Elm fədaisi

 

Hər bir xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi onun elm və təhsilinin inkişafı ilə şərtlənir. Bu mənada xalqımızın maariflənməsində, elm və təhsilin inkişafında alim və ziyalılarımızın əvəzsiz xidmətləri danılmazdır.

Fransız maarifçisi J.J.Russo demişdir: “Döyüşdə silah lazım olduğu kimi, həyatda da bilik lazımdır”.

Bilikelmi həyat amalı seçmiş, bütün şüurlu ömrünü təhsilin və elmin inkişafına, gənc nəslin təlim və tərbiyəsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına sərf etmiş ziyalılarımızdan biri də “Şöhrət” ordenli, əməkdar müəllim, fizikariyaziyyat elmləri doktoru, professor İsmət Məhəmməd oğlu Nəcəfovdur.

İsmət Nəcəfov 1933– il yanvarın 21–də Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. İlk təhsilini Qaxda almış və 1950–ci ildə Qax rayon orta məktəbini medalla bitirərək, ADU–nun (indiki BDU) fizikariyaziyyat fakültəsinə daxil olmuşdur. Yalnız əla qiymətlər alan istedadlı tələbə oxuduğu illər ərzində Stalin təqaüdünə layiq görülmüşdür.

Gənc tələbədə fizika elminə, onun nəzəri problemlərinə maraq universitet illərində yaranmışdır. Onun 1955–ci ildə yerinə yetirdiyiElektronun spin hallarının tormozlanma şüalanmasına təsiri” adlı elmi–tədqiqat işi SSRİ Ali Təhsil Nazirliyinin I mükafatına layiq görülmüşdür. 1955–ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən İsmət Nəcəfov fizikariyaziyyat fakültəsində baş laborant vəzifəsinə qəbul olunur və 1956–cı ilin yanvar ayında Moskva Dövlət Universitetinin “Nəzəri fizika” ixtisası üzrə aspiranturasına daxil olur. Dünya şöhrətli alim N.N.Boqolyubovun rəhbərlik etdiyi nəzəri fizika kafedrasında məşhur alim, professor A.A.Sokolovun rəhbərliyi altında MDU–nun gənc aspirantı İsmət Nəcəfovun elmi fəaliyyətinin etibarlı təməli qoyulur. A.A.Sokolov nəzəri fizika sahəsində görkəmli alim idi. O, Stalin, Lomonosov, SSRİ Dövlət mükafatları laureatı olmuşdur. Bir çox monoqrafiya və dərsliklərin müəllifidir. A.A.Sokolov tək onun yox, həm də Azərbaycanın bir çox görkəmli nəzəriyyəçi fiziklərinin elmi rəhbəri olmuş və Azərbaycanda nəzəri fizika sahəsinin inkişafında misilsiz xidmətlər göstərmişdir.

İ.Nəcəfov 1959–cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək, MDU–nun fizika fakültəsində “Tormozlanma şüalanması və elektronpozitron cütünün fotodoğulması proseslərində polyarizasiya effektləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Respublikaya qayıtdıqdan sonra elmipedaqoji fəaliyyətini ADU–nun nəzəri fizika kafedrasında davam etdirir. O, “Sərt fotonların iştirakı ilə yüksək enerjilərdə baş verən elektromaqnit prosesləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

İsmət müəllimin sonrakı bütün səmərəli elmipedaqoji fəaliyyəti universitetin qocaman kafedralarından biri olan nəzəri fizika kafedrası ilə sıx bağlıdır. O, 1959–63– illərdə baş müəllim, 1963– ildən indiyədək isə BDU–nun nəzəri fizika kafedrasının professorudur. 1988–ci ildən 2004– ilə qədər nəzəri fizika kafedrasına rəhbərlik etmiş, fizika fakültəsinin dekanı olmuşdur.

