AZƏRBAYCAN BEYNƏLXALQ SƏVİYYƏDƏ HUMANİTAR SAHƏYƏ DƏYƏRLİ TÖHFƏLƏR VERİR

 

FotoÇox qədim tarixə və mədəniyyətə malik Azərbaycan əsrlər, minilliklər boyu sivilizasiyaların, fərqli mədəniyyətlərin qovuşduğu unikal bir məkan olub. Burada həyat çox erkən yaranmışdır və maddi–mədəniyyət nümunələri sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. Hazırda da ölkəmiz dünya mədəniyyətinə öz misilsiz incilərini töhfə verməkdədir.

Dövlətimiz tərəfindən həyata keçirilən düşünülmüş humanitar siyasət nəticəsində bu gün Azərbaycanın dünyadakı mövqeyinüfuzu siyasi təsir imkanlarından və iqtisadi qüdrətindən əlavə, zəngin Azərbaycan mədəniyyəti, onun mənəvi, intellektual və innovasiya potensialı ilə müəyyənləşdirilir. Ona görə də, xarici ölkələrlə Azərbaycan arasında mövcud olan siyasiiqtisadi münasibətlərlə yanaşı, fəal mədəni əməkdaşlıq da ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən biridir. Əminliklə söyləmək olar ki, mədəniyyətin və ümumiyyətlə humanitar sahənin ölkəmizin beynəlxalq imicinin formalaşdırılmasında xüsusi rolu vardır.

 

Bu baxımdan Azərbaycanda mötəbər beynəlxalq humanitar konfransların, forumların və digər təbdirlərin keçirilməsi ölkəmizin beynəlxalq humanitar sahəyə verdiyi mühüm töhfələr kimi dəyərləndirilməlidir. Bu cür beynəlxalq tədbirlərin respublikamızda müntəzəm keçirilməsi təsadüfi deyil. Azərbaycan artıq nəinki regionda, ümumiyyətlə, dünyada baş verən qlobal proseslərin fəal iştirakçısıdır, millətlərarası, ənənəyə çevrilmiş dinlərarası dialoqa və yüksək tolerantlığa malik olan bir ölkədir. Bu haqda, eləcə də dövlətimizin beynəlxalq humanitar məsələləri müstəvisində mövqeyi və istəyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “2012–ci ildə humanitar sahədə böyük işlər görülmüşdür. Bakı sivilizasiyalararası dialoqun təşkili, genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilmişdir. Uğurla keçirilmiş İkinci Beynəlxalq Humanitar Forum, onun nəticələri, bu sahədə əldə edilmiş nailiyyətlər ölkəmizi dünyaya təqdim edir, eyni zamanda, bizim təcrübəmiz mən əminəm ki, başqa ölkələrdə öyrənilir. Çünki Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi, mehribanlıq şəraitində yaşayırlar və yaşayacaqlar. Millidini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir”.

Respublikamız regiondünya dövlətlərinin humanitar sahədə əməkdaşlığının inkişafında fəal rol oynayır, bu əməkdaşlığın ümumi mədəni–sivilizasiya irsinin saxlanılması və artırılması əsasında aparılmasına çalışır. Qeyd etmək lazımdır ki Azərbaycan, özünün çoxəsrlik zəngin mədəniyyət ənənələrinə və son dövrdə nail olduğu mədəniyyət mühitinin inkişafına söykənərək, dövlətlərarası ümumi dialoqa müsbət təsir etməyə nail ola bilmişdir. Bu barədə Prezident İlham Əliyev deyib: “Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı”.

Dövlətimizin xarici siyasət kursunda humanitar, ümumbəşəri və mədəni dəyərlərə söykənməsi özünü tam aydın şəkildə büruzə verir. Xarici mədəniyyət siyasəti sistematik əsaslar üzərində qurulub və həm yaxın, həm də uzunmüddətli perspektivə hesablanıb. Bunun əsas məqsədi regiondadünyada milli mədəniyyətimizin təsir əhatəsini genişləndirməkdən ibarətdir. Bu siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, eləcə də ölkəmizin inkişafı və vətəndaşlarımızın həyat tərzinin yüksəldilməsinə xidmət edir.

Lakin dövlətimizin siyasəti təkcə ölkəmizin vətəndaşlarının firavanazad yaşamasını hədəfləməklə məhdudlaşmır. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: “İqtisadisiyasi təşəbbüslərimiz bir məqsədi güdür: ilk növbədə, Azərbaycan xalqı daha yaxşı yaşasın. Digər tərəfdən, qonşuluqda yaşayan insanlar daim əlaqədə olsunlar. Bizim regional təşəbbüslərimizin məqsədi ondan ibarətdir ki, qonşu ölkələrlə əlaqələrimizi daha da gücləndirək. Bu gün bu belədir. Azərbaycanın qonşuları ilə çox səmimi və konstruktiv münasibətləri mövcuddur. Bütün dünya ölkələri ilə münasibətlərimiz çox sağlam zəmində qurulmuşdur. Bu münasibətlər dostluq, tərəfdaşlıq münasibətləridir, bərabərhüquqlu münasibətlərdir… Bizim hər birimizictimai xadimlər, siyasətçilər, cəmiyyətdə nüfuz sahibləri olan insanlar çalışmalıyıq, elə etməliyik ki, gələcəkdə xalqlararası əlaqələr daha da güclənsin. Buna böyük ehtiyac vardır. Bu, sadəcə olaraq bir şüar deyildir. Sadəcə olaraq indi dəbdə olan ifadələr deyildir. Bu, zərurətdir”.

