Azərbaycanın
hərtərəfli dinamik inkişafı
davamlıdır
FotoRegionların
sosial–iqtisadi
inkişafı II Dövlət Proqramının
icrasının növbəti ili də uğurla yekunlaşıb. Əldə edilən
nəticələr sayəsində Azərbaycan dünyada ən islahatçı və
iqtisadiyyatının çoxşaxəli inkişafını
təmin edən dövlət kimi özünü təsdiqləyib. Diqqətəlayiq nəticə budur ki, ölkənin uğuru sabit və
davamlıdır. Dövlət gənc olmasına baxmayaraq, ən qısa müddətdə öz nəqliyyat, ərzaq və enerji təhlükəsizliyini təmin edib. Bundan başqa,
Avropa qitəsində enerji
təhlükəsizliyində etibarlı tərəfdaşdır
və Avrasiya məkanında mühüm nəqliyyat və logistika
mərkəzinə çevrilməkdədir. Ölkə dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməkdədir. Bunun
üçün iqtisadiyyatın bütün sahələrində yaradılan infrastruktur layihələri müasir
tələblərə cavab verir. Reallaşan layihələrdə
ən yeni elmi və texniki nailiyyətlər tətbiq olunur. Milli maraqları təmin edən, gələcəyə
pozitiv nəticələr
proqnozlaşdırılaraq həyata keçirilən iqtisadi, sosial islahatlar və yürüdülən siyasət
öz müsbət nəticələrini
verməkdədir. Dövlət milli mənafeyə
uyğun layihələrin
reallaşmasına siyasi və hüquqi dəstək verməklə
inkişafın davamlılığını təmin etmək
üçün yüksək operativlik göstərir. Düşünülmüş,
iqtisadi və siyasi
islahatların vaxtında reallaşması nəticəsində
ölkədə hərtərəfli inkişaf
davamlı xarakter almışdır.
Ötən il Azərbaycanda dünya bazarlarında rəqabətədavamlı, ölkənin daxili tələbatında mühüm əhəmiyyətə malik məhsulların istehsalı genişlənmiş, iqtisadiyyatın inkişafına yönəldilən sərmayənin strukturunda daxili resursların payı yenə də artırılmış, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük verilmiş, dövlət büdcəsi və digər mənbələr hesabına turizmin inkişafının stimullaşdırılması, alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması prioritetlər sırasında olmuşdur.
Azərbaycanın davamlı iqtisadi
inkişafında qeyri–neft
sektorunun rolu daim artmaqdadır. Hazırda bu
sahədə artım 10 faizdən çoxdur.
Bu il real
iqtisadiyyatda köklü
müsbət dəyişikliklərin daha da sürətlənəcəyi proqnozlaşdırılır.
ÜDM–də qeyri–neft
sektorunun çəkisinin 57,3 faiz, neft sektorunun
isə 23,4 faiz olacağı gözlənilir.
Yürüdülən siyasət və
proqnozlaşdırılmış iqtisadi
layihələr, tətbiq edilən elmi–texniki nailiyyətlər, rəqabətədavamlılığı
təmin etmək üçün dövlətin
operativ maddi, hüquqi və siyasi dəstəyi
buna lazımi şərait yaradır.
Ölkə bu gün
yerləşdiyi regionun qüdrətli
dövlətidir. Buna əsas səbəb
dövlətin həm siyasi və həm də
iqtisadi sahədə müstəqil siyasət
yürütməsidir. Dövlətimizin rəhbəri İlham Əliyev bu barədə
vurğulayıb: “Biz müstəqil
ölkəyik. Müstəqilliyimizin artıq 20 illik yubileyini qeyd etmişik. Müstəqil
ölkə kimi müstəqil siyasət
aparırıq. Siyasətimiz xoşniyyətli, xoşməramlı
siyasətdir. Biz bütün
ölkələrdə bərabərhüquqlu münasibətlər
qurmuşuq. Bütün
ölkələrlə yaxşı münasibətlər qurmaq istiqamətində uğurlar
əldə etmişik. Daxili
siyasətdə islahatlar Azərbaycanı böyük dərəcədə irəliyə
aparmışdır. İqtisadi inkişaf baxımından Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Dünyada iqtisadi və
maliyyə böhranının ikinci
dalğasının hökm sürdüyü bir vaxtda Azərbaycanda inkişaf
davam edir”. Artıq Azərbaycan
iqtisadi modeli özünü həyatda təsdiqləyib,
ölkə hərtərəfli inkişaf
edir. Qeyri–neft sektorunun davamlı tərəqqisi
neftdən asılılığı minimuma
endirib. Qarşıya qoyulan
vəzifələrin yerinə yetirilməsi imkan
verib ki, dövlət
büdcəsinin gəlirləri daim
artsın. Belə ki, 2012–ci
ilin yanvar–oktyabr aylarında dövlət büdcəsinə
14225,7 milyon manat daxil olmuşdur. Bu vəsaitdən sosial və
iqtisadi tədbirlərin maliyyələşdirilməsinə
12209,6 milyon manat xərclənmişdir.
Təbii ki, bu
xərclər sosial–iqtisadi
inkişafın yüksəlişini və istehsal
məhsullarının rəqabətədavamlılığını
təmin edir. Əldə olunan
gəlirlərdən məqsədyönümlü, düşünülmüş və
proqramlaşdırılmış şəkildə istifadə
olunması da büdcə gəlirlərinin
daim artmasına zəmin yaradır. Qeyd edilən müddətdə əvvəlki ilin eyni dövrü
ilə müqayisədə büdcənin gəlirləri 34,9 faiz və ya 3677 milyon manat, xərcləri
isə 23,4 faiz, yaxud
2.312,1 milyon manat
artmışdır. Mədaxil və məxaric
prosesində profisit
ÜDM–in 4,6 faizi səviyyəsində olmuşdur.
