Erməni
faşizminin cinayətkar siyasəti
Araşdırma
materiallarına görə, Vyanada (Avstriya) fəaliyyət
göstərən “Erməniləri öyrənən strateji mərkəz”in
direktor müavini, əslən Sumqayıt ermənisi olan
E.D.Manukyan 2012–ci il oktyabrın 3–də Dünya Erməni Diaspor
rəhbərlərinə ünvanladığı
çağırışda bildirirdi ki, nəyin bahasına
olursa olsun, dünya arxivlərindən, ən məxvi
qovluqlardan erməniləri, xalqımızı cinayətkar
kimi tanıdan materiallardan, fakt və sənədlərdən
təmizləmək vaxtıdır. Yeni yüzil bunu bizdən
tələb edir. Yoxsa, gələcək nəsillər bu
“uydurmalara” inana bilər…
Məlumata görə, artıq dünya kitabxana və arxivlərinin rəhbərləri ermənilərin xəyanətkar hərəkətlərini etiraf edir, çıxış yolu axtarırlar. Məsələn, araşdırma materiallarına görə, Sovet İttifaqının xarici kəşfiyyatına rəhbərlik edən general–leytenant Vadim Alekseyeviç Kirpiçenkonun şəxsi arxivində qoruyub saxladığı bir neçə qovluğu yoxa çıxıb.
Kirpiçenko Dövlət Təhiükəsizlik Komitəsinin sədri, Siyasi Büro üzvü ordu generalı Vladimir Aleksandroviç Kryuçkova ünvanladığı məktubda qeyd edirdi: “…Mənim yanıma əslən Livandan olan erməni mənşəli Emel Orduyan adlı birisi gəldi. Biz onunla Heratda tanış olmuşduq. (Xatırladım ki, general Kirpiçenko həmin vaxt Moskvanın Kabildəki daimi nümayəndəliyinin rəhbəri idi). O, verdiyi məlumatda iddia edirdi ki, özlərini Erməni Milli Azadlıq Ordusu hesab edən “Asala” erməni terrorçularının silahlı birləşmələri Azərbaycana hücuma hazırlaşırlar. Bu terror dəstəsinin böyük bir qrupu artıq Livanın Bəqa vadisində özlərinin döyüş taktikalarını sınaqdan çıxarırlar…” On bir gündən sonra kəşfiyyat generalı ikinci məktubu göndərir və qeyd edir: “…Birinci məktuba əlavə olaraq bildirirəm ki, “Asala” erməni ordusunun (“terrorçu” ifadəsi çıxarılıb–R.N.) Azərbaycana müxtəlif istiqamətlərdə hücumlarına hansı səbəbdənsə Moskva dəstək verib. Kreml Azərbaycana dərs vermək üçün “Asala”nın hərbi sursatla təminatını boynuna götürüb.” Rus generalı bunu da iddia edirdi ki, erməni diasporunun yaratdığı “Asala” silahlı birləşməsinin tərkibində “Erməni Milli Assambleyası”nın üzvləri də var. Bu dəstəyə ABŞ–da həbsdə olan Murad Topolyanın başçılıq etməsi də maraq doğurmaya bilməz. Məlumata görə, “Asala”nın köməyi ilə Bakıya girəcək bu silahlı dəstə ilkin hərbi hazırlıqlarını Massaçusets ştatındakı ABŞ “Hayastan” hərbi–təlim düşərgəsində keçib.
Araşdırma materiallarına görə, “Erməni Milli Assambleyası” silahlı erməni dəstəsi ABŞ Dövlət Departamentinin rəsmi sənədlərində “terrorçu dəstəsi” kimi qeyd olunur. Murad Topolyana gəlincə o, hansı səbəblərə görə Bakıda vuruşmaq üçün (?) Bedford həbsxanasından azad olunaraq “Asala”nın sıralarında görünür. İndiyə qədər bu sualın cavabını heç kəs verə bilmir. Azərbaycana qarşı hazırlanmış qətliam planında hər şey diqqətlə ölçülüb–biçilmişdi. Bu qətliamda hansı təbəqədən nə qədər adam öləcək, o da məlum idi. “Erməni Milli Assambleyası” Bakıya hücum zamanı respublikanın Daxili İşlər Nazirliyinə, MK–nın binasına basqın edib dağıtmalı, tank atəşləri ilə oraları yerlə–yeksan etməli idilər.
