Uşaqların ilk sənət ocağı
Bakının Nizami rayonu nəinki,
paytaxtımızın, eyni zamanda respublikamızın ən iri rayonlarından biridir.
Rayoərazisində onlarla uşaq
tərbiyə ocaqları, ümumtəhsil mədəniyyət
və incəsənət təmayüllü uşaq
musiqi məktəbləri fəaliyyət
göstərir. Bu müəssisələrdə
çalışan pedaqoqlar gənc nəslin
tərbiyəsi üçün əllərindən
gələni edirlər.
33
saylı uşaq musiqi məktəbi rayonda yaşayan uşaq və
yeniyetmələrin estetik, ələlxüsus musiqi tərbiyəsində
xüsusi rol oynayır. Burada çalışan 100 nəfər
müəllim 366 nəfər şagirdə musiqi dərsi tədris
edir.
1984–cü ildən fəaliyyət göstərən bu məktəb hazırda tanınmış musiqi məktəblərindən biridir. 2006–cı ildən bu təhsil ocağına rəhbərlik edən Ramiz Əliyev məktəbin tanınması, istedadlı uşaqların üzə çıxması üçün bütün real imkanlarından istifadə edir.
Respublikamızda tanınmış musiqiçilərdən sayılan Ramiz müəllimlə söhbət edərkən bildirdi ki, məktəbdə fortepiano, orkestr, xalq çalğı alətləri və nəzəriyyə şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə oxuyan 366 nəfər şagird fortepiano, skripka, tar, kamança, qarmon, kanon, nağara, klarnet, fleyta, akkordeon və vokal sənəti üzrə təhsil alırlar. Fəaliyyət göstərdiyi ilk illərdən etibarən respublika üzrə keçirilən müxtəlif müsabiqə və festivallarda iştirak edən məktəb kollektivi bir çox uğurlar qazanmışdır.
Şagirdlərimizdən Mir Məhəmməd Həsənzadə, Aynurə İsgəndərli, Nəzrin Axundlu, Firəngiz Həsənzadə, Fəridə Abdullazadə, Şəlalə Osmanlı, Bayram Tağızadə, Cahandar Hacızadə, Səbinə Həsənli, Fikrət Manafov, məktəbin uşaq xoru 2006–cı ildən sonra müxtəlif musiqi festivallarının, müsabiqələrin fəxri fərmanlarını diplom, tərifnamə və şəhadətnamələrinə layiq görülmüşlər.
2010–cu ildə xalq çalğı alətləri üzrə “ikinci respublika müsabiqəsi”ndə Samirə Zeynalovanın, Əli Ələsgərovun, Orxan Zeynalovun, 2011–ci ildə “uşaq musiqi və incəsənət məktəblərinin nəfəsli və zərb alətləri üzrə Respublika müsabiqəsi”ndə Ramiz Əliyevin, milli musiqi alətləri ifaçılarının respublika festivalında Orxan Zeynalovun, Samirə Zeynalovanın, 2012–ci ildə isə Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş musiqi festivalında Orxan Zeynalovun, Bəhram Məmmədlinin qazandıqları uğurlarla hamını sevindirir.
Deməli mədəniyyətimizin, musiqimizin gələcəyi etibarlı əllərdədir.
Zabit CAVADOV
Respublika.- 2013.- 26 yanvar.- S. 5.