Azərbaycan ədliyyəsi sürətli inkişafdadır

 

 

 Azərbaycan Respublikasının ədliyyə işçiləri 22 noyabr ədliyyə işçilərinin peşə bayramını və Azərbaycan ədliyyəsinin 95 illik yubileyini təntənə ilə qeyd edirlər. Bu peşə bayramını biz ədliyyə işçilərinə daima məhkəmə-hüquq sisteminə, o cümlədən ədliyyə sahəsinə xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizin müasir, beynəlxalq standartlara uyğun məhkəmə hüquq sisteminin qurucusu olan ümummilli liderimiz Heydər Əliyev bəxş etmişdir. Məhz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Müstəqil Azərbaycan Respublikasını Azərbaycan Demokratik Respublikasının siyasi varisi elan edən Heydər Əliyev ədliyyə işçilərinin peşə bayramı gününü təsis edərkən də bu varislik prinsipinə sadiq qalmış, 1918-ci il noyabr ayının 22-də Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsini əsas götürmüşdür.

Azərbaycan Demokratik Respublikasının mövcud olduğu qısa müddət ərzində ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təşkil edilməsi ilə bağlı bir sıra qərarlar qəbul olunmuş, tədbirlər həyata keçirilmişdir. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Məhkəmələrin, ədliyyə və istintaq strukturalarının bərpası, onların maddi texniki təminatı istiqamətində müəyyən işlər görülmüş, 6 aylıq kurslar təşkil edilmiş, Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Qısa müddət ərzində bir sıra qanun layihələri Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Parlamentin müzakirəsinə təqdim olunmuşdur.

Lakin Azərbaycan Demokratik Respublikasının Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğalı Azərbaycanda müstəqil dövlət quruculuğunu, o cümlədən də ədliyyə sahəsindəki işləri yarımçıq qoydu.

Yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan ədliyyəsinin tarixinin yeni mərhələsi başlandı. Məhz ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladıqdan az sonra 1970-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təsis edildi, təşkilat kimi formalaşmağa başladı, onun gələcək inkişafının təməli qoyuldu.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra ölkə ədliyyəsinin həyatında yeni dövr başlandı. Bu dövr ədliyyə sistemimizin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işininstrukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində ölkəmizdə zəruri şərait yaradılaraq milli hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl olaraq mühüm addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə milli dövlət quruculuğunun aparılmasına, ölkə həyatının bütün sahələrində məqsədyönlü islahatların həyata keçirilməsinə sabit hüquqi zəmin yaradıldı. Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq, eləcə də ədliyyə sistemində islahatlar həyata keçirildikcə ədliyyə orqanlarının inkişafı, onların fəaliyyətinin təkmilləşdirilməsi və s. istiqamətlərində böyük uğurlar əldə edilmişdir.  Nəticədə ölkəmizin Ədliyyə Nazirliyiinkişaf edərək hüquqi dövlətdə layiq olduğu yeri tutmuşdur.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı yüzlərlə normativ-hüquqi akt qəbul edilmişdir. Ədliyyə orqanlarında qulluqkeçmə haqqında “Azərbaycan Respublikası Qanununun qəbulu, Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsində böyük, əhəmiyyətli addım oldu.

Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərmanının çox böyük əhəmiyyəti vardır. Dövlət başçımızın imzaladığı fərman və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olaraq ədliyyə sistemində miqyaslı islahatlara yeni start verdi.

Dövlət başçısının qeyd olunan fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, müvafiq idarələrin əsasında normativ hüquqi aktların hüquqi ekspertizasının yaxşılaşdırılması və layihələrinin hazırlanması işinin təkmilləşdirilməsi məqsədi ilə Qanunvericilik baş idarəsi, dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fizikihüquqi şəxslərə göstərilən notariat xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə Qeydiyyatnotariat baş idarəsi yaradılmışdır. Fərmanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi maarifləndirmə və informasiya təminat işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi diqqət mərkəzində saxlanılaraq bu məqsədlə nazirliyin strukturunda yeni bir qurumİnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır. Ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünas kadrların ixtisaslarının artırılması və peşə vərdişlərinə yiyələnməsi işinin daha yüksək səviyyədə qurulmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin əsasında ali statuslu təhsil ocağının - Ədliyyə Akademiyasının yaradılmasının hüquqşünas kadrların ixtisas və peşə hazırlığı səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyəti vardır.

Regional ədliyyə şöbələrinin təşkili yerlərdə ədliyyə fəaliyyətinin səmərəliliyini daha da artırmışdır. Belə ki, yerli ədliyyə orqanlarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi, onların fəaliyyətinə daha operativ nəzarətin həyata keçirilməsi, bələdiyyələrə daha əhatəli metodoloji yardımın göstərilməsi və operativ inzibati nəzarətin həyata keçirilməsi, yerli ədliyyə orqanlarının və bələdiyyələrin fəaliyyəti ilə, ümumiyyətlə ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşların müraciət etmə imkanlarının genişləndirilməsi və həmin müraciətlərə baxılmasında operativliyin təmin edilməsi öz müsbət nəticələrini göstərir.

