TƏHSİLDƏ YÜKSƏK KEYFİYYƏT ƏSAS MEYARDIR

 

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Azərbaycan Respublikasının Təhsil sahəsində islahat Proqramı”na uyğun olaraq Neftçala rayonunda da təhsil sisteminin strukturunda, idarə edilməsində, madditexniki bazasında işlər uğurla həyata keçirilir. Pedaqoji kollektivlər təhsilin səviyyəsini ən müasir səviyyəyə qaldırmaq, təlim–tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanın hərtərəfli inkişaf etmiş layiqli vətəndaşlarını yetişdirməkdən ötrü bütün qüvvələrini səfərbərliyə almışlar. Əsas diqqət tədrisin keyfiyyətinin cəmiyyətin artan tələblərinə uyğün yüksəldilməsi məqsədinə yönəldilmişdir.

Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimovun məlumatına görə hazırda rayonda 53 ümumtəhsil məktəbi, 16 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir, məktəblərdə 10121 nəfər təhsil alır, onların təlim–tərbiyəsi ilə 1617 müəllim məşğul olur. Ötən il 963 nəfər birinci siniflərə qəbul olunmuş, beləliklə bütün məktəbyaşlı uşaqlar təhsillə əhatə olunmuşdur.

Kurikulumların məzmun və mahiyyəti barəsində ibtidai sinif müəllimləri ilə maarifləndirici işlər aparılmış, treninqlər keçirilmişdir. Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının müddəalarına uyğun olaraq, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi fikir verilmiş, 800 nəfər müəllim interaktiv təlim metodları ilə işləmək imkanına yiyələnmişdir.

Təhsil sahəsində aparılan islahatlar çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri şagird nailiyyətlərinin qiymətləndirilməsi, bu sahədə yeni səmərəli mexanizmlərin yaradılmasıdır. İmtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi məhz bu tələblərdən irəli gəlmişdir. Test imtahanlarının nəticələrini təhlil edərkən görürük ki, imtahanların bu şəkildə aparılması şagirdlərin, müəllimlərin, valideynlərin məsuliyyətlərini artırmaqla bərabər təhsilin keyfiyyyətinin və səmərəsinin yüksəlməsinə yaxşı kömək göstərir. Yola saldığımız 2012–ci ildə rayonun məktəblərinin buraxılış imtahanlarında 698 nəfər onbirinci sinif şagirdi, 1044 nəfər doqquzuncu sinif şagirdi iştirak etmiş, müvəffəqiyyət faizi müvafiq olaraq 83,4 və 76 faiz təşkil etmişdir. Ərəbqardaşbəyli, Mirqurbanlı kənd, şəhər 1 saylı, Həsənabad qəsəbə, “Muğanliseyi məktəbləri ən yüksək nəticələrə nail olmuşdur.

Məzunların aliorta ixtisas məktəblərinə qəbul olunması hazırlığını yüksəltməkdən ötrü lazımi şərait yaradılmışdır. 2012–ci ildə abituriyentlərdən 49 faizi, yəni 332 nəfərin 163–ü tələbə adını qazanmış, rayon respublikanın ən yüksək nəticələr əldə etmiş 10 rayonundan biri olmuşdur. Ümumi qəbulolma 2011–ci ildəki 31 faizdən 35,5 faizə çatmışdır. Məzunlardan 26 nəfəri qəbul zamanı 500–dən, 5 nəfəri 600–dən yuxarı bal toplamışdır. Ali məktəblərə qəbul olunanlar sırasında Şəhər 1 və 4 saylı, Aşağı Surra, Qədimkənd, Mirqurbanlı, Astanlı, Qədimkənd, İkinci Qaralı məktəblərinin məzunları daha çox olmuşlar. Doqquzuncu siniflər üzrə ən yüksək göstəricilər Cəngən, Ərəbqardaşbəyli, Qədimkənd, Aşağı Qaramanlı kənd məktəblərində, Bankə qəsəbə 1 saylı orta məktəbində qazanılmışdır.

Respublika fənn olimpiadaları Qədimkənd, Bankə qəsəbə 2 saylı, şəhər 1 saylı, Aşağı Surrabir sıra digər məktəblərimizin şagirdləri üçün uğurlu olmuşdur. Tədris prosesində Heydər Əliyev irsinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılmış, bu məqsədlə məktəblərdə inşa yazı, rəsm müsabiqələri, idman yarışları keçirilmişdir. Qırmızıkənd, Qədimkənd, Qaçaqkənd kənd orta məktəblərinin, Muğan liseyinin yetirmələri bu yarışlarda fərqlənmiş, Qırmızıkənd kənd orta məktəbinin şagirdi Söylü Tağızadə bu mövzuda respublika yarışlarında ən yaxşı nəticə göstərmişdir.

Şagirdlərin Vətənə, doğma torpağa, milli adət və ənənələrimizə, ata–babaların döyüş yoluna sədaqət, hərbi–vətənpərvərlik ruhunda tərbiyəsi birinci dərəcəli vəzifələrimizdən hesab olunur. “Cəsurlar” hərbi idman oyunlarında Neftçala şəhər 1 və 3 saylı orta məktəblərin, Qədimkənd orta məktəbinin komandaları ilk üç yerə çıxmışlar. Şəhər 1 saylı orta məktəbinin komandası zona yarışlarında qalib gələrək respublika turunda iştirak etmişdir. “Şahin” hərbi–idman oyunlarında isə şəhər 3 saylı, Qədimkənd və Astanlı orta məktəblərinin şagirdləri fərqlənmişlər.

Təhsildə mühüm rol oynayan madditexniki bazanın möhkəmləndirilməsi, onun müasir avadanlıqlarla təchizatını yaxşılaşdırmaq işlərinə daha çox diqqət yetirilir. Son illər ərzində Heydər Əliyev Fondurayonun büdcə vəsaiti, eyni zamanda daxili imkanlar hesabına yeni məktəb binaları, əlavə sinif otaqları tikilib istifadəyə verilmiş, tədris ocaqlaı əsaslı və cari təmir olunmuşdur. Ötən il Xıllı qəsəbə orta məktəbi üçün 220 yerlik yeni bina tikilmişdir. İkinci Qaralı, Xəzər, Yuxarı Qaramanlı kənd orta məktəbləri üçün tədris korpuslarının inşasına başlanılmışdır. 36 min manatlıq büdcə vəsaiti hesabına məktəbdə və uşaq bağçasında cari təmir işləri görülmüşdür. Bir sıra tədris ocaqları yerli imkanlar hesabına dərs prosesinə hazır vəziyyətə gətirilmişdir. Məktəblərə 108582 manatlıq parta dəsti, stolstul, asılqan, yazı lövhəsi, kitab dolabları və rəfləri, kompyüterlər və proyektorlar verilmişdir. Hazırda məktəblərdə 356 kompüter, 24 proyektor, 21 noutbuk vardır, 28 kompyüter kabineti fəaliyyət göstərir.Bir sıra məktəblər sürətli internetə qoşulmuşdur.

Neftçalanın pedaqoji kollektivlərində Yeni ili yüksək əzmkarlıq, gələcəyə möhkəm inam duyğuları ilə başlamışlar.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 13 yanvar.- S. 3.