Azərbaycan yeni inkişaf mərhələsində

 

2012–ci ildə müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə siyasi, iqtisadihumanitar baxımdan öz mövqelərini daha da möhkəmləndirdi. Ölkəmizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində artıq tarixə çevrilmiş 2012–ci ildəki fəaliyyəti xarakterizə edərkən demişdir: “2012–ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. 2012–ci ildə Azərbaycanın uğurla dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir. 2012–ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyrineft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir”.

 

Bu gün Azərbaycanda yürüdülən iqtisadi siyasətdə çoxşaxəlilik prioritetdir. Bu o deməkdir ki, ölkə lazımi məhsullarla özünü təmin etmək iqtidarında olacaqdır. Bundan başqa, dünya bazarında rəqabətə davamlılığı təmin etmək üçün güclü ixrac potensialı da yaradılır.

Daxili bazarda zəruri məhsullar sahəsində təhlükəsizliyi təmin etmək, xarici bazarlarda isə rəqabətə davamlılığa nail olmaq üçün dövlət rəhbərliyi bütün lazımi addımlar atmaqdadır. Nəticə göz qabağındadır. Zamanında reallaşdırılan islahatlar, düşünülmüş siyasət ilbəil yeniyeni uğurlara imza atmağa səbəb olmuşdur. 2012–ci ildə 100 mindən artıq yeni yerləri açılmışdır. Son doqquz ildə isə bir milyon yüz mindən çox yeri açılmışdır. Bütün bunlar davamlı inkişafın nəticəsindədir.

İqtisadiyyatın rəqabətə davamlılığını təmin etmək üçün əsas kapitala ayırmalar ilbəil artır. Təbii ki, bu da bütün növ əsas vəsaitlərin yaradılmasına imkan verir. Ötən ilin 11 ayında əsas kapitala 12615,1 milyon manat, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 24 faiz çox vəsait ayrılmışdır. Bu məbləğin 9397,6 milyon manatı qeyrineft sektorunun payına düşmüşdür. Nəticədə bu istiqamətdə tikinti–quraşdırma işləri, zəruri maşın və avadanlıqların alınması, madditexniki bazanın möhkəmləndirilməsi, yüksək məhsuldarlığa malik olan heyvan cinslərinin alınması, layihə–axtarış layihələri hazırlanması və reallaşması davam etmişdir. Ötən il Bakı şəhərində metal konstruksiyalar zavodu, “Baku Crystal Hallidman konsert kompleksi, Heydər Əliyev Mərkəzi, “Qafqaz Baku City Hotell ad Prezideses” və “JW Marriott Abshero”, “Four Seasos” otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidəqurmadan sonra, “8 kmstadionu, Binə qəsəbəsində stadion, Zirə idman kompleksi, “Xəzri” istirahət və sağlamlıq mərkəzi, istixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan–Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində “Az qüntexzavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Beyləqan rayonunda çörək istehsalı müəssisəsi, Yevlax–Xocalı–Laçın avtomobil yolunun Yevlax–Bərdə hissəsi, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy–Qızıltorpaq, Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, İmişli rayonundaAraz” damazlıq–quşçuluq fabriki və digər obyektlər istifadəyə verilmişdir. Göründüyü kimi, ölkənin hər bir regionunda yüksək templi quruculuq–abadlıq işləri gedir. Nəticədə iqtisadi uğurlarımız artır, şəhər və regionlarımızın siması günü–gündən dəyişir, gözəlləşir, müasirləşir, əhalinin sosial rifah halı yüksəlir. 2012–ci ilin yanvarnoyabr aylarında əhalinin pul gəlirləri 12,2 faiz artıb, inflyasiya isə cəmi 1,2 faiz təşkil edib. Diqqətə çatdırmaq lazımdır ki, ölkəmiz bu göstəriciyə görə dünyada ön yerlərdədir. Davamlı inkişaf əməkhaqlarına və təqaüdlərə də müsbət təsir edib. Bu gün Azərbaycanda orta maaş 500, orta təqaüd isə 200 ABŞ dolları səviyyəsindədir. Göründüyü kimi, Azərbaycan yeni inkişaf mərhələsində çox uğurlu addımlar atır. Əsas məqsəd ən yaxın illərdə ölkəni inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır. Dövlət ölkənin gələcəyinə istiqamətlənmiş, elmi–təcrübi baxımdan əsaslandırılmış dövlət proqramlarının icrasını vaxtında və kefiyyətlə təmin etmək üçün bütün tədbirləri operativeffektli şəkildə həyata keçirir. Nəticədə həm iqtisadi, həm də sosial tərəqqi davamlıdır. Real iqtisadiyyatın hərtərəli inkişafı daim diqqət mərkəzindədir. Onun da əsasında sahibkarlıq fəaliyyəti durur. Ümumi daxili məhsulun həcminə nəzər yetirsək, görərik ki, özəl sektorun payı 80 faizdən çoxdur. Buna da səbəb hüquqimaddi bazanın mövcud olmasıdır. Dövlət rəhbərliyi sahibkarların fəaliyyətinə yersiz müdaxilənin qarşısını almaq üçünbütün lazımi hüquqi addımları operativ şəkildə atır. Bundan başqa, aşağı faizlə verilən kreditlər, subsidiyalar, güzəştli qiymətlərlə verilən avadanlıqlar və s. də biznes mühitinə çox müsbət təsir göstərir. Ötən ilin 10 ayında 11,7 milyard manat məbləğində kredit verilmiş, onun 71,2 faizi uzunmüddətli olmuşdur.

