Azərbaycanın dayanıqlı iqtisadi inkişafı

 

2012–ci il müstəqil Azərbaycan dövlətinin ictimaisiyasi, sosialiqtisadi, mədəni, təhsil, səhiyyə, idman və digər sahələrində köklü dəyişiklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasətin, aparılan genişmiqyaslı islahatların və həyata keçirilən qlobal dövlət proqramlarının məntiqi nəticəsi olaraq Azərbaycan 2012–ci ildə daha böyük uğurlar əldə etməyə, ölkənin siyasiiqtisadi qüdrətini daha da artırmağa, dünyadakı mövqelərini möhkəmləndirməyə, ən əsası isə xalqımızın həyat səviyyəsini daha da yaxşılaşdırmağa nail oldu. Bu nailiyyətlər təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasi kursun Azərbaycanın və regionumuzun yeni parlaq lideri Prezident İlham Əliyevin qloballaşan müasir dünyanın tələblərinə uyğun yeni məzmun və keyfiyyətdə uğurla davam etdirməsinin bəhrəsi, təsdiqi və təntənəsidir.

 

Azərbaycana böyük müvəffəqiyyətlər qazandıran, ölkənin qüdrətli bir dövlətə çevrilməsini təmin edən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla davam etdirilməsi qarşıdakı dövr ərzində nailiyyətlərin miqyasının daha da genişləndirilməsinə möhkəm zəmin yaradır. Bu da öz növbəsində belə bir tarixi təcrübəni növbəti dəfə əyani surətdə təsdiqləmiş olur ki, istənilən dövlətin uğurlarla dolu inkişaf yolunun müəyyən edilməsində, onun dünya birliyinə layiqli şəkildə inteqrasiya olunmasında lider amili həlledici əhəmiyyət daşıyan əsas faktorlardan biridir. Azərbaycanın hazırda dünyanın ən yüksək inkişaf tempinə malik ölkələrindən biri olmasında, xüsusən də iqtisadi sahədə son illər möhtəşəm uğurlar qazanmasında cənab İlham Əliyevin liderlik keyfiyyətləri mühüm rol oynamışdır. Azərbaycan Prezidentinin mürəkkəb tarixi prosesləri düzgün qiymətləndirməsi, hadisələrin inkişaf axarını əvvəlcədən müəyyənləşdirə bilmək bacarığı, milli maraqların təmininə yönəlmiş rasionaldinamik inkişaf yolunda irəliləyə bilməsinin əsas təminatçısı olmuşdur.

Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyəti, yüksək intellekti və idarəçilik qabiliyyəti, novatorluğu, xarizması, hadisələrə pozitiv təsiri və digər keyfiyyətləri Azərbaycanı bütün mümkün təhlükələrdən etibarlı şəkildə hifz etməklə yanaşı onun dinamik templərə söykənən tərəqqisinin də sarsılmaz özülündə duran zəruri amillərdir. Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi inkişaf səviyyəsi ildən–ilə yüksəlir. Cənab İlham Əliyevin məqsədyönlü, çevik və ölkəni daha böyük hədəflərə aparan siyasəti, həyata keçirilən genişmiqyaslı layihələr, əldə edilən nailiyyətləri daha da möhkəmləndirir. Əvvəlki illərdə olduğu kimi, 2012–ci ilin doqquz ayında da milli iqtisadiyyatımız sabitlik, inkişaf və dayanıqlıq nümayiş etdirmişdir. Ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etdiyini vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmış və hazırda 45 milyard dollar səviyyəsindədir: Bu nəticə ki, “dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik”.

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı dünyada iqtisadi gərginliyin davam etdiyi illərdə baş verir. Belə ki, son bir neçə ildə qlobal dünya böhranı bir çox ölkələrin iqtisadiyyatına, sosial şəraitinə ciddi zərbələr vurmuşdur. Dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşmüş, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşmişdir. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə verməmişdir. Ekspertlərin fikrincə dünyadakı bu böhran onu da təsdiqləmişdir ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və s. spesifik amillərə görə bir–birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları səmərə vermir və ölkələr əziyyət çəkirlər. Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanınır. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirmiş və qabaqlayıcı tədbirlər görmüşdür. Eyni zamanda ölkəmizdə iqtisadiyyatın inkişafına dövlət dəstəyi artırılmışdır. Belə bir uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin—ÜDM–in artım sürətinə görə lider ölkələr sırasındadır. İlin sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyini proqnozlaşdırırlar. Strateji ehtiyatlar ÜDM–in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk onbeşlikdədir. Əhalinin real pul gəlirləri 2012–ci ilin 9 ayında 12 faiz artmış, 2008–ci ildən bəri isə bu artım 2 dəfə olmuşdur.

Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsündə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan az bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə, iqtisadi inkişafın “inklyuzivliyi” artır. Yenə də Dünya Bankının hesabatına görə Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücününiqtisadi inkişaf səviyyəsinin daim artması ilə nəticələnmişdir.