Rus kəşfiyyatının ən bacarıqlı simalarından sayılan V.A.Kirpiçenkonun məktubları baş verə biləcək çox ciddi hadisələrdən xəbər verirdi. Onun “ərəb dostu” Emel Orduyanın məlumatları başqa istiqamətlərdən daxil olan kəşfiyyat məlumatlarında (Ata Buş–red.) da təsdiqini tapırdı. General Kirpiçenkonun məktubları buna baxmayaraq, hələ də cavabsız qalmışdı. Sadəcə məktubların qəbulu ilə bağlı cavablar verilirdi.
Başqa bir məlumatda bildirilir ki, həmin vaxt ABŞ–ın yeni seçilən prezidenti Corc Herbert Uolker Buş idi. Prezidentlikdən əvvəl o, ABŞ–ın MKİ–nin direktoru olmuşdu. Buş Moskvadakı rezidenturasında çalışan polkovnik Hell Harvini Bakıya tələsdirirdi. Görünür Ağ Ev də “Asala”nın terror planları haqqında geniş və hərtərəfli məlumatlara malik idi. Üçüncü məktubda isə general V.A.Kirpiçenko artıq “Asala”nın Azərbaycanda törədə biləcəyi qanlı cinayətin vaxt və zamanından danışırdı. “…Məktublarıma əlavə olaraq bildirirəm; “Asala” erməni ordusu Azərbaycan sərhədlərini 1990–cı il yanvarın 19–dan 20–nə keçən gecə saat 00:15–də pozacaq. Onlar artıq kiçik dəstələr şəklində Livandan, Suriyadan, İraqdan, Bəhreyndən, Sudandan, CAR–dan, Fransadan, İngiltərədən, Bolqarıstandan… Moskvaya, Leninqrada, Rostova, Stavropola… uçurlar… Onlar Sovet Qoşunlarının kontingentində hissələrə bölünüblər. Verilən materialları araşdırmanızı xahiş edirəm”.
Qərarın icrası isə uzun müddət Moskvanın Təhlükəsizlik orqanlarında çalışan, Azərbaycana qarşı həmişə qərəzli mövqedə dayanan, ehtiyata buraxılmış kəşfiyyat generalı M.S.Ovanesyana tapşırıldı. Azərbaycanda isə hamı hakimiyyətə yiyələnmək hərisliyində idi. Bütün bunlar bəziləri üçün gözlənilməz olsa da, bu, fakt olaraq qalır. (Məlumata görə, “Asala” 1993–cü ilin iyununda “Sadval” separatçı ləzgi təşkilatı ilə birlikdə RF–in Ədliyyə Nazirliyində “Azad, Demokratik bir təşkilat kimi” qeydə alınıb). “Asala” erməni silahlı ordu birləşmələri Azərbaycan torpaqlarında özlərinin yaranma tarixinin on beş illiyini qanlı cinayətlərilə qeyd etdilər.
