İMİŞLİ: DÖVLƏT PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR

 

İmişli rayonunda aqrar–sənaye kompleksinin sürətli inkişafı, genişmiqyaslı quruculuq–abadlıq işləri, sosial proqramlar ardıcıl olaraq həyata keçirilir, insanların daha firavan yaşamasından ötrü davamlı tədbirlər görülür. Vətəndaşlar hər bir sahədə ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosialtiqtisadi siyasətin bəhrələrini görürlər. Biz bununla əlaqədar rayon icra hakimyyətinin başçısı Vilyam Hacıyevlə görüşərək sosialiqtisadi inkişaf haqqında məlumat verməsini xahis etdik. Rayon rəhbəri həyata keçirilmiş tədbirlərdən söhbət açdı:

– Azərbaycan Prezidenti İlham Əliyevin 2012–ci ilin oktyabr ayında İmişliyə səfəri zamanı ictimaiyyət ilə aparılan müzakirələr də rayonun son illər ərzində çox sürətlə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirmişdir. Bütövlükdə hər il olduğu kimi, son illərdə İmişli rayonu iqtisadiyyatının yüksək sürətlə inkişafı davam etmiş, bütün potensial qüvvələr xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.

Artıq 2013– ilin fərəhli günlərini yaşayırıq. Bu il, fikrimcə, əvvəlkilərdən daha uğurlu olmalıdır. Birinci növbədə ona görə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı tədbirləri haqqında” Dövlət Proqramının icra müddəti başa çatır. Bu mənada yeni il üzərimizə daha böyük məsuliyyət qoyur, bizi daha böyük qüvvə ilə işləməyə sövq edir.

Dövlət Proqramının necə yerinə yetirilməsindən bəhs edərkən ilk növbədə qeyd etmək istərdim ki, rayonumuzda bu tarixi sənəddən irəli gələn vəzifələrin miqyası olduqca geniş olmuşdur. Belə ki, ötən 4 il ərzində kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, yerli avtomobil yollarının əsaslı təmiri, şəhər küçələrinin təmiri, rayonun elektrik şəbəkələrinin yenidən qurulması və hava elektrik xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması, rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması əsas vəzifələr olmuşdur. Bundan əlavə, rayonda yeni poçt binalarının tikintisi, İmişli şəhərinin, kəndlərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması, torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorasiyairriqasiya tədbirlərinin həyata keçirilməsi, Araz çayının məcrasının düzləndirilməsi işlərinin davam etdirilməsi və bu kimi digər tədbirlər fəaliyyətimizin əsasını təşkil etmişdir. Həmçinin səhiyyə müəssisələrinin təmiri, yenilərinin tikintisi və avadanlıqlarla təchiz olunması, mədəniyyət ocaqlarının əsaslı təmiri, yenidən qurulması və tikintisi, idman–sağlamlıq obyektlərinin inşası, məktəblərin əsaslı təmiri, əlavə sinif otaqlarının və yeni məktəb binalarının tikilməsi sahələrində də xeyli görülmüşdür.

Respublika rəhbərliyinin müəyyən etdiyi tapşırıqları əsas fəaliyyət proqramı kimi qəbul edən rayon icra hakimiyyəti rayon əməkçilərinin qüvvəsini müəyyən olunmuş sosialiqtisadi vəzifələrin yerinə yetirlməsinə səfərbər edə bilmişdir. Təkcə ötən il iqtisadiyyatın əsas sahələri üzrə 300 milyon manatlığa yaxın məhsul istehsal edilmişya xidmət göstərilmişdir. Rayon üzrə ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövründəkinə nisbətən xeyli artmışdır.

Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkə başçısının xüsusi sərəncamı ilə aqrar sahədə əkin və becərmə işlərini həyata keçirmək üçün ayrılmış vəsaitlər kənd əməkçilərinin işə münasibətini xeyli yüksəltmiş, ruh yüksəkliyini artırmışdır. Belə ki, 12262 nəfər istehsalçısıya 33466 hektar əkin sahəsi üçün 1338,6 min manat yardım verilmişdir.

