Yüz yaş
öncəsi yubiley
Filologiya elmləri doktoru, professor
Timuçin Əfəndiyevin yenicə çapdan çıxmış “Mədəniyyət
və incəsənətimizin məbədgahı
(ADMİU–90)” adlı kitabı Milli teatr təhsilinin təməlində dayanan Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
keçdiyi böyük
təhsil və maarif yolundan bərs
edir.
Azərbaycanda peşəkar teatr
təhsili professional teatrın
özündən nə az, nə çox, düz 50 il cavandır. Milli teatrımızın
yaranmasından teatrçılıq təhsilinin
formalaşmasınadək xalqımıza tam
yarım əsr vaxt gərək olmuşdur. Bu illər ərzində
Azərbaycan teatrı möhkəmlənmiş, inkişaf etmiş, mədəniyyətimizin
öncül ideya–estetik təfəkkür
daşıyıcılarından birinə çevrilmişdir.
Filologiya
elmləri doktoru, professor Timuçin Əfəndiyevin yenicə
çapdan çıxmış “Mədəniyyət və
incəsənətimizin məbədgahı (ADMİU–90)”
adlı kitabı Milli teatr təhsilinin təməlində
dayanan Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin keçdiyi böyük təhsil
və maarif yolundan bərs edir.
Azərbaycanda peşəkar teatr təhsili professional teatrın özündən nə az, nə çox, düz 50 il cavandır. Milli teatrımızın yaranmasından teatrçılıq təhsilinin formalaşmasınadək xalqımıza tam yarım əsr vaxt gərək olmuşdur. Bu illər ərzində Azərbaycan teatrı möhkəmlənmiş, inkişaf etmiş, mədəniyyətimizin öncül ideya–estetik təfəkkür daşıyıcılarından birinə çevrilmişdir.
Azərbaycan teatrı milli məfkurəmizin formalaşması, dünyagörüşünün müasirləşməsi, maarifçiliyin yayılması istiqamətində çox iş görmüşdür. 1923–cü ildə ilk qadın opera müğənnimiz, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Məktəbinin yaradılması ilə peşəkar teatr təhsilinin bünövrəsi qoyulmuşdur. Bu gün həmin günlərdən 90 il keçir. Bu müddətdə Azərbaycan teatr sənəti, ümumiyyətlə, mədəniyyətimiz keçmiş dövrlərlə müqayisədə irəliyə doğru ölçüyəsığmaz bir sıçrayış etmişdir. Bu inkişafda mədəniyyət üzrə xüsusi təhsil əsas rol oynamış və oynayır. Az qala bir əsrlik sənət və tədris ənənələrinə malik olan ADMİU–un məhz belə bir peşəkar təhsil ocağı kimi sənətşünaslıq və mədəniyyət tariximizdə xüsusi yeri vardır. Professor Timuçin Əfəndiyevin kitabında məhz bu həqiqətlər öz əksini tapmışdır.
Kitab əhatəli və dərin məzmunlu ön sözlə açılır. Möhtəşəm sənət ocağının keçdiyi yola qısa ekskurs olan ön sözdə keçmişimiz və bugünümüz qarşılıqlı əlaqədə təqdim edilmişdir. Müəllif haqlı olaraq vurğulayır ki, bu gün təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da tanınan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz tarixi köklərini və zəngin sənət, yaradıcılıq ənənələrini Bakı Teatr Məktəbindən götürmüşdür. O, Teatr Məktəbindən ki, burada Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə, Mirseyfəddin Kirmanşahlı, Rza Darablı kimi böyük mədəniyyət xadimlərimiz dərs demişlər. O, məktəbdən ki, burada Fatma Qədri, Rza Əfqanlı, Hacıməmməd Qafqazlı, Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Gülxar Həsənova kimi sevilən sənətkarlarımız təhsil almışlar.