Dünyada bir sıra cinayətlərin iştirakçısı olan “Asala”nın 15 illiyini 20 yanvar 1990–cı ildə Azərbaycan, Türkiyə və İran ərazilərində məskunlaşan ermənilər də qeyd ediblər. Azərbaycan ərazisində tarixin ən amansız və qanlı səhifələrindən birini yazan, silahsız insanlara basqın edib, onları məhv edən… “Asala”ya Bakıda yaşayan ermənilərin bir qismi həmin gecə “xilaskar ordu” kimi baxırdılar. Məlumata görə, həmin gecə ermənilər üçün Bakıdakı Erməni Kilsəsi (bugünkü fəvvarələr meydanı ərazisi) ən güclü istehkamlardan birinə çevrilmişdi. Maraqlısı bu idi ki, kilsədəki telefon “qovşağı”ndan sərbəst şəkildə Eçmiədzin, Yerevan, Moskva, Paris, Təl–Əviv, Vaşinqton, London, Tehran, Ankara ilə nəhayət, bədnam 366–cı alayla danışmaq mümkün idi. Sadəcə çəhrayı rəngli telefonun dəstəyini qaldırmaq kifayət idi. Həmin vaxt ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu qan içində boğulan, tənha və kimsəsiz qalan Azərbaycanı “… ipə–sapa yatmayan” şotlantlara bənzədirdi. Araşdırma materiallarına görə, “Asala” erməni silahlı ordu birləşmələri öz qanlı aksiyalarını “Qurgen Yanikyan”, “Üç oktyabr təşkilatı”, “9 iyun təşkilatı”, “September Frans”, “Orli təşkilatı”, “Dro” adları ilə icra edir. Məlumata görə ötən əsrin 90–cı illərinədək “Asala” öz kadrlarını, silahlı terror birləşmələrini Beyrutdakı Fələstin Azadlıq Təşkilatının, Səudiyyə Ərəbistanının, Bəhreynin, Fransanın, ABŞ–ın bir sıra Şərqi Avropa ərazilərindəki hərbi hazırlıq bazalarında, təlim düşərgələrində hazırlayırdılar. “Tayms” jurnalı hələ 1983–cü ilin mart sayında buna işarə edərək yazırdı: “…Son on illərdə Türkiyənin ayrı–ayrı ölkələrdə çalışan 36 diplomatı (dördü ABŞ ərazisində) “Asala” erməni ordusunun əsgərləri tərəfindən öldürülüb”.
Məlumata görə, “Asala” Bakıda törətdikləri qırğınlardan iki gün sonra, yəni yanvarın 22–də (1990–cı il) “Hayastan” jurnalının (16 dildə) nəşrinə başladı. ABŞ–dakı erməni diasporu “Erməni Xalq Hərəkatı” adlı yeni bir təşkilatın nizamnaməsini yaydı. Nizamnaməni təhlil edən erməni terror birləşmələrinin Bakı bürosunun lideri, uzun müddət sərhəd qoşunlarında çalışan kəşfiyyat mayoru M.Q.Gevorkov iddia edir ki, biz “Asala”nın ildönümünü Bakıda təntənə ilə (?) qeyd etdik.
Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən qanlı Bakı hadisələrini araşdırarkən göstərir ki, ermənilər hücumdan öncə Azərbaycanla bağlı çox güclü və hərtərəfli təhlil olunmuş, dəqiq və təkzib olunmayan strateji kəşfıyyat məlumatlarına malik olublar. Polkovnik haqlı olaraq belə bir sualı ortaya qoyur: kim idi bütün bunların arxasında dayanan? Təəssüflər olsun ki, Azərbaycan tərəfi bütün bu məsələlərin kökünə getməkdə, dünyaya, bəşəriyyətə hər şeyi olduğu kimi göstərməkdə nədənsə acizlik göstərir. “Asala” silahlı erməni ordusunun Bakıya soxularaq dinc insanları qırması dünyada yeni səlib yürüşünün başlanğıcına bənzəyir. Mən buna təəssüf edirəm.
Polkovnik belə bir qənaətə də gəlir ki, Bakı qırğınlarını törədən “Asala”nın tərkibində ABŞ–ın Florida ştatında geniş hərbi düşərgələrə malik, bilavasitə erməni narko baronlarının yaratdıqları “Bubi” terror təşkilatının üzvləri də var idi. (Qeyd: “Bubi” beynəlxalq narko–ticarət qrupu işğal olunmuş ərazilərimizdə–Dağlıq Qarabağ torpaqlarında narko plantasiya sahibidirlər).