Dünya ölkələri ilə mədəni əlaqələrin qurulması aspektində mədəniyyət diplomatiyası çox önəmli bir faktordur. Xüsusi vurğulanmalıdır ki, mədəniyyət diplomatiyasından Azərbaycan olduqca səmərəli istifadə edir. Məhz bunun nəticəsində dövlətimiz beynəlxalq arenada öz milli maraqlarına cavab verən siyasi kursu davam etdirir, ölkəmizin imicinin formalaşmasında böyük önəm kəsb edən bir çox mötəbər regional və beynəlxalq tədbirlərin iştirakçısı və təşkilatçısı kimi tanınır. Təsadüfi deyil ki, Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumun iştirakçıları sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın son dövrlər humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirmiş, Baki Beynəlxalq Forumunun yüksək səviyyədə təşkil edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

Başa vurduğumuz 2012–ci ildə mədəniyyət sahəsində baş verən hadisələrin içərisində “Eurovision” mahnı müsabiqəsini xüsusi ilə qeyd etmək lazımdır. Bu mötəbər tədbir Azərbaycan xalqının mədəniyyətini, adət–ənənələrini, insan potensialını, müstəqillik illərində qazandığı uğurları bütün dünyaya təqdim etmək üçün gözəl fürsət idi. Həm yerli, həm də xarici kütləvi informasiya vasitələrində gedən materiallar, çoxsaylı təhlillər və rəylər təsdiqlədi ki, ölkəmizə gələn xarici qonaqlar xalqımızın qonaqpərvərliyini, Bakının gözəlliyini, zəngin tarixinimüasir inkişafını xüsusi razılıqla qarşılayaraq qısa müddət ərzində ölkəmizin əldə etdiyi uğurlara heyran olublar. Bütün dünya mediası bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladı.

Son illərdə Azərbaycanın dünyanın aparıcı ölkələri ilə humanitar sahədə əməkdaşlığının dərinləşməsini xüsusi qeyd etməliyik. Bu ölkələrdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tədbirləri fəal şəkildə həyata keçirilir, ölkəmizin tarixi və əlamətdar hadisələrinə həsr olunmuş aksiyalar, tədbirlər, festivallar keçirilir. Azərbaycan musiqisinin, teatrın, tətbiqi–təsviri sənətin təbliği ilə əlaqədar daim işlər aparılır, beynəlxalq bədii–yaradıcılıq müsabiqələr təşkil olunur.

Xaricdə yaşayan vətəndaşlarımızın və həmvətənlərimizin maraqlarının qorunmasına da dövlətimizin xarici humanitar siyasət kursunda mühüm yer ayrılır. Azərbaycan diasporu dövlətin tərəfdaşı olaraq mədəni zənginliyimizin və nailiyyətlərimizin ixracatçısı qismində çıxış edir. Xüsusi diqqət dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəstəklənməsinə, onların təhsil, dil, sosial, əmək, humanitar və digər haqq və azadlıqların qorunmasına ayrılır.

Son illər cənab Prezidentin diqqət və qayğısı nəticəsində ölkəmizin tarixi memarlıq abidələri bərpa olunur, əcnəbi turistlərin həmin yerlərlə yaxından tanış olması üçün bütün lazımi şərait yaradılır. Dövlətimiz bu işə böyük diqqətlə yanaşır. Bu da təsadüfi deyil, çünki memarlıq abidələri ölkəmizin tarixi haqqında düzgün məlumatın, beynəlxalq kollektiv yaddaşın və elmitarixi araşdırmaların əsas mənbəyidir.

Ümumiyyətlə, humanitar sahəyə toxunanda qeyd etməliyik ki, burada əməkdaşlığa yönələn siyasət çox böyük sabitləşdirici təsirə malikdir. Belə ki, bu proses ölkələr arasında olan münasibətlərə müsbət təsir göstərir, davamlı inkişafa şərait yaradır. Humanitar sahədə Azərbaycanın dövlət siyasəti mədəniyyətimizin qorunub saxlanılmasına, iqtisadi yüksəlişin, milli təhlükəsizliyin, sosial ədalətin və stabilliyin təminatına istiqamətləndirilib. Humanitar sferanın genişliyi elm və mədəniyyətdən başlayaraq hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir.

Son illərdə aparıcı dövlətlərin xarici siyasətinin, beynəlxalq münasibətlərin humanitar məzmun kəsb etməsinə tələbat getdikcə daha çox hiss edilir. Müasir dünyamızda yeni inkişaf ideologiyasına ehtiyacın olduğu şübhəsizdir. Yeni beynəlxalq münasibətlərin, dünyanın yeni inkişaf ideologiyasının formalaşmasında Azərbaycanın fəal iştirakı qürurverici və fərəhləndirici bir haldır. Ölkə başçısı qeyd etmişdir: “…Arzularımız ondan ibarətdir ki, bütün dünya xalqları, bütün ölkələr birbiri ilə daha da səmimi münasibətdə olsunlar, qarşılıqlı anlaşma daha da dərinləşsin, beynəlxalq əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılsın. Təsadüfi deyil ki, bütün bu tədbirlər, humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda hökm sürən ictimaisiyasi quruluşlardan asılı olmayaraq, bütün xalqlar bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı–seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir”.

 

 

Emin QASIMOV

 

Respublika.-2013.- 9 yanvar.- S. 1.