Beləliklə, 1945–ci ildə bu məktəbin artıq təşəkkül tapmış yüksək sənət ənənələri üzərində Teatr İnstitutu yaradılmışdır. Professor Timuçin Əfəndiyev yazır ki, həmin institutun yaradılması ölkəmizdə milli aktyor və rejissor kadrlarının hazırlanması işində yeni mərhələnin başlanğıcıdır. Başqa sözlə, teatr təhsili tariximizdə yeni dövr açılmışdır.
Teatr İnstitutunun yaradıldığı ilk günlərdən etibarən buraya istedadlı aktyor və rejissorlar, habelə görkəmli tədqiqatçı alimlər, ədəbiyyatşünaslar, pedaqoqlar cəlb olunmuşlar. Teatr Məktəbində yaranmış böyük sənətkarlıq ab–havası, teatr və ədəbi mühitin yaradıcı vəhdəti Teatr İnstitutunda daha da inkişaf etdirilmişdir. Müəllifin yazdığı kimi, burada rejissorlardan Aleksandr Tuqanov, Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, aktyorlardan Kazım Ziya, Hacağa Abbasov, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları dərs deyirdilər. Bu müqtədir insanlardan bir qismi vaxtilə Teatr Məktəbində çalışmış istedadlı şəxsiyyətlər idi, digərləri isə incəsənət mühiti ilə tanışlığı Teatr İnstitutundan almışdılar.
Kitabda diqqəti cəlb edən məqamlardan biri də burada işləmiş görkəmli sənətkarların həyat və yaradıcılığı haqqında məlumatlarla bağlıdır. Əlbəttə, həmin şəxsiyyətin haqqında çox deyilmiş və yazılmışdır. Lakin professor Timuçin Əfəndiyev onların fəaliyyətini pedaqoji ahəngdə, ali məktəbdəki yaradıcılıq işi baxımından işıqlandırmışdır. Bununla da çoxlarının yaxşı tanıdığı, lakin müəllimlik fəaliyyətinin maraqlı səhifələri haqqında məlumatsız olduğu sənət xadimlərimizin orijinal portreti yaradılmışdır.
Oxucuları universitetin keçdiyi tarixi yolla tanış edən müəllif bu möhtəşəm sənət ocağının sonrakı illərdəki inkişafından da söz açmışdır. Belə ki, 1968–ci ildə Teatr İnstitutunun yaradıcılıq potensialı və profili xeyli genişləndirilmişdir, yəni bu təhsil mərkəzi İncəsənət İnstitutuna çevrilmişdir. Beləliklə, xüsusi yaradıcılıq təhsili üzrə püxtələşmiş bu ali məktəb inkişafının növbəti mərhələsinə keçmişdir. Onun tərkibində o zaman üçün aktual olan “Mədəni–maarif işi” ixtisası açılmışdı. Sonrakı illərdə həmin bazada mədəni–maarif fakültəsi yaradılmış, onun nəzdində yeni ixtisaslar yaradılmış, mövcud ixtisaslar, tədris–metodiki işlər daha da təkmilləşdirilmişdir. Yaradıcılıq işləri ilə yanaşı, incəsənət İnstitutunun maddi–texniki bazası da yaxşılaşdırılmışdır.
Həmin illərdə bədii özfəaliyyət, klub işi, asudə vaxtın təşkili kimi sahələr üzrə mütəxəssislərə ehtiyac var idi. Kənd və rayonlarımızda həmin mütəxəssislərə ehtiyac daha böyük idi. İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirən gənclər məhz bu çatışmazlığı ödəmək üçün mədəniyyət cəbhəsinə səfərbər edilmişdilər. Onların fəaliyyəti ilə respublikamızın bölgələrində mədəni–maarif işi sahəsində böyük nailiyyətlər əldə olunmuş, insanlar bədii özfəaliyyətə cəlb edilmiş əhalinin mədəni dünyagörüşü daha da genişləndirilərək, estetik zövqü zənginləşdirilmişdi. Vəzifələrin həyata keçirilməsində əsas tədris bazası kimi İncəsənət İnstitutu çıxış edirdi.
