AVROPA ŞURASI İLƏ ƏMƏKDAŞLIĞIMIZ DAHA DA GENİŞLƏNİR

 

FotoAzərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Avrostrukturlara inteqrasiya prosesinə fəal şəkildə qoşularaq, bu geosiyasi arealda əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısına çevrilib. Qərbin nüfuzlu beynəlxalq təşkilatlarından biri sayılan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrdən dövlətimizin siyasi kursunda prioritet məsələ kimi gündəmə gəlib, Azərbaycan öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib sayıb. Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək deyib: “Bu gün bizim strateji seçimimiz Avropaya, Avropa ailəsinə, strukturlarına inteqrasiyadır. Biz bu siyasətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan Avropaya xas olan bütün standartlara, bütün ölçülərə cavab versin. Budur bizim siyasətimiz və uzun müddətdir onu həyata keçiririk. Bu gün Azərbaycanda baş verənlər bu siyasətin davamının nəticəsidir”.

 

On iki ildir ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli milli bayrağı Strasburqda, Avropanın mərkəzində əzəmətlə dalğalanır. Azərbaycanın ən nüfuzlu beynəlxalq təşkilatlardan biri sayılan Avropa Şurasına tamhüquqlu üzvlüyü ilk növbədə, demokratiya yolunda qazandığımız nəticələrə verilmiş yüksək qiymət kimi dəyərləndirilməlidir. Ulu öndər Heydər Əliyev 2001–ci il yanvarın 25–də Strasburqda, ölkəmizin bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi mərasimindəki nitqində böyük uzaqgörənliklə və əminliklə vurğulamışdı ki, bununla da Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamlaşması, bütövləşməsi başa çatıb: “Biz ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının taleyini daha yaxşı və daha dərindən dərk etməsinə kömək edəcəkdir”.

Xatırladaq ki, Avropa Şurası 1949–cu il mayın 5–də on Avropa dövlətinin imzaladığı Avropa Şurasının Nizamnaməsinə əsasən təsis edilib. Hazırda qitənin 40–dan çox dövlətini birləşdirən ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Bu qurumun başlıca məqsədi parlament demokratiyasını, əsas insanhüquq azadlıqlarını müdafiə etmək, möhkəmləndirmək, Avropa dövlətlərinin sarsılmaz birliyinə və həmrəyliyinə nail olmaq, onların iqtisadi, sosial tərəqqisinə kömək göstərməkdir.

Müstəqil Azərbaycan dövləti Avropa ailəsinin tamhüquqlu üzvü olmaq üçün uzun bir yol keçib. 1993– ildə ulu öndər Heydər Əliyevin xalqın xahişi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi başlanıb. Bəşəri və demokratik dəyərlərə sadiqliyini bəyan edən ölkəmiz Avropa Şurasına üzv olmaq istəyi barədə təkliflə həmin təşkilata müraciət edib. Təbii ki, Avropa Şurasına daxil olmaq heçasan məsələ deyildi. Odur ki, ölkəmiz qısa müddət ərzində demokratiya yolunda mühüm islahatlar həyata keçirərək addım–addım öz məqsədinə yaxınlaşıb. Məhz həmin dövrdə ilk milli Konstitusiyamız qəbul edilib, milli parlament formalaşıb, demokratik, azad və ədalətli seçkilər keçirilib.

Hələ 1995–ci ildə ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruçuluğunun hüquqi əsaslarını yaratmış, çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat azadlıqları bərqərar olmuşdur. Əsas Qanunun qəbulundan sonra ölkədə hüquqi islahatların yeni mərhələsi başlanmış, ulu öndərimiz Heydər Əliyevin imzaladığı bir sıra sərəncamlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirmişdir. Onların içərisində 1996–1999–cı illərdə imzalanmış “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, habelə “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamlar böyük əhəmiyyət daşıyır. Həmin illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, habelə demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Bütün bunların müqabilində Avropa Şurasında Azərbaycanla bağlı təsəvvürlər müsbət mənada dəyişmiş, əməkdaşlığa maraq artmışdır.

Həyata keçirilən siyasidemokratik islahatlar, konkret tədbirlər ölkəmizin Avropa Şurası və Qərbin digər siyasiiqtisadi strukturları ilə fəal əməkdaşlığına şərait yaradıb. 1996–cı il iyunun 28–də Azərbaycana AŞ–də “xüsusi dəvət olunmuş qonaqstatusu verildikdən sonra parlament nümayəndə heyətimiz AŞPA–nın sessiyalarında müntəzəm olaraq iştirak etməyə başlayıb. Azərbaycan hələ AŞ–ın üzvü olmayanda da bu təşkilatın əsas sənədlərinin müddəalarını və standartlarını nəzərə alır, onun qəbul etdiyi konvensiyalara qoşulurdu. Bu, ilk növbədə, insan hüquqlarına dair Avropa Konvensiyasına və onun protokollarına aiddir. Bu illər ərzində həyatımızın bütün sahələrində, xüsusən də demokratiya, qanunvericilikhüquq sahəsində əsaslı islahatlar aparılmış, ölkəmizdə demokratik inkişaf prosesi davamlı xarakter almışdır.