Azərbaycan Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər Dövlət Proqramının” təsdiq edilməsi ümumilikdə Azərbaycan ədliyyəsi tarixinin əlamətdar hadisələrindəndir. Ölkəmizin ədliyyə sisteminin davamlı inkişafının təmin edilməsi və daha da sürətləndirilməsi məqsədi ilə təsdiq edilmiş Dövlət Proqramında ədliyyə orqanlarında və məhkəmələrdə yeni informasiyakommunikasiya texnologiyalarının tətbiq edilməsinin sürətləndirilməsi, onların infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən yeni prosesinin təşkil edilməsi, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi kimi vəzifələr müəyyənləşdirilmişdi.

Ölkə başçısı cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanı və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” əsasında regionlarda müasir, beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşasına başlanılmışdır. Belə ki, qeyd olunan fərmana əsasən Naxçıvan, Bakı, Gəncə, Şəki, Lənkəran və Kürdəmirdə müasir tipli qarışıq rejimli 9 yeni penitensiar müəssisənin inşasına başlanılmış, 2008-ci ilin aprelində Naxçıvanda qarışıq rejimli cəzaçəkmə müəssisəsi, 2009-cu ilin may ayında Bakı istintaq təcridxanasının birinci korpusu, 2013-cü ilin iyul ayında Şəki Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi istifadəyə verilmişdir. Yaxın gələcəkdə digər müəssisələrin istismara verilməsi gözlənilir.

Son illər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilmiş yeni vəzifə və səlahiyyətlər sırasında sahibkarlıq sahəsindəki yoxlamaların vahid dövlət reyestrinin aparılması xüsusi qeyd olunmalıdır. Ədliyyə Nazirliyi tərəfindən mükəmməl və mütərəqqi bir dövlət reyestri tətbiq olunur ki, nəticədə sahibkarlar qanunsuz və əsassız yoxlamalardan etibarlı şəkildə qorunur ki, bu da ölkəmizdə sahibkarlığın daha da inkişafının vacib şərtlərindən biridir.

Ölkədə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılmış, Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilmiş, mövcud məhkəmələrdə hakimlərin sayı artırılmış, hər bir hakim üçün köməkçi ştatı təsis edilmiş, eyni zamanda Apelyasiya Məhkəməsi ləğv edilərək Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apelyasiya məhkəmələri, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ləğv edilərək, Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər məhkəmələri və habelə Yerli İqtisad məhkəmələrinin bazasında İnzibati İqtisad məhkəmələri yaradılmış, hakimlərin maddi təminatı yaxşılaşdırılaraq, onların əməkhaqları əvvəlki illərdən fərqli olaraq dəfələrlə artırılmış, məhkəmələrin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində məhkəmələr üçün yeni inzibati binaların tikintisi geniş vüsət almış, məhkəmələrin ən müasir informasiya kommunikasiya vasitələri ilə təmin edilməsi və onların maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl geniş tədbirlər həyata keçirilir. Qeyd olunan layihə çərçivəsində Oğuz Rayon Məhkəməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi və Gədəbəy Rayon Məhkəməsi üçün yeni inzibati binalar tikilmiş, hazırda 7 məhkəmə üçün bina və komplekslər inşa olunur, 30-dək məhkəmənin yerləşəcəyi bina və komplekslərin layihələri isə artıq hazırlanmışdır. Bu işlər Azərbaycanda xüsusi işlənmiş və analoqu olmayan unikal proqram təminatı vasitəsilə həyata keçirilmişböyük beynəlxalq marağa səbəb olmuşdur. Qeyd olunan layihə Dünya Bankı tərəfindən ən uğurlu layihələrdən biri kimi yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə həyata keçirilən bu işləri davam etdirmək üçün daha əhatəli layihə barədə razılığa gəlinmişdir.