Bütün bu illər ərzində o, intensiv elmi–tədqiqat işləri aparmışdır. Onun elmi–tədqiqatı sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə edir. Elmi araşdırmaları yüksək enerjili zərrəciklərin–leptonların, hadronların və qamma–kvantların bir–birilə, nüvələrdə və həmçinin kristalla mühitlərdə qeyrielastiki qarşılıqlı təsirinin müxtəlif aspektlərinin nəzəri tədqiqinə, fundamental qarşılıqlı təsirlərin təbiəti, zərrəciklərin və nüvələrin strukturu haqda əlavə məlumatların alınmasına, zərrəciklərin polyarizasiyasının qarşılıqlı təsir proseslərinə verdiyi əlavələrin hərtərəfli təhlilinə həsr olunmuşdur.

Professor İsmət Nəcəfovun elmi fəaliyyəti çoxsahəlidir və nəzəri fizikanın bir çox bölmələrini əhatə edir. Onun elmi yaradıcılığında üç istiqamət mühüm yer tutur:

Təklənmiş nüvə sahəsində zərrəciklərin yaratdığı qeyrielastiki elektromaqnit effektlər; yüksək enerjili leptonların və qamma–kvantların kristall mühitdə yaratdığı qeyrielastiki proseslər; qarşı–qarşıya gələn zərrəciklər dəstələrində gedən annihilyasiya, doğulma prosesləri və standart modelin yoxlanılması.

O, yönəlmiş spinə malik elektronun və y–kvantın nüvə sahəsində yaratdığı tormozlanma şüalanması və elektronpozitron cütünün fotodoğulması proseslərini hərtərəfli nəzəri tədqiq etmişçox mühüm nəticələrə nail olmuşdur. Aldığı elmi nəticələr sonralar məşhur nəzəriyyəçi olan Daysonun və digər alimlərin–Mak Voy, Banerye, Fronsal, Üveral, Olsen və başqalarının işlərində buya digər xüsusi şəkildə təkrar və təsdiq edilmişdir.

İ.Nəcəfov nüvəyə mürəkkəb quruluşa malik bir sistem kimi baxaraq, onun elektroqmaqnit quruluşunu xarakterizə edən həm elastik form faktorlarını, həm də qeyrielastik struktur funksiyalarını nəzərə almaqla, məsələni genişləndirmiş və mühüm elmi nəticələr almışdır. O, çox fotonlu tormozlanma şüalanması və nüvə sahəsində qamma–kvantın elektronpozitron cütübir neçə fotonu yaratması proseslərini nəzəri tədqiq etmiş, bu proseslərdə ümumi bir qanunauyğunluq tapmışdır.

Çoxillik gərgin elmi tədqiqatlar nəticəsində İ.Nəcəfov elementar zərrəciklər sahəsində yeni bir elmi istiqamət yaratmış, yüksək enerjili zərrəciklərin və qamma–kvantların kristall mühitlərlə qarşılıqlı təsiri nəticəsində yaranan müxtəlif qeyrielastik elektromaqnit proseslərdə koherentqeyrikoherent effektləri araşdırmış və zərrəciklərin polyarizasiya xarakteristikalarının proseslərin yaranma ehtimallarına təsirini nəzəri olaraq tədqiq etmişdir. Bu tədqiqatların praktik nəticəsi ondan ibarətdir ki, onun kristall mühitdə tormozlanma şüalanmasının sirkulyar polyarizasiyası üçün aldığı ifadələr dünyanın 14 elmi mərkəzinin elektron sürətləndiriciləri üçün işçi düsturları olmuşdur.

İlk dəfə kristall mühitlərdə elektromaqnit leysanının kaskad nəzəriyyəsini vermiş, kristalda elektromaqnit leysanının yaranmasını təsvir edən inteqro diferensial tənlikləri yazmış və onları həll edərək, sonlu yığcam düsturlar almışdır. Bu sahədə elmi tədqiqatlarını davam etdirərək, leysan zərrəciklərinin polyarlaşmasını nəzərə alaraq, ilk dəfə kristall mühitdə polyarlaşmış leysanın kaskad nəzəriyyəsini təklif etmişdir.

