Qarabağ tarixinə dair dəyərli vəsait

 

Azərbaycanın görkəmli tarixçiləri, mənbəşünas alimləri Qarabağ tarixindən bəhs edən çoxlu əsərlər yazmış, bu füsunkar gözəlliyə malik olan diyarı daim vəsf etmişlər. Mirzə Adıgözəlbəyin “Qarabağnamə”si, Mirzə Camal CavanşirinQarabağ tarixi”, Mirzə Yusif QarabağininTarixi Safisi”, Mirmehdi Xəzaninin “Kitabi–tarixi–Qarabağ”ı, Abbasqulu Ağa Bakıxanovun “Gülüstani–İrəm”i və daha neçə–neçə “Qarabağnamə”lər bu günöz əhəmiyyətini saxlamaqdadır. Müasir tarixşünas alimlərin də bu sahədə əməyi danılmazdır.

 

Bu gün–gözəl Qarabağın, Azərbaycan ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edildiyi bir dövrdə bu mövzu daha aktuallıq kəsb edir. A.A.Bakıxanov adına Tarix İnstitutu əməkdaşlarının gördükləri işlər–Qarabağ tarixinə dair yazılan monoqrafiyalar, kitablar, keçirdikləri elmi simpozium, konfrans materialları çox böyük əhəmiyyət kəsb edir.

Qocaman tarixçi–mənbəşünas, Şuşada doğulub boyabaşa çatmış, Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universitetinin) tarix fakültəsinin məzunu, tarix üzrə fəlsəfə doktoru Yunis HüseynovunQarabağ tarixi mənbələrdə” kitabı (Bakı: “Şuşa” nəşriyyatı, 2012–248 s.) Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun elmi redaktəsi ilə işıq üzü görmüşdür. Monoqrafiyada Qarabağın qədim dövrlərinə, bölgənin toponomiyasına, diyarın qədim əhalisinin etnik tərkibinə, Qarabağ xanlığının yaranmasının tarixi şəraiti, xanlığın ictimai quruluşu, sərhədləri, təbii–çoğrafi mövqeyi, iqtisadiyyatı, ticarət əlaqələri, Osmanlı Türkiyəsi və Gürcüstanla siyasi münasibətləri və habelə XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Qarabağ xanlığının Qacarlarla Rusiya imperiyası arasında çəkişmə meydanına çevrilməsi problemləri araşdırılır.

Kitaba Şuşa Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Təfəkkül Əliyevin yazdığı “Müəllim ömrü – şərəfli həyat yoluoçerki Ulu öndər Heydər Əliyevin həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” epiqrafı ilə başalyır. Bu da təsadüfi deyildir. Kitabın müəllifi Yunis müəllim Şuşa şəhər 4 saylı orta məktəbdə tarix müəllimi və təlim–tərbiyə işləri üzrə direktor müavini, Şuşa Rayon metod kabinetinin müdiri, Şuşa Rayon Təhsil Şöbəsinin baş müfəttişi, Şuşa şəhər 3 saylı orta internat məktəbinin direktoru vəzifələrində çalışmış, 2009–cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasında “Qarabağnamələr” Azərbaycan tarixini öyrənmək üçün mənbədir mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Onun elmi cəhətdən qiymətli kitabları, elmi–kütləvi məqalələri də bu mövzunu daha da zənginləşdirmişdir. O, “Metodist müəllim”, “Azərbaycan Respublikasının Xalq Təhsil Əlaçısı” və digər fəxri adlarla yanaşı, 2007–ci ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Geniş, dərin, zəngin pedaqoji düşüncə sahibi olan, Şuşa Rayon Təhsil Şöbəsinin fəxri, xeyirxah insan Yunis müəllimin bu gün oxuculara təqdim etdiyiQarabağ tarixi mənbələrdə” kitabı diqqəti cəlb edir.

Müəllif kitabın girişində göstərir ki, əsası 1747–ci ildə qoyulmuş və 1822–ci ilədək mövcud olmuş Qarabağ xanlığının dövlətçilik tariximizdə roluyerinin müəyyənləşdirilməsi çox vacib elmisiyasi əhəmiyyətə malik məsələlərdən biridir. Torpaqlarımızın 20 faizini, o cümlədən Qarabağın böyük hissəsini işğal etmiş ermənilərin bu ərazilərin tarixən onlara məxsus olması haqqında qeyriobyektiv, qondarma iddialarının əsassızlığını sübut etmək, onların beynəlxalq ictimai fikrisiyasi iradələri çaşdırmağa yönəlmiş cəhdlərini puça çıxarmaq üçün Azərbaycan torpağının ayrılmaz tərkib hissəsi kimi Qarabağ bölgəsinin, Azərbaycan dövləti kimi Qarabağ xanlığının tarixinin tutarlı qaynaqlar, o cümlədən “Qarabağnamə”lər əsasında obyektiv və gerçəkliyə uyğun şəkildə öyrənilməsi çox aktualdır. Azərbaycan tarixçilərindən E.A.Paxomovun və Ə.S.Ubaydulinin əsərlərində xanlıqarın sosialiqtisadi strukturu, sosialsilki quruluşu və xüsusilə torpaq sahibliyi formaları haqqında çox qiymətli məlumatlar vardır.