Azərbaycanda inkişafın sistemli və məqsədyönlü həyata keçiriməsində regionların sosialiqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, yoxsulluğun azaldılması, və digər dövlət proqramları mühüm rol oynayır. Dövlət başçısı cənab İlham Əliyevin bölgələrə mütəmadi səfərləri, infrastruktur obyektlərinin və müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, xüsusilə regionlarda sahibkarlığın inkişafı ilə bağlı müəyyən etdiyi siyasət ölkə iqtisadiyyatında iqtisadi rayonların rolunu və əhəmiyyətini artırır. Regionların tərəqqisinə daim diqqət, qayğı göstərən və böyük önəm verən cənab İlham Əliyev bildirib ki, regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı son illər ərzində ölkəmizin hərtərəfli inkişafında əsas amillərdəndir:Bu proqram qəbul olunanda hədəflər də müəyyən edilmişdir və hədəflər müxtəlif istiqamətləri əhatə edirdi. Ancaq bir sözlə demək mümkündür ki, əsas hədəf ölkə iqtisadiyyatını şaxələndirmək idineftqaz amilindən asılılığı azaltmaq məqsədi daşıyırdı. Hesab edirəm ki, biz bu hədəflərə çatmışıq, bütün bölgələrdə quruculuq, abadlıq, infrastruktur işləri aparılır”.

Azərbaycanın son illər regionların inkişafı sahəsində diqqət çəkən uğurlara imza atması dövlətin bu sahədə yürütdüyü siyasətin səmərəliliyini təsdiqləyir. “Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı (2004–2008–ci illər) I Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının (2009–2013– illər) sosialiqtisadi inkişafı II Dövlət Proqramı” ötən illərdə bölgələrin qeyriproporsional inkişafının qarşısını almağa xidmət edən mükəmməl konsepsiya kimi özünü doğruldur. Hər iki proqram çərçivəsində regionların təbii resurslarından və bölgələrdə cəmləşmiş əmək ehtiyatlarından səmərəli istifadə, yeni yerlərinin açılması, sosial problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən qurulması, enerji təminatı problemlərinin həlli yerlərdə istehsal potensialını gücləndirdiyi kimi, əyalət sakinlərinin Bakıya, həmçinin digər böyük şəhərlərə doğru axınını da səngidib.

Bu, dövlət siyasətinin əsasında insan amilinin durması regionlarda istehsal və digər sosial infrastrukturun, kommunal xidmətlərlə təminatın daha da yaxşılaşdırılmasında, məşğulluğun artırılması və sosial məsələlərin həlli istiqamətində görülən işlərdə öz təsdiqini bir daha tapır. Belə ki, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi məqsədilə regionlarda infrastrukturun, o cümlədən elektrik enerjisi, qaz, su ilə təminatın yaxşılaşdırılması, yolların, körpülərin, su kanallarının tikintisi, meliorativ tədbirlərin görülməsi üçün ikinci Dövlət Proqramının qəbulundan ötən dövr ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard manat investisiya yönəldilmişdir. Bununla yanaşı, regionlarda 450–dən çox təhsil, 100–ə qədər səhiyyə müəssisəsi tikilmişya əsaslı təmir olunmuşdur. Təkcə bu ilin 9 ayı ərzində regionlarda 125 məktəb, 8 uşaq bağçası, 14 səhiyyə, 13 mədəniyyət, 16 gənclər və idman obyektinin tikintisi başa çatmış, 24 məktəb, 22 uşaq bağçası, 10–dan çox mədəniyyət, səhiyyə, gənclər və idman obyektində əsaslı təmir işləri yekunlaşmış, 270–dən çox sosial müəssisənin tikintisi isə davam etdirilir.

Bölgələrdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, biznesinvestisiya mühitinin daha da yaxşılaşdırılması, qeyrineft sektorununonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafına göstərilən dəstək, kənd təsərrüfatına subsidiyaların vergi güzəştlərinin, güzəştli kreditlərin verilməsi, lizinqaqroservis xidmətlərinin təşkili bölgələrdə fəaliyyət göstərən sahibkarları daha da ruhlandırır. Odur ki, sahibkarlar iqtisadiyyatımıza töhfə verə biləcək layihələrin regionlarda həyata keçirilməsində inamla iştirak edirlər. Məlumat üçün bildirək ki, regional inkişaf proqramları çərçivəsində 2004– ildən indiyədək regionlarda çalışan sahibkarlara 910 milyon manatdan çox güzəştli kredit verilib, sosial infrastruktur layihələrinin icrasına isə 90 milyard dollar vəsait qoyulub. Eyni zamanda regionların tarazlı inkişafı, əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması nəticəsində 2004– ildən bəri 1 milyon 100 min yeni yeri açılıb, əhalinin rifahı yaxşılaşıb, qeyrineft sektoru 2,2 dəfə artıb. 2012–ci ilin 9 ayında isə qeyrineft sektorunda artım 10,3 faiz təşkil edib. Regionlarda sahibkarlıq subyektləri üçün yaradılmış münbit şərait nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business–2013″ hesabatına əsasən respublikamız 185 ölkə arasında 67–ci yerdə qərarlaşıb.