Ötən ilin məhsulu üçün 11316 hektar sahədə buğda, 4812 hektarda arpa əkilmiş, 46397 ton taxıl məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 1224 ton artıqdır. İqlim şəraitinin əlverişsiz keçməsinə, təbiətin törətdiyi fəsadlara baxmayaraq, kənd təsərrüfatının digər məhsulları gözləniləndən artıq, rayon əhalisinin daxili tələbatına uyğun olmuşdur. Fermerlər tərəfindən 1634 ton qarğıdalı, 4468 ton kartof əldə edilmişdir, minlərlə ton bostan–tərəvəz, kartof, şəkər çuğunduru, yonca bitkiləri becərilmiş, həmin sahələrdən də bol məhsul əldə olunmuşdur.

Rayonun heyvandarları da yaxşı işləmişlər, iribuynuzlu mal–qaranın sayı 88 min, davarların sayı 235 mini ötüb keçmiş, hər iki sahədə artım qeydə alınmışdır. Ət, süd, yumurtayun istehsalı sahəsində 2011–ci ilə nisbətən yüksək göstəricilər müşahidə olunmuşdur. Son illərdə tərəvəz və digər ərzaq məhsullarını emal etmək üçünAraz” şirə və konyak zavodu fəaliyyətə başlamış, İmişli konserv zavodunun bazasında “Kür” MMC–nin konserv zavodu yaradılmışdır. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etməkdən ötrü 10 hektar sahədə yeni istixanalar yaradılmışdır.

Son illərdə rayonda regional Aqroservis və Təchizat bazası öz fəaliyyətini gücləndirmiş, buraya kifayət qədər texnika verilmiş, fermerlərə xidmət xeyli yaxşılaşdırılmışdır. Filial tərəfindən fermerlərə 100 min manatlıqdan artıq texniki xidmət göstərilmişdir. Bazanın tərkibində 6 mexanikləşdirilmiş dəstə təşkil olunmuşdur. “Aqroservisin rayon filialı kəndli–fermer təsərrüfatlarına xidməti gücləndirmiş, torpaq mülkiyyətçilərinə 584 ton azot, 60 ton nitroamo ka gübrəsi, 13,6 min litr amin duzu güzəştli qiymətlərlə satılmışdır.

Əkinlərin məhsuldarlığını artırmaq məqsədilə suvarma sistemlərinin sahmana salınmasına diqqət artırılmışdır. Dövlət Proqramına uyğun Bəhramtəpə hidroqovşağında bərpa işləri davam etdirilmiş, suvarma kanallarında 1250 kubmetr lildən təmizləmə işləri gorülmüşdür. Baş MilMuğan Kollektorunun rayon ərazisindən keçən hissəsində tikinti–quraşdırma işləri aparılmış, həmin ərazidə şor su kanalları təmizlənmişdir. Muradxanlı və Ağaməmmədli kəndləri ərazisindəki suvarmadrenaj kanallarında təmir–bərpa işləri aparılmışdır. KürAraz çaylarında sahilbərkitmə, torpaqbərkitmə və qayakəsmə işləri görülmüş, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Araz çayı boyunca İmişli şəhərində, Qaralar, Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndləri ərazisisində 20,1 kilometrlik bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi tədbirləri həyata keçirilmişdir.

Yola saldığımız 2012–ci ildə sənaye məhsullarının həcmi xeyli artmış, 100 milyon manata yaxınlaşmış, rayon iqtisadiyyatında onun xüsusi çəkisi 36,6 faizə çatmışdır. Gün ərzində 5 min ton şəkər çuğunduru qəbul edərək 1000 ton şəkər tozu istehsal etmək gücündə olan Şəkər zavodu 90 milyon manatlıqdan çox məhsul istehsal etmişdir. Rayonda bitki yağları,qarışıq yem zavodları tikilmişdir, spirt emalı zavodu məhsul istehsalına başlamışdır. Ümumiyyətlə, rayon sənayesinin 90 faizi emal sənayesi müəssisələrinin payına düşür. Məhsulların 95 faizi özəl bölmədə istehsal olunur. Ərazimizdə yeni qum–çınqıl karxanaları yaradılmış, asfalt, doğranmış çınqıl, neft, müxtəlif növ şirələr istehsalı artmışdır. Hazırda tikinti–quraşdırma obyektlərinin yerli materiallara olan tələbatı tamamilə ödənilir. Muradxanlı Neft Mədəni üzrə gün ərzində orta hesabla 71 ton neft istehsal edilmişdir. 16 quyuda əsaslı, 26 quyuda cari təmir işləri aparılmışdır. Nəzərdə tutulduğundan xeyli artıq təbii qaz alınaraq rayonun daxili tələbatına sərf edilmişdir.

Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz damazlıq–quşçuluq” MMC–nin yeni sexləri, Bəhramtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Xəlfəli kəndində yeni asfalt zavodu tikilib istifadəyə verilmişdir. Sutka ərzində 200 ton kəllə qənd istehsal edən zavodun da inşası başa çatdırılmışdır.

Ötən il 325 məcburi köçkün ailəsi üçün hər cür infrastruktura malik qəsəbə salınmış, həmin qəsəbədə 360 yerlik məktəb binası istifadəyə verilmişdir. Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır, Bəhramtəpə qəsəbəsində 550 məcburi köçkün ailəsi üçün evlərin inşası nəzərdə tutulmuş, bu məqsədlə 100 hektar torpaq sahəsi ayrılmışdır.

Hazırda İmişli şəhəri və ətraf yaşayış məntəqələri əsl tikinti meydanlarını xatırladır. Şəhərdaxili yollara asfaltbeton örtük qoyulmuş, qum–çınqıl döşənmiş, səki və meydançalara üzlük plitələr düzülmüşdür. Heydər Əliyev Mərkəzi, musiqili fəvvarə, şahmat məktəbi inşa olunmuşdur. Şəhərin 14 küçəsində yaşayış binaları, ticarət obyektləri, digər istehsal və xidmət obyektləri öz simasını tamamilə dəyişmişdir. Təbii qazelektrik xətləri yeniləşdirilmişdir. Dəmir yolu vağzalı ərazisində Bayraq meydanı yaradılmışdır. Heydər Əliyev parkında və Nizami adına parkda xeyli yenidənqurma və abadlıq işləri görülmüş, fəvvarələr quraşdırılmış, tikililər aqlayla üzlənmişdir.

Hacıqabul–Bəhramtəpə–Mincivan, Ağsu–Kürdəmir–Bəhramtəpə avtomobil yollarında, İmişli şəhərinin yollarında, Araz çayı üzərindəki körpüdə təmir aparılmış, yol çiyinləri bərkidilərək yeni yol nişanları qoyulmuşdur. Yol kənarlarına 33,8 min ağac əkilmişdir. Rayondaxili yollarda da xeyli təmir–bərpa işləri aparılmışdır. Kanalizasiya xətlərinin təmiri və bərpası, yeni xətlərin çəkilməsi uğurla davam etdirilir.

Yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə xeyli tədbir görülmüş, rayonun yaşayış məntəqələrində 4 min metr məsafəyə SİP kabeli, 2 min naqillər çəkilmiş, 19 min elektron sayğaclar, 100–ə yaxın yeni transformator quraşdırılmış, yararsız dayaqlar, köhnəlmiş naqillər dəyişdirilmişdir. Kəndlərdəki yarımstansiyalarda elektrik enerjisi ilə fasiləsiz təminatdan ötrü xeyli görülmüşdür. Bir sıra sənaye obyektləri, şəhərin ucqar küçələri qazlaşdırılmışdır. Bəhramtəpə qəsəbəsini,Yalavac, Rəsullu, Məhəmmədli, Cəfərli, Ağammədli, Oruclu kəndlərini mavi yanacaqla təmin etmək üçün polietilen boru kəmərləri çəkilmişdir. Şəhərin içməli sukanalizasiya sistemi, oradakı avadanlıqlar əsaslı təmir edilmişdir. Hazırda su təchizatını tam təmin etmək məqsədilə artezian quyuları qazılır, xətlər çəkilir.

Bu işlərin görülməsində özəl bölmə aparıcı rol oynayır ki, bu da sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılmasının nəticəsidir. Hazırda rayon üzrə məhsul istehsalının və xidmətlərin 92 faizindən çoxu özəl bölmənin payına düşür. Bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzində durmuşbunun üçün hər cür şərait yaradılmışdır. Onlarca kiçik sahibkarlıq obyekti tikilmiş, mebel, qapı–pəncərə sexləri, ticarət və xidmət obyekti fəaliyyətə başlamışdır. Bu obyektlərdə yüzlərcə yeni yeri açılmışdır. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək məqsədilə fizikihüquqi şəxslərə banklar tərəfindən 22,4 milyon manat məbləğində kreditlər verilmiş, həmçinin Sahibkalığa Kömək Milli Fondunun vəsaiti hesabına 330 sahibkar 982 min manat kredit almışdır. Bu hesaba xeyli sakinin məşğulluğu təmin olunmuşdur. Rayon üzrə 1200 yeri açılmış, bu da o deməkdir ki, yerlərinin yaradılması əvvəlki ildəkinə nisbətən 47,6 faiz artmışdır.

