20 Yanvar şərəfli tariximizdir

 

20 Yanvar qətliamı Azərbaycan xalqının öz ərazi bütövlüyüsuverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı. Mixail Qorbaçov başda olmaqla, Moskvada hakimiyyətdə olan erməni havadarları Azərbaycanı cəzalandırmaq məqsədilə 1990–cı ilin 20 Yanvarında ölkəmizə qoşun yeridilməsinə və qanlı faciələr törədilməsinə nail oldular. Ümummilli liderimiz Heydər Əliyev bu faciədən sonra həyatı təhlükədə olsa da, dərhal ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, qanlı faciənin törədilməsində Mixail Qorbaçovun birbaşa günahkar olduğunu dünyaya bəyan etdi.

Azərbaycanda baş verən bu hərəkat Sovetlər İttifaqının dağıdılmasına güclü təkan verdi.

20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o dəhşətli gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənəsinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisəsi xalqımızın milli–azadlıq hisslərinin güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini, qorxaqlığını göstərdi.

Hadisələrə hüquqisiyasi qiymət isə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə verildi. O, yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994– ildə faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Ölkəmizin hər yerində olduğu kimi bizim məktəbdə də Azərbaycan tarixinə həm faciə, həm də şanlı gün kimi daxil olan 20 Yanvar faciəsi hüzn və ağrı ilə yad edilir.

20 Yanvar günü ilə bağlı məktəbimizdə tədbirlər planı hazırlanmışdır. Faciənin ildönümü ilə bağlı ayrı–ayrı siniflərdə təhsil alan şagirdlər Şəhidlər Xiyabanını ziyarət edir, azadlıq aşiqlərinin məzarı üstünə qırmızı qərənfillər düzür, dönə–dönə 20 Yanvar faciəsini törədənləri, Sovetlər İttifaqının o vaxtki rəhbərlərini lənətləyirlər.

Məktəbdə 20 Yanvar faciəsi ilə bağlı divar qəzetləri buraxılmış, foto–stendlər tərtib olunmuşdur.

Ayrı–ayrı siniflərdə 20 Yanvar faciəsinin 23– ildönümü ilə bağlı inşa yazı müsabiqələri keçirilir.

20 Yanvar faciəsi ilə bağlı müxtəlif tədbirlərin hazırlanıb həyata keçirilməsində məktəbin dil–ədəbiyyat müəllimlərindən Gülşən Babayeva, Zemfira Ələddinovanın böyük zəhməti xüsusi qeyd olunmalıdır.

20 Yanvar faciəsinin 23– ildönümünü qeyd etdiyimiz bu günlərdə biz xalqımızın ağır sınaqlardan necə şərəflə çıxdığını bir daha iftixar hissi ilə xatırlayırıq.

 

 

Sədaqət SEYİDOVA,

Nərimanov rayonundakı

207 nömrəli məktəbin direktoru.

 

Respublika.- 2013.- 20 yanvar.- S. 4.