Professor Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin inkişaf mərhələlərinin təqdiminə xüsusi diqqət yetirmişdir. Məlumdur ki, Teatr Məktəbinin fəaliyyəti dövründə əsas ixtisaslar məhz aktyor və rejissor peşəsi üzrə olmuşdu. Təsadüfi deyil ki, həmin ixtisaslar bu gün də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “veteran”ları hesab olunurlar və o fakültələrə həmişəki kimi, bu gün də gənclərimiz tərəfindən axın böyükdür. Müəllif qeyd edir ki, 1945–ci ildə Teatr İnstitutu yaradılarkən onun ixtisas şəbəkəsi bir qədər də genişləndirilmişdir. Aktyor və rejissor qrupları ayrı–ayrı ixtisaslara bölünmüş, teatrşünaslıq ixtisası açılmışdır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, metodoloji bazanın qüvvətləndirilməsi, nəzəri ixtisaslara xüsusi yer verilməsi bugünkü universitetin Teatr İnstitutu mərhələsini xarakterizə edən əsas məqamlardır. Sonrakı mərhələni xarakterizə edən əsas təşkilati–struktur yenilikləri “Mədəni–maarif işi” ixtisasının həyata vəsiqə qazanması, radio və televiziya üçün mütəxəssislərin yetişdirilməsi ilə bağlıdır. Görülən bu işlər tələbə heyətinin sayının da xeyli artmasına səbəb olmuşdur.
Professor Timuçin Əfəndiyev bu möhtəşəm sənət ocağının növbəti inkişaf pilləsini burada rəssamlıq yönümlü ixtisasların açılması ilə əlaqələndirir. Bu, tamamilə təbiidir. 1982–ci ildə İncəsənət İnstitutunda rəssamlıq fakültəsinin tədrisə başlanması və bir neçə yeni kafedranın təşkili, ümumiyyətlə respublika miqyasında böyük hadisə idi. Çünki o vaxtadək Azərbaycanda ali rəssamlıq təhsili ocağı yox idi. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirən gənclərimiz ali təhsil almaq üçün Moskva, Leninqrad (Sankt–Peterburq) və digər şəhərlərə üz tuturdular. Beləliklə, Azərbaycanda ali rəssamlıq təhsili verən qurum İncəsənət İnstitutunda yaradılmış rəssamlıq fakültəsi olmuşdur. Fakültənin tərkibində rəngkarlıq, heykəltəraşlıq, qrafika, sənətşünaslıq kimi kafedralar yaradılmışdır. Bununla da respublikamızda peşəkar rəssamlıq təhsili öz inkişafına qədəm qoymuşdur.
Bir faktı da vurğulamaq
vacibdir ki, vaxtilə
İncəsənət Universiteti, bu gün isə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti kimi
tanınan bu ali məktəb
son illər böyük
tərəqqi yolu keçmişdir.
Əvvəllər kiçik binada yerləşən, məhdud sayda ixtisas şəbəkəsinə
malik olan bu ali məktəb
hazırda tamam dəyişmiş, yeniləşmiş,
onun həm maddi–texniki bazası, həm də peşəkarlıq
səviyyəsi qat–qat
artmışdır. Bu gün universitet 30–dan artıq ixtisas üzrə ali
təhsilli mütəxəssis
yetişdirir. Universitetin “Səda”
tədris teatrı, kino–televiziya pavilyonu, kompyuter mərkəzi, tələbə klubu, kino zalı, nəşriyyat–poliqrafiya mərkəzi,
elektron kitabxanası, müxtəlif ixtisaslaşdırılmış
laboratoriyaları vardır.
Bunlar təhsilin keyfiyyətinin yüksəldilməsi üçün
çox vacibdir.
