Siyəzəndə Heydər Əliyev Mərkəzi

 

 Bu il iyul ayının 18-də Siyəzənə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təntənəli açılışında şəxsən iştirak etdiyi Heydər Əliyev Mərkəzi bu gün rayon ictimaiyyəti ilə yanaşı, bu bölgəyə yolu düşənlərin böyük həvəs və maraqla baş çəkdikləri bir ünvandır.

Həmsöhbətimiz mərkəzin direktoru Ramilə Seyidovadır.

Ramilə xanım bildirdi ki, mərkəz ilk növbədə siyəzənlilərin dahi rəhbərin xatirəsinə olan ehtiramını nümayiş etdirir. Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirmişdir. Mərkəzin yaradılması həm də ulu öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Buradakı foto və digər eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və hazırkı hərtərəfli yüksəlişi, beynəlxalq nüfuzunun artması məhz ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.

Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr arasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”. Ümummilli liderin bu kəlamı hər bir Azərbaycan vətəndaşı üçün dəyərli və qiymətlidir. 3 mərtəbədən və 14 otaqdan ibarət olan mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılmış və iyul ayında başa çatdırılmışdır. Ümumi sahəsi 1200 kvadratmetr olan mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrlərdə Siyəzənə səfərləri əks olunmuşdur.  Mərkəzdə həmçinin ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Siyəzənə səfərlərini əks etdirən fotolar da yer almışdır.

Mərkəzdə Prezident cənab İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı fotoguşə də yaradılmışdır. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi  fəaliyyət göstərəcəkdir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu vardır. Üçüncü mərtəbədə isə müasir internet-klub, kitabxanaxarici dil öyrədən kurslar yaradılmışdır. Mərkəzin açılışından bir neçə ay keçib. Bu müddət ərzində ziyalılar, məktəblilər, gənclər, xarici qonaqlarbir çox təşkilat nümayəndələri buraya üz tutur, ümummilli liderimizin zəngin və çoxşaxəli irsi ilə yaxından tanış olurlar.

 

Aydın TAĞIYEV,

 

       Respublika.-2013.- 15 noyabr.- S.10.