Sarıkamış
I
Tarix kitabını vərəqləyərkən,
Damarımda qanım dondu dəhşətdən,
O nə boran, o nə duman, o nə çən?
Danış, Sarıkamış.
Əzizinəm, o çəndə,
Çən də dondu o
çəndə,
Yandı bağrım, boğuldum,
O dumanda, o çəndə.
Sarı–həsrət rəmzi, qamış–qəmli ney,
Qopdu tufan, titrədi yer, dondu göy,
Gözlərində necə yandı şəhər, köy?
Danış, Sarıkamış.
Əzizinəm, qəmli ney,
Qəmli kaman, qəmli ney,
Neçə kərə çalınıb,
Taleyimdə qəmli ney.
Yazılmamış belə qəmli hekayət,
Oxunmamış belə qəmli rəvayət,
Görünməmiş belə dəhşət, fəlakət,
Danış, Sarıkamış.
Əzizim doxsan minə,
Yüz minə, doxsan
minə,
Toplamışam, vurmuşam,
Doxsanı doxsan minə.
Sinəndə doxsan min
hicran yarası,
Sinəndə doxsan min
taleyin yası,
Sinəndə doxsan min
qəmin havası,
Danış, Sarıkamış.
Mən aşiq buz
bağladı,
Qar yağdı, buz
bağladı.
Ruzigarın qan əli,
Buz bükdü, buz bağladı.
Can evindən buz, can aldı doxsan min,
Şəhidlərə buz don
aldı doxsan min,
Nəfsi yanmış, qurban aldı doxsan min,
Danış, Sarıkamış.
Mən aşiq heykəl yapar,
Daş yonar, heykəl
yapar,
Ruzigarın qan əli,
Doxsan min heykəl yapar.
Qədər payı, kədər payı doxsan
min,
Qan dəryası, hicran
çayı doxsan min,
Həsrətimin ili – ayı doxsan min,
Danış, Sarıkamış.
Əzizinəm, payı qəm,
Qisməti qəm, payı qəm,
Sevinc umdum,
dadmadım,
Qədərimin payı qəm.
Parçam mənim,
param mənim, ay haray!
Sən taleyi qaram mənim, ay haray!
Sağalmayan yaram mənim, ay haray!
Danış, Sarıkamış.
Mən aşiq
buz qalası,
Buz dağı, buz qalası.
Neçə ildir ərimir
Sinəmdə buz qalası.
Doxsan min bacının
dostu–qardaşı,
Doxsan min gəlinin könül sirdaşı,
Doxsan min ananın gözünün yaşı,
Danış, Sarıkamış.
Mən aşiq
gözüyaşlı,
Kipriyi, gözü yaşlı.
Olmuşam dərd ortağı,
Gözüm tək gözü yaşlı.
Qara əllər
qopardı can, Çanakkala,
Ürəyi şan, qədəhi qan Çanakkala,
Xəyalımdan getməz
bir an Çanakkala,
Danış, Sarıkamış.
Mən aşiq
Çanakkala,
Can gedə, çanak
kala.
Taleyi oxşar gördüm,
Gözümlə Çanakkala.
Ağı dedi, ağlar könlüm, a laylay!
Göy üzündə
batdı günəş,
batdı ay,
Dindi dərya, coşdu dəniz, daşdı çay.
Danış, Sarıkamiş.
Mən aşiq,
üzdü keçdi,
Üzüldüm, üzdü
keçdi,
Çalxayıb, qan dəryasın,
Yağılar üzdü
keçdi.
Bir dağ gördüm, başı çənli yas tutub,
Bir dağ gördüm, qəmli–qəmli
yas tutub,
Bir dağ gördüm, gözü nəmli yas tutub,
Danış, Sarıkamış.
Mən aşiq
dağ–dağ oldu,
Dağ gördüm, dağ–dağ oldu,
Allahuəkbər dağı,
Dağlandı, dağ–dağ
oldu.
II
Ayıq dayan, bircə gülün solmasın,
Ayıq dayan, bir də gözün
dolmasın,
Saçlarını hicran
əli yolmasın,
Sil yaşını, Sarıkamış.
Mən aşıq,
hicran əli,
Qəm əli, hicran əli,
Tellərinə dəyməsin,
Heç zaman hicran əli.
Gözlərinə gözüm
qurban, ağlama,
Hər yarana özüm qurban, ağlama,
Atəşim, alovum, közüm, ağlama,
Sil yaşını, Sarıkamış.
Mən aşıq,
bitər, ağlama,
Səpilib bitər, ağlama,
Şəhidlərin torpaqda,
Cücərib bitər,
ağlama.
Bir savaş
yoludur gördüyün
həyat,
Bir savaş yoludur küllü–kainat.
Bir savaş yoludur tapdığın nicat,
Sil yaşını, Sarıkamış.
Əzizim, sarı
geysin,
Gün çıxsın,
sarı geysin.
Solmaz eşqin baharı,
Al geysin–sarı geysin.
Qeyrət doğdun,
ana torpaq,
Başın uca, alnın açıq, üzün ağ,
Dindi başın üstə ucalan bayraq,
Sil yaşını, Sarıkamış.
Qırdı tilsimləri,
qırdı ulu Türk,
Durdu keşiyində, durdu ulu Türk,
Alınmaz bir qala qurdu ulu
Türk,
Sil yaşını, Sarıkamış.
Mən aşiq,
sipər sinəm,
Yadlara sipər sinəm,
Nə ox keçər,
nə güllə,
Hər zaman sipər sinəm.
Canım,
qanım ulu türküm, səninlə
tən,
Ölsəm nə qəm, başın sağ olsun, vətən,
Səcdə qılıb
əyirəm baş önündə mən,
Sil yaşını, Sarıkamış.
Əzizim, özüm
qurban,
Özlədim, özüm
qurban,
Özgədən qurban
olmaz,
Özünə özüm
qurban.
Sənə qurban şəhid canı, şəhidəm.
Şərh eyləyim
hər bir anı, şəhidəm,
Mürəkkəbim şəhid
qanı, şəhidəm,
Sıl yaşını,
Sarıkamış.
Mən aşıq,
sarı yaram,
Göy yaram, sarı yaram.
Gülayəyəm, yaranı
Canımla sarıyaram.
Gülayə RZAYEVA ŞINIXLI.
Respublika.- 2013.- 19 yanvar.-
S. 10.