Regional inkişafa dair regional Dövlət Poqramı, həmçinin bu yaxınlarda qəbul olunmuş Dövlət büdcəsi əsasən sosialyönümlüdür. Son vaxtlar əmək haqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilmişdir. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin əsas fəaliyyət sahəsidir, görülən bütün işlərin nəticəsi bu sahədə özünü göstərir. Bu mənada rayonun xidmət müəssisələri öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilmişlər.

Əhalinin sosial müdafiəsi həmişə olduğu kimi, yenə də prioritet məsələdir. Pensiyaçılara, sosial müavinət alan vətəndaşlara, ünvanlı sosial yardım alan ailələrə nümunəvi xidmət göstərilir. Pensiyaçıların və sosial yardım alanların hamısı onlara çatası haqları plastik kartlar vasitəsilə bankomatlardan alırlar.

Təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə mühüm tədbirlər görülür. Hazırda 63 ümumtəhsil məktəbində 20 minə qədər şagird təhsil alır, onların təlim–tərbiyəsi ilə 1000 nəfərdən çox müəllim məşğul olur. Ötən il 220 yerlik Çaxırlı, 180 yerlik Ağaməmmədli, 360 yerlik Bəcirəvan, 220 yerlik Qaragüvəndikli kənd tam orta məktəblərinin, Xoşçobanlı kəndində iki yeni tədris korpusunun, şahmat məktəbinin tikintisi, İmişli şəhər 4 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılmışdır. Hacıbabalı kənd orta məktəbi üçün yeni binanın tikintisinə başlanılmış, Ağamalılar kənd orta məktəbi təmir edilmişdir. Məktəblərin texniki təchizatına diqqət artırılmış, ümumtəhsil ocaqlarına kifayət qədər şagird partası, stolstul, kompyuter avadanqlıqları, digər müasir tədris vasitələri verilmişdir.

Səhiyyə sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında cəlbedici cəhətlər çoxdur. Yoluxucu xəstəliklərə qarşı mübarizə üçün xüsusi həkim briqadaları yaradılmış, ana və uşaqların mühafizəsinə diqqət xeyli artırılmış, tibb müəssisələrində təmir–bərpa işləri görülmüşdür. Rayonda dəyəri 1 milyon ABŞ dolları olan bioloji təhlükəsizlik laboratoriyası tikilmişdir. Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri görülmüş, 136 çarpayılıq xəstəxana hər cür müasir tibbi cihazlarla, avadanlıqla təchiz olunmuşdur. Mədəniyyət və turizm sahəsində görülən tədbirlərin miqyası da getdikcə genişləndirilir. 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 67 kitabxana, 27 klub müəssisəsi, 3 muzey, 3 mədəniyyət və istirahət parkı, şəkil qalereyası sakinlərə nümunəvi xidmət göstərir.

Rayon tarix–diyarşünaslıq muzeyində, mərkəzi kitabxanada əsaslı təmir işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir. Azərbaycanlıların soyqırımı və 20 Yanvar şəhidlərinin abidə komplekslərində 580 min manatlıq abadlıq işləri görülmüşdür. Gənclərin hərbi–vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının təşkili, onların idmana cəlb edilməsi sahəsində ardıcıl və məqsədyönlü aparılır.

İmişlinin əməksevər insanları ölkə başçısının irəli sürdüyü vəzifələrin mahiyyətini gözəl anlayır, yaxşı başa düşürlər ki, görülmüş işlərlə əsla kifayətlənmək olmaz. Regional Dövlət Proqramının tam həyata keçirilməsi müstəqil ölkəmizin çiçəklənməsi yolunda onların fəaliyyətində əsas məsələdir. Qazanılmış nailiyyətlərlə kifayətlənmək, ümumi inkişafdan geri qalmaq İmişlidə yaşayıb–yaradan insanların xarakterinə yaddır. Ona görə də burada həmişə olduğu kimi, qarşıdakı illərdə də bütün qüvvələr sosial və mədəni quruculuq tədbirlərinin intensivləşdirilməsinə yönəldilir.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 22 yanvar.- S. 8.