“Mədəniyyət və
incəsənətimizin məbədgahı
(ADMİU–90)” kitabı nəfis
tərtibatı ilə
bərabər, o dövrlərin
təhsil quruculuğu
və sənətkarlıq
salnaməsini əks etdirən maraqlı foto–dəftərçə ilə
də oxucunun diqqətini cəlb edir. Onların arasında
peşəkar teatr təhsilimizin erkən mərhələsini işıqlandıran
nadir kadrlar da az deyil.
Kitabdakı şəkillər məzmun
və dövr etibarilə dörd qrupa bölünmüşdür. Birinci qrupa
1923–cü ildə Bakı
Teatr Məktəbindən
tutmuş 50–ci illərin
sonuna qədərki dövrün fotoları daxildir. Fotolara nəzər saldıqca
teatr təhsilinin keçdiyi tarixi inkişaf yoluna sanki kiçik bir səyahət etmiş oluruq. Burada görkəmli sənət xadimlərimiz:
Abbas Mirzə Şərifzadə, Şövkət
Məmmədova, Fatma Qədri, Hacağa Abbasov, Cəlil Bağdadbəyov və başqalarının portretləri
də yer almışdır.
İkinci qrupun şəkilləri 60–cı ilərin əvvəllərindən müstəqilliyimizin bərpasına qədərki sənət nailiyyətləri ilə zəngin bir dövrü əhatə edir. Fotolara baxarkən bu möhtəşəm sənət ocağının necə böyük sənətkarlar yetişdirdiyini, mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olduğunu aşkar görmək olur. Vaxtilə burada oxumuş, pedaqoji fəaliyyət göstərmiş sənət korifeylərimizin fotoları əksər hallarda dərs prosesində, tələbələrlə yaradıcı, canlı təmasda olarkən çəkilmişdir ki, bu da həmin kadrların orijinallığını, kitabın məzmunu ilə bağlılığını artırır. SSRİ xalq artistləri Adil İsgəndərov, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, Lütfiyar İmanov, maestro Niyazi, SSRİ xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse–prezidenti Tahir Salahov və başqalarının portretləri diqqət çəkir. Bu böyük şəxsiyyətlərin adı Mədəniyyət və İncəsənət Universitetinin tarixi ilə sıx bağlıdır. Vaxtilə onlar burada dərs demiş, gənc istedadların yetişməsində mühüm rol oynamışlar.
Fərəhləndirici haldır ki, görkəmli sənətkarların yaratdığı böyük sənət ənənələri Mədəniyyət və İncəsənət Universitetində bu gün də davam və inkişaf etdirilir. Bu gün möhtəşəm sənət məkanında pedaqoji fəaliyyət göstərən sənətkarlarımız — xalq artistləri, professorlar Cənnət Səlimova, Ağakişi Kazımov, Azər Paşa Nemət, İlham Namiq Kamal, Ramiz Əzizbəyli və başqaları mövcud ənənələrdən bəhrələnərək sabahın sənətkarlarını yetişdirirlər. Bu sənətkarların, həmçinin universitetdəki tədris prosesinin, müəllim və tələbələrin yaradıcılıq–ifa işlərinin çoxsaylı, rəngli fotoları kitabdakı üçüncü qrup şəkillər arasındadır. Dördüncü qrup şəkillər də maraqlıdır. Bu qrupa rektor, professor Timuçin Əfəndiyevin xarici qonaqlarla olan şəkilləri, elmi şuranın görüntüləri, universitet kitabxanasını, muzeyini, idman həyatını və s. əks etdirən fotolar daxildir.
Beləliklə, böyük yaradıcılıq və mədəniyyət təhsili tarixinin vərəqləndiyi bu əhatəli kitabın mədəniyyət və təhsil tariximizdə şərəfli yer tutacağına əminik. Şübhə yoxdur ki, bu kitab milli mədəniyyət və təhsil tariximizi öyrənənlər üçün qiymətli mənbə rolunu oynayacaqdır.
Xəzər
ZEYNALOV,
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru,
dosent.
Respublika.- 2013.- 15 yanvar.- S. 6.