Tarixçi alimlərdən K.Şükürovun, M.Abdullayevin, R.Hüseynlinin, S.İbişovun, R.Göyüşovun, Q.Qeybullayevin, M.İsmayılovun, eləcə də akademik Ziya Bünyadovunbaşqa müəlliflərin çox qiymətli əsərləri böyük əhəmiyyətə malikdir. 2001–ci ildə Təbrizdə fars dilində nəşr edilən “Qarabağ” kitabında müəllif Məhəmməd Hacızadə yazır ki, Qarabağ mahalı tayfaları mənşə etibarilə albanlar olmuşlar… Albaniyanın şərq sahili əhalisi heç vaxt erməni ola bilməzdi və ərazi Ermənistan da sayıla bilməzdi… Tarixi sənədlər göstərir ki, Gülüstan və Türkmənçay müqavilələrindən öncə Dağlıq Qarabağ əhalisinin çox az hissəsini xristianlaşdırılmış albanların azsaylı nəsilləri təşkil edirdi. Ruslar məhz xəyanətkar ermənilərlə işbirliyi qurmaqla uğurlar qazandılar. Müstəmləkəçilər müsəlman azərbaycanlıları soyqırıma məruz qoyub, onların doğma torpaqlarını işğal edib erməniləri həmin ərazilərdə yerləşdirdilər. Xain erməniləri onların vətəni sayılmayan ərazidə sakin etdilər.

Mirzə Camal Cavanşir QarabağininQarabağ tarixi” əsəri Pənah xanın Qarabağ xanlığını yaratmaq uğrunda apardığı mübarizənin, İbrahimxəlil xanın xanlığın möhkəmləndirilməsi sahəsində gördüyü tədbirlərin, xanlığın digər xanlıqlar və qonşu dövlətlərlə münasibətlərinin, xan xəzinəsinin gəlir mənbələrini və s. məsələlərin öyrənilməsi üçün çox qiymətli mənbələrdən biridir.

Kitabı vərəqlədikcə bir–birindən maraqlı faktlarla üzləşirik. Erməni ünsürlərinin Azərbaycan ərazilərinə, o cümlədən də Dağlıq Qarabağa kütəlvi surətdə köçürülməsi 1826–1828–ci illər Rusİran müharibəsi ilə əlaqədardır. Bu müharibəni yekunlaşdıran Türkmənçay sülh müqaviləsi Rusiya imperiyasına geniş siyasi səlahiyyətlər verdi. Bundan istifadə edən Rusiya imperiyası özünə siyasi dayaq yaratmaq üçün İran və Osmanlı Türkiyəsindən erməniləri kütləvi surətdə Qərbi Azərbaycan ərazisinə, yəni İrəvan xanlığı torpaqlarına və Qarabağa gətirib məskunlaşdırmağa başladı. Bu faktı Rusiya imperiyasının məmurları da təsdiq etdilər. Türkmənçay sülh müqaviləsi əsasında 8249 erməni ailəsi Zaqafqaziyaya köçürülüb İrəvan xanlığı ərazisində və Qarabağ xanlığı ərazilərində yerləşdirildi. Ümumiyyətlə, 1830–cu ilə kimi Rusiya imperiyası Zaqafqaziyaya İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 84 min erməni ailəsini köçürüb yerləşdirdi. Artıq 1908–ci ildə Zaqafqaziyaya gətirilən ermənilərin sayı 1.300.000–ə çatmışdı.

Qarabağ əhalisinin maddi təsərrüfatı, mədəniyyət, inam və etiqadlarına aid zəngin etnoqrafik məlumatları təhlil edib, tarixi mənbələrə istinad edən professor İ.P.Petruşevski yazırdı: “Qarabağ heç vaxt erməni mədəniyyətinin mərkəzi olmamışdır. Qarabağ mədəniyyəti vahid mərkəz olub, Azərbaycan xalqına məxsusdur”. Vətəni, tarixi olmayan, dağ yəhudiləri ilə qaraçıların törəmələri olan ermənilər tarixdə yadda qalan heç bir mədəni irs yarada bilməmişlər.

