Müasir və təkmil məhkəmə sisteminə xidmət edən islahatlar

 

 

Yeni müstəqillik tarixində dövlətçilik ənənələrini təkmilləşdirərək sistem halına salan müasir Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlərə imza atmışdır. Bu isə öz növbəsində demokratiyanın təməl prinsiplərindən olan insan hüquq və azadlıqlarının qorunması sahəsində möhtəşəm uğurların əldə olunması ilə müşayiət olunmuş,  insanların layiqli həyat şəraitinin, sosial rifah halının yüksəlməsinə, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılmasına  gətirib çıxarmışdır. Buna paralel olaraq milli-mənəvi inkişaf istiqamətində ardıcıl işlər görülmüş, insan amilinə verilən dəyər dövlət siyasətinin əsasına çevrilmişdir.

Azərbaycana demokratiya sahəsində də ən dinamik inkişaf edən dövlətlərdən biri statusunu qazandıran bu tərəqqi strategiyasının müəllifi qismində həyatını təmənnasız olaraq xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyev çıxış edir. Ulu öndər fərqli zamanlarda Azərbaycana rəhbərlik etməsinə baxmayaraq, daim dövlət-vətəndaş münasibətlərinin hüquqi müstəvidə nizamlanmasına prioritet məsələ kimi yanaşmışdır. İnsan hüquq və azadlıqlarının təmin olunduğu ədalətli cəmiyyətin qurulmasında müstəsna rol oynayan ulu öndər Azərbaycanın inkişafını  insan meyarının  tərəqqisində görmüşbu istiqamətdə məqsədyönlü addımlar atmışdır. Xalqın təkidli tələbi ilə ötən əsrin son oniliyində yenidən hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı həqiqi dövlət müstəqilliyinə qovuşdurmuş, onu üzləşdiyi daxilixarici təhlükələrdən xilas etmiş, ölkədə bazar iqtisadiyyatının qurulmasını təmin etmiş, hüquq sistemində köklü islahatlara rəvac  vermişdir. Əsl demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlməklə xalqımızın milli, mədəni və tarixi ənənələrinə əsaslanmışdır.

Hüquqi dövlət quruculuğunu dövlətin əsas prioritetlərindən biri kimi təsbit edən qanunvericilik islahatlarından ən mühümü isə, heç şübhəsiz, Heydər Əliyevin şah əsərlərindən biri olan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyası  oldu.  Ölkədə  demokratik quruluşunhüquqi dövlətin sarsılmaz təməlini qoyan, hüquqi islahatların aparılmasına zəmin yaradan Azərbaycanın yeni baş Qanunu humanizmdemokratiya prinsiplərini özündə ehtiva edərək dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli özül  yaratdı. Sözügedən ali hüquqi sənəd dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edərək  hüquqi dövlət ideyalarının inkişaf istiqamətlərini milli dəyərlərlə və müasir yanaşmalarla zəngin hala gətirmişdir. Burada hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan edilmişdir. Konstitusiya müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit olunmuş, ölkənin ictimai və dövlət quruluşunun əsasları müəyyənləşdirilmişdir.

Sosial ədalət konsepsiyasnın  geniş şəkildə  öz əksini tapdığı  Konstitusiyada  milli hüquq sisteminə gətirilən ən mühüm yeniliklərdən birihüquqi dövlətin ayrılmaz atributu sayılan  müstəqil məhkəmə hakimiyyətinin yaradılmasıdır. Əsas Qanunda öz əksini tapan prinsiplər çərçivəsində ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını daşıyan status qazanmışdır. Eyni zamanda müstəqil məhkəmə hakimiyyətinin yaradılması məqsədilə aparılan məhkəmə-hüquq islahatları  nəticə etibarı ilə məhkəmə hakimiyyəti orqanlarının bir sıra yeni funksiyalar əldə etməsinə geniş imkanlar yaratmışdır. Onu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının əsaslarını yaradan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı  2002-ci və 2009-cu illərdə keçirilmiş  ümumxalq səsverməsi ilə ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha təkmil şəklə salmışdır.

Müstəqil ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə məhz ümummilli liderin təşəbbüsü ilə  qabaqcıl  demokratik ənənələrə  əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olunmuşdur. Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmiş bu  qanunla məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyət etibarı ilə  yeni modelinin qurulması  prosesinə başlanılmışdır.