Professor İsmət Nəcəfov “Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşunaaid 26–cı (1976–cı il) və 38–ci (1988–ci il) beynəlxalq konfransların Bakıda keçirilməsinin təşkilatçısı və həmsədri olmuşdur. O, 40–dan artıq beynəlxalq konfrasda məruzə ilə çıxış edərək universitetimizi və respublikamızı ləyaqətlə təmsil etmişdir.

Respublikadaxarici ölkə jurnallarında dərc olunmuş 170–dən çox elmi məqalənin müəllifidir. Onun 50 məqaləsi ABŞ–ın Stenford Universiteti və SLAK beynəlxalq elmi mərkəzinin elmi fonduna daxil edilmişdir.

Azərbaycanda nəzəri fizika məktəbinin inkişafında professor İsmət Nəcəfovun xidmətləri böyükdür. Onun bilavasitə rəhbərliyi altında iki doktorluq və səkkiz namizədlik dissertasiyası müvəffəqiyyətlə müdafiə edilmişdir.

İ.Nəcəfov Azərbaycan Respublikası Prezidenti yanında AAK–ın və D/N 054.03.07 Ümumiləşdirilmiş İxtisaslaşdırılmış Müdafiə Şurasına uzun müddət rəhbərlik etmişdir. Respublikamızda yüksək ixtisaslı kadrların hazırlanmasında onun əvəzsiz xidmətləri olmuşdur.

Elmi pedaqoji fəaliyyəti ilə yanaşı, İ.Nəcəfovun respublikamızda aliorta təhsil sisteminin təkmilləşdirilməsi və inkişafında, elmi biliklərin geniş yayılmasında rolu böyükdür. O, 1978–1988–ci illər ərzində tələbələrin, aspirantların və gənc tədqiqatçıların respublika elmi konfranslarında “Fizika” bölməsinin daimi sədri olmuş, 1994–1997–ci illərdə AR Təhsil Nazirliyinin fizika üzrə Elmimetodiki Şurasına rəhbərlik etmişdir.

Respublika aliorta təhsil ocaqları üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında xidmətləri danılmazdır. O, “Nəzəri fizika kursunun I cildini (Leviç və başqaları), “Elektrik bəhsi”ni (S.Q.Kalaşnikov), 9–11–ci siniflər üçünFizika” dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun Azərbaycan dilində “Müasir klassik elektrodinamika” adlı dərsliyi fizika ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir.

O, AR Ali Attestasiya Komitəsində fizika üzrə Ekspert Şurasının, BDU–nun Böyük Elmi Şurasının və fizika fakültəsinin elmi şurasının üzvü olmuşdur.

Fizika elminin inkişafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə İ.Nəcəfov müstəqil respublikamızın “Şöhrət” ordeninə, “Respublikanın əməkdar müəllimi” fəxri adına, Təhsil Nazirliyininuniversitetin fəxri fərmanlarına layiq görülmüşdür.

İsmət müəllim ömrünün ixtiyar çağında belə yenə də əvvəlki tək böyük enerji ilə mühazirələr oxuyur, aspirant və magistrlərə elmi rəhbərlik edir, nəzəri fizikanın müxtəlif problemlərini araşdırır, yeniyeni dərslik üzərində çalışır, gənc fiziklərə öz dəyərli məsləhətlərini verir, məhsuldar elmipedaqoji fəaliyyətini əzmlə davam etdirir.

Səkkiz onillik ömür yolunu artıq arxada qoymuş İsmət müəllimi yubiley münasibəti ilə təbrik edir, xoşbəxtlik, ailə səadəti, yeniyeni uğurlar və cansağlığı arzulayırıq.

 

 

M.Ramazanov,

BDU–nun fizika fakültəsinin

dekanı, professor.

 

M.Rəcəbov,

nəzəri fizika kafedrasının

müdir əvəzi, dosent.

 

Respublika.- 2013.- 22 yanvar.- S. 10.