Qəhrəmanlıq tariximiz

 

1990–cı ilin Qanlı Yanvarı xalqımızm oyanışı və azadlıq mübarizəsinin ən mühüm və şərəfli səhifəsidir. O gündən illər keçsə də hər il keçirilən anım mərasimləri sanki o soyuq və şaxtalı yanvar gecəsini, avtomat və digər silahlardan açılan atəş səslərini, tankların və digər ağır texnikanın, havada uçan vertolyotların gurultusunu bizə eşitdiriro qanlı salnaməni, xalqımızın sovet qoşunlarının təcavüzünə qarşı dəyanətlə sinə gərməsini nəsildən–nəslə ötürür. Son mənzildə uyuyanlar arasında 66 yaşlı azərbaycanlı ixtiyar kişi, 13–14 yaşlı məktəbli uşaq, 45 yaşlı yəhudi həkim, 16 yaşlı qız, 43 yaşlı rus kor əlil, 31 yaşlı tatar sürücü və digərləri də vardır. Silahsız xalqa qarşı bu hücum bizi qorxutmadı, əksinə 42 gün matəm mərasimi davam etdi, respublikamızın hər yerindən gəlmiş iki milyonadək insan azadlıq uğrunda gedən qurbanları böyük təntənə ilə dəfn etdi. Bu vida mərasimi bütün dünyada çox böyk rezonansa səbəb oldu və ölkəmizin SSRİ adlı imperiyadan ayrılacağına şübhə yeri qoymadı.

 

İyirmi Yanvar faciəsinə gedən yolu Moskva ermənilərin fitnəkar planlarına uyğun şəkildə hazırlamış və həyata keçirmişdi. Heç vaxt dövlətçiliyi olmamış ermənilərin gözü həmişə digər xalqların ərazilərinə dikilmişdi. Erməni barbarları Azərbaycan torpaqlarını işğal etmək üçün dənizdən–dənizə mifikBöyük Ermənistan” xəritəsini reallaşdırmaq üçün zamanzaman xalqımıza qarşı xəyanətə baş vurmuş, kütləvi qırğınlar törətmiş, ən alçaq fitnə–fəsada yol vermişlər, erməni planlarının həyata keçirilməsinə Şərqə qarşı siyasi marağı olan imperiya qüvvələri daim dəstək vermişlər. 20 yanvar hadisələrində isə səbəbkar SSRİ rəhbəri, ermənipərəst M.Qorbaçov oldu. M.Qorbaçov hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan–türk xalqlarına qarşı amansız və ədalətsiz mövqedə dayanmış, birmənalı şəkildə erməniləri müdafiə etmişdir.

Tarix saxtakarlığı sevmir. Hər bir hadisə bütün reallığı ilə xalqa, xüsusən gənc nəslə çatdırılmalıdır ki, biz dost və düşmənimizi yaxşı tanıyaq, növbəti fitnə–fəsadın, təcavüz cəhdlərinin qarşısını ala bilək.

Ermənipərəst M.Qorbaçov hakimiyyətə gəldikdən sonra qarşısında onun planlarına mane olacaq potensial qüvvə kimi xalqmızın dahi oğlu Heydər Əliyevi görürdü. Çünki Heydər Əliyev Sov.İKP.MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışarkən bütün Sovetlər İttifaqında çox bacarıqlı və intellektual kadr kimi böyük nüfuz sahibi olmuşdur. Bu nüfuz ermənilərə və M.S.Qorbaçova böyük maneə idi. Odur ki, hər iki düşmən siyasəti Azərbaycana qarşı birləşdi və 1987–ci ilin oktyabrında Heydər Əliyev İttifaq rəhbərliyindən uzaqlaşdırıldı. Bu tarixdən etibarən xalqımıza qarşı hücumlar başladı. Ermənilərin fəallaşmasında M.Qorbaçovun məsləhətçisi, qatı daşnak və erməni şovinisti akademik Aqanbekyanın Parisdə “Humanite” qəzetinə verdiyi bəyanat xüsusi rol oynadı. Bu bəyanatda bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın razılığı vardır. Azərbaycanın informasiya blokadasına alınması, ermənilərin törətdiyi bütün təxribat və fitnə–fəsadların xalqımızın adına yazılması, davamlı ermənipərəst mövqe, erməni separatçılarının silahlandırılması, onların yaraqlılarının tərksilah edilməməsi, azərbaycanlılardan isə az qala quşatanların da yığılması, nəhayət 20 yanvar faciəsi bu bəyanatdakı razılığın olmasını təsdiqləyirdi. Xalq imperiyanın bu xəyanətinə qarşı öz dönməz iradəsini qoydu. Aydın idi ki, bu qarşıdurmada ya ərazi ermənilərə güzəştə gedilməli, ya da müstəqilliyə nail olub ərazilərimizi müdafiə etməliydik. Xalq silahsız da olsa öz qəhrəman övladlarıyla erməni və onların təəssübkeşlərinə qarşı çıxdı. Qarabağdaonun ətrafında baş verən proseslər sübut edirdi ki, xalq azadlıq əldə etməsə öz taleyini həll edə bilməyəcək, hətta nəinki ərazilərindən, həm də bir xalq kimi tarixdən silinəcək.

