SAĞLAMLIQ VƏ TƏMİZLİK HƏYATIMIZIN AYNASIDIR

 

Yeni 2012–ci il ölkəmizin hər bir guşəsinə yeni təravət, xoş əhval–ruhiyyə gətirmişdir. Yaşayış məntəqələrində abadlıq və təmizlik ilk baxışda diqqəti cəlb edir. Bu da ondan irəli gəlir ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Cəlilabad rayonunda da əhalinin sanitargigiyena şəraitini yaxşılaşdırmaq məsələsinə önəmli münasibət bəslənilir. Yeni ilin ilk günlərindən əhaliyə sanitariya xidmətinin səviyyəsini yüksəltmək, profilaktika işlərini gücləndirmək sahəsində tədbirlər gücləndirilmişdir.

Yola saldığımız il ölkənin bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da uğurlu nəticələrlə yadda qalmışdır. Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı tarixi sənədində irəli sürülmüş müddəaların yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, tikinti–abadlıq işlərinin görülməsi və əhalinin sosial probilemlərin həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza etdiyi tarixi səfər ən yaddaqalan hadisəyə çevrilmişdir. Cəlilabadlılar dövlətimizin başçısının vətəndaşlara qarşı nə qədər qayğıkeş və həssas bir insan olduğunu bir daha gördülər.

GigiyenaEpidemiologiya Mərkəzi “Əhalinin sanitar epidemioloji salamatlığı haqqında” Azərbaycan Respublikası Qanununun, bu sahədə Nazirlər Kabinetinin, Səhiyyə Nazirliyinin müvafiq göstərişlərini, qəbul edilmiş normativhüquqi aktların müddəalarını yerinə yetirmək məqsədilə 2012–ci il ərzində müxtəlif obyektlərdə 412 dəfə nəzarət yoxlamaları aparmışdır. Aşkara çıxarılmış nöqsanlar barəsində 2 dəfə rayon rəhbərliyi, 5 dəfə hüquq–mühafizə orqanları, 2 dəfə rayon məhkəməsi, 15 dəfə ərazi nümayəndəlikləri, idarə və müəssisə rəhbərləri və bələdiyyələr, 10 dəfə Tibbi Şura, 3 dəfə Epidemioloji Şura, 26 dəfə ayrı–ayrı vətəndaşlar qarşısında müvafiq məsələlər qaldırmışdır.

Həmin müddətdə profilaktik tədbirləri genişləndirmək üçün rayon polis şöbəsi, kommunal təsərrüfatı müəssisəsi, baytarlıq idarəsi və icra nümayəndəlikləri və bələdiyyələrlə birlikdə 14 reyd yoxlaması keçirilmiş, bu zaman “Təbriz bazarı” ərazisində, Heydər Əliyev prospektində yerləşən obyektlərdə və “Silsilə” ticarət mərkəzində, Göytəpə şəhərindəki Qurtuluş prospektində və şəhər bazarında sanitar qaydalarına əməl olunmasının vəziyyəti yoxlanılmış, 4 nəfərə cərimə təyin edilmişdir. Yoxlamalar nəticəsində istehsal olunan 25 məhsula xüsusi sertifikat alınmışdır.

Yoluxucu xəstəliklərin erkən diaqnozunu müyəyyən etmək və epidemiyaya qarşı mübarizə tədbirlərini genişləndirməkdən ötrü ötən il ərzində 54 seroloji, 620 bakterioloji, 6514 parazitoloji, 608 bəlğəm müayinəsi aparılmış, 310 nəfər füloroqrafiya, 120330 nəfər qurd xəstəliklərinə görə müayinəyə cəlb olunmuşdur.

İçməli suyun keyfiyyətinə nəzarət gücləndirilmiş, 175 su nümunəsi sanitar–kimyəvi, 168 nümunə bakterioloji, 4 nümunə isə zəhərli–kimyəvi maddələrə görə yoxlanılmışdır. 140 nümunə bakterioloji laboratoriyada müayinə olunmuşdur. 1215 nəfər vətəndaş tibbi müayinədən keçirilmişdir ki, onların da 418 nəfəri ticarət sahəsinin işçiləri olmuşlar.

Malyariya xəstəliyinin törədicilərinə qarşı 2300 kvadratkilometr ərazidə dezinseksiya işləri aparılmış, 7200 kubmetr həcmdə su axarı təmizlənmiş, durğun sular 100 kvadratmetr ərazidə axıdılmaqla, 230 kvadratmetr sahədə isə torpaq tökülməklə qurudulmuşdur. 4 hektarda bitkilər su üzərindən təmizlənmiş, 8,2 hektarda delarvasiya aparılmış, 14 göl qambiziyalaşdırılmışdır. Həmin xəstəliyin erkən diaqnozunu qoymaq məqsədi ilə 6514 nəfərin qanından nümunə götürülərək yoxlanılmışdır.

Operativliyə, xəstəliklərin əlamətləri əsasında onlara qarşı dərhal mübarizə tədbirlərinin görülməsinə ciddi fikir veririk. Ötən il rayon sanitariyagigiyena mərkəzinə ayrı–ayrı xəstəliklər barəsində 309 təcili bildiriş vərəqəsi daxil olmuş, bunların əsasında 12 saat ərzində epidemioloji müayinələr aparılmış, zəruri tədbirlər görülmüşdür.

Bu mübarək yeni il günlərində xəstəliklərdən, natəmizlikdən çox bəhs etmək bir qədər yersiz görünür. Ancaq bizim işimizin xüsusiyyəti elədir ki, bunlar barəsində həmişə, hər saat fikrimizi bildirməliyik, xəbərdarıqlarımızı etməliyik. Məsələn, bu günlər ticarət və iaşə obyektləri, bazarlar, ət dükanları daha intensiv işləyir, digər xidmət obyektləri fasiləsiz fəaliyyət göstərirlər. Təbiidir ki, zibilxanalarda daha çox toplanan ərzaq və məişət tullantıları olduqca qorxuludur, ağır fəsadlarla nəticələnə bilər. Ona görə də ictimai sanitariyaya xüsusi diqqət yetirmək həmişə olduqca vacibdir, hamı bir nəfər kimi öz sağlamlığının qayğısına qalmalı, təmizliyə riayət etməlidir.

 

 

Musa HƏSƏNOV,

Cəlilabad Rayon Gigiyena

Epidemiologiya Mərkəzinin

direktoru.

 

Respublika.- 2013.- 11 yanvar.- S. 3.