Büdcə vəsaitlərinin 5.006,3 milyon
manatı–41 faizi iqtisadiyyatın
inkişaf etdirilməsinə
sərf edilmişdir. Bu da ümumi daxili
məhsulun istehsalının
artımını, həm
də rəqabətədavamlılığını
təmin edir. İqtisadiyyatın inkişafında sosial sahənin də tərəqqisi mühüm stimuldur.
Əhalinin sosial müdafiəsi və sosial təminatına
1.547,5 milyon manat–12,7 faiz,
təhsil və səhiyyənin maliyyələşdirilməsinə
isə 138,3 milyon
manat–11,4 faiz xərclənmişdir.
Müasir dövrdə davamlı
sosial–iqtisadi tərəqqi,
təbii ki, geniş və səmərəli qarşılıqlı
maraqlara cavab verən beynəlxalq əməkdaşlıq zəminində
baş verir. Bu əlaqələr iqtisadiyyatın sahələrini
nə qədər çox əhatə etsə, effektivlik o qədər də yüksək olur. Bu səbəbdən də Azərbaycanda real iqtisadiyyatın çoxşaxəliliyi
prioritet elan edilib. İqtisadi və sosial
tərəqqinin əsas
keyfiyyət götəricisi
ümumi daxili məhsuludur. Yanvar–noyabr
aylarında ÜDM–də
artım 2011–ci ilin müvafiq dövrünə
nisbətən 1,2 faiz olmuşdur. Qeyri–neft sektorunda isə artım 9,7 faizdir. Real iqtisadiyyatın sənaye sahəsində məhsul istehsalı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə
7,4 faiz çoxalmışdır.
Beləliklə, ümumi daxili
məhsulda qeyri–neft sektorunun payının davamlı surətdə artması dövlətin həm iqtisadi qüdrətinin yüksəlməsindən,
həm də dünya bazarlarında mövqeyinin möhkəmlənməsindən
xəbər verir.
2012–ci ilin on ayı ərzində ölkənin
dövlət, qeyri–dövlət
təşkilatları və
fiziki şəxsləri
tərəfindən 150 dövlətlə
27,4 milyard ABŞ dolları
məbləğində xarici
ticarət əməliyyatları
aparılmışdır. Bu məbləğin 19,7 milyard dollarını ixrac, 7,7 milyard dollarını isə idxal olunmuş məhsullar təşkil edib. Xarici ticarət əməliyyatlarında
qeyri–neft məhsullarının
ixracının artımı
xüsusilə diqqəti
cəlb edir. Bu,
2011–ci ilin müvafiq dövrünə nisbətən
9,5 faiz artımdır.
Qeyri–neft
sektorunun dünya bazarında öz mövqeyini mütəmadi
olaraq möhkəmləndirməsinin,
məhsullarımıza tələbatın
çoxalmasının və
rəqabətədavamlılığının
göstəricisidir.
Dövlətin sosial–iqtisadi inkişafda yüksək tempin davamlılığını təmin
etmək məqsədilə
operativ və səmərəli tədbirlər
görməsi günümüzün
reallığıdır. Azərbaycanın hərtərəfli inkişafı,
beynəlxalq mövqelərinin
daim möhkəmlənməsi
artıq danılmaz faktdır. Özbəkistan
Respublikasının prezidenti
İslam Kərimovun Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik məktubu da bu reallığı sübut edir: “Dost Azərbaycanın ictimai–siyasi
həyatın bütün
sahələrində, sosial–iqtisadi
sahədə uğurlarına,
habelə ölkənizin
beynəlxalq aləmdə
nüfuzunun möhkəmlənməsinə
Özbəkistanda ürəkdən
sevinirlər. Bizim əyani
şəkildə görüb
yəqin etdiyimiz bu uğurlar sizin adınızla, sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl
daxili və xarici siyasətlə ayrılmaz şəkildə
bağlıdır”.
Azərbaycanda ölkənin gələcək
inkişafına möhkəm
zəmin yaradan, elmi–təcrübi cəhətdən
əsaslandırılmış dövlət proqramlarının
uğurlu və müvafiq mexanizmlərlə
icraçı, ictimai–siyasi
sabitlik sosial–iqtisadi tərəqqini təmin etməkdədir.
Dövlət başçısı Azərbaycanın beynəlxalq
əməkdaşlığı, ictimai–siyasi sabitlik və iqtisadi tərəqqi barədə
deyib: “Beynəlxalq əlaqələrimiz genişlənir,
dostlarımızın sayı
artır və ölkəmizin beynəlxalq
imici də çox müsbətdir. Digər amil ondan ibarətdir
ki, Azərbaycanda uzun illər ictimai–siyasi sabitlik hökm sürür.
Bu da çox
vacibdir. Ölkəmizin dinamik uğurlu inkişafı üçün
ictimai–siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə
kimi dünyada özünü təsdiqləyibdir.
Son doqquz il
ərzində Azərbaycan
dünyada ən sürətli templərlə
inkişaf edir. İqtisadiyyatımız üç dəfə,
yəni 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu
ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürük və bununla fəxr edirik. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə
görə dünya miqyasında 46–cı, MDB məkanında
birinci yerdədir”.
Ataş Cəbrayılov
Respublika.- 2013.- 8 yanvar.- S. 1.