi sahələrdə davamlı operativ fəaliyyət göstərilir. Qeyd edək ki, bu sahədə dövlətə ən güclü dəstək verən ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır. Onun təşəbbüsü bilavasitə rəhbərliyi ilə onlarca məktəb inşa olunub, mədəniyyət abidələri, məscidlər, ziyarətgahlar s. təmir edilib. Mehriban xanım Əliyevaya minlərlə insan xeyriyyəçi kimi üz tutur öz dərdinə əlac tapır. Xüsusilə qeyd etmək lazımdır ki, fond bu gün sosial sahədə çox böyük xeyriyyə işləri görür. Təbii ki, bütün bunlar ölkəmizdə yürüdülən siyasətin reallaşdırılmasının cəmiyyətin sosial tələbinə uyğun fəaliyyətin dəstəklənməsinin nəticəsidir. Həm sosial-iqtisadi inkişafın davamlılığı onun bəhrəsi olan geniş xeyriyyəçilik tədbirləri ümumi inkişafda mühüm amillərdəndir. Azərbaycanın onillik tərəqqisi, yerləşdiyi regionun qüdrətli dövlətinə, dünyada söz sahibinə çevrilməsi, üstəgəl əhalinin sosial problem qayğılarının operativ həlli s. pozitiv amillər bu il növbəti seçkilərdə xalqın cənab İlham Əliyevi üçüncü dəfə dövlət başçısı seçməsinə on ildə yürüdülən siyasəti bir daha dəstəkləməsinə əsas oldu.

 

Zərifə QULİYEVA,

 

ali dərəcəli həkim

 

Respublika.-2013.- 15 noyabr.- S.9.