Bununla yanaşı, hüquq sistemini əhatə  edən qanunvericilik aktları, ümummilli lider tərəfindən verilən müvafiq fərman və sərəncamlar respublikanın məhkəmə  orqanlarında mühüm yeniliklərə, inkişafa səbəb olmuşdur. Yeni  qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən MülkiMülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və digər məcəllələr qəbul edilmiş,  bütün bu qanunvericilik aktları demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmışdır. Həyata keçrilən islahatların mütəşəkkil xarakter almasını təmin etmək  məqsədilə ümummilli lider tərəfindən Hüquqi İslahatlar Komissiyası yaradılmış və ona  rəhbərliyi ulu öndər öz üzərinə götürmüşdür.

Heydər Əliyevin hüquq sahəsində atdığı və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan ən vacib addımlardan biri ölüm cəzasının ləğvi olunmasıdır. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi,  Heydər Əliyevin insan hüquqlarına və humanizm dəyərlərinə verdiyi önəmin növbəti tazahürü idi. Onun 3 fevral 1998-ci il tarixli müraciətində deyirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib, bu tarixi bəyanatı vermişəm”.

Ümummilli lider  insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etməklə  normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlərlə bağlı bir çox nailiyyətlərin əldə edilməsinə rəvac vermiş oldu.

Aparılan fundamental  məhkəmə-hüquq islahatları nəticəsində daha bir vacib məqam ikipilləli  keçmiş sovet məhkəmə sisteminin ləğv edilərək əvəzində  yeni, üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması ilə əlaqədardır. Sovet məhkəmə sistemində  Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası funksiyalarını həyata keçirir, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququnu özündə daşıyırdı. Lakin bu vəziyyət məhkəmə-hüquq islahatlarının ümumi ideologiyasına uyğun gəlmirdi və buna son qoyulması üçün hüquq sistemi demokratik prinsiplər əsasında yenidən quruldu, üçpilləli, yəni birinci instansiya, apelyasiyakassasiya instansiyalı məhkəmə sistemi yaradıldı. Kifayət qədər üstünlüklərə malik bu sistem insanların  məhkəmələrə etibarını artırdı. Həmçinin, Ali Məhkəmənin də funksiya və səlahiyyətləri dövrün tələblərinə uyğunlaşdırıldı, kassasiya instansiya məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayanaraq, işlərə birinci instansiya məhkəməsi kimi baxmaqdan azad edildi.

Postsovet məkanında demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid olundu. Həmçinin, məhkəmələr üzərində prokuror nəzarəti ləğv olunaraq, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.  Ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurumun — Məhkəmə-Hüquq Şurasının yaradılması isə cəmiyyətdə məhkəmə instansiyalarının nüfuzunu yüksəldən növbəti vacib zəminə çevrildi. Hakimiyyətin bu müstəqil qolunda mənəvi cəhətdən saf, yüksək biliyə malik hakim korpusunun formalaşmasına yaranan böyük ehtiyacın təmin edilməsində bu gün də Məhkəmə-Hüquq Şurası müstəsna rol oynayır.  Bu kontekstdə hakim korpusu şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçilirbu, ölkədə peşəkar hakim korpusunun formalaşdırılmasına böyük təsir göstərir.

İnsan hüquq və azadlıqlarının qorunmasında ümummilli liderin zəngin irsinin ən böyük nümayəndəsi olan, onun müəyyən etdiyi inkişaf strategiyasını zamanın çağrışlarina adekvat şəkildə böyük peşəkarlıqla, novatorluqla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq standartlara uyğun məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə priortet məsələlərdən biri kimi yanaşmışdır.   Demokratik idarəetmə meyarlarının cəmiyyət  həyatının ən müxtəlif sahələrində bərqərar olmasının çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılı olduğuna diqqət yetirən dövlət başçısı siyasi, sosial, iqtisadi tərəqqiyə paralel olaraq dövrün tələblərinə müvafiq qaydada hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələri özündə ehtiva edən siyasət yürüdür. Azərbaycanı beynəlxalq hüququn ən güclü müstəqil subyektlərindən birinə çevirən cənab İlham Əliyev məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi istiqamətində əsaslı addımlar atmışdır. Qeyd olunmalıdır ki, 2004-cü ilin dekabr ayında “Məhkəmə-Hüquq Şurası” haqqında qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmiş, “Konstitusiya Məhkəməsi haqqında qanuna əlavə və dəyişikliklər edilməsi haqqında” 2003-cü ilin 23 dekabr tarixli qanuna əsasən, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi müəyyən olunmuşdur.

