| MÜTƏFƏKKİR
ALİM, EL AĞSAQQALI
Budaq müəllim deyərdi: əsl alim olmağın dörd
şərti var:
“Daim
mütaliə etmək”, hansı ki Budaq müəllimin timsalında onun gündəlik fəaliyyəti ilə
tanış olan hər bir
kəsə bəllidir.
Sonra “daim zəhmət
çəkmək”. Bu şərt də Budaq müəllimin timsalında danılmaz bir reallıq idi.
Daha sonrası “səbir etmək”. Onu tanıyan hər bir insan onun bütün
aspektlərdə səbirliliyinə heyran idi.
Sonuncusu, “Vətənə, xalqa sədaqətlə xidmət etmək”.
Budaq müəllim haqqında danışmaq bir yana, yazı yazmaq son dərəcə məsuliyyətli bir addımdır.
Belə bir deyim var: “gənclik illəri insanlara ona görə verilir ki, o, hər bir şey edə bilsin ki, qocalıqda, keçmişdə gözü qalmasın”. Söhbətarası o bir dəfə söylədi: “Mənim bütün gəncliyim özümdən yaşca böyük adamların arasında keçib. Sanki bütün insanlar kimi gənclik dövrüm olmayıb. Amma təəssüf də etmirəm”.
Onda “kişi
gözəlliyi” adlanan
bir qürur var idi. Xalq arasında deyilən, əsl kişi
idi. O, sağlığında
canlı bir heykələ bənzəyirdi.
Özü demişkən,
sevimli müəllimi akademik Həsən Əliyev, onun özünün təbiətdən
töhfə kimi aldığı görkəmini
heykəltəraş kimi
yonaraq, özünün
də həyat fəaliyyəti ilə birlikdə əsl el ağsaqqalına çevirmiş,
məntiqi nəticə
olaraq isə o, ulu öndər Heydər Əliyevin müdrik seçimi ilə Azərbaycan Respublikası Ağsaqqallar
Şurasının sədri
zirvəsinə yüksəlmişdi.
Budaq Budaqov bu şərəfli missiyanı ömrünün
axırına kimi həyata keçirərək
bütün azərbaycanlıların
qəlbində özünə
əbədi bir ev tikə
bildi.
Budaq müəllim
bizim təmaslarımız
vaxtlarında, nəinki
həyat müəllimi
Heydər Əliyevin, həm də onun doğmalarının fitri istedad sahibləri
olduqlarını dəfələrlə
söyləmişdi. Bu deyimlər, onun istedadları müəyyənləşdirmək
qabiliyyətinin son dərəcə
yüksək olduğuna
bariz sübut idi. O, insanları qiymətləndirmək, fikir
söyləmək istedadına
malik idi.
O, mənəvi söhbətlərində
Həzrət Əlidən
sitat gətirməyə
önəm verərək,
ulu öndər Heydər Əliyevin “İnsanda ən vacib keyfıyyətin ülvi mənəviyyata malik olmasıdır” kəlamını rəhbər
tutub, müasir Azərbaycan zyalılarını
qiymətləndirərdi. Xalqa məlumdur
ki, Budaq Budaqov həyat müəllimi ulu öndərin şəxsiyyətinin
və onun həyat fəaliyyətinin
vurğunu idi.
Budaq müəllimin
bütün həyatı
və şəxsiyyəti
su kimi aydın
və şəffaf idi.
O deyərdi: “Çaylar axıb birləşərək
dənizləri qidalandırır,
məntiqi nəticə
kimi isə okeana qovuşurlar”. Yəni demək istəyirdi ki, eyni məsləkli
insanlar təbiətən
doğmalarına çaylar
kimi birləşirlər,
bu doğmalaşmaların
məntiqi nəticəsi
sonda xalqa qovuşmaq olur. Bu kontekstdə, 2003–cü il dekabr ayının ortalarına yaxın günlərdə əqidəsindən,
məsləkindən, siyasi
baxışlarından, mənsubiyyətindən
asılı olmayaraq, bütövlükdə Azərbaycan
xalqının ulu öndərimizi ziyarətə
gəlməsi, Budaq müəllimin təbirincə,
Heydər Əliyevin öz həyatını canı qədər sevdiyi doğma xalqına və yaratdığı müasir
və dünyəvi Azərbaycan dövlətinə
qovuşması simvolu
kimi qəbul edilərək, dünya evində Azərbaycan və Heydər Əliyev unitarlığının
təntənəsi sayılmalıdır.