Ölkəmizdə məhkəmə-hüquq, o cümlədən ədliyyə sahəsində həyata keçirilən islahatlar insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması və qorunmasına yönəlmişdir. Məhz bu məqsədlə həyata keçirilən islahatlar nəticəsində hüquq təsisatları əhaliyə daha çox yaxınlaşdırılır. Son illərdə regionumuzda bu istiqamətdə görülən işlərə qısa nəzər salmaq kifayətdir ki bunu aydın şəkildə görə bilək. Əgər 7-8 il bundan əvvələ qədər Şəkidə yalnız iki hakimi olan bir məhkəmə-Şəki rayon məhkəməsi fəaliyyət göstərirdisə bu gün artıq 4 məhkəmə orqanı mövcuddur və həmin məhkəmələrdə 20-dən artıq hakim çalışır. Region əhalisi məhkəmə müdafiəsi hüququndan daha rahat, daha operativ istifadə edə bilir. Həmin məhkəmə orqanlarında hakimlərdən əlavə onlarca gənc hüquqşünas öz ixtisasına uyğun işlə təmin olunmuşdurbu onların peşəkar hüquqşünas kimi yetişməsində mühüm rol oynayır. Hər 4 məhkəmənin ən müasir tələblərə cavab verən daha yüksək şəraiti ilə təmin olunması üçün hazırda Şəki məhkəmə kompleksinin sürətli tikintisi aparılır.

Eyni zamanda Şəki Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsinin istifadəyə verilməsinin, onun tərkibində müxtəlif rejimli cəzaşəkmə müəssisələri və istintaq təcridxanasının mövcudluğunun, həmin müəssisələrdə saxlanılan və cəzaçəkən şəxslər üçün beynəlxalq standartlara uyğun şəraitin yaradılmasının həm saxlanılan şəxslərin və məhkumların özlərinin, həm onların ailə üzvlərinin mənafeyi baxımından, həm də istintaq və məhkəmə orqanlarının işinin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyəti var. Bu kompleksin istifadəyə verilməsi ilə həm də bölgənin yüzlərlə gənc sakini yüksək əmək haqqı təminatı olan daimi yeri əldə etmişdir.

Son illərə qədər yerli ədliyyə orqanlarının, bələdiyyələrin, həmçinin Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlər üzrə məhkəmələrin fəaliyyəti ilə bağlı vətəndaşlar yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edirdilər. Artıq ölkənin on regionunda, o cümlədən regionumuzda regional ədliyyə şöbələrinin fəaliyyəti vətəndaşları öz şikayət və təkliflərini etmək məqsədi ilə qəbulda olmaq üçün Bakı şəhərinə getmək məcburiyyətindən azad edib.

 

Şəki regional ədliyyə şöbəsində də vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması onların qəbulunun təşkili daim diqqət mərkəzində saxlanılır. 2013-cü ilin 10 ayı ərzində Şəki regional ədliyyə şöbəsində 205 vətəndaş müraciətinə baxılmış 185 nəfər qəbul edilmişdir. Şöbədə vətəndaşlar həftənin bütün günlərində qəbul edilirlər. Vətəndaşlar üçün onların müraciət etmək imkanlarını daha da asanlaşdırmaq məqsədilə rayonlarda səyyar qəbullar keçirilir. 2013-cü ilin müvafiq dövründə tərəfimizdən 5 belə səyyar qəbul keçirilərək 31 nəfər qəbul edilmişdir.

Təkcə 2013-cü ilin 10 ayı ərzində Şəki regional ədliyyə şöbəsində 9 mindən yuxarı bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılmış, 250-yə yaxın bələdiyyə aktı buya digər qanunvericilik aktının tələblərinə zidd olduğu üçün şöbənin təklifləri əsasında ləğv edilmişya dəyişdirilmiş, bələdiyyə aktlarını inzibati nəzarəti həyata keçirən orqana vaxtında göndərmədiyinə görə 81 bələdiyyə sədri barəsində inzibati protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir.

Son illərdə ədliyyə və məhkəmə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi istiqamətində çox geniş aparılır, həyata keçirilən bu mütərəqqi islahatlardan regional ədliyyə şöbələri də bəhrələnir. Şəki regional ədliyyə şöbəsində bütün işçi otaqlar Ədliyyə Nazirliyinin mərkəzləşdirilmiş internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda şöbədə nazirliklə birbaşa əlaqə yaradılması üçün xüsusi telefon rabitəsi avadanlığı quraşdırılmış və istifadəyə verilmişdir. Həmçinin şöbənin nazirliklə, habelə digər ədliyyə orqanları və regional şöbələrlə canlı video bağlantısı, videokonfrans keçirə bilməsi üçün şöbədə müvafiq avadanlıq quraşdırılaraq istifadəyə verilmişdir.

Təməli və əsas prinsipləri Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikasının məhkəmə hüquq sistemində dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar onun daha da təkmilləşdirilməsinə, nəticə etibarı ilə hüququn aliliyinin, insanların hüquq və azadlıqlarının, onların qanuni mənafelərinin daha etibarlı təmin olunmasına  xidmət edir.

 

Rəhman MƏMMƏDOV,

 

Şəki regional ədliyyə şöbəsinin rəisi,

kiçik ədliyyə müşaviri.

 

Respublika.-2013.- 22 noyabr.- S.8.