Məhkəmə sistemində mütərəqqi islahatların davam etdirilməsi ilə bağlı növbəti addım cənab İlham Əliyevin hələ 2006-cı il 19 yanvarda imzaladığı “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanunun tətbiq edilməsi barədə” fərmanı oldu. Fərman məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturununişinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həll edilməsi məqsədindən irəli gəlirdi. Buna müvafiq olaraq yeni regional apelyasiya məhkəmələri yaradıldı, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldildi.

Sözügedən  fərmandakı tələblərin yerinə yetirilməsi nəticəsində Ali Məhkəmənin strukturu və aparatının fəaliyyəti təkmilləşdirilmiş, məhkəmə fəaliyyətinin hüquqiinformasiya təminatı gücləndirilmiş, vətəndaşların şikayətlərinə operativ baxılması təmin edilmişdir.  2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” isə insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına gətirib çıxarmışdır. Milli Fəaliyyət Planının təsdiq edilməsi ilə bağlı dövlət başçısının sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi önə çəkilmişdir. Sərəncamda Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə normativ-hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə olunmuşdur.

Məhkəmə-Hüquq Şurasına ünvanlanan tövsiyələrdən biri də məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı idibu, çox mühüm önəm daşıyırdı. Məsələ burasındadır ki, son illərədək apelyasiya şikayətlərınin çoxluğu əsasən birinci instansiya məhkəmələrində işlərə ədalətli və obyektiv baxılmaması ilə bağlı olurdubu, hakimlərin gərgin şəraiti, bir gündə bəzən bir neçə işə baxması ilə bağlı idi. Vaxtın azlığı tamobyektiv məhkəmə araşdırmasının aparılmasına mane olan əsas faktorlardan birinə çerilmişdi. Məhz bu kimi hallara son qoyulması üçün Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Davam edən islahatlar çərçivəsində dövlət başçısının 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun da müstəsna əhəmiyyət kəsb etmışdir. Bundan əlavə, Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli “Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında” fərmanı da Azərbaycanda məhkəmə quruluşunun təkmilləşdirilməsinə təsirsiz ötüşməmişdir. Fərmanla respublikanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən olunmuşdur.  20-dək regional məhkəmə, o cümlədən apelyasiya məhkəmələri və inzibati ədliyyə sistemi yaradılmış, hakimlərin sayı iki dəfə artırılmış, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə əsaslı tədbirlər görülmüşdür.

Atılan mütərəqqi addımlardan biriondan ibarətdir ki, ölkəmiz postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla daHabeas Corpusprinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Bu islahatın fəlsəfəsi isə budur ki, insanın ən mühüm hüquqlarını məhdudlaşdıran tədbirlər cinayət təqibi orqanı tərəfindən deyil, müstəqil məhkəmə tərəfindən seçilir.

Məhkəmə infrastukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində də son illərdə zəruri addımlar atılmışdır. Məhkəmələrin yeni bina və avadanlıqla təmin olunması, onların şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan  addımlar bunun real təsdiqidir. Bu qəbildən olan məsələlər “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda da geniş əksini tapmış, paytaxtregionda məhkəmələr üçün müasir binalar tikilərək istifadəyə verilmişdir. Dünya Bankının təşəbbüsü əsasında Ədliyyə Nazirliyi ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi həyata keçirilərək, 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, son illər dörd rayon məhkəməsi üçün yeni bina inşa olunaraq istifadəyə verilmişdir.

Bu gün — ədliyyə işçilərinin ənənəvi peşə bayramı günü də,  uğurla davam edən  hüquqi dövlət quruculuğu prosesi, məhkəmə-hüquq islahatları Azərbaycanda qanunun hakim olduğu bir cəmiyyətin qurulması ilə müşayiət olunurbu, ölkəmizin daha güclü,   demokratik dövlət olmasını şərtləndirir. Azərbaycan məhkəməsi isə  qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən missiyanı layiqincə və böyük şərəflə yerinə yetirir.

 

        

           Səadət BƏKTAŞİ,

 

 Sumqayıt Apelyasiya Məhkəməsinin sədri.

 

Respublika.-2013.- 22 noyabr.- S.6.