Uşaq hüquqları aylığı”na yekun vurulmuşdur

 

20 noyabr tarixi - Uşaq Hüquqları Bəyannaməsinin (1959) və Uşaq Hüquqları Konvensiyasının (1989) BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyi gün Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.

Uşaq Hüquqları Konvensiyası uşaq hüquqları sahəsində qəbul edilmiş sənədlərlə müqayisədə ən dolğunbu hüquqların beynəlxalq hüquq normaları qüvvəsinə mindirildiyi ilk sənəddir. İştirakçı dövlətlərin sayına görə bu, BMT-nin ən çox ratifikasiya edilmiş konvensiyasıdır. Demək olar ki, bütün dünya dövlətləri (ABŞ və Somali istisna olmaqla) Uşaq hüquqları Konvensiyasını ratifikasiya etmişdir. Bu fakt öz-özlüyündə uşaq hüquqlarının qorunmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini sübut edir.

Ümumilikdə isə, insan hüquqlarının təmin olunması hər bir dövlətin demokratiya yolu ilə inkişaf etdiyinin ən mühüm göstəricidir. Azərbaycanda da bu prinsiplər dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilirdaim təkmilləşir. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də 1992-ci ildə ratifikasiya etdiyimiz məhz Uşaq Hüquqları Konvensiyasıdır. Bundan sonra respublikamız bir sıra beynəlxalq sənədlərə qoşulmaqla, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirməyə başlamışdır. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında” Qanunu milli qanunvericiliyin bu sahədə qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması yolunda atılmış addımlardan biridir.

Qeyd edilməlidir ki, ölkəmiz 2000-ci ildə qəbul olunmuşUşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dairFakultativ Protokollarına qoşulmuşmilli qanunvericilik daha da təkmilləşdirilmişdir.

2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində ölkəmizin Əsas Qanununa insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmini baxımından mühüm normalar əlavə edilmişdir. Belə ki, Konstitusiyanın 17-ci maddəsinə valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı mühüm müddəalar daxil edilmişdir.

Ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması məqsədilə mühüm qanunlarproqramlar qəbul olunur. Uşaqların hüquqlarının qorunması və onların inkişafı naminə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə aparılan sosial, iqtisadihüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

Bu baxımdan, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Talasemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı”, xüsusilə də qeyd olunmalıdır ki, bu ilin oktyabrında istifadəyə verilmişDaun Sindiromlu Şəxslərin Reabilitasiya Mərkəzi” kimi çoxsaylı layihə və proqramlar mühüm əhəmiyyət kəsb edir. Bu proqram və layihələrin həyata keçirilməsi ölkəmizdə uşaqlara diqqət və qayğının artırılmasına, onların problemlərinin həll edilməsinə yönəlmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində də uşaqların hüquqlarının müdafiəsi, təbliği, onların problemlərinin həll edilməsi xüsusi yer tutur.

Hər il olduğu kimi, bu il də Müvəkkil tərəfindən uşaq hüquqlarının pozulması ilə bağlı ünvanına daxil olan şikayətlərin araşdırılması və onların hüquqlarının bərpa edilməsi, uşaq hüquqları sahəsində maarifləndirmə və təşviqat, uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmaların aparılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflərin hazırlanması istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV ilə sıx əməkdaşlıq edərək bir sıra mühüm işlər görülmüşdür.

Uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə Müvəkkil hər il olduğu kimi, bu ilBMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsünü irəli sürmüşdür. Aylıq çərçivəsində Müvəkkil bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-ə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlamışdır.

Təsisatın, o cümlədən Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları, habelə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları tərəfindən ölkənin şəhər və rayonlarında, müxtəlif tədbirlər, “dəyirmi masalar keçirilmiş, orta məktəblərdə, uşaq müəssisələrində uşaq hüquqları üzrə maarifləndirmə tədbirləri, müsabiqələr, olimpiadalar və sərgilər təşkil olunmuşdur.

Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində və onun nəzdində “Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən “Liderlik məktəbi”ndə hər il olduğu kimi müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, onların problemləri müzakirə olunmuş və Şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuşuğurla həyata keçirilən Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəaları, o cümlədən BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmişİnsan hüquqları sahəsində maarifləndirmə” və “İnsan hüquqları sahəsində təhsil”, UNESCO-nun “Davamlı inkişaf naminə təhsil” onilliyi əsasında başlanmış və Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində insan hüquqları təhsili bazasında həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı tətbiq olunduğu Bakı şəhərində və respublikamızın regionlarında yerləşən orta ümumtəhsil məktəblərində də aylıq çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur.

Qeyd olunmalıdır ki, bu interaktiv tədris proqramı insan hüquqları mədəniyyətinin təbliğinə, cəmiyyətdə və məktəb mühitində insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının reallaşdırılmasına və tədrisinə xidmət edir. Müvəkkil tərəfindən insan hüquqları təhsili və hüquqi maarifləndirmə baxımından ölkəmizdə formalaşdırılan müsbət təcrübələrdən biriUşaq hüquqları üzrə pilləli tədris sistemidir.

Artıq beş tədris ilidir ki, Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla davam etdirilir.

Hazırda Quba, Qusar, Lənkəran, Masallı, Füzuli, İmişli, Gəncə, Mingəçevir şəhər və rayonlarında, kənd məktəblərində bu tədris proqramı həyata keçirilmiş və ümumilikdə 50-dək məktəb əhatə olunmuşdur.

Bakı şəhərinin də 11 rayonu üzrə, hərəsindən bir məktəb seçilməklə tətbiq olunan Uşaq hüquqları üzrə pilləli tədris sistemi uşaq hüquqlarının tədrisi baxımından müsbət təcrübə formalaşdırmaqla yanaşı, uşaqlara cəmiyyətin həyatında iştirakçılıq bacarıqlarını aşılayır.

Eyni zamanda respublikamızın regionlarında bu təcrübə yüksək dəyərləndirilərək həmin təhsil ocaqlarında da Uşaq hüquqlarının tədrisi mərkəzləri yaradılmış, müvafiq tədris vəsaitləri əsasında uşaqlara ünvanlanan xüsusi hüquqi təhsil inkişaf etdirilməklə Azərbaycan modelini formalaşdırmışdır.

Aylıq çərçivəsində Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi, uşaqların vəziyyətini öyrənmək məqsədilə dövlət uşaq müəssisələrində və ailələrdə monitorinqlər aparılmışdır. UNİCEF-lə imzalanan Birgə İş Planına əsasən həyata keçirilən proqram çərçivəsində Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşma) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) həyata keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə təsisat tərəfindən təkrar monitorinq aparılmışdır. 17 şəhər və rayonda müəssisələrdən bioloji ailələrinə qaytarılmış uşaq və ailələrlə görüşlər keçirilmiş, sorğu və müsahibə aparılmışdır.

Müvəkkil uşaqların ailə mühitində sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün dövlət müəssisələrindən ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin təkmilləşməsini təklif edir.

Təqdirəlayiq haldır ki, adıçəkilən proqramın icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” təsdiq edilmişdir. Bu nizamnamə tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün qrup evlərinin fəaliyyətini tənzimləyir.

Ölkədə valideynini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan Günərzi Qayğı Mərkəzlərinin uşaqların müəssisəyə düşməsinin qarşısının alınması baxımından böyük əhəmiyyəti vardır. Belə günərzi mərkəzlərin sayının artırılmasına böyük ehtiyac var.

Bu ilUNİCEF-in dəstəyilə respublikada fəaliyyət göstərən uşaq evləri və körpələr evlərində vəziyyətin öyrənilməsi və onların ehtiyaclarının qiymətləndirilməsi məqsədilə təsisat tərəfindən araşdırma aparılmış, müəssisə rəhbərləri ilə sorğular keçirilmiş, problemlərin aradan qaldırılması istiqamətində təkliflər hazırlanmışdır.

Müvəkkil məktəbdənkənar müəssisələrin inkişafını dəstəkləyir və uşaqların bacarıqlarının yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra təkliflər vermişdir.