SSRİ rəhbərliyinin vəziyyətə nəzarət edə bilmədiyi artıq aydın idi, xalq hərəkatı daim güclənir, Kremlin satqın və xəyanətkar mövqeyinə qarşı qətiyyətlə “yoxdeyilirdi. Bu şəraitdə imperiya rəhbərliyi ermənilərin mövqeyinə uyğun hərəkət edərək xalqımıza divan tutmaq yolunu seçdi. Öz torpaqlarının müdafiəsinə qalxmış, mərkəzin satqın mövqeyinə etiraz edən yüzlərlə dinc insana, uşağa, qocaya, cavana görünməmiş vəhşiliklə divan tutuldu. Bir çox inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə böyük zərər vuruldu. SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində 147 mülki şəxs öldürüldü, 800–dən çox adam yaralandı. Yanvarın 19–da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtına yeridildi. Bu təcavüz insan hüquqlarına dair beynəlxalq sənədlərə, o cümlədən İnsan hüquqlarının ümumi bəyannaməsi, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni–hüquqlar haqqında” beynəlxalq aktların, bundan başqa keçmiş SSRİ–nin və Azərbaycan SSR–in konstitusiyalarının pozulması demək idi. Azərbaycana yeridilmiş sovet ordu hissələrinə Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan ermənilər, hətta erməni kursantlar belə daxil edilmişdi. Xalqla qəddarlıqla davranmaq üçün hər şey ölçülübbiçilmişdi.

SSRİ DTK–nın “Alfaqrupu yanvarın 19–da saat 19.27–də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz şəhərə daxil oldu. Azərbaycan informasiya blokadasında idi. Belə bir şəraitdə baş vermiş həqiqətləri, operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli təcavüzə operativdüzgün qiymət verən Azərbaycanın vətənpərvər oğlu Heydər Əliyev oldu. Ulu öndər 1990–cı ilin 21 yanvarında ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirdi və qəti etirazını bildirdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Bu azadlıq mücadiləsində gənclərimizin də çox mühüm tarixi rolu vardır. Hər il 20 Yanvar faciəsi kollecimizdə layiqincə qeyd olunur. Pedaqoji kollektiv və tələbə heyəti Şəhidlər Xiyabanın ziyarət edirlər. Məktəbdə anım tədbirləri keçirilir. Təşkil olunan mərasimlərdə Qanlı Yanvar faciəsinin siyasihüquqi qiymətinin yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra almasını, ulu öndərin bu sahədə siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, azadlıq fədailərinə və o hadisələrin iştirakçılarına layiqincə qiymət verildiyini pedaqoji kollektivimiz tələbələrimizin diqqətinə çatdırır. Gənclər Vətənin gələcəyidir. Anım mərasiminə 20 yanvar hadisələrinin mahiyyətinin və bu şanlı mübarizədə gənclərimizin də fədakarlıqla iştirakının yeni nəslə çatdırılmasının çox mühüm, vətənpərvərlik ruhunda tərbiyə kimi əhəmiyyəti vardır. Anım mərasiminə 20 yanvar hadisələrinin iştirakçıları və digər qonaqlar dəvət olunur. Tələbələrin milli–vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün təkcə anım günlərində yox, ümumən tədris ilində bütün müvafıq tədbirlər görülür. Bir sözlə, kollektivimizTorpaq üçün şəhid olan varsa, —Vətəndir” – ideyasını rəhbər tutur.

 

 

Fatimə Quliyeva,

Bakı Biznes Kooperasiya

Kollecinin direktoru.

 

Respublika.- 2013.- 20 yanvar.- S. 7.