“Gözəl musiqi insanı ucaldır”

 

Görkəmli bəstəkarımız, Azərbaycanın və Dağıstanın xalq artisti, respublikanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Elza İbrahimova 1938–ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıdakı 8 nömrəli musiqi məktəbini, 1957–ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini, 1964– ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin kompozisiya sinfini bitirib.

Konservatoriyada ilk müəllimi görkəmli bəstəkarımız, Azərbaycanın xalq artisti Cövdət Hacıyev olub. Elza İbrahimovanın yazdığı bənzərsiz nəğmələrlə neçə–neçə nəsillər yetişib. Bu nəğmələr insanları sevməyə, yaşamağa, yaratmağa səsləyib. Yaşasaydı, bu gün Elza xanımın 75 yaşı tamam olacaqdı. Amma ömür vəfa etmədi. Yanvarın 10–u milyonlarla pərəstişkarları ölməz nəğmələrini dinləyə–dinləyə onu hörmətlə yad edirlər.

Bəstəkar Elza İbrahimovanın sağlığında “Bona Mente” jurnalının əməkdaşı ilə olan söhbətini ixtisarla oxucularımıza təqdim edirik.

 

1969–cu ildə xalq şairimiz Məmməd Rahimin sözlərinə “Yalan ha deyil” adlı birinci mahnını yazdım. Həmin nəğməni Şövkət Ələkbərova ifa etdi. Bu mahnını necə yazdığımı, yəqin ki, heç vaxt izah edə bilməyəcəyəm. Fikirli idim, əyləşib radioda səslənən musiqilərə qulaq asırdım. Birdən beynimdə tamam yeni bir melodiya səslənməyə başladı. Piano arxasına keçib həmin musiqini çaldım. Qardaşım Çingiz kimin musiqisini ifa etdiyimi soruşdu. Öz mahnımdır deyəndə o, mənə musiqiyə uyğun sözlər seçməyi təklif etdi, seçim əsas şərtdir – dedi. Ondan bir gün əvvəl musiqipoeziya vurğunu olan anam Məmməd Rahimin şeirlər kitabını almışdı. Oradan musiqiyə uyğun gələn “Yalan ha deyilşeirini seçdim. Yeri gəlmişkən, bəstələdiyim yüzlərlə mahnı arasında bu, əvvəlcə musiqisini yazıb, sonradan sözlərini seçdiyim ilksonuncu əsərimdir. Özü də həmin şeir musiqi bəstələmək üçün bir o qədər də münasib olmayan qoşma janrında yazılıb.

Tanqonu uşaqlıqdan sevdim. Argentina tanqosuna qarşı necə biganə qalmaq olar axı? İllər əvvəl mərhum Rəfiq Zəka yenicə yazdığı “Qurban verərdim” şeirini mənə göstərərkən, nə vaxtsa həmin sözlərə tanqo musiqisi bəstələyəcəyim heç ağlıma da gəlməzdi. Üstəlik, tanqonunburjua” ahənginin sovet ruhuna uyğun gəlmədiyini deyirdilər. Teleradionun bədii şurasında biz müəlliflərə və istedadlı gənc ifaçı Akif İslamzadəyə “kommunizmə doğru addımladığımız bir vaxtda insanları keçmişə qaytarmaq istəyirsiniz!”, deyib irad bildirmişdilər. Təsəvvür edin ki, o zamanQurban verərdim” əsərini qəbul etmədilər!

Bundan sonra daha bir neçə tanqo bəstələdim: Şövkət Ələkbərovanın ifa etdiyi “Sən mənə lazımsan” (sözləri Ə.Kürçaylınındır), Gülağa Məmmədov, Leyla Şərifovanın ifasında səslənmiş “Bağçadan keçmisən” (sözləri Ə.Əlibəylinindir) və s. ümumilikdə 10–a yaxın tanqo yazmışam.

Düşünürəm ki, bəstəkarlıq mənə həvalə olunmuş missiya idi. Arzuladığım kimi dərzi də ola bilərdim. Amma hələ uşaqlıqdan musiqiyə, muğama həvəsimi görən anam məni musiqi məktəbinə göndərdi. Bu məşğuliyyət çox xoşuma gəlirdi. Valideynlərimin təkidi ilə əvvəlcə A.Zeynallı adına orta ixtisas musiqi məktəbini, sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdim. Hələ musiqi məktəbində oxuyarkən kompozisiyadan bizə dərs deyən müəllimim Boris Yermolayev qeyriadi səssizliyimi və istedadımı görüb bəstəkar olacağımı demişdi. Konservatoriyada isə müəllimim Qara Qarayev olub. Nə o zaman, nə də indi bu peşənin pullu olub–olmamasını fikirləşməmişəm. Bəstəkarlıq mənim üçün müalicə etmək, dərs demək, paltar tikmək kimi adi bir işdir. Nəslimizdə də bu sənətə meyil göstərənlər olub. Anamın anası vaxtilə gözəl qarmonçu kimi ad çıxarıb.

Gözəl musiqi insanı ovsunlamağa qadirdir. Bəzən musiqi insan qəlbində elə hisslər oyadır ki, sanki Allah dərgahına yüksəlirsən

Bu gün musiqimizdə çoxlu sayda cərəyanların yaranmasına baxmayaraq, klassik xalq mahnılarımız yenə əvvəlki kimi hamı tərəfındən sevilir, başa düşülür.

