Müqəddəs and yerimiz

 

Yasamal rayon Mərkəzləşdirilmiş kitabxana sistemində MKS–in 5 saylı filialının direktoru İradə Hüseynovanın təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi–bədii kompozisiya keçirilmişdir.

Filialın direktoru İ.Hüseynova çıxış edərək demişdir ki, həmin gün Azərbaycanda suveren demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün sovet ordusunun hərbi hissələri Bakıya və respublikanın bir neçə rayonuna yeridilmiş, dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış və qəddarcasına qətlə yetirilmişdir.

Buna baxmayaraq, 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq günüdür. Yasamal rayon 158 və 167 saylı məktəblərin şagirdləri ədəb–bədii kompozisiya ilə çıxış etmişlər. Şagirdlərdən Aytən Abbaszadə, Aytac Abbasova, Ayişən Nərimanova, Gülnarə Qafarova, Nicat Abbasov və başqaları “Ağla, qərənfil, ağlaşeirini özünə məxsus tərzdə söyləmişlər. 2–ci qrup yanvar əlili Soltan Xəlilov, jurnalistlərdən Nəcibə İlkin, Rəhman Babaxanlı, R.Allahverdiyev və başqaları vətənpərvərlik ruhlu çıxışlar etmişlər.

Məktəb şagirdləri şəhidlərimizlə qürur duyduqlarını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirmişlər.

Sonra tədbir iştirakçıları xalqımızın and yeri olan şəhidlər Xiyabanını ziyarət etmişlər.

 

 

Rauf İlyasoğlu

 

Respublika.- 2013.- 20 yanvar.- S. 4.