Regionların sosialiqtisadi inkişafı Dövlət Proqramına uyğun Füzuli rayonunda da aparılan tikintiquruculuq işlərinin miqyası geniş və əhatəlidir. Beş il bundan əvvəl şəhər statusu alan Horadiz demək olar ki, başdanbaşa dəyişmiş və müasirləşmişdir. Bu gün daha gözəl və füsunkar görünən bu şəhərdəki quruculuq, yeniləşmə, yolların, küçələrin təmiri, yaşıllıqların salınması sosialiqtisadi inkişafın uğurlu nəticələridir. Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə öz görkəmini tamamilə dəyişən bu şəhərdə yeni sosial obyektlər tikilmiş, parkxiyabanlar salınmış, küçələr müasir üslubda yenidən qurulmuşdur.

2003– illə müqayisədə ümumi məhsul buraxılışı 2,4 dəfə, sənaye məhsulu 5,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,0 dəfə artmış və sosialyönümlü obyektlər tikilmiş, iri kənd təsərrüfatı və sənaye müəssisələri yaradılmış, 3 mindən çox yeni yeri açılmış, Horadiz şəhəri də daxil olmaqla 19 yaşayış məntəqəsi qazlaşdırılmışdır.

Prezident kimi dördüncü dəfə ötən ilin dekabr ayında Füzulidə səfərdə olanda cənab İlham Əliyev bildirib ki, rayonda böyük quruculuq–abadlıq işləri aparılır, evlər tikilir, binalar bərpa edilir, sənaye müəssisələri yaradılır:Bu gün mən Füzulidə bir neçə obyektin açılışında iştirak etmişəm. Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Heydər Parkının, məktəbin və digər obyektlərin açılışlarında iştirak etmişəm. Əvvəlki dövrdə Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi tikilmişdir. Yəni Füzuli rayonunun inkişafı üçün bütün lazımi tədbirlər görülür.

…Növbəti illərdə Füzuli rayonunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Erməni vəhşiləri tərəfindən dağılmış evlərin bərpası məsələsi də vardır. Bu gün bu barədə məsələ qaldırıldı. Bu məsələ də öz həllini tapacaqdır. Rayonun sosialiqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir”.

Azərbaycanın dövlət başçısı bu səfəri çərçivəsində Füzuli Su Elektrik Stansiyasının açılışında da iştirak etdi. Cənab İlham Əliyev tərəfindən əvvəl təməli qoyulan Stansiya artıq respublikamızın enerji sisteminə qoşulub. Məlumat üçün bildirək ki, stansiya Baş Mil kanalı üzərində 14 hektar ərazidə inşa olunmuşdur. Stansiyanın ümumi gücü 25,2 meqavatdır. Xatırladaq ki, Füzuli Su Elektrik Stansiyasının tikintisi Azərbaycan Prezidentinin 2004– il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007–ci il 31 oktyabr tarixli əlavəyə əsasən həyata keçirilmişdir.

Bu gün Azərbaycanın bütün bölgələrində elektrik enerjisi ilə bağlı heç bir problemin olmadığını vurğulayan dövlətimizin başçısı bildirib ki, hazırda Azərbaycanda bu sahədəki icra edilən layihələr nəinki ölkəmiz həm də regionumuz üçün, eyni zamanda Avropa üçün də çox böyük əhəmiyyət daşıyır: “Bütün sahələrdə olduğu kimi iqtisadiyyatsosial məsələlərin həlli üçün vacib olan enerji təhlükəsizliyi məsələləri də yüksək səviyyədə həll edilir. Bu stansiya bunun gözəl nümunəsidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2012–ci il tarixli sərəncamı ilə Füzuli rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012–ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat ayrılması üçün qərar qəbul edilmişdir. Cənab İlham Əliyevin bu sərəncamı onun Füzuli rayonuna göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Möhtərəm cənab Prezidentin siyasətinə hər sahədə dəstək verən füzulililər rayonun sosialiqtisadi inkişafı üçün bundan sonra da əzmlə çalışacaqlar.

Beləliklə qarşıdakı dövrdə də ən mühüm strateji vəzifələrdən biri nəinki Füzuli rayonunda, həm də bütün ölkə iqtisadi inkişafın sürətli və keyfiyyətli artımını təmin etməkdən ibarət olacaqdır ki, bu da səviyyəsini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmağa real imkan yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tərəqqisi üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun 2013– ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyrineft sektorunun inkişaf etdirilməsinə, istehsalsosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaqdır.

Azərbaycanın uğurlu inkişafı üçün iqtisadi proqnozların çox müsbət olduğunu vurğulayan cənab İlham Əliyev bildirib: “Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə bölgələrdə abadlıq–quruculuq işləri daha da sürətlə getməlidir. Biz bu inkişafı Füzuli rayonunun timsalında görürük”.

 

 

Alı Alıyev,

Füzuli Rayon İcra Hakimiyyətinin

başçısı.

 

Respublika.- 2013.- 8 yanvar.- S. 5.