Kitabın II bölməsi “Qarabağ tarixi mənbələrdə” adlandırılıb. I fəsil “Qarabağnamələr”in mənbəşünaslıq baxımından öyrənilməsi tarixindən bəhs edir. Müəllif yazır ki, Mirzə Adıgözəl bəyin “Qarabağnamə”si Azərbaycan dilində Qarabağ tarixi barəsində yazılan ilk əsərdir. Əsərin orijinalı Tiflis şəhərinin ümumi kitabxanasında saxlanılır. Mirzə Adıgözəl bəy Qarabağ xanlığında da baş vermiş siyasi, iqtisadi və mədəni hadisələrlə yanaşı, alban xristian xəmsə məlikləri və onların mənşəyi haqqında çox maraqlı məlumat verir.

Qarabağ xanlığının yaranması və xanlığın daxili həyatı “Qarabağnamələr”də adlanan ikinci fəsil Qarabağ xanlığının yaranması və ictimaisiyasi quruluşundan, Qarabağ xanlığının coğrafi mövqeyi, təbii şəraiti, sərhədləri və əhalisi, kənd təsərrüfatı, sənətkarlığı və ticarətindən bəhs edir.

Müəllif qeyd edir ki, Qarabağ salnamələri bu xanlığın təbii–coğrafi şəraiti, ərazisi, sosialiqtisadi həyatını, burada mövcud olmuş sosialiqtisadi münasibətlərin inkişaf səviyyəsi və xüsusiyyətlərini öyrənmək üçün çox qiymətli qaynaqlardır.

Kitabın “Qarabağ xanlığının xarici siyasəti” adlanan III fəslində “Qarabağnamə”lərdə Qarabağ xanlığının Osmanlı imperiyası və Gürcüstanla əlaqələrinin əks olunmasında təsvirçilik əsas yer tutsa da, burada gətirilmiş bir sıra məlumatlar XVIII əsr Qarabağ, Azərbaycan, QafqazÖn Asiya tarixinin bir sıra məqamlarına aydınlıq gətirmək baxımından çox qiymətlidir.

Qarabağ xanlığının XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qacarlarla Rusiya arasında beynəlxalq çəkişmə meydanına çevrilməsi kitabda öz əksini tapmışdır.

General Sisianovla şuşalı İbrahimxəlil xan arasında bağlanan biabırçı müqaviləyə əsasən Qarabağ xanı yalnız Rusiyanın ali hakimiyyətini tanıyır və qonşu ölkələrlə müstəqil əlaqə saxlamaqdan məhrum edilirdi. Məsələnin belə asan yolla həll olunmasından sevincək olmuş general Sisianov imperator I Aleksandra göndərdiyi məlumatında yazırdı: “Sizi imperiyanızın əraziçsinin yenidən genişlənməsi münasibətilə təbrik edirəm. Rusiyanın bir əyalətinə çevrilən bu ərazi nə qılınc, nə də hərbi yolla ələ keçirilmişdir”.

İbrahimxəlil xanın tutduğu təslimçilik mövqeyi bütün Azərbaycana ağır mənəvi zərbə vurdu. Bu hadisə başqa xanların da təslimçiliyi üçün geniş yol açdı və yerdə qalan ərazilərimizin də Rusiya imperiyası qoşunları tərəfindən işğalını sürətləndirdi.

Kitabda Gülüstan və Türkmənçay müqavilələri öz əksini tapmış və bu sənədlərin bütün maddələri təfsilatı ilə işıqlandırılmışdır. Müəllif Qarabağ xanlığının siyasiiqtisadi tarixinə həsr olunmuş materiallardan istifadə edərək Qarabağın sırf Azərbaycan dövləti olduğunu sübut etmişdir.

Eyni zamanda Pənah xanın və İbrahimxəlil xanın hakimiyyəti illərində Qarabağ xanlığının əhalisinin 90 faizinə qədəri Azərbaycan türkləri, 9 faizə qədərini xristianlığı qəbul edən albanlar və 1 faizə qədərini isə azsaylı xalqlar təşkil etmələri öz əksini tapmışdır. Kitabda Azərbaycan, türk, rusfars dillərində çoxlu ədəbiyyatdan istifadə edildiyi göstərilmişdir. Kitabın sonunda verilmiş Qarabağ xanları və onların ailə şəcərəsi də maraq doğurur.

 

 

İsmət SƏFƏROV,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü.

 

Respublika.- 2013.-18 yanvar.- S. 5.