Ombudsman Aparatı Təhsil Nazirliyi və UNİCEF-lə əməkdaşlıqda ölkənin 8 regionunda yerləşən Uşaq və Gənclərin yaradıcılıq Mərkəzlərində (Mingəçevir, Gəncə, Sumqayıt, Masallı, Cəlilabad, İmişli, Quba, Sabunçu, Suraxanı və Şəki) uşaq hüquqları və sağlam həyat tərzi mövzusunda interaktiv formada təlimlər keçirilmişsorğular aparılmışdır. Təlimlərdə iştirakçılara Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları haqqında Qanun, uşaqların hüquq və vəzifələri, uşaqların məsuliyyəti, Ombudsmanın Uşaq Qaynar Xətti və uşaqların müraciət etmə qaydaları ilə bağlı məlumatlar verilmiş və müzakirələr keçirilmişdir.

Təsisat tərəfindən UNİCEF-in dəstəyilə respublikamızın ayrı-ayrı regionlarında zorakılıq hallarının səbəblərinə dair silsilə sorğular aparılmışdır. Ombudsman Aparatı tərəfindən sorğular respublikanın müxtəlif regionlarında - Xaçmaz, Siyəzən, Astara, Yardımlı, Gəncə, Gədəbəydə, habelə Bakı şəhərinin Qaradağ və Səbail rayonlarında keçirilmişdir.

Təhsil, səhiyyə, sosial xidmət təşkilatları, hüquq-mühafizə, həmçinin yerli icra hakimiyyəti orqanlarında çalışan mütəxəssislərin cəlb edildiyi araşdırmada məqsəd əvvəlcədən müəyyənləşdirilmiş və bu beş sektoru təmsil edən, uşaqlara qarşı zorakılıq və sui-istifadə hallarının ünvanlandırılmasına cavabdeh şəxslərin sorğu və müsahibələr əsasında məlumatlılıq səviyyəsinin, habelə mövcud təcrübənin öyrənilməsi olmuşdur.

Sorğular üzrə aparılan təhlillər əsasında uşaqlara qarşı zorakılıq hallarının müəyyən olunması, məlumatlılıq və təcrübə, adıçəkilən sektorlar arasında əməkdaşlıq və əlaqələndirmənin vəziyyəti, idarəetmə, monitorinq və qiymətləndirmə praktikası müəyyən edilir.

Azərbaycan Ombudsmanı Avropa Uşaq Ombudsmanları Şəbəkəsində (ENOC) fəaliyyəti ilə fərqlənməklə yanaşı, müsbət ölkə təcrübəsini formalaşdırmışdır.

Müvəkkil uşaq hüquqlarına dair ixtisaslaşmış məruzəsini və paralel hesabatını BMT-nin Uşaq hüquqları üzrə Komitəsinə təqdim etmiş və 2012-ci ilin fevral ayında həmin Komitənin Azərbaycan hökumətinə sonuncu dövri hesabatı üzrə verdiyi Yekun Müşahidələrində Ombudsman təsisatının fəaliyyəti yüksək dəyərləndirilmiş, təsisat nəzdində uşaq hüquqları üzrə ixtisaslaşmış Müvəkkil və ya uşaq hüquqlarına cavabdeh olan insan hüquqları üzrə Müvəkkilin müavinini təyin etməyi tövsiyə etmişdir.

 

Müvəkkil bununla əlaqədar olaraq təsisat nəzdində müvafiq struktur dəyişikliyi edilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişdir.

Qarşıda bir sıra əsas məsələlər durur ki, bu da uşaqların zorakılıqdan müdafiəsi məqsədilə 2008-ci ildə imzalanmış Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ratifikasiya edilməsi və Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə hazırlanmış və 2009-cu ildə Milli Məclisə təqdim edilmiş “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbul olunmasıdır.

Eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların hüquq və maraqlarının müdafiəsi məqsədilə “Yuvenal ədliyyə haqqında” Qanunun qəbul edilməsi, bu məqsədlə sturuktur islahatlar, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin və əsasnaməsinin təkmilləşdirilməsi, sosial işçilər və psixoloqların hazırlanması, uşaq müəssisələrində yerləşdirilməsi ehtiyac duyulan məsələ olmaqla yanaşı, böyük zərurətə çevrilmişdir.

Milli Məclisdə ailə, qadın və uşaq məsələləri üzrə komitənin yaradılmasının da artıq vaxtı çatmışdır.

