Azərbaycanın inkişafında İKT sektorunun əhəmiyyətli rolu Dövlət başçısı 2013– iliİnformasiyakommunikasiya texnologiyaları ilielan etdi

 

2012 –ci il Azərbaycan iqtisadiyyatının inkişafında müsbət nəticələrlə yadda qalacaq. Əvvəlki illərdə olduğu kimi ötən il də ölkə iqtisadiyyatının uğurları çox sevindiricidir. Belə ki, ümumi daxili məhsul 2,2 faiz artmışdır. Əlbəttə, bu, dünyadakı böhranlı şəraitdə xüsusilə çox yüksək göstərici sayılır. İqtisadi sahədəki bu artım qeyrineft sektorunun hesabınadır. Qeyrineft sektoru keçən il 9,7 faiz artdı. İqtisadiyyatın şaxələndirilməsi hesabına inkişafı qarşıya qoyulan məqsədlərə uğurla nail olmağa imkan verdi. Azərbaycanın inkişafında, təbii ki, İKT sektorunun da əhəmiyyətli payı var. Nazirlər Kabinetinin 2012–ci ilin sosialiqtisadi inkişafının yekunlarına və 2013– ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı proqram xarakterli nitqində Prezident İlham Əliyev Azərbaycanda bu sahənin inkişafının önəmli rolunu xüsusi vurğulayaraq bildirib ki, fevral ayında ilk telekommunikasiya peykimiz orbitə çıxarılacaq, bu da həm ölkənin prestiji, həm müasirlik, həm də yeni texnologiyaların inkişafı üçün bütün cəhətlərdən böyük bir nailiyyətdir: “Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqət və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013– iliİnformasiyakommunikasiya texnologiyaları ilielan edirəm və hesab edirəm ki, 2013– ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq”.

 

Proqnozlara əsasən 2023–cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Təsadüfi deyil ki, son bir necə il ərzində Azərbaycanda İKT sektorundan qazanılan gəlirlərin artımı dünyada bu sahədə olan artımdan 2,5–3 dəfə çoxdur. Bu nailiyyətlər dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş siyasətinin, İKT məsələlərinə böyük diqqət və qayğısının, bu sahəyə müasir prizmadan yanaşılmasının nəticəsidir. Cənab İlham Əliyevin neft faktorunun insan kapitalına çevrilməsi tezisi bu gün Azərbaycanda uğurla reallaşır. Ümumiyyətlə, informasiya–kommunikasiya texnologiyaları sahəsi, həqiqətən də, böyük potensiala, qloballaşan dünyada mühüm təsir gücünə malikdir.

2003– ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT–nin inkişafı üzrə 10 illik Milli Strategiya 2012–ci ildə başa çatdı. Digər tərəfdən, Prezident İlham Əliyevin ötən il dekabrın 29–da imzaladığı fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasına əsasən bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulmuşdur.

Məlumat üçün bildirək ki, İKT sektoru 2004–2012–ci illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir. 2012–ci ildə isə bu sektorun artım tempi təxminən 18 faiz olmuşdır. MDB ölkələri sırasında ilk dəfə 2008–ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010–cu ildə isə tam elektronlaşdırılmışdır, yəni rəqəmləşdirilmişdir. Keçən il şəbəkəyə təxminən 20 min nömrə də əlavə olunaraqyeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunmuşdur. Ötən il bu sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur.

Bu gün ölkəmizdə yüksək texnoloji İT sənayesinin formalaşdırılması üçün bütün şərait yaradılıb. Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda internet istifadəçilərinin sıxlığına görə liderdir. 2012–ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşmışdır. Keçən ildə internet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011–ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35 faiz azalmışdır. Bu gün Azərbaycanda 1 meqabit–saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün bildirək ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən Azərbaycanda “evlərə optikamodeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanmışdır və 2013– ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014– ildən başlayaraq ümumi dəyərin 30–35 faizi reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10–100 meqabit–saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017–ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır. Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37–ci ölkəsi olmuşdur. İndi ölkəmizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010–cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti həm də sürətli internet istifadəçiləridir.

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur. Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11–i ümumrespublika, 14–ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda 12 kabel televiziyası və 20–dən çox internet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100–dən çox xarici radioteleviziya kanallarının qəbulu, saxlanmapaylanma sistemi yaradılmışdır ki, planda bu sistemin regional mərkəzə çevrilməsi nəzərdə tutulur.

Azərbaycanda “bir pəncərə” prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılmış və 2012–ci ilin sentyabrından internet vasitəsilə əhali və adamlarının istifadəsinə verilmişdir. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilmiş və iternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir. Elektron imza sisteminin kompyutermobil telefon versiyası işə salınmış və 2012–ci ildə 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə etmişlər.

2012–ci ildə Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və bu ilin fevral ayının birinci on günlüyündə orbitə çıxarılması planlaşdırılmışdır. Peyk orta çəkilidir.–3,2 ton, ABŞ–ın “Orbital” şirkəti tərəfindən istehsal olunmuş və Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılacaqdır. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır. Məlumat üçün bildirək ki, BMT–nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərilə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25–28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, FransaMalayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssislər hazırlanmışdır.

2012–ci ilin dekabrında BMT–nin 67–ci Baş Məclisi Azərbaycanın əlaqələndirici olduğuAvrasiya Transmilli Böyük İnformasiya Magistralı” (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini vermiş və layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir. İkinci layihə Avropa Yaxın Şərq Yüksək sürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmışdır. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin ünvanlarının idarə olunması üçün regional sisteminin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını xeyli artırmışdır.

2012–ci ildə Azərbaycan beynəlxalq aləmdə bu sahə üzrə genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi ilə yadda qaldı. Ötən ildə “BakuTel” beynəlxalq konfrans və sərgi ilə birlikdə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə internet üzrə ən böyük tədbir–İnternet İdarəçilik Forumu Bakıda keçirildi.

Bu sahənin daha sürətli inkişafı üçün 2012–ci ildə İKT–nin İnkişaf Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları imzalanmışdır. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda bu sahəyə dəstək göstərilməsi ilə bağlı mükəmməl dövlət siyasəti vardır.

 

 

Şükür Əlizadə

 

Respublika.- 2013.- 23 yanvar.- S. 2.