Bibiheybət qəsəbə nümayəndəliyi 2012–ci ilin yekunlarını müzakirə etmişdir

 

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Səbail rayonunda, həmçinin şəhərimizin ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin “Şıx” çimərlik zonasında yerləşən “Ramada” istirahət mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2012–ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, bu il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli bildirmişdir ki, qəsəbədə hazırda 2200 nəfər əhali yaşayır, burada həmçinin 365 nəfər məcburi köçkün məskunlaşmışdır. 2012–ci il ərzində qəsəbədəki Məktəb və Namiq Quliyev küçələrinə, Salyan şosesindən Badamdar qəsəbəsi istiqamətində uzanan yola, “Sahilbağ” yaşayış sahəsinə 10200 kv.metr yeni asfalt qatı salınmış, qəsəbə daxilində 4000 kv.metr sahədə fərdi yaşayış evlərinin hasarları və digər tikililərin divarları rənglənmiş, Salyan şosesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək 750 kv.metr sahəyə qazon otu səpilmiş və dekorativ ağaclar əkilmişdir.

Muxtarov yaşayış sahəsindən “Dostluq parkı”na kimi ərazidə Salyan yolu boyunca yerləşən bütün hasarlar təmir olunaraq rənglənmiş, qəsəbə ərazisində 500–dən çox ağac əkilmişdir.

Dövlət Proqramına uyğun olaraq 50 saylı orta məktəb əsaslı təmir olunaraq hər cür avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin qəsəbə mədəniyyət evikitabxanada təmir–bərkitmə işləri aparılır, burada əlavə otaq tikilir.

“2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nın Əlavə Tədbirlər Planı”na Bibiheybət qəsəbəsi də daxil edilmiş, tədbirlərlə bağlı artıq 70 saylı uşaq bağçasının əsaslı təmiri, əlavə musiqi zalı və 3 otağının tikintisi işlərinə başlanmışdır. Ötən il ərzində qəsəbə sakinlərinin elektrik enerjisi, qazsu ilə təminatı istiqamətində rayonun xidmət sahələri tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Köhnəlmiş 5 ədəd yarımstansiya əvəzinə 35/6 kVluq yeni yarımstansiyanın tikintisi, 6–10 kVluq kabel xətlərinin və KTM–lərin quraşdırılması, 0,4 kVluq şəbəkənin yenidən qurulması işləri aparılmış, qəsəbədə abonentlər tam sayğaclaşdırılmış, Salyan 32 ünvanda yaşayan sakinlərin qaz təchizatının yaxşılaşdırılması üçün yeni xətlərin çəkilməsi, istismara yararsız xətlərin yenilənməsi, yeni tikilən yaşayış evlərinin qazlaşdırılması işləri aparılmışdır.

Qurban, RamazanNovruz bayramlarında qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 300 ailəyə ərzaq bağlaması paylanmış, qəsəbədəki xeyir–şər evində iftar süfrəsi təşkil olunmuşdur.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov 2012–ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verərək demişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzaldılması işləri həyata keçirilir, həmçinin “İdman ili” ilə əlaqədar “Şıx” çimərlik zonasındakı “Dostluq parkı”nda müasir velo kriteriumun yaradılması ilə bağlı işlərə başlanmışdır.

O bildirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə, digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, qəsəbədəki mədəniyyət evikitabxanada, uşaq bağçasında əsaslı təmir bu il başa çatdırılacaq, qəsəbənin sukanalizasiya sisteminin yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Məhəmməd Vəliyev

 

Respublika.- 2013.- 12 yanvar.- S. 5.