Azərbaycanın davamlı iqtisadi inkişafı

 

2012–ci ildə Azərbaycanda iqtisadi artım davam etmiş, qeyrineft sektorunun və regionların inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, əhalinin rifahının daha da yüksəlməsində yeni uğurlar əldə olunmuşdur. Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, 2012–ci ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur: “İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır, bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir… Beynəlxalq reytinq agentlikləri 2012–ci ildə ölkəmizin kredit reytinqlərini artırmışlar. Bu da böhranlı il üçün çox gözəl, əlamətdar bir hadisədir. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 46–cı yerdədir. Əminəm ki, gələcək illərdə bizim yerimiz daha da yüksək olacaqdır”.

 

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, çevik və ölkəni daha böyük hədəflərə aparan düşünülmüş siyasəti, həyata keçirilən genişmiqyaslı layihələr əldə edilən nailiyyətləri daha da möhkəmləndirir. Əvvəlki illərdə olduğu kimi 2012–ci ildə də ölkə iqtisadiyyatı sabitlik, inkişaf və dayanıqlılıq nümayiş etdirmişdir. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin—ÜDM–in artım sürətinə görə lider ölkələr sırasındadır. Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji ehtiyatlar ÜDM–in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkəmiz dünyada ilk onbeşlikdədir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsündə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə iqtisadi inkişafın “inklyuzivliyi” artır. Yenə də Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluq səviyyəsinə malik 20 ölkədən biridir. Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücünün və iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.

Ölkənin davamlı iqtisadi inkişafı sosial proqramların icrası sahəsində mühüm tədbirlərin həyata keçirilməsində çox əhəmiyyətli rol oynayır. Belə ki, ölkəmizdə icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir. Təyinat zamanı subyektiv amillərin minimuma endirilməsi məqsədilə hazırda poçtelektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə icrası üçün tədbirlər görülür. Araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə təkliflər baxılmaq üçün aidiyyəti orqanlara verilmişdir. Bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur–vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaqdır.

Hazırda mütərəqqi dünya təcrübəsi əsasında icra olunan “Özünədəstək” proqramı məhz müvafiq potensialı olan aztəminatlı ailənin məşğulluğuna imkan yaradır. Pilot olaraq 13 rayonda vətəndaşlar tərəfindən böyük maraq göstərilən proqrama 281 ailə cəlb edilmişdir. Proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik imkansız ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcəkdir. Bu isə nəticə etibarı ilə yeni yerlərinin yaranmasına və aztəminatlı vətəndaşların tədricən sahibkarlıqla məşğul olmasına şərait yaradacaqdır. Beləliklə, qeyd olunan aktiv prqoram nəticəsində ünvanlı yardım alanların sayının 30 faizə qədər azalacağı gözlənilir.

Ölkəmizdə indiyədək müharibə əlilləri və şəhid ailələri üçün 5 min 500–ə yaxın mənzil tikilərək istifadəyə verilmişdir. Yeni ildə ayrı–ayrı bölgələrdə 510 mənzildən ibarət binaların inşasına başlanacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “2011–2013– illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı” həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də inşasına şərait yaratmışdır.

Hazırda Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur. Saray, Şağan, Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət müəssisələrində də müasir standartlara uyğun şəraitin yaradılması işləri aparılır. Eyni zamanda 2012–ci ildən etibarən, pilot layihə kimi ixtisaslaşdırılmış vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinə cəlb olunmuşlar. İlkin mərhələdə sağlamlıq imkanları məhdud uşaqlarasosial cəhətdən risk vəziyyətində olan yetkinlik yaşına çatmayanlara bu xidmətlər göstəriləcəkdir.

Ölkəmizin davamlı sosialiqtisadi inkişafı demoqrafik vəziyyətə də müsbət təsir göstərmişdir. 1990–1995–ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azaldığı halda, 2012–ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil etmişdir. Hesablamalar göstərir ki, növbəti onilliklərdə bütün dünyada, o cümlədən ölkəmizdə yaşlaşma prosesinin güclənəcəyi gözlənilir. Proqnoz göstəricisinə əsasən 2050–ci il üçün Azərbaycanda orta ömür uzunluğu 77,3 yaş olacaqdır. Buna görə də, yaşlı insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə növbəti Dövlət Proqramının hazırlanması üçün müvafiq tədbirlər görülməkdədir.

Azərbaycanda son illərdə yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət gücləndirilmişdir. Bu sahədə müsbət nəticə kimi istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2011–ci illə müqayisədə 2003–dən 153–ə enmişdir. Əmək hüquqlarının təmin edilməsinə dövlət nəzarəti müasir tələblər səviyyəsində qurulmaqdadır. Bu sahədə tədbirlərdən biri kimi, Dünya Bankı və Avropa İttifaqı ilə birgə layihələr çərçivəsində yerlərində təhlükəsiz əmək şəraiti normalarına uyğunluğun ölçülməsi sahəsində əmək müfəttişləri üçün müasir mobil laborator avadanlıqlar alınmışdır. Hazırda müfəttişlərin peşəkarlığının artırılması üzrə təlim strategiyası icra olunur. Əmək bazarının keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq standartlara uyğun səriştəli əmək qüvvəsinin yaradılması məqsədilə əmək ehtiyatlarının inkişafı agentliyinin yaradılması işləri aparılır.

“Açıq hökumətin təşviqinə dair 2012–2015–ci illər üzrə Dövlət Proqramı”nda dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə tutulmuşdur. Ölkəmizdə bütün sosial müdafiə tədbirlərinin təşkilində, havelə vətəndaş qəbullarında müxtəlif ictimai birliklərin iştirakı təmin olunur. Əmək və əhalinin sosial müdafiəsi nazirliyində vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura yaradılmışdır. Bununla yanaşı, nazirliyin artıq əksər fəaliyyət sahələri üzrə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir.

Son illərdə əmək və sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlıq xeyli güclənmişdir. Bu sahə üzrə Bakıda bir sıra beynəlxalq səviyyəli tədbirlər təşkil edilmişdir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində aktiv proqramlar həyata keçirilir.

 

 

Şükür Əlizadə

 

Respublika.- 2013.- 15 yanvar.- S. 4.