Məlumata görə 1990–cı il yanvarın 20–də… Heydər Əliyevin çekist dostları… general V.A.Şebarşinin və V.A.Kirpiçenkonun təkidilə yaradılmış “Anti–terror” qrupunun üzvləri Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyindən 12 kiloqram partlayıcı maddə götürərək ətraf binalarda qərar tutan 16 nəfər erməni terrorçusunu həbs etmişlər. Məhz bundan sonra Heydər Əliyevin sərbəst çıxışına təminat verildi… Bu “ermənilərin qanlı cinayətlərini ifşa edən ən güclü siyasi–hüquqi sənəd idi. Məlumata görə həmin gün D.S.Mirzoyan (hərbi kəşfiyyat mayoru), L.M.Bazuyan (istefada olan hərbçi), Q.M.Emilyan (tarixçi), F.M.Qalustyan (“Asala”), E.D.Melikyants (“Dro”), M.D.Şanx (Cənubi Afrika vətəndaşı), R.B.Sarkisyan (Yerevanda yaradılmış “Krunk” təşkilatı), H.S.Samvel (bərpa olunmuş “Erməni Bürosu”nun üzvü) və başqa erməni terrorçuları da həbs olundular.
1990–cı il iyulun 14–də Bakı qırğınlarından sonra Vaşinqtonda fəaliyyətə başlayan “Demokratik (Xalq) Cəbhə” ermənilərin yaratdıqları “Hay–Dad”la birgə iş proqramını, “böyük Ermənistan” ideyasını birgə həyata keçirmələri haqqında Memorandum imzaladılar. Fransada formalaşan “Orli qrupu” isə türk və azərbaycanlı gənclərə, onların təşkilatlarına qarşı açıq, yeni mübarizəyə hazırlaşdıqlarını elan etdilər. Məlumata görə, bu qrup “Asala” erməni ordusunun bir qanadını təşkil edir və bu qrup ilkin olaraq, Xankəndi, Sumqayıt və Bakı ərazilərində yaşayan erməni gənclərindən təşkil olunan, “Yeni erməni Bürosu” adı ilə Bakıdan təqribən 25 kilometr aralı olan “Nasosnı” deyilən təlim düşərgəsində 2 aya yaxın–1989–cu ilin sentyabr–oktyabr aylarında Bakının, Gəncənin və Naxçıvanın strateji xəritələrini, öyrəniblər. Araşdırma materiallarına görə, 1990–cı il yanvarın 24–də “Nasosnı” təlim düşərgəsindən qalxan 09–2001 3r işarəli təyyarə Gürcüstan istiqamətinə start götürdü. Bununla bağlı Gürcüstan hərbi kəşfiyyatının polkovniki S.N.Qabriadze yerli telekanala bu faktla bağlı açıqlamasını verdi. Məlumata görə, 1990–cı il yanvarın 28–də Dəməşqdə ingilis dilində nəşr olunan “Suriya vaxtı” qəzeti ikinci səhifəsində “Qafqazda baş verən hadisələrin icmalı” yazısında “Asala” erməni silahlı birləşmələrinin Bakıda törətdikləri qanlı cinayətlərə haqq qazandıraraq yazır: “…Sovet İttifaqında vaxt dayandığından… o, dağıldı. Yaxşı tanıdığınız ermənilər qədər bu diyarda əzab çəkən, öldürülən və günahsız yerə həbs olunan millət yoxdur. 1990–cı il yanvarın 20–də ermənilərin “Xilas dəstələri” (Şübhəsiz, bu, “Asala” erməni ordusuna işarə idi) erməni bacı və qardaşlarını ölümdən xilas etmək üçün Bakıya ayaq basdılar. Yüzlərlə erməni ailəsi xilas olundu (?)…” Yerli radionun müxbiri Cubran İsmayılın qələmə aldığı bu yazı fransız və ərəb dillərinə də tərcümə olunub yayıldı. Başqa bir məlumatda isə bildirilir ki, bu yazı, eləcə də bu yazıya bənzər bir neçə yazı “Ermənilər üçün qırmızı xətt” kitabçası adı altında Strasburqda satışa çıxarıldı.
