MEŞƏLƏRİ QORUMAQ BORCUMUZDUR

 

Ölkəmizin gözəl guşələrindən olan Beyləqan rayonunda torpaqlar həmişə insanın üzünə xoş təravətlə gülür, təbiətin gözəl hüsnü bu yerlərə gələnləri valeh edir. Doğma Azərbaycanın bugünkü inkişaf templərini bu gözəl diyarda da hər zaman müşahidə etmək mümkündür. Bütün görülən işlər, təbii sərvətlərdən istifadə ekologiya problemləri ilə sıx bağlıdır. Son vaxtlar ölkə rəhbərliyinin irəli sürdüyü vəzifələrə uyğun olaraq bu sahədə rayonda geniş miqyaslı tədbirlər görülür. Biz Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Novruz Alkərəmovla bu barədə söhbətləşdik. O dedi:

 

Son illərdə ekoloji problemlərin həllinə dövlət dəstəyi, bu məsələyə ölkə Prezidenti səviyyəsində diqqət yetirilməsi cəmiyyətimizdə böyük maraq doğurmuş və hamını hərəkətə gətirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ekoloji vəziyyət barəsində qarşıya çox ciddi tələblər qoymuşdur. Prezident qeyd etmişdir: “Bu elə bir sahədir ki, buraya qoyulan vəsaiti, bəlkə də Azərbaycan iqtisadiyyatı da, vətəndaşları da görmürlər. Amma bunu həm indiki nəsillər, həm də gələcək nəsillər görəcəklər. Çünki ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz subütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”.

Bizim bölgə şöbəsində işimizin əsasını sutorpaq ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi, atmosfer havasının qorunması, Yerin təkinin, floranın və faunanın mühafizəsi, tullantıların idarə olunması, bioloji resursların artırılması və digər məsələlər təşkil edir. Geniş ərazilərdə həmin məsələlərə dəqiq nəzarət edirik.

Yeni meşəliklərin və yaşıllıq zolaqlarının salınması işinə xüsusi diqqət yetiririk. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz bu barədə qəti göstərişlər vermişdir. Özübu kütləvi şəkildə aparılmalıdır. Bizim bu sahədə imkanlarımız genişdir, bu barədə ətraflı tədbirlər planı və xüsusi xəritə hazırlamışıq. 2012–ci ildə meşə əkini və tinglik səpini tapşırığı 102 faiz yerinə yetirilmişdir. 3 hektarda böyütmə sahəsi salınmışdır. Burada 120 min fidan yetişdirilir. 1 hektarda 50 min ədəd kökləndirmə tədbirləri görülüb. 1709 kiloqram əvəzinə 1994 kiloqram toxum əldə edilmişdir. Şum hazırlığı və doldurma işləri artıqlaması ilə həyata keçirilmişdir.

 

N.Alkərəmov daha sonra dedi:

Ekoloji təbliğat maarifləndirmə işimizin mühüm cəhətidir. Lap bu yaxınlardaƏtraf mühitin mühafizəsi hər birimizin borcudur”, “Ekologiya həyatımızın, ölkənin tərkib hissəsidir”, “Təbiəti qorumaq üçün kamil əxlaqa sahib olmaq gərəkdirmövzularında seminarlar Dəyirmi masa”lar təşkil olunmuşdur. Əlaqədar təşkilatlarla birlikdə ətraf mühitin mühafizəsinə aid tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin, kütləvi informasiya vasitələrinin, qeyri–hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə şagirdlərin ətraf mühitin mühafizəsinə dair çıxışları dinlənilmişdir.Hərəmiz bir ağac əkək”! kampaniyası isə həmişə davam etdirilir, zənnimcə bu işdə fasilə ola bilməz olmamalıdır.

Yekunlaşdırdığımız regional Dövlət Proqramında ekoloji mühitin qorunması yaxşılaşdırılması haqqında çox mühüm müddəalar öz əksini tapmışdır. Fikir versək, görərik ki, bu müddəalar əvvəlki regional Dövlət Proqramından daha geniş əhatəlidir. Burada göstərilir ki, ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər görülməli, su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənməli, çirklənmiş torpaqlar rekultivasiya edilməli, yeni meşələr yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalıdır. Təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində qarşıdakı illərdə xeyli görülməlidir.

Kür–Araz çaylarında hidroloji monitorinq sisteminin təkmilləşdirilməsi bilavasitə bizim bölgə ilə bağlıdır, çünki həmin çaylar ərazilərimizdən axıb keçir. Dövlət Proqramının yerinə yetirilməsinə dair Tədbirlər Planında rayonun ərazisində Araz çayının məcrasının düzləndirilməsi işləri davam etdiriləcəkdir. Ən əsas işlərdən biri budur ki, ekoloji təbliğat maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, tədris ocaqlarında ekoloji təhsilə daha geniş yer ayrılacaq.

Göründüyü kimi, ekoloji mühitə münasibəti yaxşılaşdırmaq dövlət səviyyəsində diqqət mərkəzinə çəkilmiş məsələdir. Bu vəzifələri ləyaqətlə həyata keçirmək cəmiyyət qarşısında əsas borcdur. Beyləqanın meşəçiləri bu vəzifəni layiqincə yerinə yetirmək üçün yeni 2013–cü ildə var qüvvələri ilə çalışacaqlar.

Biz buna meşəçilərlə görüşümüz zamanı qəti əmin olduq.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 17 yanvar.- S. 8.