Yaradıcılığımda klassikadan Azərbaycan musiqisinin incisi olan muğamlarımızdan geniş istifadə edirəm.

İstedadları üzə çıxaran yeni layihələrə münasibətim müsbətdir: Bu, istedadlı gənclərə yardım etmək deməkdir.

Zirvədə qalmaq həmişə çətindir! Amma təbii ki, söhbət Lüdviq van Bethovenin dediyiinsan qəlbindən od çıxaranmusiqidən gedir. Bu zaman yaş da heç bir əhəmiyyət kəsb etmir. Məşhur bəstəkar Verdi, SSRİ Bəstəkarlar İttifaqının sədri Xrennikov 90 yaşında da öz musiqiləri ilə qəlbləri riqqətə gətirə bilirdilər.

Cavan olanda yemək bişirməyi xoşlayırdım. Bu işdə təxəyyül mütləq lazımdır. Qalan işlər isə mənə görə deyil.

Belə bir deyim var ki, dünyanı dəyişdirmək üçün əvvəlcə özün dəyişməlisən. Saxtakarlıqdan uzaq olan əsl musiqi dinə–imana gəlməkdə, pak, mərhəmətli şəfqətli olmaqda insana həmişə yardım edir. Gözəl musiqi daş ürəkləri yumşaltmağa qadirdir. Klassik əsərləri, operanı daha çox dinləmək lazımdır.

Onlardan biri Hüseyn CavidinAfətpyesi əsasında bəstələnmiş eyniadlı operamdır. İkincisi Ramiz Heydərin librettosu əsasında lirik tərzdə vətənpərvər ruhda bəstələnmişYanan laylalaroperasıdır. Mən düz iyirmi ildir ki, bu operanın xalqa gərəkliyini, səhnədə qoyulmasının zəruriliyini sübut edə bilmirəm. Opera uğrunda çox ağır çətin mübarizə gedir. Halbuki həmin əsəri Azərbaycanın 30 görkəmli mədəniyyət xadimi dəstəkləyib! Operanın ilk dinləyicilərindən olan mərhum Cahangir Cahangirov onu xalis opera adlandırıb. Amma sən demə, onu səhnəyə qoymaq heç bəstələməkdən asan deyilmiş. Yanan laylalaroperasını heç bir teatr öz repertuarına salmaq istəmir. Səbəb mənə məlum deyil. 1986 1988–ci illərdə bu opera Baba Mirzəyev, Firudin Mehdiyev, Gülnarə Əhmədova, Səfurə Əzimi, Elxan Əhədzadə kimi məşhur sənətçilərin ifasında dinlənməyə təqdim edilib. Mərhum Baba Mirzəyev bizim evdəki məşq zamanı muğam ariyasını ifa etdikdən sonra qarşımda diz çöküb, əlimi öpdü. Bütün müğənnilər səbirsizliklə bazar gününü gözləyərdilər ki, bizə gəlsinlər. Onlar öz şəxsi işlərini atıb, məşqə qaçırdılar. Hamı həmin operanın Verdinin əsərləri səviyyəsində olduğunu açıq–aşkar etiraf edirdi. Özü bunu opera ifaçıları rejissorlar, yəni əsl sənətkarlar söyləyirdilər. Xormeyster Eduard Novruzov da əsəri dinləyib onun xor hissəsinin gözəl olduğunu vurğulamışdı. Bunlar hamısı həqiqətdir, uydurma yox! İndi biz neyləməliyik? Mən bu opera uğrunda dava edim, yoxsa yaradıcılıqla məşğul olum. Yaxşı ki, qardaşım Çingiz mənə kömək edir. Bəstəkarın kiməsə görə əziyyət çəkməsi, onu əhatə edən mühitə nifrət etməsi dərəcədə düzgündür?

Ən böyük arzumYanan laylalaroperasını vətənimdə — Opera Balet Teatrının səhnəsində görməkdir. Qoy bu musiqini xalq dinləsin, axı mən onu xalqda ruh yüksəkliyi yaratmaq üçün yazmışam! Bu opera Qarabağ faciəsinə həsr olunub. Bəzən mənə elə gəlir ki, zəhmətim hədərə gedib. O zaman mənə ilham gələndə hardan bilərdim ki, iyirmi il bu əsər uğrunda mübarizə aparmalı, onun səhnəyə qoyulmasını gözləməli olacağam. Məmurların sənətə bu cür münasibətini gördükdən sonra heç bir bəstəkar opera kimi ciddi çətin janr üzərində işləmək istəməz.

1964–cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdim. Q.Qarayev, O.Taktakişvili Q.Dombayev kimi professorların rəhbərlik etdikləri komissiya tərəfindən Dağıstana göndərildim. Orada bir müddət çalışdıqdan sonra ailə vəziyyətimlə əlaqədar vətənə döndüm. 50 ildən artıqdır ki, Azərbaycan musiqisinə qulluq edirəm.

İstərdim ki, sənət adamlarına həmişə qayğı göstərsinlər və onların qəlblərini sındırmasınlar. Yaradıcı insanlar çox həssas və kövrək olurlar. Fürsət düşmüşkən, mədəniyyət və incəsənət xadimlərinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürlərimi çatdırmaq istəyirəm. Mənim yaradıcılığıma verdikləri yüksək qiymətə görə sağ olsunlar.

 

 

Respublika.- 2013.- 10 yanvar.- S. 5.