Birliyin yubiley konfransı

 

Azərbaycan Respublikası Azad Müəllimlər Birliyinin fəaliyyətə başlamasının 20-ci ildönümü ilə əlaqədar “İrşadotelinin konfrans zalında birliyin rayon nümayəndələrinin, çoxsaylı ziyalıların, qabaqcıl təhsil işçilərinin iştirakı ilə keçirilən tədbiri AMB-nin sədri Məlahət Mürşüdlü açıq elan etdi. Dövlət himni səsləndirildi. Tədbirdə çıxış edən Müəllim Resurs Mərkəzinin sədri Bela Nəsirova Bayraq Günü münasibətilə iştirakçıları təbrik etdi. Birliyin 20 ildə qazandığı uğurlardan söhbət açdı.

Təqdimat mərasimində təhsil sistemində aparılan islahatlara dəstək verən 20-dən artıq proqramın məqsədi və məramı, nəticələri haqqında geniş məlumat verildi. AMB təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və fəaliyyəti istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, təşkilat mərkəzi Ankara şəhərində yerləşən Uluslararası Avrasiya Təhsil QHT-lərinin Federasiyasının üzvü kimi tez-tez konfranslar, seminarlar, təlimlər həyata keçirir.

Federasiyanın AMB təmsilçisi Qəmər Mürşüdlü öz təqdimatında əməkdaşlığın gələcək perspektivləri haqqında məlumat verdi.

Konfransın maraqlı hissələrindən biri də 6-cı sinif şagirdi Məhəmməd Abbasovun ingilis dilində təqdimatı olmuşdur. Onun AMB-nin nəzdində uşaqlar üçün fəaliyyət göstərən “İngiliscə danışaq klubunun uğurları ilə bağlı məlumatı konfrans iştirakçılarının marağına səbəb oldu.

Konfransda UAEF-in sədri Suayıb Özcan, professor Əjdər Ağayev, iqtisadçı alim Qubad İbadoğlu, əməkdar müəllim Məmməd Əfəndiyev, Təfəkkür Universitetinin dosenti Fəxrəddin Əliyev və başqaları çıxış edərək təşkilatın ünvanına xoş sözlər söylədilər.

Konfransın ikinci hissəsində “Sabahın müəllimi necə olmalıdır?” mövzusunda diskussiya keçirildi. Professor Əjdər Ağayevin moderatorluğu ilə keçirilən paneldə konfrans iştirakçıları müəllim “Demokrat, liberalavtoritar olmalıdırmı?” mövzusunda ətraflı diskussiya aparıldı.

Orta məktəb şagirdləri konfrans iştirakçıları qarşısında müəllim, məktəb və vətən haqqında şeirlər söylədilər, mahnılar ifa etdilər.

 

Məhəmməd Vəliyev,

 

Respublika.-2013.- 20 noyabr.- S.10.