Araşdırma materiallarına görə, 1990–cı il fevralın 19–da Kabildən (Əfqanıstan) Moskvaya qayıdan general–leytenant, məşhur kəşfiyyatçı V.A.Kirpiçenko onun göndərdiyi məktub və teleqramları cavabsız qoyan Siyasi Büronun üzvü, Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı V.A.Kryuçkovla görüşür. Bu vaxt generalın işlədiyi Birinci Baş İdarəyə Heydər Əliyevin silahdaşı general Leonid Vladimiroviç Şebarşin başçılıq edirdi. Kəşfiyyat generalı 1990–cı il fevralın 26–da Siyasi Büroya “Xüsusi Arayış” hazırlayır. Məlumata görə, general Siyasi Bürodan aydınlaşdırmağa çalışırdı ki, nə üçün Əfqanıstanda əslən Livandan olan “Sarvar” adlı agentindən əldə etdiyi məlumatlar işlənməmiş qalıb. General soruşurdu: “Siyasi Büro millətləri və xalqları parçalayan, insanları məhv edən, ölkə ərazisində qeyri–qanuni fəaliyyət göstərən “Asala” separatçı erməni ordusu ilə bağlı hansı tədbirləri işləyib?” Daha sonra general sorğularının birində qeyd edirdi: “1990–cı il yanvarın 20–də Azərbaycan xalqına edilən silahlı erməni basqınlarının təskilatçılarına Kremldə dəstək verənlər kimlərdir?”
Məlumata görə, general rəhmətə gedənədək hadisələrə biganə qalan V.A.Kryuçkovla görüşməkdən imtina edib. Faktiki olaraq general V.A.Kryuçkov yəqin etmişdi ki, Moskva, Leninqrad, Stavropol, Rostov əraziləri erməni emissarları ilə doludur. Yoxlama materiallarına görə təkcə Rostov ərazisinə Afrika ölkələrindən 1989–cu ilin sentyabr ayında 407 nəfər erməni gəlmişdi. Bu ermənilər tədricən İttifaq ərazisindəki erməni silahlı qruplaşmalarında görünürdülər. Maraqlı məqamlardan biri bu idi ki, 1989–cu il noyabrın 20–dən xarici ölkələrdən gələn ermənilər Bakıda məskunlaşaraq “Asala” silahlı erməni ordusunun yolunu gözləyirdilər.
Araşdırma materiallarına görə, 1990–cı il yanvarın 20–də ümumən respublika ərazisindəki doğum evlərində 460 nəfər hamilə qadın atılan güllələrdən, tökülən qanlardan, günahsız qırğınlardan və qəfıl məlumatlardan stress vəziyyətinə düşüb. Bu vəziyyətə düşən hamilə qadınların böyük bir qismi (bəzi məlumatlara görə, onların sayı 270 nəfər olub) doğum zamanı öz övladlarını itirib. Məlumata görə 35 hamilə qadın vəfat edib. Doğulan uşaqların böyük bir qismi isə şəkər, qan təzyiqi, ürək–damar və baş beyin xəstəliklərindən bu gün də əziyyət çəkir.
Araşdırma materiallarına görə “Asala” erməni ordusunun Bakıya basqını haqqında ən ciddi və məxfi materialları RF MN–nin Baş Kəşfiyyat İdarəsində üstündə “Məxfidir: 45 dərəcə bucaq altında” sözləri yazılmış qovluqda saxlanılır. Kəşfiyyat polkovniki Boris Qriqoryeviç Bondarenkonun iddiasına görə o vaxt Moskvada yaşayan, şəxsən M.S.Qorbaçov və onun erməni general dostları tərəfindən sıxışdırılan Heydər Əliyevin gözlənilməz, amma düşünülmüş və qəti addımı “Asala”nın yarımçıq qalmış planlarını alt–üst etdi.
Azərbaycan istiqamətində hazırlanmış plana əsasən Bakıda, Naxçıvanda, Gəncədə və Lənkəranda bir–birinin ardınca fərdi qaydalarda güclü terror aktları həyata keçirilməli idi. Bu terror aktlarını isə “Asala”nın tam hərbiləşdirilmiş qanadı olan “Qnçak” qanadında fəaliyyət dairələrini genişləndirən və Azərbaycanın təhlükəsizlik orqanlarına soxularaq hökumət və dövlətdən xəbərsiz “Vətənpərvər Erməni cəmiyyəti” yaradan məlumatlı şəxslər icra etməli idilər.
Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin qapıları açılanda, nümayəndəlikdən matəm bayraqları asılanda hər şey dəyişdi. Heydər Əliyevin cəsarətli çıxışı dünyanı silkələdi. O vaxt Moskvanı, şəxsən ölkəyə başçılıq edən Qorbaçovun önündə onu ittiham etmək, onu cinayətkar və cani adlandırmaq asan məsələ deyildi. Ruslar bir qayda olaraq xarici mətbuat səhifələrində, beynəlxalq telekanallarda iddia edirdilər ki, azərbaycanlılar bu qətliamlarda rusları günahkar bilməsinlər. Rusiyanı və rusları cinayətə sürükləyən, onun imicinə öldürücü zərbələr vuran M.Qorbaçovu ittiham edirdilər.
Sual olunur: hansı səbəbə görə Qorbaçovlar ailəsi (M.Qorbaçov və R.Maksimovna)1985 və 1989–cu illərdə “Asala” erməni silahlı terror birləşməsinin Beyrutdakı təlim düşərgəsi üçün bir milyon dollar yardım ayırmışdılar? Məlumata görə, general V.A.Kirpiçenko bütün bunları araşdırarkən Siyasi Büroya və Təhlükəsizlik Şurasına sorğu ünvanlasa da cavabsız qalmışdı.
Rus yazıçısı T.M.Serafımov həmin vaxt maraqlı bir fikrə toxunmuşdu. O, qeyd edirdi: “…Heydər Əliyev Moskvadan Azərbaycan üçün heç kəsin gözləmədiyi “Azadlıq zəngini” çaldı. Bu zəng bütün dünyanı başına götürdü. Bu Azərbaycanı öz övladı kimi sevən Heydər Əliyevin böyüklüyü idi…” Azərbaycanı qan dənizində boğmağa hazırlaşan “Asala” beynəlxalq erməni terrorçularının 2–ci cəbhəsi bağlı qaldı.
Bəzi mənbələrdə qeyd olunur ki, Bakıda törədilən qırğınlara SSRİ Müdafiə naziri D.Yazov başçılıq edirdi. Məlumata görə, 1990–cı il yanvarın 28–də Bağdadda ermənilərin hakim olduqları, lakin 1979–cu ildən ölkədən kənar çap olunan “Yeni fikir” qəzeti yazırdı: “…Bağdadda keçirilən “Erməni diaspor rəhbərlərinin konfransı” başa çatdı. Konfransda Yaxın Şərq regionlarında tanınan, erməni xalqının məşhur generalları M.O.Şagiyan, D.T.Simon (Simonyan) da iştirak edirdilər. Onlar Bakıda erməni millətinə qarşı amansız mövqe tutan azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirak edib…” Fransada nəşr olunan “Vi” (“Həyat”) qəzeti isə 1990–cı il fevralın 2–də xəbər yaydı ki, 1990–cı il 20 yanvar qırğınlarında üç erməni generalı öldürülüb. Mən hələ də qarşımda açıq qalan suallara cavab tapa bilmirəm. Amma fakt bu idi ki, “…baş verən Bakı qırğınlarında iki yüksək rütbəli erməni iştirak edib…”
Araşdırma materiallarına görə Beynəlxalq Erməni Diaspor təşkilatları hələ də “Asala” erməni silahlı qoşun birləşməsini, “Azadlıq mücahidləri” kimi qələmə verir. Bakıda törətdikləri qırğınları inkar itmək kampaniyası keçirməklə məşğuldurlar.
Məlumata görə, “Asala”nın
yaradılmasında erməni ziyalıları böyük rol
oynayıb. Yeni erməni ziyalılarından olan Erik Sedikcanyan,
Mavli Markaryan, Simens Xurşidyan, Akop Akopyan, həmçinin
Miqran Miqrayan və Arutyun Takoşyandır. Bu adamlar vaxtilə Ermənistan
universitetlərində təhsil alıblar, “Eçmiədzin”in
“Birinci Salonu”ndan keçiblər. Məlumata görə
“Birinci Salon”un “ağır məktəbini” bitirən ermənilər
üçün hər yerdə yaşıl işıq
yanır. Kimin ölkə başçısı, baş nazir
seçilməsi və yaxud təyin olunması “Birinci Salon”da
yekunlaşır.