Davamlı inkişafda diqqətçəkən cəhət odur ki, qeyrineft sənayesi sürətlə inkişaf edir. 11 ayda qeyri–neft sənayesində 5 milyard 870,3 min manatlıq məhsul istehsal edilmişdir. Bu göstərici əvvəlki ilin eyni dövründəkindən 7,4 faiz çoxdur. Dövlət qeyri–neft sektorunun daim kredit subsidiya ilə təmin olunması qayğısına qalır. On bir ayda bu sektora 9.397,6 milyon manat kredit verilmişdir. Bu rəqəm əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 25,5 faiz çoxdur.

Əhalinin sosial rifah halının yüksəlməsi istehlak mallarının satışında pullu xidmətlərin həcmində özünü aydın göstərir. Ötən ilin on bir ayında 15,4 milyard manat məbləğində istehlak malları satılmışdır. Bu rəqəm 2011–ci ilin eyni dövründən 9,4 faiz çoxdur. Pullu xidmət sahəsində isə bu göstərici 7,9 faiz çox olmuşdur. Azərbaycanda uğurla həyata keçirilən müxtəlif müasir layihələr inkişaf edən infrastruktur beynəlxalq əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Təsadüfi deyil ki, ötən il 150 dövlətlə ticarət əməliyyatı aparılıb. Xarici ticarət dövriyyəsinin 19,7 milyard dollarını–72 faizini ölkədən ixrac olunmuş mallar, 7,7 milyard dolların–28 faizini isə ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir.

Ölkəmizdən göndərilmiş malların 95,2 faizini uzaq xarici dövlətlərə, 4,8 faizini isə MDB üzvü ölkələrinə ixrac olunmuş məhsullar təşkil etmişdir. Ötən ilin on ayı ərzində aparılmış ixrac–idxal əməliyyatları nəticəsində 12,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.

Azərbaycandakı inkişafın tempinə nəzər salsaq, görərik ki, son 10 ildə iqtisadiyyatın həcmi üç dəfə artıb. Ümumi daxili məhsul istehsalının da həcmi bu səviyyədə çoxalıb. Dövlətimiz iqtisadiyyatda çoxşaxəliliyə nail olmağı qarşıya əsas məqsəd qoyub. Bu istiqamətdə düşünülmüş proqramlaşdırılmış tədbirlər həyata keçirilir. Qarşıdakı 10 ildə Azərbaycanda qeyri–neft sektorunun hərtərəfli inkişafı hesabına ÜDM–in daha 2 dəfə artırılması proqnozlaşdırılıb. Azərbaycan öz iqtisadiyyatına sərmaye qoyuluşunda əsasən daxili mənbələrindən istifadə edir. Bundan başqa, ölkə dünyada iqtisadi baxımdan mövqelərini möhkəmləndirmək üçün uğurlu investisiya siyasəti yürüdür. Hazırda Azərbaycan şirkətləri xarici ölkələrdə sərmayə qoyuluşunu ilbəil artırırlar. Dövlət başçısı bu istiqamətdə görülən işlər barədə deyib: “İnvestisiyalar baxımından biz hazırda çox böyük bir sərmayə layihəsi–Türkiyədə neft–kimya neft emalı kompleksi layihəsini həyata keçiririk. Bu kompleks bizə təxminən 17 milyard dollar sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir. Gürcüstanda, Ukraynada da fəal sərmayə qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki, Rusiyada iri investisiya layihələri–daşınmaz əmlaka Rusiyanın ən iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoyacağıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalına da sərmayə qoymağa başlamışdır, artıq ilk layihələr vardır”. Buraya Türkiyə ilə Azərbaycan arasında bağlanmış razılaşmaya əsasən reallaşacaq 80 faiz payın ölkəmizə məxsus nəhəng TANAP qaz kəməri layihəsini əlavə etsək, Azərbaycanın dünya bazarlarına çıxışının genişləndiyinin şahidi olarıq. Davamlı pozitiv makroiqtisadi göstəricilər daim artan maliyyə imkanları Azərbaycanın ən yaxın dövrdə bir məqsəd kimi qarşıya qoyduğu hərtərəfli inkişaf etmiş ölkə səviyyəsinə çatacağına şübhə yeri qoymur.

Dövlətimizin başçısı bu məqsədi reallaşdırmaq üçün ölkə regionlarda sosial–iqtisadi tərəqqinin davamlı sürətli olmasına da xüsusi diqqət yetirir: “Növbəti illərdə Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur–nə ölkə əhalisində, beynəlxalq maliyyə qurumlarında. Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə bölgələrdə abadlıq–quruculuq işləri daha da sürətlə getməlidir”.

 

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2013.- 13 yanvar.- S. 1.