Ekologiya” dərsliyi nəşr olunmuşdur

 

XIX əsr bəşəriyyətin tarixinə davamlı insan inkişafına keçid əsri kimi daxil olmuşdur. Onun konsepsiyasının əsas prioritet istiqaməti hər hansı bir ölkənin mövcud ekoloji durumu sayılır. Yer kürəsi planetinin ekoloji durumu, təbiətə, ətraf mühitə, onun amillərinə, biosferə, ekosistemlərə antropogen təsirlər, onların törətdikləri ağır, qarşısıalınmaz neqativ fəsadlar, kataklizmlər, təbii fəlakətlər və onlara qarşı mübarizə tədbirlərindən bəhs edən elm sahəsi məhz ekologiyadır. Ekologiya hazırda planetar və bəşəri əhəmiyyətli, qlobal, fundamental tətbiqi xarakterli, geniş diapazonlu, çoxsahəli, olduqça mütərəqqi, perspektivli elm sahəsinə çevrilib. Bunun başlıca səbəbi isə bəşəriyyətin inkişafının bütün dövrlərində insanın antropogen fəaliyyəti və təsirləri nəticəsində təbii ətraf mühitə, onun amillərinə çox güclü zərbə vurulması, yeraltı və yerüstü sərvətlərdən, faydalı qazıntılardan qeyrirasional formada istifadə olunması, planetimizin ekoloji durumunun tamamilə pozulması, öz məhvərindən çıxmasıdır.

 

Ekoloji disbalansın gündən–günə güclənməsi isə təbiətin bəşəriyyətə çox güclü alternativ cavab reaksiyaları verməsinə, sanki ondan öz qisasını almasına çox ümdə zəmin yaratmışdır. Məhz bunun nəticəsidir ki, hazırda təbii–ekoloji fəlakətlərin (güclü qasırğalar, sunamilər, daşqınlar, leysan yağışları, qlobal iqlim anomaliyaları, torpaq sürüşmələri, qar uçqunları, zəlzələlər, vulkan püskürmələri və s.) arealı gündən–günə genişlənir, ağır neqativ fəsadlar törədir, bəşəriyyət üçün qarşısı alınmaz çox ciddi problemlər yaraır, ictimaiyyəti və bütün nüfuzlu beynəlxalq təşkilatları narahat edir. Qeyd edilən qlobal problemlərin araşdırılması və qarşısının alınması ilə məhz fundamental tətbiqi xarakterli ekologiya elmi məşgul olur.

Hazırda dünyanın məşhur alimləri, beynəlxalq təşkilatlar və dövlət rəhbərləri hər bir ölkədə ekoloji cəmiyyətin formalaşmasını qlobal ekoloji problemlərin həllində ən prioritet istiqamət hesab edirlər. Ekoloji cəmiyyətin təşəkkül tapmasının, formalaşmasının, dayanıqlı və davamlı inkişafının əsas aparıcı amili isə ekoloji maarifləndirmə, xüsusilə fundamental dərsliklərin, dərs və tədris vəsaitlərinin hazırlanması və onların kütləvi surətdə nəşr olunaraq yayımlanmasıdır. Bu baxımdan 2012–ci ilin dekabr ayında professorlar Fəqan Əliyev, Eldar Hüseynov, fəlsəfə doktorları Akim Bədəlov və Fərhad Əliyev tərəfindən ali məktəblər üçün hazırlanan “Ekologiya” dərsliyinin Elm nəşriyyatnda nəşr olunması milli elmimizin və təhsilimizin uğurlu nailiyyəti kimi dəyərləndirilməlidir. Dərslik müəlliflərin “Ekologiya” fənni üzrə 2009–cu ildə tərtib etdikləri 60 səhifəlik tədris proqramı əsasında hazırlanmış, dünyanın və ölkəmizin məşhur, korifey, kalssikmüasir təbiətşünas alimlərinin dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları və kitablarına geniş istinad edilmişdir. Dərslikdə ekologiyanın müasir durumu, ümumi, xüsusi, tətbiqi əsasları, qlobal problemləri mövcud dünya elminə inteqrasiya kontekstində zəngin elmi əsaslarla olduqca ətraflı və geniş şərh olunmaqla 7 fəsildən ibarətdir. Onun I fəslində ekologiyanın predmeti, müasir problemləri, məqsədi, vəzifələri, qanunları, konsepsiyaları, prinsipləri, qaydaları və inkişaf tarixi, II fəslində insan–təbiət münasibətləri, onların tarixi mərhələləri, vəhdəti və müasir durumu, III fəslində ətraf mühit, biosfer, ekosistemlər, onların vəhdəti, hazırkı durumu və mühafizəsi, IV fəslində Azərbaycanın ekologiyası, bərpa olunan enerji ehtiyatı və onun səmərəliliyi çox zəngin elmipraktiki məlumatlar əsasında müfəssəl formada şərh olunmuşdur. Azərbaycanın ekoloji durumu və problemlərinin ilk dəfə olaraq ayrıca fəsildə ətraflı şərh olunmasına xüsusi önəm verilmişdir. Dərsliyin V, VI və VII fəsilləri müvafiq olaraq Yer kürəsi planetinin və ölkəmizin torpaqsu ehtiyatları (litosfer, hidrosfer) və hava təbəqəsinin ekologiyası və mühafizəsinə həsr edilmişdir. Həmin fəsillərdə torpaqların, su ehtiyatlarının və atmosferin müasir ekoloji durumu, quruluşu, tərkibi, təkamülü, fiziki, kimyəvi və bioloji xassələri, çirklənmə mənbələri, tullantılar problemi, onun idarə olunması və s. məsələlərin şərhinə olduqca önəmli yer verilmişdir. Dərsliyin, hər bir fəslində, başlıqlarda və yarımbaşlıqlarda təbiətşünaslığın və fəlsəfənin korifey sələflərinin qiymətli sözlərinə önəmli yer verilməsi əsərin daha maraqlı və oxunaqlı olmasına çox böyük zəmin yaradır. Əsər hazırlanarkən 68 milli və 119 xarici ölkə alimlərinin fundamental dərslikləri, dərs vəsaitləri və monoqrafiyalarından və çoxlu sayda rəngli foto şəkillərdən istifadə olunması onun dəyərini daha da artırır. Güman edirik ki, müəlliflərin çoxillik elmipedaqoji fəaliyyətinin və olduqca gərgin əməyinin nəticəsi sayılan fundamental, ensiklopedik elmi məlumatlarla çox zəngin olan bu tarixi dərslik ortaali məktəb müəllimlərinin, şagirdlərin, tələbələrin, magistrlərin, aspirantların, dissertantların, doktorantların, eləcə də geniş oxucu kütləsinin ekoloji cəmiyyətin formalaşmasında rolunu artıracaq və onlar bu əsərdən bəhrələnəcəklər.

 

 

Canbaxış Nəcəfov,

ATU–nun Tibbi biologiya

genetika kafedrasının müdiri,

professor

 

Əziz Məmmədov,

BDU–nun Fəlsəfə kafedrasının

professoru, fəlsəfə

fizika–riyaziyyat elmləri doktoru.

 

Respublika.- 2013.-23 yanvar.- S. 6.