“Asala” erməni
silahlı qoşun birləşməsinin “Eçmiədzin”lə
bağlılığına gəlincə, bu, ciddi məsələ
kimi həmişə diqqətdə qalır. Məsələn
bu gün Eçmiədzində və onun digər
yaşayış məntəqələrində 255 nəfər
(xüsusi xidmət orqanlarından könüllü
çıxaraq) təhlükəsizlik zabiti
çalışır. Məlumata görə “Eçmiədzində”
Ermənistanda və işğal olunmuş Azərbaycan
torpaqlarında işləmək üçün hər il 20
nəfər kəşfiyyat zabiti buraxılır.
“Asala” –
“Eçmiədzin” əlaqələrinə gəlincə, bu məsələ
də Azərbaycanda, eləcə də dünyada az tədqiq
olunan məsələdir. Məsələn, 1990–cı il 20
Yanvar təcavüzündən sonra Bakıda, eləcə də
Azərbaycanın digər yaşayış məntəqələrində
azərbaycanlıları məhv edən, onları güllələyən
21 nəfər “Asala” üzvünə “Eçmiədzin”in
xüsusi mükafatları, üstündə qızıl
xaç olan “Vətən Ordeni” (?) verilmişdi.
Araşdırma
materiallarına görə, 1990–cı il 20 Yanvar
qırğınlarından bir gün sonra Bakıda yaşayan
erməni qadınlarından 12 nəfərinin Azərbaycan
xalqına müraciətləri dərc olundu. Müraciəti
imzalayan erməni qadınları Azərbaycan xalqına
başsağlığı verir, bütün bu hadisələrdə
erməni xalqını günahlandırmamağa
çağırırdılar. Erməni qadınları
öz müraciətlərində erməni terror təşkilatlarını,
“böyük Ermənistan” arzusu ilə millətləri,
xalqları qarşı–qarşıya qoyan, erməni millətinə
nifrət hissini alovlandıran diaspor təşkilatlarını
lənətləyirdilər. Amma bütün bu
görüntülər baş verən qanlı hadisələrdən
sonra idi. Yəni heç kəsə, heç tarixin
özünə də lazım olmayan bir müraciət idi.
Məlumata
görə Bakıya “dərs vermək” üçün gələn
“Asala” erməni qoşun birləşməsinin tərkibində
“Qarabağın Müdafiə Ordusu”nun silahlı dəstəsi
isə Naxçıvanda, Gəncədə, Lənkəranda,
Şəmkirdə, Sumqayıtda qanlı əməliyyatlarda
iştirak edirdilər. Məsələn, silahlı birləşməyə
başçılıq edən general–mayor Vitali Balansyan daha əcaib
işlərə əl atırdı. Bu, Şamaxıda anadan
olmuş həmin Vitali Balansyandır ki, qardaşı
qızı Qretta Balansyan Azərbaycan xalqına müraciət
edən 12 erməni qadından biri idi. Vitali Balansyan tank
alayına başçılıq edirdi. O, silahsız
insanları tankın qabağına qatıb qovmaqdan xüsusi
bir həzz alırdı.(?) Onunla yanaşı, digər erməni
generalları; — Vahan Xaçatryan, Movses Akopyan, David Ohanyan da
tarixi cinayətlərin iştirakçısına
çevrilmişdilər. “Asala”ya məxsus 316 tank (T–55/–72;
BMP–1/–2, BTR–70/–80, BMD–lər) Azərbaycanın əsas strateji mərkəzlərini
dövrəyə almışdı. (Bu gün həmin tanklar
Azərbaycanın işğal olunmuş ərazilərində
– Dağlıq Qarabağın yaşayış məntəqələrində
yerləşdirilib)
Araşdırma
materiallarına görə, Bakı qırğınları
Moskvanın ən nüfuzlu hökumət və dövlət
strukturlarında müzakirə mövzusu idi.