Təbii ki, bütün bunlar Azərbaycanın Qərbə geniş inteqrasiyasını möhkəmləndirmiş və Avropa Şurası kimi nüfuzlu və mötəbər beynəlxalq təşkilatın qapılarını üzümüzə açmışdır. 2000–ci il mayın 15–də Avropa Şurası Siyasi Komitəsinin Dublin şəhərində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi olmuş Jak Bomelin hesabatı dinlənilərək, respublikamızın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı rəy verilmişdir. AŞPA–nın 2000–ci il iyunun 26–28–də keçirilmiş növbəti sessiyası zamanı 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla, Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsi məsələsi dəstəklənmişdir. 2001–ci il yanvarın 17–də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsi barədə qərar çıxarılmış, yanvarın 25–də isə bu qurumun Parlament Assambleyasında təsdiqlənmişdir. Bu tarixi hadisə Azərbaycanın nəinki müstəqil, demokratik, dünyəvi dövlət kimi tanınmasında, həmçinin Avropa ailəsinin tamhüquqlu üzvü kimi inkişafında yeni mərhələnin təməlini qoydu. Strasburqda bu tarixi mərasimdə iştirak edən ulu öndərimiz Heydər Əliyev müdrikcəsinə demişdi: Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq”.

Azərbaycan Avropa Şurasında fəaliyyət göstərdiyi on iki il ərzində bu mötəbər qurumun tribunasından yetərincə bəhrələnib. Bu müddət ərzində Azərbaycan diplomatiyası çox böyük uğurlara imza atıb. Uzun müddət cənab İlham Əliyevin başçılıq etdiyi parlament nümayəndə heyətimiz AŞPA–da səmərəli işləyərək milli maraqlarımızın qorunmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, başlıcası isə, Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olub. Azərbaycanın Avropa Şurasındakı on iki illik fəaliyyəti həm ölkəmiz üçün, həm də Avropa dövlətləri üçün böyük fayda gətirib. Bu müddətdə Azərbaycanın ictimaisiyasi həyatında çox böyük müsbət dəyişikliklər baş verib, demokratiyanın inkişafı, insan hüquqlarının qorunması istiqamətində ciddi addımlar atılıb. Göründüyü kimi, Azərbaycan Avropa Şurasına üzv olduğu on iki il ərzində ümumavropa dəyərlərinin milli maraqlarımıza uyğun formada tətbiqi, demokratiyanın aliliyi prinsipinin bərqərar olması istiqamətində mühüm addımlar atıb.

İndiyədək Azərbaycan nümayəndə heyətinin AŞPA–da qaldırdığı məsələlər ermənilərin qurumdakı fəaliyyətinin məhdudlaşdırılmasına və diplomatiyasının seytnot vəziyyətinə düşməsinə gətirib çıxarıb. Təsadüfi deyil ki, Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra həmin qurumun istər komitə və komissiyalarında, istərsə də plenar iclaslarında parlament nümayəndə heyətimiz tərəfindən ümummilli problemlər müzakirəyə çıxarılmış, Avropa məkanında insan haqlarının qorunması, üzv ölkələr arasında iqtisadi, mədəni, elmi əlaqələrin inkişafı baxımından səmərəli təkliflər irəli sürülmüşdür.

Avropa Şurasının qətnamələrində torpaqlarımızın Ermənistan tərəfindən işğalını təsdiqləyən bəndin yer tutması, Ermənistanın təcavüzkar dövlət kimi tanınması da həmin səmərəli fəaliyyətin nəticəsidir. Avropa Şurasında bizim problemləri bilirhaqq işimizi müdafiə edirlər. Eyni zamanda, Azərbaycanın iqtisadi sahədə, eləcə də demokratiyanın inkişafında çox boyük uğurlar əldə etdiyi, ölkəmizdə ədalətli və şəffaf seçkilərin keçirildiyi, insan haqlarının qorunduğu yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin AŞPA–ya çıxışa dəvət olunması da Azərbaycanın nüfuzunun göstəricisidir. Bununla da ölkəmizlə Avropa Şurası arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə daxil oldu. Artıq bu qurum Azərbaycana çox böyük önəm verir. Prezident İlham Əliyevin apardığı demokratik islahatlar AŞPA rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilir. Azərbaycan da öz növbəsində Avropa dəyərlərinə tam sadiqdirbu dəyərləri bölüşür. Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti hazırda nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyadakı proseslərə təsir etmək qüdrətinə malikdir. 2011–ci ildə ölkəmizin dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilməsi, ötən ilin mayında BMT–yə sədrlik etməsi də bunun əyani təsdiqidir.

 

 

Xəlil CABBAROV

 

Respublika.- 2013.- 25 yanvar.- S. 6.