Hər bir alim haqqında birmənalı fikir yürütmək necə
mübahisəli və
çətin olması
mühakimə olunmayan
bir fakt kimi danılmazdır. Budaq müəllim
haqqında alim kimi hökmü zaman və dünya
elmi ictimaiyyəti vermişdir. Azərbaycandakı
təltifləri ilə
birlikdə, elmi fəaliyyətinin ən məhsuldar dövründə
SSRİ Coğrafiya Cəmiyyətinin
təsis olunduğu illər ərzində birinci olaraq qızıl medal statusu ilə Prjevalski qızıl medalına layiq görülməsi onun elminin əsl
qiyməti ola bilər.
Budaq müəllim
onunla təmasda olan bir çox
insanın mənəvi
atasına çevrilmişdi. O, ensiklopedik
elm xadimi kimi müxtəlif elm sahələrində
çalışan insanlara
fəaliyyətlərində son dərəcə düzgün
istiqamət vermişdir.
Budaq
müəllim Həzrət Əlidən sitat gətirərək
deyərdi: insan dilinin arxasında gizlənib, yalnız nitqi və
fəaliyyəti ilə özünü büruzə verir. O,
xalq arasında sadə insanlarla təması zamanı, ulu
öndər Heydər Əliyevin “Xoşbəxt o insandır
ki, sadə həyat tərzi yaşaya bilir” kəlamını
daim qeyd edərdi.
Budaq müəllimin əhatəsində hər zaman sağlam və müsbət psixoloji aura hökm sürərdi. Onda zəngin və dərin mənəviyyatla yanaşı, “sıravi insanlarda olduğu kimi” təbiilikdən irəli gələn sadəlik də mövcud idi. Böyük və zəngin həyat təcrübəsi onu bütün neqativ hallara qarşı barışmaz etmişdi. Onun incə yumoru və şuxluğu da vardı.
Budaq Budaqovun həyat kampaniyasının vektoru azərbaycançılıq idi. Akademik Budaq Budaqov məkan və zaman kontekstində müasir Azərbaycanı, – coğrafi məkan kimi, Azərbaycan dedikdə, Kür və Araz çaylarının mənsəbindən başlayaraq Azərbaycan (Xəzər) dənizinə qədər coğrafi ərazini əhatə edən Kür–Araz ovalığının,
– siyasi məkan kimi, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfındən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycan Heydər Əliyev diplomatiyasının işlədiyi, dünyanın siyasi xəritəsinin;
– tarixi zaman kimi, Budaq müəllimin təmasda olduğu bəşəri alim Tur Heyerdalın da, Azərbaycana səyahətindən sonra gəldiyi qənaətinə görə, müasir sivil dünyanın məskunları olanların—avropoidlərin (Caucasian people, yaxud white people) əcdadlarının — qədim şüurlu insanların yaşadığı, eramızdan əvvəllərin dərinliyindən bu günlərimizədək olan müddətin,
– müasir zaman dedikdə, bəşəriyyət tarixində Nizami Gəncəvi kimi bəşəri insanlarla bərabər qiymətləndirilən ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi və müasir Azərbaycan dövlətinin təməlini qoyduğu ildən, hazırkı günlərimizədək və gələcək zamanın başa düşülməsini tövsiyə edirdi.
Böyük coğrafiyaşünas alim,
akademik Budaq Budaqovun bu il
anadan olmasının 85 ili
tamam olur. O, bu günlərdə artıq bizim
aramızda deyildir. Lakin
onun xatirəsi bütün
Azərbaycan xalqının qəlbində daim
yaşayacaqdır.
Rauf CƏFƏROV,
fizika–riyaziyyat elmləri doktoru,
Bakı Dövlət Universitetinin
Fizika Problemləri İnstitutunun
baş elmi işçisi.
Respublika.- 2013.- 8 yanvar.- S. 4.