Könüllülük fəaliyyətinin inkişafına dair təşəbbüslərin artırılması, tibbpedoqoji universitetlərdən olan tələbələrin bu fəaliyyətə cəlb olunması yeni imkanlar və təcrübə baxımından olduqca zəruridir.

Əsas məsələlərdən biri də uşağın saxlanılması üçün alimentin ödənilməməsi ilə bağlıdır ki, bu gün Müvəkkilin ünvanına bir çox müraciətlər daxil olur. Bu problemin yaranmasının əsas səbəbi aliment ödəyən şəxsin ölkədən kənarda olması, ödəməkdən boyun qaçırması və ya işləməməsi ilə izah olunur. Bu baxımdan, Müvəkkil məhkəmə qərarlarının icrası, uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı yaranan çoxsaylı problemləri nəzərə alaraq, cavabdehdən alınaraq iddiaçıya verilməsi məhkəmə tərəfindən qət edilən alimentin müvafiq dövlət orqanı nəzdində və dövlət tərəfindən maliyyələşən “Aliment Fondu” tərəfindən ödənilməsi üzrə mexanizmin yaradılması və tətbiq edilməsi (həmin alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə) təklifi ilə çıxış edir.

Uşaqlara qayğı dedikdə, sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi diqqət yetirilir. Cari ildə Müvəkkil BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının icrasına dair ilk paralel hesabat hazırlayaq BMT-nin müvafiq saziş qurumuna göndərmişdir.

Hesabat bu beynəlxalq sənədin ölkəmizə münasibətdə qüvvəyə mindiyi 2009-cu il 28 yanvar tarixdən 2010-cu ilin sonunadək olan dövr ərzində görülmüş işlər, irəli sürdüyü təklif və tövsiyələr barədə mümkün qədər qısa məlumatlar öz əksini tapmışdır. Ümid edirik ki, bu ilk paralel hesabat gələcəkdə Azərbaycan hökumətinə təqdim ediləcək müvafiq tövsiyələrin hazırlanmasında faydalı olacaqdır.

Bütün bu tədbirlərin əsas məqsədi hər bir uşağın, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların - sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan, qaçqın və məcburi köçkün uşaqların, miqrant ailələrindəki uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunmasıdır və tövsiyə olunan bu tədbirlərin həyata keçirilməsi ölkəmizdə uşaq hüquqlarının daha etibarlı müdafiə olunmasına xidmət edəcəkdir.

Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuşuğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının müvafiq müddəaları əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təbliğinə ünvanlanan geniş əməkdaşlıq imkanları açır ki, bu da dövlət uşaq siyasətinə mühüm töhfə verməklə uşaq hüquqlarının təmini və təbliğinə, bu sahədə sosial siyasətə xidmət edir.

Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühitsağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması, uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması, habelə Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması, uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi, yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair müddəalar bu qəbildəndir və geniş formada yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, QHT və KİV-in, beynəlxalq təşkilatların təşəbbülərini sistemli şəkildə əlaqələndirir.

Yekun olaraq, fikriUşaq Hüquqları aylığı”na yönəldərək qeyd etmək istərdim ki, istər Ombudsman Aparatı, onun Regional Mərkəzləri, istərsə də yerli icra hakimiyyəti orqanları, QHT və KİV-lər tərəfindən həyata keçirilən tədbirlər ümumi məqsədə, gələcəyimiz olan uşaqların maraqlarına və mənafelərinə xidmət edir.

Beləliklə, qarşıda duran vəzifələr artıq aydındır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün birgə əməkdaşlığı dərinləşdirməli, dövlət qurumları, vətəndaş cəmiyyəti, KİV-lərlə şəbəkə formasında əməkdaşlıqda əhalinin müxtəlif quruplarından biri kimi, uşaqlara ünvanlanan hüquqi maarifləndirməyə fəaliyyətimizdə məhz uşaqların iştirakı ilə geniş yer verməliyik.

Heç bir uşağı diqqətdən kənarda qoymayaq!

 

 

Prof. Elmira Süleymanova,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).

 

Respublika.-2013.- 20 noyabr.- S.5.