Məlumata
görə 1990–cı il yanvarın 22–də general Levon
Kazançiyan Moskvadan, kəşfiyyat generalı Leonid
Şebarşindən çox ciddi və təsirli bir teleqram
alır. Əldə olunan digər bir məlumatda bildirilir ki,
general V.A.Şebarşin general Levon Kazançiyanı “əbləh
və vicdanını itirmiş erməni” adlandıraraq, təcili
Bakını tərk etməyi tələb edir. Kəşfıyyat
generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə
etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini
etiraf edir. V.A.Kirpiçenko 1990–cı il yanvarın 22–də Azərbaycan
xalqına ünvanladığı məktubda bildirirdi: “…Baş
verənlərə görə bir rus zabiti kimi həmişə
əzab çəkəcəyəm. Çünki mən bu
xalqı, onun ədəbiyyatını, tarixini, adət–ənənəsini
çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir
xalqdır…”
Məlumata
görə, MN–nin generalları A.S.Manilov, N.A.Xakimov, S.S.Aleksandrov,
kəşfiyyat generalları V.V.Dmitriyev, V.A.Kirpiçenko,
V.A.Şebarşin Siyasi Bürodan, şəxsən
M.Qorbaçovdan tələb edirdilər ki, ölkə daxilində
geniş meydan sulayan “Asala” və onun kimi erməni silahlı
birləşmələrinin hər cür fəaliyyəti
qadağan edilsin. Azərbaycanda baş verən qanlı cinayətə
rəvac verən, arxa duran digər məsul şəxslər
tapılıb ifşa edilsin, dövlət nəzarətindən
çıxmayan İstintaq Komissiyası yaradılsın.
Təəssüf
ki, Azərbaycan tərəfi (istintaq qrupu yaradılsa da) bu
istiqamətdə heç bir, deyək ki, kəşfiyyat
araşdırması aparmadı. Bu gün əlimizdə
heç bir kəşfiyyat materialı, agentura sənədi
olmadığından bu istiqamətdə hər şey
yarımçıq qalıb.
Məlumata
görə, bir çoxları özlərini təmızə
çıxarmaq üçün Bakıda baş verənlərin
əsas səbəblərindən danışmaqda çətinlik
çəkirlər. Heydər Əliyevin
çağırışı isə ictimaiyyəti silkələdi.
Kəşfiyyat
mayoru S.M.Komarov yazırdı: “…Heydər Əliyevin bu ittiham
dolu çıxışından sonra, təbii ki, onu
fıziki cəhətdən qorumaq vacib idi. Onu Moskvada
İranın və Türkiyənin xüsusi xidmət
qrupları qoruyurdular. Bir də onunla vaxtilə DTK–da işləyən
çekist dostları ona hər tərəfdən
güclü nəzarət edirdilər…”
Son
araşdırma materiallarına əsasən qeyd
olunmalıdır ki, Ermənistanın hökumət və
dövlət nümayəndələri arasında 39 nəfər
“Asala”ya üzvlük haqqı verən məmur var. Bu haqda məlumatı
Beyrutda erməni diasporunun keçirdiyi “Asala”nın 15 illiyində,
vaxtı ilə Ermənistan Dövlət Təhlükəsizlik
Komitəsində çalışan mayor Eduard Saakyan məlumat
verib. Bu mövzu bizim üçün maraqlı olduğundan,
bu istiqamətdə tədqiqatımızı davam etdiririk.
Başqa bir məlumatda bu da bildirilir ki, bugünkü Avropa
Şurasında Ermənistanı təmsil edən üç
nəfər erməni deputatı “Asala”nın Bakı
hücumlarında bilavasitə iştirak ediblər. Onlar gecə–gündüz
çalışırlar ki, Avropa Şurasının sənədlərində
“Ermənistan işğalçı dövlətdir” fikrini
çıxartsınlar.
Bizim iki
cür tariximiz var. Birini xalq yaradıb, digərini isə zaman.
Biz ancaq o vaxt qalib gəlib zəfər çalacağıq
ki, bu tarixləri xalq və zaman vəhdətində
araşdırıb öyrənək…
Rövşən
Novruzoğlu,
professor.
Respublika.- 2013.- 22 yanvar.- S. 5.